Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə16/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   12   13   14   15   16   17   18   19   ...   327

İdarəetmə mədəniyyəti

öz əməyi və xeyirxahlığı  ilə  adını gələcək nəsillərin yaddaşına yazmağa və 

əbədi şöhrət qazanmağa tələsir, digərləri isə həyatdan öz xeyirlərinə istifadə 

etmək  üçün  yaşayırlar.  Bu  məsələdə  hər  bir  insanın  mövqeyini  onun  ruhi 

mədəniyyəti,  tərbiyəsi,  dünyagörüşü,  həmçinin  cəmiyyətdə  üstün  olan  də- 

yərlər sistemi müəyyən edir.  Bununla belə, hamımız yadda saxlamalıyıq ki, 



böyük  məqsədlərsiz,  böyük  işlər yoxdur.  Fridrix  Şiller  demişdir  ki,  insan, 

onun  məqsədləri  böyüdükcə,  böyüyür.  Şübhəsiz  ki,  burada  söhbət yüksək 

mədəniyyətli  insandan  gedir,  çünki  şəxsiyyətin,  onun ruhi  mədəniyyətinin, 

intellektual  və  mənəvi  səviyyəsinin  inkişafı  olmasa,  məqsədlərin  inkişafı 

mümkündürmü?  Özünün Mədəni inkişafa ehtiyacı olan kəs başqalarının mə- 

dəni  səviyyəsini  qiymətləndirə  və yüksək məqsədlər  qoya bilərmi?  Hər bir 

xalqda,  bu və ya  digər  dərəcədə,  əqlin və  qəlbin mədəniyyətinin harmonik 

vəhdət  təşkil  etdiyi  yüksək  mədəniyyətli  insanlar  və  yalniz  anladıqlarını 



eşidən  kəmsavad,  cahil,  asanlıqla  idarə  oluna bilən  insanlar vardır.  Dövlət 

və sosial idarəçiliyin ən mühüm vəzifələrindən biri kulturoloji təhsil və ma- 

arif vasitəsi  ilə  nəinki  birinci  kateqoriyalı  insanların  biliyini,  qabiliyyətini 

və imkanlarını  artırmaq, həmçinin bəlkə  də daha artıq dərəcədə,  etnik mən- 

şəyindən,  dinindən,  yerləşdikləri  təbii-coğrafi  şəraitdən  və  mühitdən  asılı 

olmayaraq,  ikinci  kateqoriyalı  insanların  mənəvi  mədəniyyət  səviyyəsini 

permanent  olaraq  yüksəltməkdir.  Düzgün  sosial-mədəni  siyasətin  köməyi 

ilə  bütün dünyada pozitiv  insan keyfiyyətlərinin  stimullaşdırılması və  inki- 

şafı  üçün  şəraitin yaradılması  zəruridir.  Bu  hər bir dövlət üçün  üç  mühüm 

idarəetmə  məsələsinin:  insan kapitalı  mədəniyyətinin  inkişafının,  cəmiyyə- 

tin davamlı, harmonik sosial tərəqqisinə (cəmiyyət mədəniyyətinə) nail olma 

və  cahillyin,  ksenofobiya  və  fanatizmin  aradan  qaldırılması,  xalqların  mə- 

dəni  eyniliyi və  qarşılıqlı  anlaşması  hesabına beynəlxalq münasibətlər mə- 

dəniyyəti inkişafının eyni vaxtda həllinə imkan verər.

Cəmiyyət mədəniyyəti  nədir?  Bu  -  intellektual  mədəniyyət və  humanist 

etika,  inam və xeyirxahlıq, yüksək incəsənət, rəqabət  qabiliyyətli  iqtisadiy- 

yat,  insanın təbii hüquq və  azadlıqları,  şüurlu  qanunlar,  düşünülmüş  siyasət 

və ədalətli idarəetmədir. Bu - təfəkkür mədəniyyəti və zamanı idarəetmə mədə- 

niyyəti, əmək, qidalanma və tibb mədəniyyətidir, bu - şəhərsalma mədəniyyəti, 

yaxşı  yollar,  abad  evlər və  parklardır,  bu  -  insan  həyatının  sağlamlığının  və 

ömür  uzunluğunun  asılı  olduğu  ekoloji  mədəniyyət,  fərdi  və  beynəlxalq 

münasibətlər mədəniyyəti,  ailə və insan xoşbəxtliyi mədəniyyətidir.  Cəmiy- 



yətin sabit inkişafı daha çox qanunların,  qaydaların və intizamın icra mədə- 

niyyətindən,  rifaha,  davamlı  inkişafa və  tərəqqiyə yol  açan  fəaliyyətin  elm 

tutumlu  texnologiyalarının  istifadəsini  nəzərdə  tutan  yüksək  əmək  mədə- 

niyyətindən  asılıdır.  Cəmiyyətdə  nizam  və  intizam  ədalətlə  saxlanılır,  əda- 



lət isə insanların qabiliyyətləri,  imkanları və xidmətlərinin haqlı qiymətlən-

37



dirilməsi  və  qəbul edilməsinə,  vəzifələrin  düzgün  bölünməsinə,  statusun  və 

sosial imtiyazların doğru təyin edilməsinə istinad edir.

Tarixən cəmiyyətin ruhi mədəniyyətinin formalaşmasında din böyük rol 

oynayıb və oynayır.  Ruhi mədəniyyət fenomeni olan hər bir dində üç kom- 

ponent  iştirak  edir:  inam,  ibadət,  mənəviyyat.  Bütün  dinlərin  əsasını  inam 

təşkil  edir.  İnam  -   insanın,  yüksək  aprior mənəvi  prinsiplərdə  və  ali  şüura 

istinadla  bağlı  olan  psixoloji  təhlükəsizlikdə  qəlbin  tələbatı  ilə  şərtlənən 

vicdanıdır.  O,  xalqların etnik-tarixi  ənənələrindən  asılı  olan  sərhədlərə ma- 

lik deyil.  İbadət -  müxtəlif dinlərdə  öz xüsusiyyətlərinə malik olan ayindir. 

Mənəviyyat - insanların əxlaqi tərbiyəsinin və cəmiyyətin adətlərinin yaxşı- 

laşdırılması,  yoxsulluqla yanaşı,  cinayətlərin  əsas  səbəbi  olan  tamahkarlıq

və  paxıllığın  aradan  qaldırılması  zərurəti  ilə  bağlı bütün dinlərin əsas  vəzi- 

fəsidir.  İnsan mədəniyyətinin qədim sosial institutu olan dinin başlıca məq- 

sədi - mənəvi mədəniyyətin formalaşdırılması və qorunmasıdır.

Xeyirxah vərdişlərin tərbiyə edilməsində  dinlə bərabər,  aksioloji baxım- 

dan  neytral  olan,  təbiətin  və  insanın həyat fəaliyyəti  qanunauyğunluqlarını 

aşkar  edən  və  sübuta yetirən,  insanların  neqativ  Keyfiyyətlərini  və  onların 

dağıdıcı nəticələrini,  onların düzgün həyat fəaliyyətinə,  insan münasibətləri 

mədəniyyətinə  vurduğu  ziyanı  izah  edən  elm  yardım  edir.  Həyat  göstərdi 

ki,  yalnız  öyüd  və  nəsihətlər  insan  şüurunun  dəyişdirilməsinə  hər  zaman 

yardım etmir.  İnsanların şüurunu dəyişməyə və sosial-mədəni həyatda onla- 

rın,  cəmiyyətin və  dövlətin mənafeyinə  cavab  verən proqressiv  islahatların 

işlənib  hazırlanması  və  həyata  keçirilməsinə  yönəldilmiş  aktiv  fəaliyyətini 

motivasiya  etməyə  kömək  edən  həqiqi  elmi  biliklər,  inandırıcı  dəlillər  və 

əsaslar lazımdır.  Sosial  şərin azaldılması,  insan təbiətinin yaxşılaşdırılması, 

neqativ  qaydalar və vərdişlərin  aradan qaldırılması,  insanların tərbiyələndi- 

rilməsi  və  nəcibləşdirilməsinin  effektiv  vasitələrindən  biri  də  sosial  reallı- 

ğın,  ağıla  və  məntiqə  zidd  və  həyatın  dəyişən  tələblərinə  cavab  verməyən 

tarixi rəvayətlərin və keçmişin qanunlarının tənqidi təhlilidir.

Vətənə  məhəbbət,  vətənpərvərlik  hər  bir  ölkənin  ziyalılarından  aktual 

sosial-mədəni  problemlərin  obyektiv  tənqidi,  elmi  əsaslandırılmış  təhlilini 

tələb edir, çünki onlar olmadan milli inkişaf proseslərinin düzgün tərəqqi və 

təkmilləşdirilməsi yollarının axtarışı mümkün deyil. Millətçilikdən azad və- 

tənpərvərlik və mədəniyyətdən məhrum yaradıcı  fəaliyyət mümkündürmü? 

Yüksək mədəniyyət olmadan mənəvi dəyərlərin və maraqların harmonizasi- 

yası,  insan ləyaqətinə hörmət və  qarşılıqlı  anlaşma mümkündürmü? Vətənə 

inam və milli mədəniyyətə bağlılıq bütün xalqın vicdanlı və fasiləsiz əməyi

ədalətli siyasət, yüksək dövlət idarəçiliyi mədəniyyəti olmadan mümkün de- 

yil.  Bu  əxlaqi  stimulların  həyat  qabiliyyətinin  qorunması  intellektual,  etik, 



hüquqi  və  idarəetmə  mədəniyyətinin  qabaqlayıcı  inkişafını  tələb  edir.  Bu-

Fuad Məmmədov

38



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə