Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə53/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   49   50   51   52   53   54   55   56   ...   327

nın həyat  şəraitinin ümumi  oxşarlığı” qanunlarını  ayırır.  Bununla yanaşı  o, 

mədəniyyətin təkamülünü yalnız müstəqil  inkişaf kimi  deyil,  həm də tarixi 

təsirlərin və mənimsəmələrin,  sivilizasiyanın müəyyən nailiyyətləri və inki- 

şaf təcrübəsinin yayılması  nəticəsi  kimi  nəzərdən keçirir.  Bunu nəzərə  ala- 

raq  o,  mədəniyyətdə  ümumi  ilə  yanaşı  ayrı-ayrı  xalqların  mədəni  xüsusiy- 

yətlərinin də öyrənilməsini zəruri hesab edir və güman edir ki, “meşənin ar- 

xasında  ağacları  görməyənlər  ağacların  arxasında  meşəni  görməyənlərdən 

yaxşı  deyil”.  Bu baxımdan bizə  elə  gəlir ki,  müasir idarəetmə  texnologiya- 

larının başa düşülməsi və  qiymətləndirilməsi üçün müxtəlif xalqların idarə- 

etmə mədəniyyətinə tarixi nöqteyi-nəzərdən baxmaq maraqlıdır.

Dövlət  idarəçiliyi  ilk  dövlətlərin  əmələ  gəlməsi  ilə  meydana  çıxıb.  İlk 

cəmiyyətlərin  və  dövlətlərin  təşkil  edilməsinin  əsas  zəmini  ailə  və  qəbilə 

idi.  Lippertin  konsepsiyasına  uyğun  olaraq,  ilk  dövlət  törəmələri  iki  əsas 

formada yaradılırdı:  bəziləri,  digər  ailələrin  sərf edilməsi  və birləşdirilməsi 

yolu  ilə  ailənin  patriarxal  genişləndirilməsi  idi,  digərlərı,  ailə  təşkilatının 

təqlidi  əsasında birliklər yaratma yolu  ilə yaradılırdı.  Bu  zaman  ailə  və  qə- 

bilə  birliyi  birgə  fəaliyyət və  qarşılıqlı  yardım,  birgə  mühafizə  və  müdafiə 

olunmaq məqsədilə bərabərhüquqluluq şəraitində formalaşırdı.



Dövlətlərin  ilk,  patriarxal formasına:  Misir,  Şumer,  Akkad,  Babil,  Aş- 

şur,  Çin,  Yaponiya,  Tibet,  Türkiyə  və  başqaları  aiddir.  Bu  dövlətlərdə  ilk 

əvvəl padşahlar və  imperatorlar xalqın  atası hesab  olunurdular,  torpağın və 

onun üzərində yaşayan xalqın yeganə sahibkarı idilər, hüdudsuz hakimiyyə- 

tə malik idilər və insanların həyatını idarə edirdilər.  Məsələn,  Misirdə  firon

-   ölkə  allahı  Amona-Ranın  ruhunun yaşadığı  qab,  “böyük  ev”,  onun  oğlu 

və yerdəki təcəssümü hesab edilirdi.  Onun haqqında “hər şeyə həyat və nə- 

fəs verən” kainat hökmdarı kimi danışırdılar.  Kahin “müqəddəs” yağsürtmə 

mərasimini  həyata  keçirirdi,  yəni  ona  Amona-Ranın  ruhunu  daxil  edirdi, 

bununla ona ilahi güc verirdi.  Lap qədim zamanlardan müqəddəs əsa,  atalıq 

hakimiyyətinin simvolu kimi, bir hökmdardan digərinə ötürülürdü.  Sonralar 

bu  rolu  çar  hakimiyyətinin  simvolu  olan  skipetr  - jezl  oynamağa  başladı. 

Almanlarda müqəddəs  əşya və  atadan  oğula keçən hakimiyyət  simvolu  qı- 

lınc hesab olunurdu.

Tədricən dövlətçilik mədəniyyətinin ilkin formaları,  həyat tələbatları  və 

insanların  dəyişən  dünyagörüşü  ilə  şərtlənən yeni  məzmunla dolmağa baş- 

ladı. Zaman keçdikcə  Skandinaviya dövlətlərində,  Frank krallığında,  Yapo- 

niyada,  Tibetdə  və  digər  ölkələrdə  hakimiyyətin,  allah  ruhunun  daşıyıcısı 

olan  kral  və  dövlət  həyatının  gündəlik  idarəçiliyini  həyata  keçirən  hakim 

arasında bölüşdürülməsi tələbatı üzə çıxdı.  Beləliklə, əsrin ortalarında, kral- 

ların  simvolik  əhəmiyyət  daşıdıqları  bir  dövrdə  Skandinaviya  ölkələrində 

hakimlər və dövlət şuraları yaranmağa başladı.  Frank dövlətində Merovinq-



Fuad Məmmədov

112



İdarəetmə mədəniyyəti

lər dövründə (V əsrin axırı -  VIII əsrin ortaları) VII əsrin ortalarından haki- 

miyyəti  öz əlində  cəmləşdirən yüksək vəzifəli  sima -  Mayordom  (evdə bö- 

yük) zahir oldu.  Mayordom Gödək Pipin 751-ci ildə Karolinqlər sülaləsinin 

əsasını qoydu.  Tibetdə “Qanunlar Şahı” ilahi Dalay Lamanın dövründə ida- 

rə  etməyə başladı.  Yaponiyada dövlət işlərini  Taykun idarə etməyə başladı, 

ənənəvi  müqəddəs  missiyanı  isə,  əvvəlki  kimi,  “Allahın  oğlu”  imperator 

Mikado yerinə yetirməkdə davam edirdi.  Türk və ərəb dövlətlərində bu rolu 

vəzirlər yerinə yetirməyə başladılar.  Bütpərəstlik dövründə kahinlərin haki- 

miyyətinin  genişləndirilməsi  hesabına  kral  hakimiyyətinin  məhdudlaşdırıl- 

ması prosesi alman tayfalarında da baş verirdi.  Orta əsrlərdə də öz vərəsəli- 

yini  qoruyub  saxlayan  və  kral  hakimiyyətini  ələ  almağın  vacib  şərti  olan 

“allahın mərhəməti  ilə”  qədım tacqoyma  adəti  zaman  keçdikcə  ruhanilərin 

və  onların krallara göstərdikləri təsirin rolunu çox artırdı.  Orta əsrlərdə  Cə- 

nubi Fransada və İspaniyada Roma kilsəsi kralları taxta çıxarmaq və endir- 

mək hüququna malik idi.  Bunu yəhudi və müsəlman din xadimlərinin səla- 

hiyyəti də təsdiq edir.

Y.  Lippert ən qədim dövlətlərin  ilk  təşkilat formasını “patriarxal mütlə- 

qiyyət”  adlandırırdı.  Yalnız  atalıq  hakimiyyətinə  əsaslanan  bu  dövlətlərdə 

mütləqiyyətin  dərəcəsi  onların  ölçüləri  ilə  düz  mütənasib  idi.  Belə  dövlət- 

lərdə  hökmdara  və  onun  qəbul  etdiyi  qərarlara  təsirə  yalnız  “hakim  ailə” 

malik  idi.  Hökmdar  icmanın  mülkiyyət hüququnun yeganə  daşıyıcısı,  mü- 

qəddaratı həll edən,  onun bütün üzvlərinin hökmdarı və hakimi,  təbəələrinə 

istifadəyə  verdiyi  torpağın  sahibi  idi.  Patriarxal  hakim  özü,  həm  də  kahin 

funksiyalarını yerinə yetirir,  allahın iradəsinin  qoruyucusu və  daşıyıcısı ro- 

lunda  çıxış  edirdi,  bu  da  ona  həmtayfalarının  gözündə  xüsusi  atalıq  şərəfi 

verirdi.  Beləliklə,  patriarxal  hakim  ailə  səcdəgahının himayəçisi  hesab  edi- 

lən  allahın ruhunun  daşıyıcısı,  dövlətin hökmdarı  və  rəhbəri  idi.  İnsanların 

fəaliyyətinin  təşkili  və  rəhbərliyi  ilə yanaşı  o  həm  də  allahın  simvolu  olan 

dini  ayin  əşyalarının  sahibi  idi.  Bunun  sayəsində  patriarxal  mütləqiyyət 

dövründə hökmdar mütləq nüfuz,  toxunulmazlıq və tam hakimiyyət qazan- 

mışdı,  çünki hesab edilirdi ki, o, allahı özündə təcəssüm etdirir və onun va- 

sitəsi ilə xalqı  allah özü idarə edir.  Bununla əlaqədar olaraq, həmçinin təbi- 

ətdə və cəmiyyətdə baş verən bütün pozitiv və neqativ təzahür və proseslərə 

görə məsuliyyət də onun üzərinə qoyulurdu.

İkinci formaya,  sülh və  qarşılıqlı  maraqlar,  hüquq bərabərlikləri,  əmək- 

daşlıq  və  qarşılıqlı  yardım,  problemin  kollegial  həlli  prinsiplərinə  əsasla- 

nan,  ailələrin və qəbilələrin birliyi yolu ilə yaranan dövlətlər aid edilir.  Belə 

dövlətlərdə,  dövlət  idarəçilik  problemlərinin  mürəkkəbləşməsi,  hakimlərin 

bilikləri,  qabiliyyətləri  və  keyfiyyətlərinə  tələblərin  artması,  dəyişən  həya- 

tın  artan  tələbatlarının  təmin  edilməsi  zərurəti,  əhalinin  artımı  və  ictimai

113



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə