Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə48/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   44   45   46   47   48   49   50   51   ...   327

ni  təcrübəsinin  vərəsəlik  proseslərinin  müqayisəli  öyrənilməsi  mühüm  əhə- 

miyyətə malikdir.

Quldarlıq dövlətçiliyinin formalaşması həm daxili, həm də xarici  səbəb- 

lərlə  şərtlənirdi.  Bir  tərəfdən,  qədim  əkinçi  icmalarının  mədəni  tərəqqisi, 

sənətkarlıq  və  ticarətin  inkişafı  mülkiyyət  təbəqələşməsini  tezləşdirərək, 

onların  mənafeyini  qoruyan  sarsılmaz  hakimiyyətin  təşəkkül  tapmasında 

maraqlı  olan iri mülkiyyətçilər və  quldarlar  sinfinin  formalaşmasına imkan 

yaradırdı.  Digər tərəfdən, bu proses, həm daxili təhlükələrdən və xarici təh- 

didlərdən müdafiə üçün,  həm də  ölkənin  sosial-iqtisadi  zənginləşməsi vasi- 

təsi kimi baxılan istilaçı müharibələrin aparılması üçün zəruri olan ordunun 

mərkəzləşdirilməsi  tələbatı  ilə  şərtlənirdi.  Bu  tələbatlar  nəticəsində  seçkili 

tayfa başçılarının irsi hakimiyyətli hökmdarlarla qanunauyğun əvəz edilmə- 

si və insanların həyat fəaliyyətinin təşkil və idarə edilməsinin zəruri  forma- 

sı kimi dövlətin yaranması prosesi baş verdi.

Bəşəriyyətin  ilk  sivilizasiyalarının  dövlətçiliyi  qeyri-məhdud  hakimiy- 

yətli  “ilahi mənşəli” hökmdarın mərkəzləşdirilmiş  istibdad monarxiyalarını 

və  dövlət idarəçiliyinin mürəkkəb  bürokratik  sistemini  ifadə  edirdi.  Qədim 

Şərq ölkələrinin quldarlıq dövlətçiliyinin hər bir tipi üçün öz xüsusiyyətləri 

xarakterik  idi.  Misir  üçün  bu,  -   mərkəzləşdirilmiş  totalitar-istibdad  rejim, 

Babil  üçün -  güclü  şəhər mədəniyyəti  və  iqtisdiyyatda xüsusi  sektorun  ol- 

ması, Aşşur üçün -  quldarlıq cəmiyyətinin hərbiləşdirilmiş xarakteri,  Persi- 

ya üçün  -  imperiya  əyalətləri  idarəçiliyinin  federativ  xarakteri,  icma-kasta 

sistemli Hindistan üçün -  varnov-kasta sistemi ilə  şərtlənən və ölkənin mə- 

dəni bütövlüyü ilə bağlı  siyasi parçalanma və dövlətçilik formalarının müx- 

təlifliyi, Çin üçün -  silki dərəcənin xas olduğu, sosial dərəcələrlə və konfut- 

si-budda  həyat  fəlsəfəsi  sistemi  ilə  mərkəzləşdirilmiş  istibdad  rejimi  idi. 

Şərq istibdadı  ölkələrinin  quldarlıq dövlətçiliyi üçün  (Şumer,  Babil,  Aşşur, 

Misir,  Het  şahlığı,  Mitanni,  Hindistan,  Çin)  ibtidai  icma  quruluşunun  azad 

əhalinin  məcburi  istismarı,  patriarxal  köləlik,  torpağa  kollektiv  sahibliklə 

kənd  icmasının  saxlanması,  qəbilə  əyanlar  şurası,  qan  qisası  hüququ  və  b. 

institutların  olması  xarakterik  idi.  Uzaq  keçmişlərin  sinfi  cəmiyyətlərinin 

ümumi  mədəni  tərəqqisi  fonunda,  istismar  formaları  və  istehsal  tələbatları 

arasındakı  ziddiyyətlərin  doğurduğu  sosial-iqtisadi  böhran,  vaxtaşırı  istib- 

dad monarxiyalarının müvəqqəti zəifləməsinə və feodal-federal tendensiya- 

larının və inkişaf formalarının güclənməsinə  gətirib  çıxarırdı.  Müəyyən qa- 

nunların tətbiqi yolu ilə  quldarlıq cəmiyyəti ziddiyyətlərinin yumşaldılması 

və  öz  hakimiyyətinin  və  var-dövlət  payının  artırılması  üçün  hakim  sinfin 

ayrı-ayrı  qrupları  arasındakı mübarizəni  aradan qaldırmaq cəhdləri gözləni- 

lən nəticələri vermirdi.



Fuad Məmmədov

102



İdarəetmə mədəniyyəti

Dövlətçiliyin əmələ gəlməsi icmanın ümumi mülkiyyətindən cəmiyyətin 

xüsusi mülkiyyətinə keçməsi ilə müşayiət olunurdu.  Qədim  Şərq dövlətçili- 

yinin xüsusiyyətlərindən biri o idi ki, quldarlıq dövlətlərində mülkiyyət yal- 

nız  torpaq,  əmlak,  istehsal  vasitələri  ilə  deyil,  həm  də  istehsalın  canlı  qüv- 

vəsi  -  qullarla təmsil  edilirdi.  Bir  sıra alimlərin fikrincə,  intellektual mədə- 

niyyətin  quldarlıq  cəmiyyətləri  hakim  siniflərinin  monopoliyasına  çevril- 

məsi  insanın  qabiliyyətləri  və  istedadının  azad  istifadəsi  imkanlarını  məh- 

dudlaşdıraraq,  bəşəriyyətin  intellektual  inkişafına  böyük  zərbə  vurmuşdur. 

Bu amil, qulların öz əməyinin nəticələrində maraqlı olmaması ilə, həmçinin 

əqli  və  zehni  əmək,  şəhər  və  kənd,  qullar  və  quldarlar  arasındakı  ümumi 

ziddiyyətlərlə  yanaşı,  Qədim  dünyanın  sosial-mədəni  tərəqqi  templərində 

mənfi əks olunurdu.  Sənətkarların, kəndlilərin və əhalinin digər kateqoriya- 

larının  hüquqlarının  qanunvericiliklə  məhdudlaşdırılması  ictimai  münasi- 

bətlərdə özünü heç də yaxşı göstərmirdi.

Qədim  Şərq dövlətlərinin daxili və xarici  siyasətinin əsasını,  hər şeydən 

əvvəl,  quldarların  hakim  sinfinin  maraqları  təşkil  edirdi.  Daxili  mühitdə 

dövlət idarəçilik  aparatı  əkinçilik və  tikinti  sahəsində  ictimai  işlərin  təşkili 

üzrə  fəaliyyəti təmin edir,  mülkiyyətin  qorunması,  habelə  qulların müqavi- 

mətinin yatırılması və  siyasi rejimin saxlanması məqsədilə  dini müəssisələ- 

rin (kahinlər dövlət aparatına daxil  idilər) köməyi ilə cəmiyyətə  ideoloji tə- 

sir göstərmək funksiyalarını yerinə yetirirdi. Xarici siyasət sahəsində başlı- 

ca  idarəetmə  vəzifələri:  istilaçı  müharibələrin  həyata  keçirilməsi  və  dövlət 

xəzinəsinin  doldurulması,  ölkənin  müdafıə  qabiliyyətinin  möhkəmləndiril- 

məsi  üçün  muzdlu  ordunun  döyüş  gücünün  artırılması,  hərbi-siyasi  ittifaq- 

ların  yaradılmasına  yönəldilmiş  diplomatik  fəaliyyət,  habelə  istila  edilmiş 

ərazilərin, əsasən vergi və baş vergisi yığılması yolu ilə idarə olunması idi.

Quldarlıq  dövləti  aparatına  inzibati  məmur  aparatı,  dövlət  hakimiyyəti 

orqanları,  ordu, polis, məhkəmələr və həbsxanalar daxil idi.  Dövlət idarəçi- 

liyi sisteminin xüsusiyyəti bütün seçkili və təyin olunmuş vəzifələrin məva- 

cibsiz  olması  idi və buna  görə yalnız  imkanlı  adamlar tərəfindən tutula bi- 

lərdi.  Bu  səbəbdən  vəzifələrin  tutulması  yalnız  əyanlar  üçün  mümkün  idi. 

Dövlətin əsas orqanları hərbi, maliyyə idarələri və ictimai işlər idarəsi idi.

Dövlətçilik  mədəniyyətinin  xüsusiyyətləri  hər  bir  ayrı  ölkənin  inkişaf 

mədəniyyətinin  obyektiv-tarixi  amilləri  ilə  şərtlənirdi.  Quldarlıq dövlətçili- 

yi  mədəniyyətinin  əsas  formaları:  monarxiya,  zadəgan  respublikası  və  de- 



mokratik respublika idi.

Şərqin  ilk  monarxiya  sivilizasiyalarında,  onlar üçün  səciyyəvi  olan tor- 

pağa xüsusi  sahibliyin olmaması və  suvarma  əkinçiliyi  ilə,  bütün hakimiy- 

yət irsi monarxa - sağlığında və ölümündən sonra monarxın şəxsiyyətini ilahi- 

ləşdirən  irsi  zadəganlara  söykənən  istibdadçıya  (ağaya,  sahibkara)  məxsus

103



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə