Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə66/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   62   63   64   65   66   67   68   69   ...   327

həcmi  və  məmurların  sayı  artır,  hakimiyyət iyerarxiyası  təkmilləşir,  vəzifə 

borcları nizama salınırdı.

Artıq  b.e.ə.  III  minillikdə  Erkən  Şahlıq  dövründə  (b.e.ə.  XXXI-XXIX 

əsrlər)  Qədim  Misirdə  ilahiləşdirilmiş  monarxın  qeyri-məhdud hakimiyyə- 

tinə  əsaslanan  dövlət  idarəçiliyi  sistemi  yarandı.  Bu  monarxiya  “Qədim 

Şərq  istibdad  hakimiyyətinin”  (qədim yunan  sözündən  “despot” -   ağa)  tə- 

cəssümü  idi.  Bu  dövrdə  idarəetmə  mədəniyyəti  xüsusiyyətləri,  firona  xid- 

mət etməyə  görə  saray  əyanlarının  funksiyalarının,  dövlət idarəçiliyinin və 

kahin vəzifələrinin ayrılmaması idi.  Dövlət idarəçiliyinin başlıca məqsədlə- 

ri  -   suvarma əkinçiliyinin təşkili,  hakim  sinfin  imtiyazlarının müdafiəsi  və 

ictimai asayişin mühafizəsi idi.  Ölkənin dövlət aparatı üç əsas hissədən iba- 

rət  idi:  mərkəzi,  vilayət  (nom)  və  yerli  (icmaların  yaşayış  məntəqələri  sə- 

viyyəsində).  Mərkəzi idarəçiliyin başında bütün hakimiyyəti almış, yəni bü- 

tün  qanunverici,  icraedici  və  məhkəmə  hakimiyyətini  əlində  cəmləşdirən 

ilahiləşdirilmiş  firon dururdu.  Onun  sərəncamları  qəti hökm xarakteri  daşı- 

yır  və  ölkənin  bütün  sakinləri  tərəfindən  danışıqsız  yerinə  yetirilməli  idi. 

Fironun  köməkçisi  və  dövlətin  ali  məmuru  çati  (sonralar  vəzir)  idi.  Çati  - 

təsərrüfat,  maliyyə,  sosial,  hərbi,  diplomatik  və  məhkəmə  sahələrini  əhatə 

edən  müxtəlif idarələrdə  qulluq  edən məmurların  iyerarxiya  aparatına rəh- 

bərliyi həyata keçirirdi.  Yerli  sülalələrin irsi hakimiyyətini zəiflətmək məq- 

sədi  ilə,  Erkən  Şahlıq  dövründə  mərkəzi  hakimiyyət  öz  hakimlərini  no- 

marxlar  vəzifəsinə  təyin  edir  və  onların  yerini  nomdan  noma  dəyişirdi. 

Mərkəzi hakimiyyətin möhkəmləndirilməsi üçün dəfn ayini şəklində həyata 

keçirilən hökmdarın ilahiləşdirilməsi prosesi mühüm əhəmiyyət daşıyırdı.



Qədim  Şahlıq  dövründə  (b.e.ə.  XXVIII-  XXIII  əsrlər)  IV  sülalənin  ha- 

kimliyi  zamanı  (b.e.ə.  XXVIII  əsr)  əzəmətli  piramidaların  -   fövqəlbəşəri 

böyüklük və mütləq hakimiyyət abidələrinin tikilməsi ilahiləşdirilmiş firon- 

ların istibdad hakimiyyətinin əsaslandırılmasının effektiv ideoloji vasitəsinə 

xidmət  edirdi.  Bu  dövrdə  dövlət  idarəçiliyinin  mərkəzləşdirilməsi  özünün 

son  həddinə  çatdı,  belə  ki,  bütün  ali  vəzifələr  şah  ailəsinin  -   fironun  çox- 

saylı övladlarının və qohumlarının əlində cəmləşdi.  Hakimiyyətin və böyük 

vəsait mənbələrinin mərkəzi  hakimiyyətin əlində  cəmləşməsi xarici  siyasə- 

tin uğurlarına səbəb  oldu.  Misir Yaxın  Şərqdə  ən iri dövlətlərdən biri  oldu. 

Lakin  idarəetmənin  həddən  artıq  mərkəzləşdirilməsi  nom  əyanlarının  və 

hərbçi  əyanların narazılığına  səbəb  oldu ki,  bu da hakim  siniflərin münasi- 

bətlərində gərginliyə gətirib çıxardı.  Bunu nəzərə alaraq, ictimai münasibət- 

lərin tənzimlənməsi  və  ziddiyyətlərin  aradan  qaldırılması  üçün V  sülalənin 

fironları  yerli  və  hərbçi  əyanları  mərkəzi  aparata  cəlb  etməklə,  misir  aris- 

tokratiyasının  geniş  dairələrinin  hakimiyyətinə  yol  açmağa  cəhd  edirdilər. 

Bu  siyasət nəticəsində  ölkədə maddi və insan resurslarının yerli hakimlərin



Fuad Məmmədov

138



İdarəetmə mədəniyyəti

xeyrinə yenidən bölüşdürülməsi prosesi başladı ki,  bu da,  “cəmiyyətin feo- 

dallaşmasına”,  mərkəzləşdirilmiş  dövlətin  öz  aralarında  düşmənçilik  edən 

yarımüstəqil nomlara parçalanmasına səbəb oldu.  Bu prosesin nəticəsi mər- 

kəzləşdirilmiş dövlətin iqtisadi və siyasi gücünün azalması və Misirin xarici 

siyasət təsirinin zəifləməsi oldu.

Bu çağırışa cavab, Misirin hakim sinfinin b.e.ə.  III-II minilliklərin hüdu- 

dunda Orta Şahlıq dövründə  (b.e.ə.  XXI-XIX əsrlərin ortaları) güclü dövlə- 

tin  bərpa  edilməsi  uğrunda mübarizəsi  oldu.  300  il  davam  edən bu  dövrdə 

hələ  qədim  şahlıq dövründə yaranmış  iyerarxiya idarəçiliyi ilə  çoxsaylı bü- 

rokratik  aparat bərpa  olundu.  Buna baxmayaraq yerli  əyanlardan  olan  gəl- 

mələrin - nomarxların əlində cəmləşən nomların idarə edilməsini öz nəzarə- 

ti  altına  almaq  Orta  Şahlıq  fironlarına  müvəffəq  olmadı.  Bir  sıra  irsi  no- 

marxların  şahın  əlaltıları  ilə  əvəz  edilməsi  və yerli  sülalələri  aradan  qaldır- 

maq  cəhdləri  fironu  geri  çəkilməyə  məcbur  edən  güclü  müqavimətə  rast 

gəldi.  Bununla belə, yerli hakimlərin güclü mövqeləri fironların hakimiyyə- 

tini zəiflədən separatizm təzahürü üçün əlverişli şərait idi.  Bunun nəticəsin- 

də  mərkəzi  hakimiyyət,  nom  zadəganlarına  qarşı  qoyulan,  orta  təbəqəni 

təmsil  edən  xidmətdə  olmuş  adamların  içərisindən  komplektləşdirməyə 

başladı.  Bu mərkəzləşdirilmiş  güclü dövləti yenidən bərpa etməyə və  Şərqi 

Aralıq  dənizinə  münasibətdə  istilaçılıq  siyasətini  genişləndirməyə  imkan 

verdi.  Belə siyasət alınmış ölkələrin istilasına və sistemli istismarına yönəl- 

dilmişdir ki,  onların təbii  sərvətləri  Misir iqtisadiyyatının  inkişafına və  ha- 

kim sinfin müxtəlif təbəqələrinin varlanmasına istiqamətlənmişdir.

Qədim Misir üçün daha nümunəvi  göstəricilərdən biri,  Yeni Şahlıq  döv- 

ründəki  (b.e.ə.  XVI-XI əsrlər) dövlət idarəçiliyidir.  İdarəçilik dörd səviyyə- 

ni daxil edirdi:  mərkəzi, regional, dairə və kənd.  XVIII  sülalənin idarəçiliyi 

dövründə  ölkənin dövlət idarəçiliyinin bütün böyük iyerarxiya aparatı vəzi- 

rə  -  ali əyana,  ilahi fironun xidmətçisinə tabe idi ki, bu da idarəetmənin cid- 

di  surətdə  mərkəzləşdirilməsini  və  məmurlar  ordusu  üzərində  mükəmməl 

nəzarəti  təmin  edirdi.  Çoxsaylı  idarələr,  həmçinin  dövlət  qulluqçularının 

iyerarxik  təşkil  edilmiş  geniş  ştatlı  şəxsi  dəftərxanalarına başçılıq  edən  10 

ali  Misir  əyanı  da vəzirə  tabe  idi.  Dörd böyük  inzibati  region  idarəçiliyinə 

məsul  olan  regional  administrasiya  aparatının  məmurlarını  da  vəzir  təyin 

edirdi.  Regional  idarəetmə  mərkəzi  dövlət  aparatının  nümunəsi  üzrə  təşkil 

olunmuşdu.  Yerli knyazların - nəsli nom əyanlarının separatizminin qarşısı- 

nı  almaq məqsədi ilə, onlar vəzifəyə yalnız vəzirin təsdiqindən sonra başla- 

ya  bilərdilər  və  onun  nəzarəti  altında  idilər.  Bununla yanaşı  iri  şəhərlərdə 

mərkəzdən  təyin  edilmiş  və yerli  nomarxların  hakimiyyətini  məhdudlaşdı- 

ran  şəhər  hakimləri  vəzifəsi  müəyyən  edilmişdi.  Dairə  idarəçiliyi  nomları 

təşkil  edən  daha  kiçik  inzibati  vahidlərin  işlərinə  nəzarət  edirdi.  Kənd  və

139



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə