Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə69/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   65   66   67   68   69   70   71   72   ...   327

I minilliyin ortalarında yaranmışdır.  Bu dövrdə  Hindistanda iyirmiyə yaxın 

iri dövlət təxmin edilirdi.  Məlum olduğu kimi, tərcümədə “alicənab” məna- 

sını  verən  “ari”  sözü,  qədim  hind  və  qədim  İran  tayfa birliklərində  hakim 

qəbilələrin  öz-özünə  verdiyi  ad  idi.  Sonrakı  vedi  dövründə  hind-ari  hökm- 

darları (racələr) ilk əvvəl əsasən hərbi başçılar idi.  Ənənəvi olaraq bütün sa- 

ray  əyanlarının çoxu racənin qohumları  idi və bu,  dövlətdəki  qarşılıqlı mü- 

nasibətlərə  ailə  əlaqələri  xarakteri  verirdi.  Qohumların  dəstəyi  hakimiyyəti 

əldə  etmək  və  “anadangəlmə  bərabər”  olan  rəqiblər  üzərində  qələbə  üçün 

lazım  idi.  Hakimiyyət xalqdan  vergi  yığmaq  imkanı  kimi  nəzərdən  keçiri- 

lirdi  ki,  onun bir hissəsi  böyük  qurbanlara  sərf edilirdi.  Şimali  Hindistanın 

böyük siyasi qurumlarının hökmdarları özlərini “ali” və “mütləqiyyət” pad- 

şahları  adlandırırdılar.  “Şahların ən yüksək  siyasi uğuru“  atın qurban kəsil- 

məsi mərasimi hesab edilirdi, onun köməyi ilə  qurbanlıq atın ayağı hara də- 

yirdisə, o torpaqlarda padşahlar öz ali hakimiyyətinin tanınmasına nail olur- 

dular.  Ənənələrin qoruyucuları və qeyri-adi müdriklər sayılan kahinlər, mü- 

əyyən edilmiş ictimai qaydaların mühafizəsini təmin edən tayfaların hakim- 

ləri funksiyasını yerinə yetirirdilər.

Sonrakı vedi dövründə  sosial-iqtisadi münasibətlərdə və hind dövlətçili- 

yində  əhəmiyyətli  dəyişikliklər müşahidə  edilir, onun xüsusiyyəti bu idi ki, 

o,  fasiləsiz  xarakter  daşımırdı.  Tam hüquqlu  mülkədar-icmaçılar yerli  ida- 

rəetmə  məsələlərini  toplanışlarda müzakirə  edirdilər.  Yerli  icma  özünüida- 

rəsinin hüquqi  əsasını  adi hüquq təşkil edirdi.  Kəndin başında,  dövlət haki- 

miyyəti  qarşısında  icmanı  təmsil  edən  ağsaqqal  dururdu.  Hər vilayətin hü- 

dudları dairəsində  eyni ictimai  statusun ailələri  qapalı birliklər -  daxili vəh- 

dəti  iqtisadi  maraqlar  və  dini  adətlərlə  şərtlənən  kastalar yaradırdılar.  Hər 

kateqoriya  simalarının  statusu  irsi  və  dəyişməz  idi,  onların  öz  aralarındakı 

ənənəvi  münasibətləri  isə  əmək  bölgüsünün,  hind  kəndinə  sosial  sabitlik 

verən qarşılıqlı hüquq və vəzifələrin öz sistemini nəzərdə tutan kasta iyerar- 

xiyası formasında həyata keçirilirdi.

Struktur baxımından kasta münasibətləri  cəmiyyətin, müxtəlif sosial nü- 

fuza malik dörd varnaya bölünən sosial təşkilatına uyğun gəlirdilər.  Mülkə- 

darların ən yüksək kastası brahmanlara və ya kşatrilərə,  ticarət-sələmçi his- 

sə  - vayşyamlara,  sənətkarlar və kəndlilər  -  şudralara,  ən  ağır və  çirkli mə- 

rasimi işlərlə məçğul  olanlar isə  -  “toxunulmazlar” kastasına aid edilirdilər. 

Hind cəmiyyətində  muzdlu və  icbari  əmək  geniş  tətbiq olunurdu,  köləliyin 

müxtəlif  formaları  vardı,  bu  səbəbdən  Qədim  Hind  dövlətçiliyi  quldarlıq 

xarakteri  daşıyırdı.  Xəzinənin  doldurulma  mənbələri  vergilər  idi.  Alim 

brahmanlara,  məbəd  və  monastırlara  aid  olan  torpaqlar,  bir  qayda  olaraq, 

vergi ödənişindən azad edilirdi.

Fuad Məmmədov

144



İdarəetmə mədəniyyəti

Qədim  Hindistanda dövlətçiliyin  formalaşması  prosesində  qəbilə  başçı- 

ları və nəsli əyanlar,  sahiblik səlahiyyəti adətən ali hakim tərəfindən təsdiq- 

lənən  ictimai  sərvətləri  öz  əllərində  cəmləşdirmişdilər.  Bununla  bərabər 

mərkəzi  hakimiyyət varislik  hüquqlarını  rejimə  daha  artıq  loyal  nümayən- 

dələr üçün təsbit  etməyə  cəhd  edirdi.  Öz  hakimiyyətini  möhkəmləndirmək 

məqsədi  ilə  çox vaxt hökmdarlar öz  qohumlarını  və  tərəfdarlarını yerli  ha- 

kimlərin əvəzinə irəli çəkərək,  onların yerli  əhali  ilə  qurulan münasibətləri- 

ni  zəiflədən  yerdəyişmə  siyasəti  aparırdılar.  Yeni  məmurlara  müvəqqəti 

olaraq verilən torpaqlar hər vaxt geri  alına bilən  “yemləmə” mənbəyi  kimi 

nəzərdən keçirilirdi.  Bu,  əks prosesi  -   şahın yüksək mənsəb  sahibləri üçün 

ayrılmış torpaqları irsi mülkiyyətə çevirmək cəhdini stimullaşdırırdı.  Bu re- 

allıqlar  sosial  ziddiyyətlər  və  siyasi  sabitsizliyə  səbəb  olurdusa  da,  Qədim 

dövrün  sonunda Hindistanda iri  mülkədarlığın  inkişafı müşahidə  olunurdu. 

Bu proses  Hindistanda feodal  dövlətçiliyi  əsaslarının tədricən  formalaşma- 

sına yardım edirdi.

Qədim Hindistanda dövlət idarəçiliyi xüsusiyyətlərini başa düşmək üçün 

nəzərə  almaq lazımdır ki, cəmiyyətin  idarə edilməsi sisteminə din  böyük tə- 



sir göstərirdi.  Əyanların zənginliyinin əsasının hakimiyyətə  sahiblik oldugu 

vedi dövründə qurban kəcməyə böyük dini əhəmiyyət verilirdi, çünki hesab 

edilirdi  ki,  “allah  ...  onu  mədh  edənləri  mükafatlandırır”.  Budda  dövründə 

mərasim  və  qurbandan  imtina  ilə  əlaqədar  olan  ənənəvi  dünyagörüşünün 

dəyişməsi  baş  verdi.  Qurbanlıq  ayininin  məqsədinin  ailələrin  və  icmaların 

rifaha yetişməsi  olduğu  vedi  dinindən  fərqli  olaraq,  budda  dini  təlimi  dini 

azad  olmanın  insanın  sosial  mövqeyindən  asılı  olmağını  elan  edərək,  əsas 

məqsəd  kimi  şəxsiyyətin  azadlığını  bildirirdi.  Hökmdarların  buddizmi  hi- 

mayə  etməsi  həm  də  onunla  şərtlənirdi  ki,  bu  din  “möminlik  şahlığının” 

əsasının  asılı olduğu dünyanın hömdarı  idealını  irəli  sürdü,  möminliyin ya- 

yılması (“dxarma çarxının dönməsi”) isə eyni zamanda bu dini ideala cavab 

verən hökmdarın hakimiyyətinin güclənməsi  demək  idi.  Kuşan hökmdarla- 

rının himayəsi  nəticəsində  buddizm  şərqi  İranda,  Mərkəzi  Asiyada,  Çində, 

Yaponiyada,  Tibetdə  və  Monqolustanda  yayıldı.  Əsasını  çoxsaylı  Qədim 

Hindistan xalqlarının arxaik inamları -  təbiət və heyvan ayinləri,  ilahə-ana- 

ya və kainatın əsası olan, hər yerdə mövcud Yaradan Allaha (Vişnuya və ya 

Şivaya)  sitayiş təşkil edən ənənəvi hinduizm də dövlət idarəçiliyində müəy- 

yən rol oynayırdı.  Hinduizm üçün səciyyəvi cəhət insanın əsli ilə təyin olu- 

nan əxlaqın nisbiliyi haqqında müddəa idi  (hər bir insan  özünün irəlicədən 

təyininə  və  vəzifəsinə  malikdir,  və  biri  üçün yaxşılıq  olan  bir  şey,  başqası 

üçün günah ola bilər).  Buddizmi tədricən sıxışdırıb  aradan çıxaran hinduiz- 

min  xüsusiyyəti  onun  ideyalarının  müxtəlif və  ziddiyyətli  olması,  başlıca

145



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə