Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə65/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   61   62   63   64   65   66   67   68   ...   327

icra hakimiyyəti hökmdar tərəfindən həyata keçirilirdi.  Hökmdar, həmçinin 

məhkəmə  hakimiyyətinin  başında  dururdu  və  “Mezalim  divan”  idarəsinə 

rəhbərlik edərək,  ali hakim titulunu daşıyırdı.

Türk  dövlət  ideologiyasına  uyğun  olaraq,  ədalət  məhkəməsi  dövlətin 

əsası hesab  edilirdi, bu səbəbdən hakimə  olan ən mühüm tələb  ədalətin  qo- 

runması idi.

Dövlət  xadimləri  üçün  vəsait  olan  idarəetmə  haqqında  “Kutadgu  bilig” 

(müasir türkcə ilə:  ”Mutlu olma bilgisi”) traktatında hökmdarın ədalətli ida- 

rəçiliyinə xüsusi əhəmiyyət verilirdi.  Hökmdar dövlətdə qanunları müəyyən 

edən və ölkə təbəələrinin mühakiməsinin tam səlahiyyətlərinə malik yeganə 

sima  idi.  Hökmdarın  qanun  və  fərmanlarının  dövlət  qulluqçuları  və  bütün 

xalq tərəfindən məcburi icrası zəruri idi.  Dövlət işlərinin  aparılması hüquq- 

ları, bir qayda olaraq, hakim tərəfindən dövlət başçısı adından idarəetmə fə- 

aliyyətini həyata keçirən Divana həvalə edilirdi.

Yüksək  səviyyədə  siyasi,  sosial-mədəni  və  iqtisadi  qərarlar  qəbul  edən 

qanunverici və nəzarətedici  orqan Kengeş  Məclisi  (Qurultay)  idi.  Hökmda- 

rın sərəncamlarını və  Qurultayın  qərarlarını həyata keçirən icraçı  orqan baş 

vəzirin  (Uluqayquçi)  rəhbərliyi  ilə  vəzirlərdən  və  nazirlərdən  ibarət  olan 

hökumət  idi.  Xaqanın  köməkçiləri  rolunu yerinə  yetirən  vəzirlərin  keyfiy- 

yətlərinə tələblər -  alimlik və cəsurluq (bilgelik və alplıq) idi.  Bu zaman və- 

zirlər xalq tərəfindən,  dövlət qarşısında xidmətləri və  ağlı və  müdrikliyi ilə 

tanınmış şəxslərdən seçilirdi.

Təşkilati-funksional baxımdan türklərin dövlət idarəçiliyi “ikiləşmiş təş- 

kilatı”  təmsil  edirdi.  Belə  formaya  uyğun  olaraq,  ölkə  qərb  (sol)  və  şərq 

(sağ)  hissələrə  bölünürdü,  bir  hissəni  xaqan,  digərini  “yaqbu”  -  xanlardan 

biri,  adətən hökmdarın qardaşı idarə edirdi.  Onların tabeliyində ölkənin mü- 

əyyən hissələrinə məsul olan 22 rəhbərlik edən var idi.

İyerarxiya pilləsində vəzirlərdən  sonra nazirlər (buyruklar),  daxili nazir- 

lər (iç buyruqlar) və nəhayət, dövlət qulluqçuları:  alpaqut, inel, inak, inançu, 

tarkan,  apa,  boyla,  şadapıt,  ataman, tudun, yaqruş,  külüg və  çavuş  dururdu. 

Tayfa  icmaları  və  qəbilələr  hökmdarın  uşaqları  tərəfindən  idarə  edilirdilər 

və beləliklə, idarəetmə təcrübəsi toplayırdılar.

XI  əsrdə  müsəlmanlıq  dövrünün  türk  hakimiyyət  konsepsiyası,  səlcuq 

vəziri Nizamülmülkün tərtib etdiyi “Siyasətnamə” traktatında əks olunmuş- 

dur.  1259-cu ildə Misirdə yaradılmış Məmlük dövlətində varislik prinsipin- 

dən  deyil,  dövlət  qarşısında müvəffəqiyyətləri  və  xidmətləri  ilə  şərtlənən  - 

sultanın seçkilər prinsipindən istifadə olunurdu.

Türklərin dövlət idarəçiliyi üçün xarakterik  cəhət həm  də  o  idi ki,  pad- 

şahların  vəzirləri  qismində,  bir  qayda  olaraq,  Səlcuq  dövlətinin  hökmdarı 

Məlik  şahın  (XI  əsr)  vəziri Nizam  əl-Mülk,  Azərbaycan hökmdarı  Hülakü



Fuad Məmmədov

136



İdarəetmə mədəniyyəti

xanın  (XIII  əsr)  vəziri  Məhəmməd Nəsirəddin  Tusi,  özbək  sultanı  Hüseyn 

Baykarın (XV əsr) vəziri Nizaməddin Mir Əlişir və s.  kimi tanınmış  alimlər 

və mütəfəkkirlər təyin olunurdular.



Qədim Misir

Dünya  mədəniyyətinə  və,  hər  şeydən  əvvəl,  Ön  Asiya  və  Antik  Yuna- 

nıstan xalqlarının mədəni inkişafına Qədim Misirin yüksək inkişaf etmiş  si- 

vilizasiyası böyük təsir göstərmişdir.  Qədim Şərq istibdadının nümunəsi he- 

sab edilən Misirin  dövlətçilik təcrübəsi  dünyanın bir çox ölkələrinin dövlət 

quruculuğu və idarəçiliyi təcrübəsində bu və ya digər dərəcədə nəzərə  alın- 

mışdır.  Misirlilərin,  bəşəriyyətin müvəffəqiyyəti  olan görkəmli  nailiyyətlə- 

rinin  başlıca  amillərindən  biri  -  dövlət  idarəçiliyi  mədəniyyətidir.  Misir 

xalqları b.e.ə. VI əsrin sonunda Saxara, Liviya səhrası, müasir Həbəşistanın 

vilayətlərində  yaşayan  qəbilələrin  sintezi  nəticəsində  formalaşmağa  başla- 

mışdır.  Qədim  Misirdə  sinfi  cəmiyyətin  və  dövlətçiliyin  əmələ  gəlməsi 

b.e.ə.  IV minilliyin II yarısında baş vermişdir.  Misir, b.e.ə.  VI əsrdə Persiya 

imperiyasının  tərkibinə  daxil  olması  ilə  başa  çatan  uzunmüddətli  bir tarixi 

hesablasa da, bu tarixdə tərəqqi və tənəzzül dövrləri olmuşdur.  Onların ara- 

sında  dövlət  idarəçiliyi  mədəniyyəti  baxımından  ən  maraqlıları,  -   b.e.ə. 

XXVIII-XXIII  əsrləri əhatə edən Qədim  Şahlıq dövrü və Misir sivilizasiya- 

sının  yüksəlişinə  nail  olunduğu  və  Misir  imperiyasının  yarandığı  (b.e.ə. 

XXVI-XXI əsrlər) Yeni  Şahlıq dövrüdür.  Misirin mənəvi dəyərlərinin, dün- 

yagörüşü  və  dini  ayin  sisteminin  xüsusiyyətləri  təbii-coğrafi  şəraitin  sərt 

xarakteri ilə bağlı idi.  Yaşama və əlverişli həyat şəraitinin yaradılması üçün 

xalqın  mütəşəkkil  əməyi,  güclü  mərkəzləşdirilmiş  hakimiyyət  və  dövlət 

idarəçiliyinin  effektiv  sisteminin  olması  zəruri  idi.  Bu  səbəbdən,  Qədim 

Yunanıstanda yer alan dövlət idarəçiliyinin demokratik tendensiyaları Misi- 

rin sosial quruluşunda mümkün deyildi.  Fironun və onun məmurlarının ila- 

hi  iradəsinə  xalqın  danışıqsız  itaətini  formalaşdıran  dövlət  ideologiyası  və 

dünyagörüşü  misirlilərin,  şəxsiyyətə  deyil,  vəzifəyə  hörmətlə  şərtlənən 

mentalitetinin formalaşmasına səbəb  olurdu.  Buna baxmayaraq Qədim  Mi- 

sirdə dövlət idarəçiliyinin mürəkkəbliyi hakim sinfin daxilində, bir tərəfdən  - 

nom (vilayət) nəsli tayfa əyanları və kahinlər və digər tərəfdən - firon başda 

olmaqla  xidmətdə  olmuş  əyanlar  arasındakı  münasibətlərin  daimi  ziddiy- 

yətləri  ilə  əlaqədar  idi.  İmperiya  böyüdükcə,  onun  iqtisadiyyatı  inkişaf et- 

dikcə  və  ictimai  münasibətlər  sistemi  mürəkkəbləşdikcə,  dövlət  idarəçiliyi 

aparatının yenidən qurulması və təkmilləşdirilməsi zərurəti artırdı. Zamanın 

tələblərindən  asılı  olaraq,  funksiyalar  mürəkkəbləşir,  dövlət  idarəçiliyinin

137



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə