Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə81/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   77   78   79   80   81   82   83   84   ...   327

ranlarının qanuni varisləri kimi təqdim edirdilər.  Yunan filosoflarının siyasi 

əsərlərində  şöhrətləndirilmiş  Selevkilər  dövlətində  şah  hakimiyyəti  hökm- 

darların  sitayişinə  əsaslanırdı.  Onlardan  biri  olan  Antiox  özünə  “Teos” 

(“Allah”)  ləqəbini  götürmüşdü.  Ellin dövlətlərində yerli  əhalinin geniş küt- 

lələrini idarə  edən yunan-makedon əyanlarının imtiyazlı mövqeyi,  onlar tə- 

rəfindən  müəyyən  edilmiş  vergi  yükü  insanların  sosial  etirazını  artırırdı. 

İnsanın dəyər meyarı - mənşəyi və etiqadı deyil,  zənginliyi,  sosial vəziyyəti 

və təhsili idi.

Ellinizm  dövründə  insanların  əqli  əhvalına  və  idarə  olunmalarına  o  za- 

man  mövcud  olan  yunan  fəlsəfə  məktəbləri  müəyyən  təsir  göstərirdi.  Bu 

dövr qarışıqlıq,  şəxsi və sosial sabitsizlik,  sabaha inamsızlıq və insanın xoş- 

bəxtlik  yollarının  axtarışı  dövrü  oldu.  Həyatın  bir  çox  suallarına  b.e.ə.  III 

əsrin - stoik,  epikür və skeptik fəlsəfə məktəbləri cavab verməyə çalışırdılar. 

Stoiklərin  idealının  sosial-etik əsasını  insanların yüksək rifahı  və bərabərli- 

yi kimi, xeyirxahlığın etik ideyaları təşkil edirdi.  Stoiklər  şüurlu başlanğıc- 

lara əsaslanan polietnik “dünyəvi dövlət” modelini yaratmışdılar.  Belə döv- 

lətdə hər şey hər kəsin özünün,  doğmalarının, yoldaşlarının,  vətənin və bü- 

tün bəşəriyyətin qarşısında mənəvi borcunun dərk edilməsinə  əsaslanır.  Tə- 

biəti  loqos  (əzəli  qüvvə)  tərəfindən  nizamlanmış  ilahi  və  şüurlu  başlanğıc 

kimi  qavrayaraq,  stoiklər insanları  təbiət  qanunlarını  gözləməyə,  xeyirxah- 

lığa və  xoşbəxtliyə  nail  olmaq üçün  -  “apateyə”  -  sərvətə,  fiziki  gözəlliyə, 

sosial mövqeyə  və hətta  sağlamlığa qarşı  qərəzsiz olmağa çağırırdılar.  Sto- 

iklərdən fərqli  olaraq,  xoşbəxtliyi mükafat kimi  qəbul  edən epikürçülər xe- 

yirxahlığı xoşbəxtliyə nail olmaq vasitəsi kimi  görürdülər.  Xoşbəxtliyi  izti- 

rabların olmaması kimi  dərk  edərək,  onlar  aktiv  həyatı -  xəyalpərəst həyat 

idealı  ilə  müqayisə  edirdilər.  Epikürçülər insan tələbatlarının məhdudlaşdı- 

rılmasına çağırır və  güman edirdilər ki,  “kimin tələbatı  azdırsa,  onun həzzi 

çoxdur”.  Bununla yanaşı  onlar ən yüksək ruhi  zövq olan məhəbbət ayininə 

etiqad edirdilər.  Epikürçülərin -  allahların insanların həyatına qarışmadığını 

fərz edən təlimi  -  allah qarşısındakı  qorxunu, həmçinin hissiz vəziyyət olan 

ölüm  qarşısındakı  qorxunu  dəf etməyə  imkan verdi.  Skeptik  məktəb  fəlsə- 

fəsinin  əsasını  dərkedilməzlik  ideyası  təşkil  edirdi.  Skeptiklər güman  edir- 

dilər  ki,  gerçək  mülahizələr  olmur,  onlar  yalnız  həqiqətə  uyğun,  az  və  ya 

çox həqiqi ola bilərlər.  Bunu nəzərə alaraq skeptiklər mülahizələrdən çəkin- 

məyə çağırırdılar,  çünki bu -  sakitlik,  şübhələrdən azad olma, kədərə və  se- 

vinclərə qarşı biganəlik verir.

Ellin dünyasında xeyli inkişaf etmiş dəqiq və təbiət elmləri müəyyən də- 

rəcədə  dövlətçiliyə  xidmət  edirdi.  Ən  görkəmli  alimlərin,  mühəndis-mexa- 

niklərin və həkimlərin yaradıcılıq fəaliyyətləri bu dövrə  aiddir.  Onların ara- 

sında:  Herakteydən  -   Feofrast,  Heraklit,  Lampsakdan  -  Straton,  Evklid,

Fuad Məmmədov

168



İdarəetmə mədəniyyəti

Arximed,  Perqadan  -  Apolloni,  Strabon,  Meqalopoldan  -  Polibi,  Aristarx 

Samosski, Kirendən - Eratosfen, mühəndislər:  Diadet, Ktesibi, Filon, İskən- 

dəriyyəli  Heron,  həkimlər:  Halkedondan  -  Herofil,  Erasistrat  Keosski  var- 

dir.  Belə  ki,  Evklidin  “Həndəsənin  başlanğıcı”  əsəri  yüz  illər  ərzində  bir 

çox  ölkələrdə  həndəsə  üzrə  mütləq  dərs  vəsaiti  idi.  Görkəmli  yunan  alimi 

Arximedin  yaradıcılıq  fəaliyyəti  son  dərəcə  səmərəliliyi  ilə  fərqlənirdi. 

Onun tərəfindən müxtəlif həndəsi fiqur və cisimlərin səthinin sahəsi və həc- 

minin təyin  edilməsinin yeni  metodları  işlənib hazırlanmış,  çevrənin uzun- 

luğunun hesablanması düsturu təklif edilmiş, hidrostatika və nəzəri mexani- 

kanın təməli qoyulmuş, planetari,  suqaldırıcı maşın,  atıcı döyüş topları və s. 

düzəldilmişdir.  Məşhur  “Coğrafiya”  əsərinin  müəllifi  Strabonun  fikrincə, 

coğrafiya -   hökmdarlara və  sərkərdələrə  xidmət  etmək  kimi  mühüm  praktik 

funksiyanı  yerinə  yetirməlidir.  Coğrafi  biliklərin  inkişafı  astronomiya  ilə  sıx 

bağlı  idi.  İsgəndəriyyəli  alim-astronom Aristarx  Samosski,  onu elmi  sübut- 

suzluqda  və  allahsızlıqda  günahlandıran  elmi  mühitin  sərt  müqavimətinə 

baxmayaraq,  Kopernikdən  1800 il əvvəl Yerin və digər planetlərin Günəşin 

ətrafında dövr etməsi barədə  fərziyyə irəli  sürmüşdü.  Həm də istedadlı mü- 

həndislər və konstruktorlar olan ellin dövrünün alimləri tərəfindən su dəyir- 

manı, müdafiə maşınları - katapultlar (daş atan alətlər), petrabollar, “aeroto- 

ton”  (pnevmatik  təsirli  atıcı  əl  qumbarası),  su  saatı,  nasoslar,  hidravlik  or- 

qan,  yanğın nasosu,  su turbinləri,  buxar turbinlərinin  prototipi,  uzağıölçən, 

nivelirlər,  mexaniki  oyuncaqlar,  avtomatlar  və  konstruksiyalar  ixtira  edil- 

mişdir.  B.e.ə.  III  əsrdə  kitabxana  işinin  praktik  ehtiyaclarından yeni  elm  - 

filologiya əmələ  gəldi.  B.e.ə.  II  əsrin görkəmli tarixçisi Meqalopoldan olan 

Polibi idi.  Onun xidmətləri, alimin, (müasirlərinin etdiyi kimi) tarixi əyləndi- 

rici-hekayə təsviri  kimi  deyil,  dövlət idarəçiliyində  nəzəri  əhəmiyyətə malik 

olan, cəmiyyətin inkişaf qanunlarını və gələcəyi görməni başa düşməyi öyrə- 

dən praktik faydalı elm kimi nəzərdən keçirməsindən ibarət idi.

İnsanların taleləri əsas etibarilə  insanın davranışına və  sosial münasibət- 

lərin  nizamlanmasına  təsir  edən  insan  qəlbinin  qarşısıalınmaz  istəkləri  ilə 

müəyyənləşdirilirdi.  İncəsənət cəmiyyətdə innovativ ideyaların və elmi nai- 

liyyətlərin yayılmasına yardım  edən güçlü  maarifçi,  etik və  didaktik vasitə 

idi.  Doğulan Afina demokratiyasının ideyaları, Esxilin,  Sofoklun, Evripidin 

və  digər  görkəmli  yunan  şairlərinin  bədii  sənətinin  böyük  gücü  sayəsində 

xalq içərisində təsdiqlənir və yayılırdı.



Qədim Roma

Tarixi vaxt baxımından çox da böyük olmayan,  lakin hadisələrin xrono- 

logiyasına,  forma və məzmun aydınlığına görə dolğun dövlətçilik təşəkkülü

169



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə