82
Qrafik 3.5. DJ Stoxx 600 indeksi üzrə qiymətlərin enişi istiqamətli
proqnozlaş
dırma strategiyası
Eniş baş tutdu… Texniki təhlil nəticəsində aparılmış hesablama nəticəsində 2009-cu
ilin fevral ayının 18-də Standard and Poor's maliyyə indeksinin qiymətinin artımının
orta səviyyəsi $81.07 həddində müəyyənləşdirilmişdir. Analitiklərin gözləntilərinə
görə qiymət $81.07 səviyyəsi üzərinə yüksələ bilməyərək yenidən eniş istiqamətli
hərəkətinə davam edərək $80.10 həddinə yaxınlaşacağı gözlənilirdi. Trend bu
səviyyədən dəstək alaraq artım istiqamətli hərəkətə cəhd edə bilərdi. Lakin $81.07
həddi yuxarı doğru keçilmədiyi müddətdə korreksiyanın davam edəcəyi gözlənilirdi və
qiymətin $80.10 səviyyəsinin aşağı istiqamətində kəsilərsə $79.14 həddinədək enişin
olacağı ehtimalı yüksək qiymətləndirilirdi. Alternativ variant kimi isə növbəti artım
həmləsi ilə qiymətin $81.07 səviyyəsi keçərsə korreksiya sonlanaraq yeni artım trendi
başlama ehtimalının ola biləcəyi proqnozlaşdırılırdı. Hədəflər kimi: Artım: $84.16
83
Eniş: $79.14 Əhəmiyyətli səviyyələr: $81.07 və $80.10 qiymətləndirilirdi. Lakin
Avrozonada cərəyan edən borc probleminin təsirləri nəticəsində qiymətlərin eniş
tendensiyası davam edərək qiymətlər proqnozlaşdırılan səviyyədən də daha aşağı
səviyyəyə qədər azaldı.
Qrafik 3.6. Standard and Poor's maliyyə indeksi üzrə eniş istiqamətli
proqnozlaşdırma strategiyası
Ciddi eniş... Standard and Poor's 500 indeksi üzrə 2008-ci ilin sentyabr ayının 4-cü
həftəsinin, yəni ümumdünya maliyyə böhranın baş verdiyi zaman kəsiyinə aid
qrafikinə nəzər saldıqda müəyyən etmiş olarıq ki, sentyabr ayının 3-cü həftəsinin son
günü ticarət sessiyasında qiymətlərin ciddi enişinin olduğu müşahidə edilir. Maliyyə
böhranını uzun müddətli olacağını nəzərə alaraq Qiymətlərin enişinin davam edəcəyi
ehtimal edilirdi. Alternativ olaraq artım istiqamətli müəyyən hərəkətin ola biləcəyi də
istisna edilmirdi. Məhz bu səbəbdən Proqnoz olaraq qiymətin $0.9138 həddi altında
möhkəmlənməsi ilə $0.9061 həddinədək enişin ola biləcəyi ehtimal edilirdi. Alternativ
variant olaraq qiymətin $0.9169 həddini yuxarıya doğru kəsməsi ilə $0.9225
həddinədək artımın olacağı ehtimal olunurdu. Qiymət dinamikası üzrə hədəflər: Artım
– $0.9180; $0.9193; $0.9205; $0.9225; Eniş - $0.9120; $0.9103; $0.9090; $0.9061;
Ə
həmiyyətli səviyyələr : $0.9138; $0.9169 kimi qiymətləndirilirdi. Hadisələrin gedişi
proqnozların nəticələrinin düzgün olması ilə nəticələndi. Belə ki, qısa müddət ərzində
Standard and Poor's 500 indeksi 12 faiz azalaraq $0.9058 səviyyəsinədək enmişdir.
84
NƏ
T CƏ
VƏ
TƏ
KL FLƏ
R
Qiymətli kağızların reytinq qymətləndirmə modelinin tətbiqi ilə əlaqədar aparılan
təhlilləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, müasir şəraitdə kapital
yığımının səviyyəsini, onun artımını və ölkə daxilində ayrı-ayrı sahələr arasında
bölüşdürülməsini əks etdirən qiymətli kağızlar bazarı hər bir ölkə iqtisadiyyatının
mühüm tərkib hissəsidir. Belə ki, maliyyə bazarının tərkib hissəsi kimi qiymətli
kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün
istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas
aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda mühüm rol oynayır.
Xüsusilə də bazar iqtisadiyyatı sistemli ölkələr üçün bu bazarın inkişafı müstəsna
ə
həmiyyət kəsb edir.
qtisadiyyatda mövcud olan digər bazar növləri kimi qiymətli kağızlar bazarının
özünün iştirakçıları, alətləri, tənzimləmə formaları və istiqamətləri mövcuddur.
Qiymətli kağızlar bazarında fəaliyyət göstərən qiymətli kağızların sayı, forma və
prinsip müxtəlifliyi onlara aparılan əməliyyatların sayının və formalarının çox
olmasına səbəb olur. Qiymətli kağızlar bazarında aparılan əməliyyatların böyük
ə
ksəriyyəti istiqraz və səhmlər payına düşür. Çünki, maliyyə vəsaitlərini artırmaq
məqsədilə şirkətlər ya səhmlərin satılması ya da istiqrazların buraxılması yolu ilə əldə
edirlər. Məhz bu səbəbdən bu iki növ qiymətli kağız investisiya qiymətli kağızlar
adlanır və onların reytinqinin təyini və qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb
edir.
Səhmlərin qiymətlərinin formalaşması səhmləri buraxan şirkətlərin ümumi
maliyyə-iqtisadi durumu ilə qarşılıqlı əlaqəlidir. Belə ki, əgər müəssisənin maliyyə
sistemi qənaətbəxş hesab olunursa, investorlar həmin müəssisənin səhmdarı olmağa
can atırlar ki, bu da həmin səhmə olan tələbin həcmin artmasına və səhmin qiymətinin
yüksəlməsinə səbəb olur. Və yaxud da əksinə, maliyyə vəziyyəti pis olan müəssisənin
səhmlərini almaq istəyənlərin sayının az olması həmin səhmlərə olan tələbin
azalmasına səbəb olur ki, bu da qiymətin azalması ilə nəticələnir.