83
edilir. Yer kürəsinə yaxınlaşan kometalar, asteroidlər və
meteoritlər nəzarət altına alınır). Yaşayacağımız həmin
dövrün malik olacağı total mədəni-maarifçilik şüuru buna
imkan verməyəcəkdir. Gələcək dünya mürəkkəblikdən sadəliyə
doğru məzmunla inkişaf etməkdədir. Ola bilər ki, ayrı-ayrı
regionlarda risqli vəziyyətlər ortaya çıxsın. Böyük dövlətlər üz-
üzə gəlsinlər. Maraqlar çarpazlaşsın. Belə risqli vəziyyətlər
əsasən dünyalar arasında - xalqmərkəzli dövlətlərin sərhəd-
lərində mövcud olan “çatlar”da (dünyanın siyasi coğrafiya-
sının “siyasi zəlzələ qurşaqları”nda) meydana gələ bilər. Lakin
təhlükəli
vəziyyətlərdən
ortaya
çıxan
gərginliklərin,
problemlərin, böhranların aradan qaldırılması üçün baza olaraq
hər an sülh vasitələrindən geniş istifadə ediləcəkdir. Bu
baxımdan da dünyada qlobal miqyasda sülh qorunacaqdır.
Qlobal sülhü qorumaq siyasətini reallaşdırmaq həm qorxudan
irəli gələcəkdir, həm də birgə şəkildə inkişaf etmək
istəklərindən formalaşacaqdır. Tədricən azalan təbii ehtiyatlar
da dünyada yalnız dinc şəraitdə problemlərin həlli məsələsini
ortaya qoyacaqdır. Onu da nəzərə almaq lazımdır ki,
dövlətlərin psixologiyasına əsasən, belə qənaətə gəlmək olar
ki, böyük dövlətlər kiçik dövlətlərə nisbətən özlərindən,
özlərini itirməkdən daha çox qorxurlar. Bu, bir növ çox
varlı
adamların
sərvətlərindən
məhrum
olunmaq
qorxusuna bənzəyir. Böyüklük çox zaman yaxşı mənada
müdrikliyi ortaya çıxarır. Müdriklik də ehtiyatlı yaşamanı
və davranmanı, rasionallığı, bu baxımdan da sadə
davranışları
ə
sas
götürür.
Böyüklük
(beynəlxalq
münasibətlərdə müdrik liderlik, rəhbərlik-gələcəkdə ABŞ,
Rusiya, Çin, Latın Amerikasının aparıcı mərkəzləri müdrik
rəhbərliyi daha çox öz üzərlərinə götürə biləcəklər) ətrafa
doğru genişlənmə xarakteridirsə, həm də özünəqapan-
madır, öz dəyərlərini müdafiə xüsusiyyətidir. Ona görə də
böyük
dövlətlər
öz
siyasətlərinə
və
ə
trafla
olan
münasibətlərinə
həssaslıqla
yanaşırlar.
Daxildən
və
xaricdən gələn hətta xırda təhlükələrə qarşı böyük
reaksiyalar verirlər. Dövlətlərin özünümüdafiə instinkti
84
mövcud olur ki, bu da onların bütöv və zəngin varlıq kimi
mövcudluqlarından irəli gəlir. İnkişaf edən dövlət daha da
güclü şəkildə özünü müdafiə etməyə çalışır, ona görə ki,
daima müsbət dəyərləri qəbul edir, ortaya çıxarır və buna
görə də yeniliyi itirmək onun üçün çox ağır ola bilər. Bu
baxımdan da inkişaf etməkdə olan və inkişaf etmiş
dövlətlər-cəmiyyətləri yüksək düşünən dövlətlər- adətən
müharibələrdən,
təxribatlardan
çəkinmək
siyasətinə
üstünlük
verirlər.
Məsələn,
yüksək
inkişaf
etmiş
cəmiyyətlərə xas olan Avropanın İsveçrə, İsveç, Finlandiya,
Norveç, Danimarka və s. kimi ölkələrinə müharibələr
aparmaq və bu yolla nələrisə əldə etmək siyasəti
absurddur, bu baxımdan da həmin istiqamətlərə yönələ
biləcək fəaliyyət səmərəsizdir, qeyri-realdır və qeyri-
obyektivlikdir. Əksinə, böyük itkilər deməkdir. Sabit
vəziyyətlərdə inkişaf etmək istəkləri həmin dövlətlərin
xarakterlərinə
aid
olur.
Müharibələr
aparmaq,
müharibələrə qoşulmaq isə bir tərəfdən böyük dövlətlərin
geosiyasi maraqlarına söykənir, digər tərəfdən müəyyən
dövlətlərin siyasi hakimiyyətinin ədalətsiz mövqeyinə
ə
saslanır, başqa tərəfdən də kasıbçılıqdan irəli gəlir.
Bununla
yanaşı,
hesab
etmək
olar
ki,
informasiya
texnologiyalarının yeni-yeni nəsil nümunələri ilə inkişafı Yer
kürəsinin insanları arasında ünsiyyəti, əlaqələri, münasibətləri
daha da asanlaşdıracaqdır. Yer kürəsində sosial şəbəkələr
hesabına
virtual
birlik
yaranacaqdır.
Gediş-gəlişlə
sadələşdiriləcəkdir. Bəzən də bir çox məkanlarda sərhədlər
məsələsi şərti xarakter kəsb edəcəkdir. Bu prosesin bir çox
tərəfləri indi də meydana gəlməkdədir. Bütün xalqların
cəmiyyətləri arasındakı münasibətlərdə insanlıq amili əsas
götürüləcəkdir. Qlobal mənada dinlər də buna xidmət
edəcəkdir. Dövlət maraqları yenə də qorunacaqdır və bütün
siyasət dövlət və vətəndaş maraqlarının təmin edilməsinə
yönələcəkdir. İnkişafa uyğun olaraq və inkişaf zərurətlərindən
irəli gələrək, inkişafın ortaya qoyduğu tələblərdən meydana
çıxaraq, dövlətlərin və xalqların maraqlarının yuxarıya və