Microsoft Word gelecek dunya duzeni I kitab doc


edilir.  Yer  kürəsinə  yaxınlaşan  kometalar,  asteroidlər  və



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

 

83

edilir.  Yer  kürəsinə  yaxınlaşan  kometalar,  asteroidlər  və 



meteoritlər  nəzarət  altına  alınır).  Yaşayacağımız  həmin 

dövrün  malik  olacağı  total  mədəni-maarifçilik  şüuru  buna 

imkan verməyəcəkdir. Gələcək dünya mürəkkəblikdən sadəliyə 

doğru  məzmunla  inkişaf  etməkdədir.  Ola  bilər  ki,  ayrı-ayrı 

regionlarda risqli vəziyyətlər ortaya çıxsın. Böyük dövlətlər üz-

üzə  gəlsinlər.  Maraqlar  çarpazlaşsın.  Belə  risqli  vəziyyətlər 

əsasən  dünyalar  arasında  -  xalqmərkəzli  dövlətlərin  sərhəd-

lərində  mövcud  olan  “çatlar”da  (dünyanın  siyasi  coğrafiya-



sının “siyasi zəlzələ qurşaqları”nda) meydana gələ bilər. Lakin 

təhlükəli 

vəziyyətlərdən 

ortaya 


çıxan 

gərginliklərin, 

problemlərin, böhranların aradan qaldırılması üçün baza olaraq 

hər  an  sülh  vasitələrindən  geniş  istifadə  ediləcəkdir.  Bu 

baxımdan  da  dünyada  qlobal  miqyasda  sülh  qorunacaqdır. 

Qlobal  sülhü  qorumaq  siyasətini  reallaşdırmaq  həm  qorxudan 

irəli  gələcəkdir,  həm  də  birgə  şəkildə  inkişaf  etmək 

istəklərindən  formalaşacaqdır.  Tədricən  azalan  təbii  ehtiyatlar 

da  dünyada  yalnız  dinc  şəraitdə  problemlərin  həlli  məsələsini 

ortaya  qoyacaqdır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 



dövlətlərin psixologiyasına əsasən, belə qənaətə gəlmək olar 

ki,  böyük  dövlətlər  kiçik  dövlətlərə  nisbətən  özlərindən, 

özlərini  itirməkdən  daha  çox  qorxurlar.  Bu,  bir  növ  çox 

varlı 

adamların 

sərvətlərindən 

məhrum 

olunmaq 

qorxusuna  bənzəyir.  Böyüklük  çox  zaman  yaxşı  mənada 

müdrikliyi  ortaya  çıxarır.  Müdriklik  də ehtiyatlı yaşamanı 

və  davranmanı,  rasionallığı,  bu  baxımdan  da  sadə 

davranışları 

ə

sas 

götürür. 

Böyüklük 

(beynəlxalq 

münasibətlərdə  müdrik  liderlik,  rəhbərlik-gələcəkdə  ABŞ, 

Rusiya,  Çin,  Latın  Amerikasının  aparıcı  mərkəzləri  müdrik 

rəhbərliyi  daha  çox  öz  üzərlərinə  götürə  biləcəklər)  ətrafa 

doğru  genişlənmə  xarakteridirsə,  həm  də  özünəqapan-

madır,  öz  dəyərlərini  müdafiə  xüsusiyyətidir.  Ona  görə  də 

böyük 

dövlətlər 

öz 

siyasətlərinə 

və 

ə

trafla 

olan 

münasibətlərinə 

həssaslıqla 

yanaşırlar. 

Daxildən 

və 

xaricdən  gələn  hətta  xırda  təhlükələrə  qarşı  böyük 

reaksiyalar  verirlər.  Dövlətlərin  özünümüdafiə  instinkti 


 

84

mövcud olur ki, bu da onların bütöv və zəngin varlıq kimi 



mövcudluqlarından irəli  gəlir. İnkişaf  edən dövlət daha da 

güclü  şəkildə  özünü  müdafiə  etməyə  çalışır,  ona  görə  ki, 

daima  müsbət  dəyərləri  qəbul  edir,  ortaya  çıxarır  və  buna 

görə  də  yeniliyi  itirmək  onun  üçün  çox  ağır  ola  bilər.  Bu 

baxımdan  da  inkişaf  etməkdə  olan  və  inkişaf  etmiş 

dövlətlər-cəmiyyətləri  yüksək  düşünən  dövlətlər-  adətən 

müharibələrdən, 

təxribatlardan 

çəkinmək 

siyasətinə 

üstünlük 

verirlər. 

Məsələn, 

yüksək 

inkişaf 

etmiş 

cəmiyyətlərə xas olan Avropanın İsveçrə, İsveç, Finlandiya, 

Norveç,  Danimarka  və  s.  kimi  ölkələrinə  müharibələr 

aparmaq  və  bu  yolla  nələrisə  əldə  etmək  siyasəti 

absurddur,  bu  baxımdan  da  həmin  istiqamətlərə  yönələ 

biləcək  fəaliyyət  səmərəsizdir,  qeyri-realdır  və  qeyri-

obyektivlikdir.  Əksinə,  böyük  itkilər  deməkdir.  Sabit 

vəziyyətlərdə  inkişaf  etmək  istəkləri  həmin  dövlətlərin 

xarakterlərinə 

aid 

olur. 

Müharibələr 

aparmaq, 

müharibələrə  qoşulmaq  isə  bir  tərəfdən  böyük  dövlətlərin 

geosiyasi  maraqlarına  söykənir,  digər  tərəfdən  müəyyən 

dövlətlərin  siyasi  hakimiyyətinin  ədalətsiz  mövqeyinə 

ə

saslanır,  başqa  tərəfdən  də  kasıbçılıqdan  irəli  gəlir. 

Bununla 


yanaşı, 

hesab 


etmək 

olar 


ki, 

informasiya 

texnologiyalarının  yeni-yeni  nəsil  nümunələri  ilə  inkişafı  Yer 

kürəsinin  insanları  arasında  ünsiyyəti,  əlaqələri,  münasibətləri 

daha  da  asanlaşdıracaqdır.  Yer  kürəsində  sosial  şəbəkələr 

hesabına 

virtual 

birlik 


yaranacaqdır. 

Gediş-gəlişlə 

sadələşdiriləcəkdir.  Bəzən  də  bir  çox  məkanlarda  sərhədlər 

məsələsi  şərti  xarakter  kəsb  edəcəkdir.  Bu  prosesin  bir  çox 

tərəfləri  indi  də  meydana  gəlməkdədir.  Bütün  xalqların 

cəmiyyətləri  arasındakı  münasibətlərdə  insanlıq  amili  əsas 

götürüləcəkdir.  Qlobal  mənada  dinlər  də  buna  xidmət 

edəcəkdir.  Dövlət  maraqları  yenə  də  qorunacaqdır  və  bütün 

siyasət  dövlət  və  vətəndaş  maraqlarının  təmin  edilməsinə 

yönələcəkdir.  İnkişafa  uyğun  olaraq  və  inkişaf  zərurətlərindən 

irəli  gələrək,  inkişafın  ortaya  qoyduğu  tələblərdən  meydana 

çıxaraq,  dövlətlərin  və  xalqların  maraqlarının  yuxarıya  və 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə