Microsoft Word gelecek dunya duzeni I kitab doc


Proseslərin təkrarlanması



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

 

91

normaları yaradılır. Proseslərin təkrarlanması səmərə vermək 



baxımından  böyük  əhəmiyyətə  malik  olur.  İnsanların  həyat 

tsikliliyi  onu  tələb  edir  ki,  bu  tsikliliyi  təmin  edən  vahid 

normalar yaradılsın. Bu vahid normalar da elə insanların daxili 

tələbatlarına,  daxili  istəklərinə  cavab  verir.  Təkrarlanmaq-

tələbatların  təkrar  qaydada  yerinə  yetirilməsini  təmin  etmək 

üçün  mütləq  şəkildə  hüquq  normaları  (nizamlamaq  üçün 



istinadlar, vasitələr) yaradılır ki, tənzimlənmə prosesləri ardıcıl 

olaraq  müvafiq  trayektoriyalar  üzrə  həyata  keçirilsin.  Siyasi-

hüquqi  mənada  vətəndaşlar,  coğrafi  məkan  və  mənəvi-sosial 

amillər  baxımından,  eləcə  də  ailə-məişət,  maddi  və  mənəvi-

bioloji  anlamda  isə  əhali  özünün  daxilən-münasibətlər 

sferasında,  tənzimlənməsini  və  bununla  da  idarəolunmasını, 

eləcə də xarici mühitlə (sərhədlərdən kənarda) əlaqələrini təmin 

etmək  baxımından  tənzimləmə  funksiyası  yerinə  yetirən 



dövlət 

qurumunu 

təşkil 


edirlər. 

(Qeyd: 

sakinlərin 

vətəndaşlara  çevrilməsini  də  elə  sakinlərin,  əhalinin  özü 

yaratdığı dövlət hüquq normaları ilə müəyyən edir. Dövlət 

hüquq  normaları  ilə  (qanunvericilik  aktları  ilə)  sakinlərin 

vətəndaşlıq  hüquqlarını  təsdiqləyir  və  onların  təbii 

hüquqlarının  yaranması  faktını  və  vəziyyətini  qəbul  edir. 

Təbii  hüquqların  və  inkişafa  müvafiq  olaraq  meydana 

gələn  əlavə  hüquqların  təmin  edilməsi  üçün  fərdləri 

vətəndaşlara  çevirir.  Əlavə  hüquqlar  yaşın  artması  ilə  də 

qazanıla bilir. Yaşın artması ilə təbii hüquqların əhatə dairəsi 

genişlənir  və  daxili  məzmunu  böyüyür.  Uşaqlıq-qocalıq  yaş 

dövrü 

trayektoriyasında 

insanlar 

müxtəlif 

hüquqlar 

qazanırlar.  Eləcə  də  təbii  hüquqları  bu  yaş  dövrü 

trayektoriyasında  ardıcıl  şəkildə  üzə  çıxır.  İnsanların  təbii 

hüquqlarının  genişlənən  sferası  onların  əqli  və  fiziki 

qabiliyyətlərinə, yaşa görə bioloji və sosial tələbatlarına bağlı 

olur. Dövlət  öz  sakinlərinə  müəyyən  hüquqlara  malik  olan 

vətəndaş  statusu  verir.  Status  da  şəxsin-vətəndaşın  hüquqi 

və  ictimai-siyasi  vəziyyətini  əks  etdirir.  Vətəndaş  statusu 


 

92

dövlətin  qəbul  etdiyi  bütün  qanunlardan  faydalanmaq 



imkanları  əldə  edir.  Vətəndaşlıq  amili  həmçinin  insanları 

ailə-məişət  münasibətlərində  də  müstəqil  tərəfə  çevirir. 

Vətəndaş  olmaqla  insanlar  cəmiyyətdə  və  dövlətdə  ictimai 

və  siyasi  fəaliyyət  götərmək  ,  məsələn,  seçkilərdə  iştirak 

etmək-seçib-seçilmək,  hüquqları  əldə  edirlər.  Vətəndaşlıq 

statusu həm də fərdi cəmiyyətdə şəxsə və şəxsiyyətə çevirir). 

Qədim yunanıstanda dövlət quruluşunun formalarını şərh edən, 

nəzəri  struktur  yaradan  Aristotelə  görə,  məhkəmədə  və  xalq 

məclislərində  iştirak  edən  adamlar  vətəndaşlar  idilər.  Onun 

fikrincə,  kimin  ki,  qanun  layihələrini  müzakirə  edən  orqanla, 

yaxud  məhkəmə  orqanı  ilə  əlaqəsi  var,  biz  təsdiq  edirik  ki,  o, 

həmin dövlətin vətəndaşıdır. Biz elə vətəndaşların məcmusunu 

dövlət 


adlandırırıq 

ki, 


ümumiyyətlə 

desək, 


müstəqil 

yaşamaqdan  ötrü  imkanlı  olsun.  Filosof  dövlətin  yaranması 

zərurətinə toxunaraq göstərir ki, bu, insanların siyasi məxluqlar 

olmasından  və  buna  görə  də  birgə  yaşamaq  məcburiyyətindən 

və  istəklərindən  irəli  gəlir.  Adamlar  dövlət  münasibətinə  bənd 

olmaqla  həyatın  özü  naminə  birləşirlər.  Əzab-əziyyətlərə 

baxmayaraq həyat özü də çox gözəldir. O, həmçinin vurğulayır 

ki, dövlət yalnız yaşamaq üçün deyil, həm də xoşbəxt yaşamaq 

naminə qurulur. Elə cəmiyyət də bundan asılıdır.

1

  



Dövlət  bəşər  sivilizasiyasının  öz  dayanıqlı inkişafını təmin 

etmək üçün yaratıdğı ən dəyərli siyasi-mənəvi institutdur. İnsan 

varlığı  da,  istənilən  hadisə  və  ya  dəyərlər  sistemi  də  yalnız 

dövlətçilik kontekstində həqiqi mənasını kəsb edir.

2

  

Dövlət qurumunu təmsil etmək üçün nümayəndələr seçirlər 

ki, bunlar da kütləni, toplumu idarə edən tərəfə (siyasi elitaya) 

çevrilir.  Siyasi  elita-  dövlətdə  hakimiyyəti  hegemonluq 

                                                 

1

 Aristotel. “Siyasət. Böyük etika”. Tərcümə edəni: Fikrət Təbibi, Bakı, 



XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh.; səh. 83-86; 95, 101.  

2

 Rəbiyyət Aslanova. Müasir dövlət və dövlətşünaslıq elmi (Azərbaycan 



Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü 

işığında). Bakı, Azərnəşər 2011, 440 səh.; səh. 18.  




 

93

əsasında  həyata  keçirənlərdən,  siyasi  sistem  daxilində  əsas 



qərarları qəbul edənlərdən, sərəncam verənlərdən və bürokratik 

aparat vasitəsilə onların icrasına nəzarət edənlərdən ibarətdir.

1

 

 



Nümayənədələrin  seçilməsi  də  fərqli  formalarda  həyata 

keçirilə  bilir.  Məsələn,  Azərbaycanda  dövlət  rəhbərini  seçmək 

prosesləri xalqın birbaşa səsverməsi ilə həyata keçirilir. ABŞ-da 

isə  dövlət  rəhbərini  dövlət  postuna  olan  namizədin  səsləri 

müəyyən  edir.  Xalq  isə  dövlət  rəhbəri  postuna  namizədin 

nümayəndələrini seçir. Hakim siyasi elitaya (elita-seçilənlərdən, 

fərqlənənlərdən  ibarət  olan  qurupa  deyilir)  səlahiyyət  verirlər 

ki, hakim  elita da  bu  səlahiyyətdən istifadə edərək, digər tərəfi, 

yəni  vətəndaşları  (əhalini)  idarə  edir,  onlarla  dövlət  və  digər 

ictimai-siyasi  qurumlar  arasında  olan  əlaqələri  tənzimləyir. 



Dövlət  hakimiyyəti  barışdırıcılıq  funksiyası  ilə  yanaşı, 

idarəetmə  funksiyasını  da  həyata  keçirir.  Bu  funksiya  dövlət 

işlərini bütövlükdə tənzimləmək yolu ilə yerinə yetirilir. Bundan 

ötrü  xüsusi  orqanlar  yaradılır  və  cəmiyyətin  inkişafını 

tənzimləməli  olan  normalar  formalaşdırılır.  Elitalar  idarəetmə 

funksiyalarını  yerinə  yetirərkən  vasitə  kimi  siyasi  iradəsi, 

əsasən,  daimi  dövlət  işi  ilə  məşğul  olan  peşəkar  şəxslərdən 

ibarət  bürokratik  aparatdan  istifadə  edir.  Bürokratik  aparat 

olmadan elitanın siyasi iradəsi, sadəcə, istək olaraq qalır. Elita 

dövlət  fəaliyyətinin  əsas  məqsədlərini  və  magistral  xətlərini 

müəyyən  edir,  bürokratik  aparat isə  onları gerçəkləşdirir. Elita 

ilə bürokratik aparat arasında məqsəd birliyi olmadıqda aparat 

istənilən  ümumi  planın  həyata  keçirilməsində  əngəl  törədə 

bilər.

2

 

 

Cəmiyyət,  toplum  elitaya  nəzarət  məqsədilə,  onun 

siyasətinin 

düzgün 

və 


ardıcıl, 

qənaətedici 

səviyyədə 

tənzimləmək  üçün  əks-elita,  yəni  siyasi  müxalifət  qrupu 

                                                 

1

 L.S.Sanisteban. “Siyasət elminin əsasları” (ixtisarla). Bakı, “Azərbaycan” 



nəşriyyatı-1994. Tərcümə edəni Həmid Baratlı. 63 səh., s. 18. 

2

 Yenə orada, səh. 16. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə