Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə33/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   29   30   31   32   33   34   35   36   ...   189

 

94

yaradır. Elitada və əks-elitada başlıca olaraq müəyyən ictimai-



siyasi maraq  güdən insanlar toplaşırlar və fəaliyyət göstərirlər. 

Elitalar  və  əks-elitalar  özlüyündə  eyni  məqsəd  daşıyan 

insanları  toparlayır.  Bununla  yanaşı,  hakim  elitaya  kütləvi  və 

hərtərəfli  (hərtərəfli  nəzarət  dedikdə,  burada  hakimiyyətin 



bütün fəaliyyətinə total qaydada nəzarət etmək nəzərdə tutulur) 

nəzarət  üçün  ictimai  qruplar da  təşkil  edirlər. İctimai qruplar 

dövlət  siyasətinin,  hakim  elitanın  siyasətinin  cəmiyyətin 

maraqlarına  uyğunlaşdırılmasını  təmin  etmək  məqəsdilə 

müşahidə  və  ümumnəzarət  funksiyasını  daşıyırlar. Cəmiyyətin 

dövlətə,  dövlətin  cəmiyyətə  nəzarəti  və  nəzarətin  şərti 

bərabərliyi  siyasi  və  ictimai  balanslaşdırmanı  yaradır  və 

sabitliyə, inkişafa nail olunur. İnkişaf maraqlı tərəflər arasında 

mövcud  olan  bərabər  şərtli  əmək  bölgüsü  əsasında  meydana 

gələn  təzahürdür.  Hakim  elita  cəmiyyətdən  gələn  sifarişlər 



(tələbatlara  söykənən  tələblər)  əsasında  öz  fəaliyyətini 

müəyyən  edir,  bununla  yanaşı,  müvafiq  şərait  yaradır  ki, 

insanlar  (vətəndaşlar,  sakinlər)  öz  yaşayışlarını  yüksək 

səviyyədə  təmin  etsinlər.  Elita  cəmiyyətin  tələbləri  ilə  yanaşı, 

yeni  tələblərin  üzə  çıxarılması  üçün  əlavə  nəzəri-praktik 

fəaliyyət  həyata  keçirir.  Buradan  da  dövlətin  cəmiyyətdə  çox 

geniş  funksiyası  (idarəedici,  tənzimedici  funksiyası)  meydana 

gəlir.  Dövlətin  tənzimedici  funksiyasının genişliyi bir tərəfdən 

ölkənin  böyüklüyünə  və  gücünə  əsaslanır,  digər  tərəfdən  də 

zaman  ardıcıllığında  ortaya  çıxan  inkişafla  bağlı  olur.  Bu  iki 

istiqamət  dövlətin  tənzimedici  funksiyasını  sistemdə  şaquli  və 

üfüqi  istiqamətdə  böyüdür.  Bu  baxımdan  da  böyük  və  inkişaf 

etmiş  və  inkişaf  etməkdə  olan  dövlətlərin  tənzimetmə 

funksiyaları  rəngarəng,  mürəkkəb  və  zəngin olur. Tənzimetmə 

funksiyasının 

böyüməsi 

həm 

də 


dövlətin 

beynəlxalq 

münasibətlərdə  iştirak  gücündən  də  asılıdır. Böyük dövlətlərin 

daxili  və  xarici  siyasət  fəaliyyətləri  daha  da  qlobal  əhəmiyyət 

kəsb  edir.  Siyasət  ümumi  mənada  həm  daxildən  tənzimlənən, 

həm  də  xarici  elementlər  axınları  ilə  vəhdət  təşkil  edən  bir 




 

95

kompleks xarakteri kəsb edir. Dövlət mahiyyətcə siyasi institut 



olmaqla  yanaşı,  həm  də  mənəvi-mədəni  birlikdir.  İnkişafın 

müəyyən  mərhələsində  yaranan  dövlətin  tədqiqində  siyasi-

iqtisadi  amillərlə  yanaşı,  coğrafi,  geosiyasi,  mənəvi-ideoloji 

aspektlərin də nəzərə alınması vacibdir.

1

  

Dövlətin  daxili  və  xarici  siyasəti  və  onların  vəhdəti  əsas 

etibarilə  ümumi  idarəetməni  meydana  gətirir.  Siyasət 

insanlara xas olduğundan, idarəetmənin elə özü olur. İdarəetmə 

ilə  elementlər  müəyyən  axınlar  üzrə  toplaşırlar  və  bir  axından 

da  müxtəlif  axınlara  parçalanırlar.  Burada  siyasi  proseslərin 

mahiyyətində  və  onun  dərk  edilməsində  deduktiv  və  induktiv 

vəziyyətlər  ortaya  çıxır.  Siyasət  bu  baxımdan  insanların 

iradələrinə tabe olan və buna görə də münasibətlərdə tarazlığı, 

ziddiyəti  ortaya  çıxaran  proseslərdir.  Siyasət  məkan  üzərində 

cərəyanlar  birləşməsinin  mücərrəd  görünüşü  olaraq  mühiti 

formalaşdırır.  

Bütün  idarəetmə  formalarında  mütləq  şəkildə  azlıq  təşkil 

edən  qrup  çoxluq  üzərində  idarəetmə  səlahiyyəti  qazanır. 

Demokratik  prinsiplərə  müvafiq  olaraq  idarəedən  tərəf  azlıq 

təşkil  edərək,  çoxluq  tərəfindən  seçilir.  Siyasət  üçün  mütləq 

şəkildə tərəflərin (idarəedən və idarəolunan) mövcudluğu vacib 

amilə  çevrilir.  Nəzərə  almaq  lazımdır  ki,  hətta  qədim 

zamanlarda  da  tayfaların  idarəolunması  üçün  tayfa  başçıları 

seçilib.  Dövlətlər  yarandıqdan  sonra  da  idarəetmə  şuraları 

meydana gəlib. (Məsələn, Qədim Romada Ağsaqqallar Şurası-

Senat mövcud olub). İndiki dövlətlər də idarəetmə məsələsində 

öz  mənşələrinə  bağlıdırlar.  Burada  milli  mentalitet  əhəmiyyət 

kəsb 

edir 


və 

təsiredici 

ünsürə 

çevrilir. 



Cəmiyyətin 

xüsusiyyətləri  onun  siyasi  idarəetməsində  də  öz  əksini  tapa 

bilir.  Bu  baxımdan  Azərbaycan  xalqının  Ümummilli  Lideri 

Heydər  Əliyev  qeyd  edirdi  ki,  Azərbaycan  dövləti  demokratik 

                                                 

1

 Rəbiyyət Aslanova. Müasir dövlət və dövlətşünaslıq elmi (Azərbaycan 



Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü 

işığında). Bakı, Azərnəşər 2011, 440 səh., s. 23. 




 

96

prinsiplər 



əsasında 

fəaliyyət 

göstərməlidir, 

öz 


tarixi 

ənənələrindən, 

milli 

ənənələrdən 



bəhrələnərək, 

dünya 


demokratiyasından,  ümumbəşəri  dəyərlərdən  səmərəli  istifadə 

edərək  demokratik  dövlət  quruculuğu  yolu  ilə  getməlidir.

1

 

Heydər  Əliyev  həmçinin  vurğulayırdı  ki,  müstəqil  dövlət 



olmaq  üçün  xalqın  gərək  mentalitet  səviyyəsi  olsun.  Xalqın 

mentalitetini  qaldırmaq  isə  bir-iki  günün  işi  deyil.  Bir  çox 

nəsillərin işidir, bununla məşğul olmaq lazımdır.

2

 



 

Bu gün dünya dövlətlərinin daxildən idarəolunmasında həm 

universal  dünyəvi  dəyərlər,  həm  də  milli-etnopsixoloji  dəyərlər 

öz  əksini  tapır.  Bu  baxımdan  da  idarəçilik  zəngin  məzmunu 

özündə  əks  etdirir.  İdarəetmə  dövlətin  siyasətinin  baza 

prinsipidir.  Bu  prinsip  məhz  dövlətlər  yaranandan  hal-hazıra 

qədər  də  davam  etməkdədir.  Bu  prinsip  də  öz  mahiyyəti 

baxımından insanların təbiətinə bağlıdır. İnsanlar mütləq şəkildə 

idarəedən  (güclülər)  və  idarəolunanlar  (gücsüzlər)  tərəflərinə 

ayrılmalıdırlar. Burada güclü və gücsüz məsələsi seçim amili ilə 

bağlıdır  ki,  daha  bacarıqlılar  önə  çıxrlar  və  hakim  tərəfə 

çevrilirlər.  Bu,  maraqların  idarəolunması  ilə  bağlı  təbii  prosesə 

çevrilir  və  idarəetmə  mərkəzi  güc  üzərində  formalaşır. 

Məsələn, güclü hakim təbəqə güclü siyasi sistemin dayağı hesab 

edilə  bilər.  Liderliyin  səviyyəsi  nizamlamanın  səviyyəsinin 

yüksəlməsinə də kömək edir. Liderin şəxsi keyfiyyətləri (müdrik 

olması),  həyat  və  iş  təcrübəsinin  zənginliyi  siyasət  sisteminin 

təkmilləşməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Hələ  qədim 

fəlsəfi  baxışlara  görə  də  dövlətlərə  (burada  həm  də  ideal 

dövlətlərə)  filosoflar  tərəfindən  rəhbərlik  edilməlidir.  Platona 

                                                 

1

 Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində nitq. 10 



oktyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz əbədidir. I CİLD.-

B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz Mehdiyev, Hidayət 

Orucov, səh. 204.  

2

 Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə 



çıxış. 21 sentyabr 1993-cü il. Əliyev Heydər. Ə56. Müstəqilliyimiz 

əbədidir. I CİLD.-B.: Azərnəşr, 1997, 612 səh., Buraxılışa məsul: Ramiz 

Mehdiyev, Hidayət Orucov, səh.158. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə