Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə31/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

 

88

-təbliğatın  genişləndirilməsi,  insan  hüquqlarının,  insanlıq 



dəyərlərinin  geniş  təbliğ  olunması  və  total  qaydada  şüurlara 

oturdulması və s. 

XXII  əsrdə  dünyanın  nüfuz  dairələrinə  ayırılması 

proseslərinin  baza  etibarilə  başa  çatması  ilə  münasibətlərdə 



liberal-realizm  daha  da  geniş  formada  öz  əksini  tapacaqdır. 

Liberal-realizm  dalğaları  bir-birilərini  əvəzləyəcəkdir.  Bu 

dalğalar demək olar ki, yeni-yeni yumşaq yanaşmaları ortaya 

çıxaracaqdır. 

Ancaq 

liberal-realizm 



dalğalarının 

mənfi 

xüsusiyyətləri  ondan  ibarət  olacaqdır  ki,  insanların  bir  çox 

hallarda  mübarizə  əzmləri  sına  biləcəkdir.  Bir  çox  hallarda 

məsuliyyətsizliklər, 

etinasızlıqlar 

ortaya 

çıxacaqdır. 



Yanaşmalarda  boşluqlar  daha  çox  olacaqdır.  Əksər  hallarda 

ümumi  maraqlar  fərdi  maraqlar  üzərində  qələbə  qazanacaqdır. 

Bir-birini əvəz edən dünya liberal-realizm dalğalarından, sosial 

birləşmələrdən,  belə  demək  mümkünsə,  “yeni  dünya 



kommunizmi” meydana gələcəkdir.   

Bir  məsələni  də  vurğulamaq  lazımdır  ki,  qarşılıqlı 

rəqabətdən, kəskin mübarizədən, bunlardan üzə çıxan qorxudan, 

həm  də  cəmiyyətlərdə  liberalizmi  yaymaq  istəklərindən  irəli 

gələrək, böyük dövlətlər humanizm siyasətinə üstünlük verirlər. 

Məsələn, adi  bir  faktı  qeyd  edək  ki,  konfrontasiyaların mövcud 

olduğu  illərdən  biri  olan  1985-ci  il  dünyada  xeyriyyəçilik 

fəaliyyətinin genişlənməsi ilə xarakterizə edilən bir il olmuşdur. 

Bu  zaman  xeyriyyə  konsertləri  bütün  dünyanı  əhatə  edirdi  və 

humanitar siyasət güclənirdi.  

Böyük dövlətlər humanizm mahiyyətli siyasəti həm də ona 

görə  həyata  keçirirlər  və  gələcəkdə  də  davam  etdirəcəklər  ki, 

kiçik dövlətlərə qarşı olan sərt tədbirlər  nəticə etibarilə həm də 

böyük dövlətlərin özlərinə qarşı çevrilir. Kiçik və zəif dövlətin 

əhalisi,  müəyyən  qrupları  böyük  dövlətlər  üçün  köklü 

problemlərə  gətirib  çıxarır.  Zəif  dövlətlər  “geoterror” 

tranzitlərinə-terrorun  trafik  məkanına  –terror  karvanına 

çevrilirlər.  

 

 

 




 

89

I FƏSİL: 



 

İ

darəetmə və siyasi düzən 

 

 

Siyasət və nizam (düzən) 

  

Siyasət  başlıca  olaraq  dövlətə  aid  olan  məsələdir  ki,  onun 

icrasını dövlət hakimiyyəti həyata keçirir. (Qeyd: icra dedikdə, 



burada  həm  rəhbərlik,  həm  də  tabeçilik  fəaliyyəti  nəzərdə 

tutulmalıdır.  Rəhbər  şəxs  –dövlət  rəhbəri,  qərarlar  qəbul 

etməklə  və  həmin  qərarları  icra  üçün  istiqamətləndirməklə, 

proseslərə  istiqamət  verməklə  əslində  öz  vəzifəsini  yerinə 

yetirmiş,  icra  etmiş  olur.  Tabe  olan  tərəf  də  öz  fəaliyyəti  ilə 

icra  işlərini  yerinə  yetirir.  Qanunvericilik  və  məhkəmə 

hakimiyyətində də icra vardır. Ümumiyyətlə, icra dedikdə, hər 

bir  şəxsin  öz  vəzifəsini  yerinə  yetirməsi-vəzifə  funksiyasının 

ə

saslarını yerinə yetirməsi, başa düşülməlidir. İcra funksiyası 

dövlətin bilavasitə məqsədlərinin həyata keçirilməsi üçün onun 

göstərdiyi mürəkkəb, rəngarənglik və fasiləsiz fəaliyyəti ehtiva 

edir.

1

 Normaların  yaradılması  və  ona  əməl  edilməsi  elə  icra, 

nəyisə həyata keçirmə, yəni prosesləri bir vəziyyətdən digərinə 

döndərmək,  elementlərin  yerlərini  dəyişdirmək  deməkdir. 

Rəhbər  və  tabeçiliyində  olan  şəxslər  icra  tərəfləridir.  Bütün 

hüquq normalarının yaradılması və normalara əməl edilməsi, 

proseslərin  istiqamətləndirilməsi  və  proseslərdə  iştirak  icra 

fəaliyyətidir).  Elə  dövlət  hakimiyyətinin  fəaliyyəti,  zəncirvari 

qaydada 


aktlar 

həyata 


keçirməsi, 

hadisələr 

törətməsi 

vəziyyətləri  və  prosesləri  siyasətdir.  Siyasətin 

yerinə 

yetirilməsində  təşkilatçılıq  (təşkiletmə),  icraçılıq,  qərarların 



qəbul  edilməsi  və  hüquqların  müdafiəsi  kimi  akt  (fəaliyyət) 

istiqamətləri  mövcuddur.  Dövlətdə  və  cəmiyyətdə  şəxslərin 

                                                 

1

 Əliyev Ş. Prezidentlik institutu. Dərs vəsaiti. Bakı.-Bakı Universiteti 



nəşriyyatı, 1994. səh.3.  


 

90

fəaliyyəti  və  şəxslərin  cəmləşdiyi  ictimai-siyasi  qrupların 



fəaliyyəti  siyasətə  aid  edilir.  Dövlət  insanların  təbii  hüquq 

normalarını  əks  etdirən  və  təsbitini  nəzərdə  tutan  qaydaları 

qanuna  çevirir.  Qanun  (qanunvericilik  aktları)  isə  odur  ki,  elə 

bir  qaydadır  ki,  ona  mütləq  əməl  olunmalıdır.  İnsanların 

hüquqlarını  əks  etdirən  qanun  əslində  insanlar  üçün  ixtira 

olunmur və təbii hüquqlardan irəli gələrək həmin qanunlar kəşf 

edilir. İndiki zamanın inkişaf tempinə uyğun olaraq insanlar da 

öz  təbii  hüquq  sferalarını  genişləndirirlər  və  bunu  məcburi 

qaydalara-qanunlara çevirirlər. İnsanlar üçün meydana gələn və 

onların  hüquqlarını  əks  etdirən  qanunlar  insanları  idarə  edən 

təbiət qanunları ilə birləşir və elə təbiət qanunlarının (insanları 

idarə  edən  və  onların  iradəsindən  asılı  olmayan  təbiətə  olan 

bağlılıqları əks etdirən qanunlar) tərkibinə çevrilirlər. İnsanlar 

həm təbiətdən enerji alırlar, həm də onların hüquqlarını aşkara 

çıxaran qanunlardan faydalanırlar. 

Əgər  bütün  elmlərin  və  sənətlərin  son  məqsədi  yaxşı 

şeydirsə,  onda,  ən  zəruri  şey  bütün  elmlərdən  və  sənətlərdən 

yuxarıda  duran  siyasətin  başlıca  məqsədidir.  Dövlətdə  olan 

yaxşı  şey  ədalətdir,  yəni  o  şeydir  ki,  ümumun  mənafeyinə 

xidmət  edir.  Ümumun  (hamının)  təsəvvürünə  görə  ədalət  bir 

bərabərlikidir.  Burada  da  əxlaq  var.  Əgər  ədalətlilik 

bərabərlikdirsə,  onda  proporsianal  surətdə  bərabərlik  də 

ədalətli olacaq. İctimai həyat ədalət üstündə bərqərardır.

1

  

Siyasət  sayəsində  dövlətin  daxilində  və  beynəlxalq 

əlaqələrində fəaliyyətin istiqamətləri nəzəri baxımdan müəyyən 

edilir.  Məsələn,  fəaliyyətin  nəzəri  əsaslarını  əks  etdirən 

sənədlərin-qərarların, 

konsepsiya 

və 


doktrinaların, 

proqramların  və  digər  bu  kimi  aktların  qəbul  edilməsi  ilə 



siyasət fəaliyyətinin istiqamətləri də müəyyən edilir. Eləcə də 

siyasi  proseslər  istiqamətləndirilir,  sonradan  isə  bu  proseslərin 

ənənəyə  və  ictimai  vərdişə  çevrilməsi  üçün  qaydalar-hüquq 

                                                 

1

 Aristotel. “Siyasət. Böyük etika”. Tərcümə edəni: Fikrət Təbibi, Bakı, 



XXI-Yeni Nəşrlər Evi, 2006, 432 səh.; səh. 109, 346-347. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə