Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə39/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   35   36   37   38   39   40   41   42   ...   189

 

110


riayət edilməyə də bilir. Belə cəmiyyətlər başlıca olaraq ənənəvi 

cəmiyyətlərdən  liberal  cəmiyyətlərə  keçidi  istəyən  və  addımlar 

atan  cəmiyyətlərdir.  Bu  cəmiyyətlərdə  plüralizmə  meyil 

güclənir. Dövlət vətəndaşların və xaricilərin hüquqlarının, -hansı 

ki,  normalarla  bu  hüquqlar  təmin  edilir  və  qorunur,-əks 

olunduğu hallarda özünün rəsmi tənzimləmə funksiyasını yerinə 

yetirir,  tənzimləmə  səlahiyyətlərini  tətbiq  edir.  (Qeyd: 

cəmiyyətlərdə adi qaydada hərəkətləri əsaslandıran ailə-məişət, 

adət-ənənə  münasibətləri  üçün  baza  normativ  aktlar  qəbul 

edilmir.  Dövlət  adi  həyatı  tam  sərbəst  buraxır  və  insanların  öz 

öhdəsinə  verir.  O  vaxta  kimi  sərbəst  buraxır  ki,  hüquq 

sərhədlərində “münaqişə,  böhran  və  digər gərginliklər”  ortaya 

çıxmış  olsun.  Bu  münasibətlər  o  zaman  hüquqi  müstəviyə  keçir 

ki,  burada  artıq  hüquqlar  pozulmuş  olsun.  Eləcə  də  bu 

münasibətlərin təmin edilməsi üçün şərait yaradılsın. Həmçinin 

əmlakla  bağlı  təminat  məsələləri  üzə  çıxsın.  Məsələn,  ailədə 

münaqişələr  zamanı  və  ya  da  digər  hallarda  hüquqlar 

pozulduqda,  dövlət  orqanlarına  (hüquq-mühafizə  qurumlarına) 

müraciət  hallarında  münasibətlər  hüquqi  əsas  alır.  Yəni 

pozulmuş  hüquqların  bərpası  üçün  normativ-hüquqi  aktlar 

tətbiq  edilir.  Əmlak  mübahisələri  ilə  bağlı  vərəsəlik  normaları 

və  digər  normalar  tətbiq  edilir.  Dövlət  yalnız  ailə-məişət 

münasibətlərində  və  adət-ənənə  münasibətlərində  müşahidəçi-

kənardan  nəzarətçi,  qismində  çıxış  edir  və  onun  funksiyası  isə 

şəraitin  yaradılmasından  və  pozulmuş  hüquqların  bərpasından 

ibarət  olur.  Məsələn,  dövlət  hakimiyyəti  insanlara  ailə  qurmaq 

üçün şərait yaradır, ailə hüquqlarını qoruyur, iş yerləri ilə təmin 

edir,  nikahı  rəsmiləşdirir,  uşaqların  hüquqlarını  təmin  edir, 

məsələn, onların təhsil almaq və müalicə hüquqlarını təmin edir, 

mənzil  şəraiti  üçün  normalar  qəbul  edir  və  s.  O  ki,  qaldı  adi 

məişət  qaydalarına,  bu  qaydalar  tərəflərin,  yəni  insanların 

özləri  arasında  yaranır.  Adət-ənələr  isə  cəmiyyətin  və  xalqın 

tarixi inkişaf xüsusiyyətlərinə, etnik və milli xarakterinə aid olur 

ki,  bu  da  cəmiyyətin  daxilində  öz-özünə  tənzimlənən 



 

111


proseslərdən  ibarət  olur.  Ailə-məişət  münasibətləri  və  adət-

ənənə  qaydalarının  həyata  keçirilməsi  daha  çox  insanların 

xarakterləri  ilə  bağlı  olur  və  tam  sərbəst  mahiyyət  kəsb  edir. 

Burada  məhdudlaşdırıcı  vəziyyətlər  isə  münasibətlərdə  və 

əlaqələrdə  olarkən  tərəflərin  özləri  arasında  təbii  halda 

meydana  gəlir.  Adət-ənənə  və  məişət  qaydaları  istinad  rolunu 

oynayır.  Nəzərə  almaq  lazımdır  ki,  hüquq  norması  adətən 

məhdudlaşdırıcı  məzmuna  malik  olur  və  hüquq  təminetmə 

mahiyyəti  də  məhz  bundan  meydana  gəlir.  Tərəflər  arasında 

hüquqi  münasibətlərdə  daha  çox nizam  anlayışı  meydana gəlir 

və hadisələr ardıcıllığı nizama tabe olur. Elə nizam (düzən) özü 

də  idarəçiliyi  yaradır.  İdarəçilik  hansısa  bir  formada  müxtəlif 

vasitələrin  eyni  və yaxud da müxtəlif istiqamətli trayektoriyalar 

üzrə  sıra  ilə  düzülüşünü  əks  etdirən  məfhumdur.  İdarəçilik 

zamanı  eyni  və  ya  da  müxtəlif  forma  və  məzmunlu,  bir-birinin 

hərəkətlərini  və  dəyişmələrini,  çevrilmələrini  şərtləndirən 

elementlər  sıralara  düzülürlər  və  quruluş  təşkil  edirlər,  üsul  və 

qaydalar  meydana  gəlir.  İdarəçilikdə  hadisələr  təsnif  olunur, 

növlərə bölünür və trayektoriyalara ayrılır).  

Dövlətin  xarici  siyasəti  də  ilk  növbədə  dövlətə  və  onu 

təmsil edən hakimiyyətə aiddir. Dövlət hakimiyyəti beynəlxalq 

münasibətlərdə  qeyri-hökumət  təşkilatlarının  fəaliyyəti  üçün 

şərait  yaradır.  Bu  cür  münasibətlər  daha  çox  cəmiyyətlər 

arasında  olan  münasibətlərin  meydana  gəlməsi  üçün  təşkil 

edilir  və  bir  qədər  sərbəstliyi  özündə  əks  etdirir.  Beynəlxalq 

münasibətlər həm dövlətlərarası, həm də qeyri-hökumətlərarası 

əsaslara malik olur.  

 

 

İ

darəçilik və düzən 

 

Düzən  (nizam)  anlayışı  idarəçilikdə və ümumən  siyasətdə 

münasibətlərin  və  hərəkətlərin  vəziyyətlərini  əks  etdirən 

tərzlər, hallarvəziyyətlər kimi qəbul ediməlidir. (Qeyd: nizam 



 

112


sözü  intizam,  eyni  zamanda  qayda,  üsul,  tərz;  yol,  təriq; 

bununla  yanaşı,  sıra,  ardıcıllıq;  rejim,  idarə  üsulu,  quruluş; 



tərtib,  düzülüş,  düzüm;  adət,  dəb  və  s.mənasında  işlədilən 

sözlərlə  yaxın  mənalar  bildirir.  Rus  dilində  tərcüməsi 

«порядок»  deməkdir.  İngilis  dilində  isə  “order”  sözü  kimi 

işlədilir  və  çox  geniş  mənada  istifadə  edilir.  Məsələn,  social 

order-cəmiyyət  quruluşu  (ictimai  quruluş);  parade  order-parad 

düzülüşü və s.). Siyasət varsa, fəaliyyət həyata keçirsə, mütləq 

şəkildə nizamlama (tənzimləmə) da vardır. Dövlət quruluşu da 

nizam  və  idarəçiliyi  müəyyən  etmək  üçün  təşkil  edilir. 

Müxtəlif  dövlət  quruluşları  cəmiyyətin  nizamlanmasının 

müxtəlif yollarını əks etdirir.  



Dövlət  siyasəti  özü  baza  mahiyyəti  etibarilə  müxtəlif 

məkanlarda 

əlaqəli 

şəkildə 

mövcud 

olan 

elementləri 

nizamlama  prosesindən  ibarətdir.  Dövlət  əsas  etibarilə  daha 

çox  siyasi  əhəmiyyət  kəsb  edən,  siyasi  və  ictimai  nəticələr 

doğuran  fəaliyyətlə  məşğul  olur.  Dövlət  siyasəti  anlayışında 

daha  çox  yuxarı  səviyyəli  və  böyük  təsirlər  törədən  fəaliyyət 

nəzərdə  tutulur.  Təbii  ki,  aşağılarda  da  baş  verən  fəaliyyət 

dövlət  siyasətinin  tərkibidir.  Lakin  dövlət  öz  gücünü  makro 

səviyyədə daha qabarıq nümayiş etdirir və bu məsələdə əsasən 

istiqamətləndirici  funksiya  daşıyır.  Dövlətin  makro  səviyyəli 

siyasəti  onun  cəmiyyət  üzərində  böyük  nüfuzunu  əks  etdirir. 

Dövlət  qeyri-nizam  formasında  olan  elementləri  də  nizam 

(quruluş,  düzülüş)  formasına  gətirmək  funksiyasına  malikdir. 

Nizamın  içində  və  mahiyyətində  siyasəti  axtarmaq  daha 

məqsədəuyğundur. Belə bir prinsip və ümumiləşdirmədən çıxış 

etmək olar: nizam varsa, qaydalar da var; qaydalar varsa, bir-



birindən  fərqlənən  tərəflər  də  var;  tərəflər  varsa,  asılılıq  və 

tabeçilik  də  var;  tabeçilik  varsa,  müxtəlif  sahələr  üzrə 

idarəçilik də var; idarəçilik varsa, mexanizm və sistem də var; 

bunlar  varsa,  quruluş  da  var;  bütün  bunlar  varsa,  mənfi  və 

müsbətliklər,  fərqlilik  və  müxtəliflik  də  var;  müxtəliflik  varsa, 

güc fərqi də var; güc fərqi varsa, fərqli varlıq və mövcudluq da 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə