Microsoft Word gelecek dunya duzeni I kitab doc


marağında  vasitə  kimi  istifadə  edir.  Dövlətin  məkan  üzrə



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə37/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   33   34   35   36   37   38   39   40   ...   189

 

104


marağında  vasitə  kimi  istifadə  edir.  Dövlətin  məkan  üzrə 

müəyyən  olunan  marağında  dövlətin  dövlətçilik,  dini, 

regionçuluq  və  etnik  maraqları  önə  çıxır.  Bu  kimi 

maraqların  təmin  edilməsində  isə  vasitələr  olaraq  iqtisadi, 

siyasi, mədəni və s. maraqlar çıxış edir.  

Düzən  bu  baxımdan  proseslərin  insanlara  təsirindən  hiss 

olunan  bir  mövcudluq  kimi  büruzə  verir.  Dövlət  cəmiyyətin 

nəbzi ilə döyünən şəraiti araşdırır, prosesləri tənzimləmək üçün 

subyektlər  (norma  hazırlayan  və  icra  edən  tərəflər)  və 

normalar yaradır. Düzən özü qayda-qanunlarla tənzimlənmənin 

tərzidir.  Bunun  da  əsasında  düzənin  məzmunu  ortaya  çıxır. 

Siyasətdə  təbii  ki,  tərəflər  olur.  Məsələn,  hakimiyyət  bir  tərəf, 

cəmiyyət  isə  digər  tərəfdir.  Bu  iki  tərəf  bir-birilə  sıx  şəkildə 

bağlıdır  və  biri-digərinə,  nəticəsi  isə  insanlara  xidmət  edir. 

Hər  iki  tərəfin  fəaliyyətində  başlıca  məqsəd  insanların  sosial-

rifah  halını  yaxşılaşdırmaqdan  ibarətdir.  Cəmiyyət  dövləti 

özünün  müdafiəçisi  hesab  edir  və  ona  enerji  və  elementlər 

verməklə, güc elementləri təqdim etməklə özünü müdafiə edən 

vahidlik  formalaşdırır.  Düzən  dedikdə,  hesab  etmək  olar  ki, 

siyasətin  icrası  zamanı  mövcud  olan  vəziyyət  başa 

düşülməlidir.  Bununla  yanaşı,  siyasəti  hazırlayan,  müəyyən 

edən  və  icrasını  təmin  edən  güc  mərkəzlərinin  qarşılıqlı 

münasibətlər  və  əlaqələr  tərzi  başa  düşülməlidir.  Dövlətlər 

daxilində  düzən  elə  qayda-qanunlarla  yaradılan  şərait  və 

vəziyyətlər deməkdir. Düzən nəticə və görünüşdür.  



Qeyd: yüksək düzənləmə, faydalı nizam yüksək və universal 

ə

xlaqa  bağlıdır.  Əxlaq  dəyərdir  və  hamının  istədiyidir.  Çox 

zaman  əlçatmazdır,  buna  görə  də  mənəvi  baxımdan  idealdır. 

Əxlaq  prinsipləri  maraqların  təmin  edilməsi  və  müdafiə 

taktikasından  da  irəli  gələn  hərəkətlərə  görə  pozula  bilər. 

Burada  söhbət  əsasən  universal,  yəni  hamının  qəbul  etdiyi 

əxlaqdan gedir. Hər kəs öz hərəkətinə görə özünü əxlaqlı hesab 

edə  bilər.  Məsələn,  hər  kəs  öz  düşdüyü  vəziyyət  və  şəraitdən 

irəli gələrək özünə haqq qazandıra bilər. Bu, normal haldır və 


 

105


təbii prosesdir. Burada əxlaqın məxsusi xarakteri ortaya çıxır. 

Əxalq hamının və hər kəsin daxilindədir. Əxlaqın yüksəkliyi və 

hərəkətlərdə  tətbiqi  isə  özünü  ali  səviyədə  (digərləri  ilə 

müqayisədə)  dərketmədə  göstərə  bilər.  Bu  qabiliyyət  və 

keyfiyyət  də  müdrik  insanlara,  fenomen  hesab  edilən  dövlət 

rəhbərlərinə xas olur. Dövlət isə ədalətlə, hamının qəbul etdiyi 

ədalət  normaları  ilə  idarə  olunmalıdır.  Bu  da  yaxşı  və 

humanist  məzmunlu  düzənləmədir,  qaydaya  salmadır.  Dövlət 

siyasəti 

məsələsində 

düzəndən, 

sistemdən 

kənarda, 

qaydayasalmadan  qıraqda  yüksək  əxlaqı  və  ədaləti  axtarmaq 

mümkün  deyil.  Xaos,  özbaşınalıq  total ədalətliliyi və universal 

əxlaqın  mövcudluğunu  təmin  edə  bilməz.  Buradan  da  belə  bir 

məntiqi  prinsip  ortaya  çıxır:  -insan  daima  idarəolunmalı, 

sosial,  bioloji  və  şüuru  fərqlər  olduğundan,  ümuminin 

marağını  əsas  götürən  vahid  normalar  yaradılmalıdır. 

Normaların icrasında həm mütləqiyyət amili özünü tapmalıdır, 

həm  də  daxilində  humanizmi  əks  etdirməlidir.  Buna  görə  də 

normanın bu və ya da digər səviyyədə icrası zamana və şəraitə 

bağlı  olmalıdır  ki,  humanizm  siyasəti  icra  edilə  bilsin.  Fikrin 

bir  qədər  aydın  izahı:-dövlət  rəhbəri  müəyyən  əlamətdar 

günlərdə  əfv  fərmanı  imzalayır,  qanunvericilik  orqanında 

amnistiya  haqqında  qanun  layihələri  qəbul  edilir  və  həmin 

layihə  dövlət  rəhbərinin  təsdiqi  ilə  dövlət  qanunu  statusu  alır. 

Bu sənədələrdə vaxtilə cinayət törətmiş şəxslərin bağışlanması, 

cəza  müddətlərinin  azaldılması  və  vaxtından  əvvəl  azadlığa 

buraxılmasının  əsasları  öz  əksini  tapır.  Müvafiq  şəxslər 

vaxtından  əvvəl  azadlığa  buraxılırlar.  Burada  humanizm 

siyasəti,  bağışlama  siyasəti  icra  edilir.  Cinayətkarın  vaxtında 

törətdiyi  cinayətin  “yaraları”  sağalmış  olur,  yaddaşlarda 

köhnəlir  və  cinayətkar  öz  cəzasının  müəyyən  hissəsini  çəkir. 

Vaxtından  əvvəl  azad  olunma  yaraların  qısmən  sağalması  ilə 

həyata  keçirilir.  Burada  əvvəlki  normaların  (cinayətlə  bağlı 

tətbiq edilən maddə) tətbiqinin dayandırılması yeni normalarla 


 

106


müəyyən  edilir.  Deməli,  zaman,  şərait  yetişməlidir  ki, 

normanın tətbiqi də dayandırılsın.  

Dövlət  daxilində  düzən  başlıca  olaraq  həm  siyasi 

əhəmiyyət  kəsb  edən  subyektlər  arasında,  həm  siyasi 

subyektlərlə  vətəndaşlar  arasında,  həm  də  ictimai  qurumların 

özləri  arasındakı  münasibətləri  və  əlaqələri  əks  etdirən, 

şərtləndirən amildir. Dövlət makr(qlobal) və mikro (fərdi və 

konkret, həm də kiçik sahələr üzrə) mühitdə düzənləmə siyasəti 

həyata  keçirir.  Dövlətin  nizamlama  funksiyasının  bilvasitə  və 

bilavasitə  məzmunu  və  strukturu  meydana  gəlir.  Makrosistem 

daxilində mikronun tənzimlənməsi universallığı, partikulyarlığı 

(xüsusiliyi), fərdiliyi, özəlliyi ortaya çıxarır. Dövlət daima istər 

makro,  istərsə  də  mikro  aləmdə,  mühitdə  özünün  birləşdirici, 

əlaqələndirici,  uzlaşdırcı,  uyğunlaşdırıcı  funksiyasını  yerinə 

yetirir.  

Dövlət hakimiyyəti həm də qeyri-hökumət təşkilatlarının da 

işini  tənzimləyir,  yəni  siyasətini  istiqamətləndirir,  müəyyən 

edir. 

Qeyri-hökumət 



təşkilatlarının, 

siyasi 


partiya 

və 


birliklərinin,  eləcə  də  həmkarlar  təşkilatlarının  fəaliyyəti  üçün 

hüquqi  nizamlama  siyasətini  həyata  keçirir  və  qanunvericilik 

aktları qəbul edir. Bu məsələdə dövlət həm müdaxilə edə bilir, 

həm də müşahidəçi funksiyasını yerinə yetirir. Qeyri-hökumət 

təşkilatları  da  siyasət  səhnəsində  tərəf  kimi  çıxş  edir  və 

cəmiyyətin  və  ictimaiyyətin  mənafeyini  qoruyur.  Bütün  bu 

addımlar  demokratiyanın  baza  prinsiplərinə  xidmət  edir. 

Dövlət  hakimiyyəti  (dövlət  rəhbəri  də  daxil  olmaqla)  öz 

fəaliyyətini  istiqamətləndirir  və  nəticədə  cəmiyyətdə  və 

dövlətdə  rəsmi  münasibətlər  tənzimlənir.  Siyasət, 

bu 

baxımdan, dövlətlər daxilində və beynəlxalq aləmdə subyektlər 



arasında,  müxtəlif  tərəflər  arasında  münasibətlərin  rəsmi 

qaydada  tənzimlənməsi  aktıdır,  fəaliyyətidir.  Dövlət  öz 

sərhədləri  daxilində  (buna  öz  baza  məkanı  da  demək  olar) 

funksiya  yerinə  yetirirsə,  bu,  daxili  siyasətdir  ki,  siyasət  də 

tənzimləmə funksiyasının elə özüdür. Tənzimləmə dövlətin çox 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə