Microsoft Word gelecek dunya duzeni I kitab doc


hərəkətlərinin ədalətli və ya da qeyri-ədalətli, qeyri-düzgün



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə41/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   37   38   39   40   41   42   43   44   ...   189

 

116


hərəkətlərinin ədalətli və ya da qeyri-ədalətli, qeyri-düzgün 

məzmunu  da  etika  ilə  (ədalətlə),  düzgünlüklə  müəyyən 

edilir.  Bu,  siyasət  psixologiyası  və  fəlsəfəsində  şəxsin- 

siyasəti  icra  edənin,  fərdi  və  həyat,  eləcə  də  əmək 

münasibətlərində  olan  davranışının  nəzəri  baxımdan  etik 

məzmununu 

müəyyənetməni 

ortaya 

çıxarır. 

Dövlət 

məmuru  öz  üzərinə  düşən  vəzifəni  layiqincə  və  yüksək 

ə

dalət prinsipi ilə yerinə yetirirsə, həm əxlaqını əks etdirir, 

həm  də  fəaliyyətinin  səviyyəsini  –siyasəti  icra  etməsinin 

səviyyəsini (burada yaxşı və ya da pis formada fəaliyyət başa 

düşülməlidir)  göstərir.  Əxlaqlı  və  ədalətli,  bilikli,  savadlı, 

istedadlı  və  qabiliyyətli  məmur  (bu  şəxsə  yetişmiş  şəxs  də 

demək  olar)  və  siyasətçi  öz  hərəkətləri  ilə  siyasi  əxlaqın 

ə

saslarını  formalaşdırır.  Təbii  ki,  real  şərait,  imkan  və 

gerçəkliklər  də  nəzərə  alınmalıdır.  Burada  siyasi  əxlaqı 

həyat  əxlaqından  ayrı  təsəvvür  etmək  qeyri-mümkündür. 

Ə

dalətli  şəxs  istər  iş  yerində,  cəmiyyətdə,  istərsə  də  ailə 

həyatında  ədalətli  və  əxlaqlı  olmalıdır.  Bu,  onun  həyatının 

bütövlüyüdür, 

rəngarəngliyi 

və 

kamilliyidir. 

Dövlət 

məmurunun, siyasətçinin münasibətlərində əks tərəfə qarşı 

(cəmiyyətə-vətəndaşlara, 

sakinlərə 

qarşı) 

emosianallıq 

göstərilməməli,  onların  əməllərində  və  davranışlarında 

reallıq  və  humanizm  prinsipləri  birləşmiş  şəkildə  öz  əksini 

tapmalıdır.  Təbii  ki,  yüksək  əxlaq  məsələsi  ideallıqdır.  Bu 

səviyyə  hər  bir  insanın  təbiətində  tapılmır.  Əxalq 

anadangəlmə bir nemətdir, eyni zamanda ictimai tərbiyə ilə 

zənginləşir.  Lakin  siyasətin  icrasında,  vəzifənin  yerinə 

yetirilməsində  təfəkkürdə,  baxışlarda  idealizm  və  realizm 

çulğaşmalıdır;  ona  görə  ki,  nizamalama  tələbi  bundan 

ibarətdir.  Vahid  qaydalar  bu  iki  istiqaməti  bir-birinə 

birləşdirir.  Nizamlama  həm  də  estetika  ilə  bağlı  olur. 

Məsələn, 

ə

dalətli 

qaydada 

nizamasalma 

özü 

elə 

xoşagələndir,  ona  görə  ki,  bundan  əks  tərəf,  məsələn, 

vətəndaş zövq alır. Ədalətli hərəkət nizamasalan şəxs üçün 


 

117


də  zövqverici  olur,  onun  işi  rəvan  şəkildə  həyata  keçir. 

Siyasət  rəvan  şəkildə  nizamlanırsa  prosesdə  estetika 

yaranır.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  estetika  xaos 

deyil,  məhz  nizamdır,  kosmosdur,  nizamlı  aləmdir, 

harmoniyadır  və  s..  Yaxşı  görünüş  yalnız estetik zövq verə 

bilər.  Siyasi  proseslərin  rəvanlığı  və  qaneediciliyi  özündə 

mücərrəd  estetikanı  əks  etdirir.  Ümumiyyətlə,  sabit 

şə

raitdə  cərəyan  edən  və  inkişafı  şərtləndirən  proseslərin 

özləri  elə  xoşagələndir.  Bu  proseslərdən  zövq  almaq  olur. 

Nizamlama da insanlara estetik zövq bağışlayır və bu, xoşa 

gəlmək,  qane  olmaq,  ədalət  olmaqla  bərabər,  həm  də 

gözəllikdir).  Nizamlama  həmçinin  fərqli  elementlərin  eyni  və 

ya  müxtəlif  trayektoriyalar  üzrə  sistemli  düzülüşünü  əks 

etdirən, təmin  edən  prosesdir.  Nizamlama zamanı bu prosesdə 

iştirak  edən  subyektlər  arasında  təbii  bir  bağlılıq  yaranır. 

Məsələn,  dövlət  qurumları  öz  işlərini  əlaqəli  şəkildə  həyata 

keçirirlər və bundan da dövlət siyasətinin vahidliyi (bütövlüyü) 

ortaya  çıxır.  Bütövlükdən  də  enerji  bolluğu  yaranır.  Sistem 

mütləq qaydada enerji mənbəyi rolunu oynayır. Onu da nəzərə 

almaq  lazımdır  ki,  təbii  bağlılıq  vəhdəti  və  mexanizmə  malik 

olan  kompleksi,  sistemi  meydana  gətirir.  Nizamlama  zamanı 

fərqli elementlər vahid trayektoriya üzrə düzüldükdə sistemlilik 

yaranır  və  tənzimlənmə  meydana  gəlir.  Məsələn,  sosial 

elementlər  birliyindən  vahid  sosial  sistem  və  struktur  ortaya 

çıxır.  Tənzimləmə  özü  elə  idarəetmədir,  yəni  resursların 

müəyyən  trayektorik  xətlərə  və  mərkəzlərə  düzülüşünü 

şərtləndirən  vəziyyətdir.  Tənzimləmə  zamanı  tənzimedici 

mərkəzlər  yaranır  ki,  bu  da  proseslərin  nizamlanmasını  təmin 

edir. İdarəetmə daima proseslərə mərkəzdən ətraflara və əksinə, 

ətraflardan mərkəzlərə doğru tənzimləyən bir vasitəyə çevrilir. 

Nizamlama  zamanı  seçim  meydana  gəlir  və  elementlərin 

təsnifatı  formalaşır.  Hər  hansı  bir  iqtisadiyyat  və  istehsalat 

strukturunda  məhsul  istehsalı  və  ticarəti  əsasən  fərqli  element 

birləşmələrindən  ortaya  çıxır.  Elementlərin  fərqliliyindən, 



 

118


istiqamətlərin  fərqliliyindən  təbii  ki,  onları  vahid  sistemdə 

birləşdirmək  üçün  nizamlama  prinsipləri  meydana  gəlir. 

Nizamlama  olmadan  maraqlar  da  əhatəli  şəkildə  təmin  edilə 

bilmir  və  cəmiyyətlərdə  xaos  meydana  gəlir.  Nizamlama 

məkan baxımından lokal və qlobal, makro və mikro səviyyədə 

həyata  keçirilir.  Bu  da  subyektlərin  maraqlarından  irəli  gəlir. 

Nizamlama  proses  olaraq  struktur  baxımından  trəkiblərə 

ayrılır.  Buradan  da  proseslərin  tərkib  etibarilə  təsnifatı  ortaya 

çıxır.  Proseslərin  təsnifatından  strukturlar  yaranır  və  hər  bir 

struktur  üzrə  mexanizm  müəyyən  edilir.  Nizamlama  güclü 

tərəfi  üzə  çıxardığından,  təsnifat  məsələsi  güclü  ilə  zəif 

arasında  əlaqələrin  xassələrini  müəyyənləşdirir.  Güclü  tərəf 

mütləq  şəkildə  birinciliyə,  önə  çıxmağa  diqqət  göstərir  ki,  bu 

da  piramidal  əsaslı  münasibətləri  və  əlaqələri meydana  gətirir. 

Nizamlama  zamanı  əlaqələr,  tellər  məhz  idarə  edən  və  tabe 

olan 


tərəfin 

mövcudluğunu 

üzə 

çıxarır. 



Nizamlama 

proseslərində  maraqlar  zəncirvari  qaydada  təmin  edilir. 

Nizamlama  proseslərində  sistemli  inkişafa  nail  olunur  və 

inkişaf  prosesləri  baza  xətt  üzərində  davam  edir.  Nizamlama 

proseslərinin  təkmil  forması  sistemin  daxili  gücünü  artırır. 

Məsələn,  dövlət  o  zaman  güclü  olur  ki,  burada-sistem 

daxilində-  nizamlama 

prosesləri 

sürətlə 

və 


qaneedici 

vəziyyətdə  davam  edir.  Sərbəst  şəkildə  hüquqların  təmin 

edilməsi  və  maraqların  ödənilməsinə  əsaslanan  proseslər 

sistemi  daxildən  güclü  edir.  Sabit  hərəkət  mühitini  ortaya 

çıxarır.  Sabit  hərəkət  mühiti  də  öz  növbəsində  sistemin 

daxildən təbii şəkildə müdafiəsini meydana gətirir. Nizamlama 

prosesləri 

eləcə 


də 

impulslardan, 

ona 

edilən 


çevik 

reaksiyalardan 

və 

cavablardan 



formalaşır. 

İdarəçilik 

ziddiyyətlərdən 

və 


bu 

ziddiyyətlərin 

tənzimlənməsi 

zərurətindən  irəli  gəlir.  Məhz  nizam  məsələsi  bir-birindən 

piramidal əsaslarla (buna “şam ağacı” forması da demək olar. 

Cəmiyyətin  və  dövlətin  daxilində  baş  verən  siyasi  proseslərin 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə