140
siyasi təhlükəsizliyi zəruri edir. Məsələn, belə hesab etmək olar
ki, cəmiyyətlər müxtəlif təbəqələrdən ibarətdir. Bütün
təbəqlərdə mübarizələr həyata keçirilir. Mübarizələr inkişafı
üzə çıxarır, inkişaf nəticəsində maddi və mənəvi tələblər
ödənilir və cəmiyyətdə sabitlik meydana gəlir. Mübarizə edən
tərəflər arasında kompromislik meydana gəlir və gücün
birləşdirilməsi prosesləri yaşanır.
Bununla bərabər, cəmiyyətdə ayrı-ayrı təbəqənin (məsələn,
uşaq, yeniyetmə və gənclərin maraqları, orta yaşlı, ahıl və
qoca yaşlı insanların maraqları; eləcə də qadınların və
kişilərin
maraqları)
də
maraqları
siyasətin
ayrı-ayrı
istiqamətlər üzrə həyata keçirilməsi zərurətini üzə çıxarır.
Siyasət qurumları öz fəaliyyət funksiyalarına və fəaliyyət
məzmununa görə təsnif edilirlər. Təsnif olunma isə onların
həm də güclərinə görə aparılır. Məsələn, dövlətin elm və təhsil,
idman, səhiyyə və mədəniyyət, sosial sahələr, hərbi və dövlət
müdafiəsi, ictimai və siyasi təhlükəsizlik, iqtisadiyyat-istehsal,
istehlak və ticarət və s. sahələri; beynəlxalq iqtisadi, humanitar
və elmi əlaqələr üzrə siyasəti həyata keçirən sahələri vardır. Bu
sahələr həm baza, həm də üst qat (burada həm də köməkçi)
rolunu oynayırlar. (Qeyd: köməkçi sahələr və köməkçi
qurumların fəaliyyəti baza sahələrin nüfuzunu ortaya çıxarır
və onun təsir imkanlarını böyüdür. Məsələn, böyük bir
transmilli korporasiyanın işçilərinin sayı çoxalarsa, maliyyə
yardımı göstərdiyi layihələr çox olarsa, özünün həyata
keçirdiyi ictimai və sosial layihələrin miqyası böyük olarsa,
bu anda həmin transmilli korporasiyanın təsir məkanları da
böyük olar və onların cəmiyyətlərə və siyasi hakimiyyətlərə
təsir imkanları da artar). Baza sahələr əslində üst sahələrin
təmin edilməsinə əsaslanır. Hər bir sahə, əslində digər sahə
üçün şərtləndirici, təkanverici rolu oynayır. Məsələn, sosial
sahələr üst sahələr olduğu üçün, bu sahələrin təmin edilməsi
məqsədilə
mütləq
şəkildə
istehsalat
baza
sahələri
yaradılmalıdır. Elementlərin və proseslərin təsnif olunmasından
141
seçmə amili ortaya çıxır və funksiya yerinə yetirmək
baxımından güclü tərəf, mərkəz rolunu oynayan sahə və
obyekt, eləcə də subyekt meydana gəlir. Səlahiyyət sahələri, bu
baxımdan sfera və daxili zənginliyi başlıca olaraq subyektlərin
mərkəzi və ətraf, əsas və köməkçi məzmununu müəyyən edir.
Subyektlərin qarşılıqlı əlaqəsi isə nizam qaydalarını ortaya
çıxarır və problemlərin mövcudluğu nizam məsələsini zəruri
edir. Sahələrin təsnif olunması əslində nizam əsasında
mexanizm qaydalarının mövcudluğunu ortaya çıxarır. Nizam
özü isə maraqların nisbi və şərti əsaslarla bərabər bölünməsini
təmin edir. Sahələrin təsnif olunması maraq zənginliyini təmin
edir. Sahələrin sayı çox olduqda maraq elementlərinin və
obyektlərinin sayı da çox olur. Çünki elementlərə təsir amili və
istiqamətləri çoxalır. Təsirin çoxalmasından da qüvvələr artır
və elementlərin birləşməsi, parçalanması prosesləri güclənir.
Münasib trayektoriyalar üzrə baş verən bu proseslər sayəsində
də ardıcıl və dinamik inkişafa nail olunur. Sahələrin təsnif
olunması təbii şəkildə inkişafı üzə çıxarır. Təbii proseslərin
tənzim olunması isə elementlər arasında ardıcıl inkişafı zəruri
edir. İnkişaf bu baxımdan, yalnız eyni yox, müxtəlif məzmun
və formaya malik olan subyektlərin qarşılıqlı vəhdətindən
meydana gələn mənzərəyə çevrilir. (Qeyd: təqribi və şərti
olaraq eyni gücə malik olan elementlər birləşməklə yanaşı,
həm də, bunlardan hər biri öz ətrafına elementlər cəlb edə
bilir. Ümumiyyətlə, rəqabət daha çox bir-birindən az
fərqlənən, oxşar və ya da eyni olan subyektlər arasında baş
verir. Böyük dövlətlər arasında baş verən rəqabət
mübarizəsini buna nümunə göstərmək olar). Sahələrin təsnif
olunması fərqli səlahiyyət (sahələr üzrə böyükdən kiçiyə
doğru) və öhdəliyi
(sahələr üzrə geniş və məhdud öhdəliyi)
ortaya çıxarır.
Sahələr öz funksiyaları baxımından təsnif olunurlar.
Sahələr arasında əlaqəlilik nizamlama zərurətini üzərə çıxarır.
Nizamlama zərurəti də nizamlama qaydalarını yaradır və güc
142
tərəfi anlayışını meydana gətirir. Güc tərəfi səlahiyyəti
müəyyən edir və ətrafına elementlər cəlb etməklə daha da
güclənir. Eyni zamanda güc tərəfləri ətraf elementlər üçün
qaydalar müəyyən edirlər və qaydalarla həmin ətraf elementləri
özlərinə tərəf çəkirlər, öz orbitlərində saxlayırlar. Nizamlama,
yəni şərait və məkana görə, tələbatların miqyasına əsasən
sıralara düzmə, təbii şəkildə elementlər arasında bağlılığı və
bundan irəli gələrək vəhdəti təşkil edir.
Siyasət
qurumlarının
təsnif
olunmasının
və
nizamlanmanın aşağıdakı zəruri əsaslarını ümumiləşdirilmiş
şə
kildə qeyd etmək olar:
-dövlətin
daxili
və
xarici
siyasətinin
ayrı-ayrı
istiqamətlərinin nizamlanması məqsədilə müəyyən funksiya
yerinə yetirən və əsaslı gücə malik olan səlahiyyətli
qurumların formalaşması zərurəti. Bu anda vəzifə və
səlahiyyət baxımından təsnifetmə meydana gəlir;
-dövlətin daxili və xarici siyasət istiqamətləri arasında
uzlaşmanı təmin etmək və vəhdət yaratmaq zərurəti. Dövlət
öz daxili siyasətini xarici siyasəti ilə tamamladıqda dövlətin
müdafiəsi güclənir və potensialı artır, sahələrarası inteqrasiya
və əhali miqrasiyası, emiqrasiyası hesabına inkişaf tempi
sürətlənir;
-cəmiyyətin
ayrı-ayrı
təbəqələrinin
fəaliyyətini
normalarla nizamlamaq zərurəti. Fərqlər nizamlamanın fərdi
və ümumi xüsusiyyətlərini aşkarlayır;
-cəmiyyətin fərqli maraq nümayiş etdirən şəxslərinin
maraqlarını ödəmək və maraqlar arasında təkmil əlaqələri
yaratmaq zərurəti;
-dövlətin siyasət həyata keçirdiyi sahələr arasında
iyerarxik əlaqələri yaratmaq zərurəti. Hesabatların
verilməsi
və qərarların qəbul edilməsində tərəflər müəyyən edilir;