149
verilməsi ilə bağlı qəbul olunan qanunvericlik aktları və s.)
qanunlar (qanunvericilik aktları) qəbul edir. Bu qanunlar
(qanunvericilik aktları) arasında uyğunluq təmin edilir və
keçicilik, bağlılıq və şərtləndiricilik formalaşdırılır. Burada
dövlət baş siyasət mərkəzi olmaqla həm ayrı-ayrı sahələr üzrə
tənzimləmə funksiyasını yerinə yetirir, həm də ayrı-ayrı sahələr
arasında uyğunluq üçün tənzimedici funksiyanı icra edir.
Burada dövlətin ümumi və koordinasiyaedici funksiyasından
ümumi dövlət siyasəti formalaşır. Ümumiyyətlə, universallıq
və fərdilik, konkretlik və xüsusilik məsələsinə daha çox
qloballıq və lokallıq nöqteyi-nəzərdən yanaşmaq lazımdır və
ayırd etmək məqsədəmüvafiqdir.
Mərkəzlərin mövcudluğu
səlahiyyət bölgüsünü və
səlahiyyətli şəxslər arasında əlaqəlilik prinsipini ortaya
çıxarır. Səlahiyyətlərin bölgüsü prinsipi də maraq nümayiş
etdirən tərəflər arasında tənzimləyici, tənzimləmənin tərkibi
olaraq lazımi anlarda məhdudlaşdırıcı və bu baxımdan da öz
yerinə qoyucu funksiyanı yerinə yetirir.
Siyasətin nizamlanması prosesləri və pozitivlik daima
cəmiyyətdə inkişafı yaradır. Hər bir mərkəzin səlahiyyəti və
vəzifə məzmunu və vəzifə öhdəliyi həmin mərkəzdə maraq
nümayiş etdirən şəxslərdən formalaşır. Maraq nümayiş etdirən
şəxslər arasında baş verən rəqabət mübarizəsi də öz növbəsində
mərkəz tərəfindən inkişafa doğru istiqamətlənmiş siyasətin
mövcudluğunu zəruri edir. Siyasət mərkəzləri şəxslərdən
formalaşdığından burada idarəedən və geniş vəzifəyə və
səlahiyyətlərə malik olan şəxslər də meydana çıxır. Bu şəxslər
(məsələn, dövlət və hakimiyyət rəhbərləri, mühüm post
tutanlar) siyasətin müəyyən edilməsində və qərarların qəbul
edilməsində aparıcı funksiya daşıyırlar.
Mövzunun
birinci
fəslində
gələnimiş
qənaətləri
aşağıdakı bəzi müddəalarla əsaslandırmaq olar:
-siyasət özü tənzimləmədir (tənzimedən və tənzimlənən
aktlar cəmidir) ki, bu da elə idarəetmədir;
150
-siyasətdə iştirak edən tərəflər arasında nizam prinsipi
cəmiyyətin inkişafına xidmət edir;
-siyasət mərkəzlərinin təsnifatı maraq müxtəlifliyindən
və nizamlama zərurətindən ortaya çıxır;
-siyasət -siyasəti istiqamətləndirən və müəyyən edən, bu
baxımdan da formalaşdıran mərkəzlər tərəfindən yerinə
yetirilən aktdır;
-rasional və sistemli idarəetmə elə düzənləmə deməkdir
ki, bunun da nəticəsində elementlər və hadisələr müəyyən
trayektoriya üzrə qaydalarla düzülürlər;
-siyasət mərkəzləri arasında əlaqələrin yaradılması
inkişafın və bütövlüyün, maraqların tarazlı qaydada
ödənilməsinin əsaslarıdır;
-siyasət tənzimlənmə prosesi olaraq gücə tabedir, gücün
fəaliyyətidir və güc elementi tərəfindən fəaliyyətin
istiqamətləndirilməsi və güclər arasında fəaliyyət bölgüsü
elə idarəetmədir və nizamlamadır;
-proseslər nizamlı olur və tənzimləmə tərəfləri də öz
fəaliyyətlərini nizam əsasında qururlar və s.
Qeyd edildiyi kimi, dövlətin fəaliyyəti həm öz sərhədləri
daxilində əks olunur, həm də sərhədlərindən kənarda mövcud
olur. Sərhədlərindən kənardakı fəaliyyəti həm beynəlxalq
münasibətlər düzənini, həm də
dünya düzənini meydana
gətirir. Dövlətlər öz sərhədlərindən kənarda xarici siyasət
fəaliyyətlərini uzlaşdırdıqda, əlaqələndirdikdə, koordinasiya
etdikdə beynəlxalq düzən, dövlətlər öz daxili məzmunları
baxımından, bütövlükdə (daxili siyasətləri ilə birlikdə) əlaqələr
və münasibətlər sahələrinə daxil olduqda isə dünya düzəni
formalaşır. Dünya düzəni və beynəlxalq düzən dövlətlərin güc
tərəfi olaraq iştiraklarından meydana gəlir. Dünya düzəni və
beynəlxalq düzən güclər vasitəsilə nizamlama əsasında
formalaşır, formalaşma proseslərindən də nizam qaydaları
meydana gəlir.