Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

 

152


istiqamətlərini,  məqsədlərini  müəyyən edir. Dövlətin bir tərəfdən 

beynəlxalq  əlaqələr  sferasında  iştirakı,  digər  tərəfdən  də  ümumi 

mənafeyini təmin etmək istəkləri xarici siyasətin ümumi və konkret 

əsaslarını  formalaşdırır.  Dövlət  beynəlxalq  münasibətlər 

sferasında  ümumi  formada  iştirak  etməklə,  həm  də  konkret 

məsələlər  üzrə  də  maraq  və  məqsədə  malik  olur.  Məsələn, 

dövlətlərin  rəsmi  olaraq  tanınması  onların  ümumi  maraqlarıdır. 

Bu  həm  də  xüsusi  maraq  kimi  qəbul  olunmalıdır.  İki  dövlət 

arasında iqtisadi sahədə, diplomatik və digər sahələrdə (ayrı-ayrı 

sahələr  üzrə)  əlaqələrin  qurulması  isə  ümumi  olmaqla,  həm  də 

konkret addımlardır.  

Qeyd:  dövlətlər  beynəlxalq  münasibətlərə  ona  görə 

qoşulurlar  ki,  bir  tərəfdən  öz  daxili  ehtiyaclarını  ödəsinlər; 

qarşılıqlı  əlaqələrdən  əldə  olunan  resurslar  hesabına  inkişaf 

etsinlər; beynəlxalq birliyin aktiv üzvləri olsunlar və problemlərin 

həllindən  kənarda  qalmasınlar;  ümumdünya  siyasətindən 

faydalansınlar;  digər  tərəfdən,  iştirak  hesabına  müdafiə 

olunsunlar;  beynəlxalq  birliyin  dəstəyini  qazansınlar;  humanitar 

yardımlardan  istifadə  etsinlər;  beynəlxalq  ictimaiyyətin  üzvləri 

olmaqla  kömək  və  müdafiə  hüquqları  əldə  etsinlər;  güc  mərkəzi 

kimi  böyük  təsiredici  rola  malik  olsunlar  və  ya  güc  mərkəzinin 

geosiyasət  sistemində-maraq  dairəsi  şəbəkəsində  iştirak  edərək 

müəyyən güc və təsirlərə malik olan elementlərə çevrilsinlər və s. 

Bununla  yanaşı,  beynəlxalq  aləmdə  iştirak  dövlətin  vəzifə  və 

funksiyalarını  böyüdür;  məkanlar  üzrə  iştirakını  genişləndirir; 

maraq trayektoriyalarını  genişləndirir;  qarşılıqlı nəzarət  və təsir 

imkanlarını  yaradır;  beynəlxalq  aləmdə  demokratiyanın  geniş 

yayılmasını  təmin  edir;  beynəlxalq  demokratiya  prinsiplərinin 

formalaşmasını  zəruri  edir-bu  o  deməkdir  ki,  dünya  siyasəti 

müstəvisində iştirak hər bir dövlətin və xalqın təbii hüququdur və 

s.  Beynəlxalq  münasibətlər dövlətləri bir-birinə hərtərəfli şəkildə 

bağlayır  və  onlar  arasındakı  əlaqələrdə  “sərhədlənmə”-hər  bir 

hərəkətin həddi var, “məhdudlaşma”-hərəkətlərin son hədlərinin 

şərti  olaraq  müəyyən  edilməsi  və  s.  prinsiplərini  ortaya  çıxarır. 


 

153


Beynəlxalq 

münasibətlərdə 

iştirak 

dövlətlərin 

həm 

də 

məsuliyyətlərini böyüdür, öhdəliklərini artırır ki, bu da özlüyündə 

təkmil  və  müvafiq  qaydalara  malik  olan  beynəlxalq  və  dünya 

əlaqələri  sistemlərini  yaradır.  Vəzifə  və  öhdəliklərin  ortaya 

çıxması  bir  tərəfdən  dövlətlərin  geniş(ətraflı)  iştirak  etmək 

hüquqlarını  yaradır,  digər  tərəfdən  də  onları  məhdudlaşdırır  və 

ziddiyyətləri ortaya çıxarır. Dövlətlər çox zaman öz maraqlarının 

genişlənməsi naminə qaydaları pozurlar və kənara çıxırlar. Bu da 

nəticədə birbaşa və ya da dolayı təsirlərdən törəyən münaqişələri, 

böhranları, mübahisələri, eləcə də müharibələri meydana gətirir. 

Dövlətlər  həm  də  ona  görə  beynəlxalq  əlaqələrə  qoşulurlar  ki, 

beynəlxalq  səviyyədə  birliklər  və  ittifaqlar  yaratmaqla  vəhdət 

təşkil  etsinlər;  beynəlxalq  cəmiyyət-dünya  cəmiyyəti  qursunlar. 

Bütün  xalqlar  və  insanlar  arasında  birlik  yaradaraq  onları 

ümumdünya  cəmiyyətində,  ümumdünya  ailəsində  birləşdirsinlər. 

İnsanlıq-bəşərilik  amilini  əsas  götürməklə,  mərkəzi  ideoloji  amil 

hesab  etməklə,  münasibətlərdə  tarazlıq  yarada  bilsinlər  və 

ümumdünya  sabitliyini  təmin  edə  bilsinlər.  Ümumdünya sabitliyi 

üçün  də  birlikdə  inkişaf  edə  bilsinlər  və  dəyərlərdən  birgə 

yararlansınlar.  

Dövlətin  ümumi  iştirakı  onun  beynəlxalq  münasibətlər 

sferasında  mövcudluğunun  ümumi  sübutudur,  şərtləndirici 

kateqoriyasıdır.  



Qeyd: dövlət istər çoxtərəfli, istərsə də ikitərəfli qaydada, öz 

istək və imkanlarından irəli gələrək, istənilən sahədə beynəlxalq 

münasibətlərə  qoşula  bilər.  Ən  əsası  nəticə  etibarilə, 

gerçəkliklərin  ortaya  çıxması  zamanı  ədalətin  pozulmamasıdır. 

Hələ 26 avqust 1789-cu il tarixli “İnsan və vətəndaş hüquqları 

Bəyannaməsi”nin  dördüncü  maddəsində  yazılırdı  ki,  azadlıq 

ondan ibarətdir ki, başqasına zərər verməyən bütün hərəkətləri 

etmək  olar:  beləliklə,  hər  bir  şəxsin  təbii  hüquqlarının  yerinə 

yetirilməsinin yalnız o sərhədləri mövcuddur ki, hansılar ki, bu 

sərhədlər  cəmiyyətin  digər  üzvlərinin  də  həmin  hüquqlardan 


 

154


istifadə etmələrini təmin edə bilir. Bu sərhədlər yalnız qanunla 

müəyyən edilə bilər.

1

 

 

Dövlətləri  də  beynəlxalq  münasibətlərdə  müəyyən 

sərhədləri olan məkanlarda sərbəst hərəkət edən subyektlər 

kimi 

qəbul 

etmək 

lazımdır. 

Dövlətlərin 

hərəkət 

azadlıqlarının 

məhdudlaşdırılmasında 

sərhədlər 

prinsiplərinin tətbiq edilməsi də məhz bu yanaşmadan irəli 

gəlməlidir.  Hərəkətlərin  sferasını  isə  beynəlxalq  hüquq 

müəyyən  edir.  Münasibətlər,  əlaqələr  tərəflərə  əlavə 

hüquqlar və əlavə imkanlar verə bilər ki, bu da özlüyündə 

tərəflərin  daxili  imkanlarının  artmasına  gətirib  çıxarar. 

Dövlətin 

məhz 

beynəlxalq 

münasibətlər 

sferasında 

iştirakının  başlıca  məqsədi  də  ehtiyacları  ödəməkdən  və 

inkişaf 

etmək 

marağından 

ibarətdir. 

Ümumiyyətlə, 

beynəlxalq  münasibətlər  sahəsi  daxilən  çox  genişdir  və 

elementlərin,  onların  (məsələn,  subyektlərin)  hərəkət 

istiqamətlərinin  əlavə  edilməsi  baxımından  kifayət  qədər 

boş  məkandır.  Yəni  normal  əlaqələr  üçün  yerlər  məhdud 

deyil.  Bu  baxımdan  iki  dövlət  arasında,  hər  bir  dövlətin 

imkanlarına  müvafiq  olaraq,  istənilən  sahədə  beynəlxalq 

münasibət  yarana  bilər.  Lakin  o  münasibətlər  qadağan 

edilir  ki,  iki  dövlətin  imzaladığı  sənəd  nəticə  etibarilə, 

birbaşa  və  ya  da  dolayı  yolla  üçüncü  tərəfin  və  beynəlxalq 

ictimaiyyətin  mənafeyinə  zidd  olur.  Məsələn,  imzalanan 

sənəd  üçüncü  tərəf  dövlətin  daxili  sahələr  və  beynəlxalq 

münasibətlər  üzrə  normal  fəaliyyətinə  zidd  olduqda  və 

sənədin  icrası  həyata  keçirildikdə  etirazlar  ortaya  çıxır, 

bundan  da  irəli  gələrək  mübahisələr,  münaqişələr, 

                                                 

1

 Декларация прав человека и гражданина. От 26 августа 1789 г. 



Конституции зарубежных государств: Великобритания, Франция, 

Германия, Италия, Европейский Союз, США, Япония, Индия: 

учеб.пособие / [сост. сб., пер., авт.введ. и вступ. ст. В.В. Маклаков].- 5-

е изд., перераб. и доп. –М.: Волтерс Клувер, 2006.-608c.-ISBN5-466-

00138-4(в пер). стр. 80-82. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə