146
köməkçi mərkəzlər meydana gəlir. Baza mərkəzlər öz
piramida xəttində siyasət müəyyənedici funksiya yerinə
yetirirlər, köməkçi mərkəzlər isə həmin siyasətin icrası ilə
məşğul olurlar. Proseslər də buna uyğun olaraq həyata keçirilir.
Baza və köməkçi proseslər mövcud olur. Baza proseslər
şaxələndikcə öz böyük tərkibini azaldır, kəmiyyətini isə ayrı-
ayrı trayektoriyalar hesabına çoxaldır. Parçalanmalardan
formalaşan cəm isə böyüyür. Bu, əsasən strukturlar arasında
funksiya bölgüsü mənasını verir.
Piramidal struktur siyasətin müəyyən edilməsi və icrası ilə
xarakterizə edilən hərəkətlər cəmindən ibarətdir. Burada
hərəkətlər şərtləndirici əhəmiyyət kəsb edir. Bir hərəkət digəri
üçün həm şərtləndirici rolu oynayır, həm də başlanğıca çevrilir.
Bir addım atıldıqda digəri də atılmalı olur və yeni məzmun
ortaya çıxır. Buradan da nizam qaydalarının tətbiqi prosesləri
təbii olaraq formalaşır. Buradan da belə bir prinsip üzə çıxır ki,
siyasətin sistem mahiyyət kəsb edən bütün tərəfləri
nizamlama ilə həyata keçirilir. Nizamsız siyasət xaotik
vəziyyətdir ki, bu da destruksiya nəticələrini verir. Dinamik
inkişaf, sülh, sabitlik əsas etibarilə nizamlama ilə bağlıdır ki,
nizamlama
proseslərində
də
elementlər
müəyyən
qanunuyğunluqlarla hərəkət vəziyyətinə gətirilirlər. Nəticəsi isə
səmərəli və faydaverci olur.
1
Mərkəzlərarası əlaqələr və bağlılıq
dövlət siyasətinin
şəbəkəli sahələrini meydana gətirir. Mərkəzlərarası əlaqələr və
bağlılıq dövlət siyasətinin vahidliyini və bütöv məzmununu
formalaşdırır. Dövlət məhz öz əraziləri çərçivəsində və
ərazilərindən kənardan struktur əhəmiyyət kəsb edən siyasətlə
özünü bütöv halda təsdiq etmiş olur. Dövlət siyasətinin (həm
daxildə, həm də xaricdə) başdan yanlara doğru paylanması
1
Siyasət mərkəzlərinin formalaşması və piramidal strukturların
yaradılmasının nəzəri əsaslarına dair həmçinin baxmaq olar.- Nəsibov E.M.
“Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-
2010. 116 s.
147
nəticəsində dövlətin həm
ümumi, həm də
xüsusi tənzimləmə
funksiyası formalaşır. Burada həm universallıq, həm də
partikulyarlıq meydana gəlir. Dövlətin ümumi tənzimləmə
funksiyasına normaların yaradılması və icrası ilə meydana
gələn tələb və icradan, ümumi və xüsusi nəzarətdən, ümumi və
xüsusi müşahidədən və s. kimi ibarət olan aktları aid etmək
olar. Dövlətin konstitusiyası əsas universal tənzimləmə
vasitəsidir. Qanunlar da (məsələn, seçki məcəlləsi, cinayət
məcəlləsi, torpaq məcəlləsi və s.) aidiyyatı sahələr üzrə
universal əhəmiyyət kəsb edir. Lakin burada həm də xüsusilik
var. Bu qanunlar xüsusi hallara tətbiq edilir və özündə
konkretliliyi əks etdirir. Dövlət hakimiyyəti ümumi və xüsusi
hallarda həm konkret müşahidə (konkret hallar üzrə), həm də
ümumi müşahidə həyata keçirir, qanunvericilik aktlarının
icrasının
vəziyyətini
yoxlayır.
Bu,
dövlətin
nəzarət
funksiyasıdır. Dövlət bu tənzimləmə funksiyasını özünün ayrı-
ayrı sahələr və mərkəzlər üzrə təşkil etdiyi idarəetmə
aparatları vasitəsilə yerinə yetirir. Hesab etmək olar ki,
dövlətin ayrı-ayrı idarəetmə aparatları şəbəkəsi ümumi
aspektdə universaldır, ayrı-ayrı tənzimləmə məsələlərində isə
xüsusidir, konkretdir, fərdidir. Bu da onların üzərlərinə düşən
funksiyalarla bağlıdır. Dövlətin idarəetmə aparatlarının ayrı-
ayrı
istiqamətlər
üzrə
təşkil
edilməsi
hakmiyyətin
bölüşdürülməsi prinsipindən ortaya çıxır.
Tədqiqatçı
Şahin
Əliyev
yazır:
“Hakimiyyətin
bölüşdürülməsi konsepsiyası dövlət hakimiyyəti quruluşunun
əsası kimi çox mühüm yer tutur və dünya ölkələrinin
əksəriyyətində dövlət hakimiyyətinin təşkilinin prinsiplərini
müəyyən edir. Hələ keçmiş dövrlərin mütəfəkkirləri (Aristotel,
Paduyalı Mərsili, C. Lokk və b.) deyirdilər ki, dövlətin
fəaliyyəti yekcins deyildir və bir neçə fəaliyyət növünü-
qanunvericilik
fəaliyyətini,
qanunların
icrasını,
ədalət
mühakiməsini özündə birləşdirir. Dövlətin müxtəlif orqanları
onun fəaliyyətinin bu və ya digər növünün yerinə yetirilməsi
üzrə ixtisaslaşır. Bu ideyalara əsaslanaraq XVIII əsrin fransız
filosofu
və
tarixçisi
Ş.Monteskye
“hakimiyyətin
148
bölüşdürülməsi” nəzəriyyəsini yaratmış və bu da klassik
nəzəriyyə kimi qəbul edilmişdir. Onun fikrincə, düzgün
qurulmuş dövlətdə vahid hakimiyyət ola bilməz, əksinə bir-
birindən asılı olmayan üç hakimiyyət-qanunverici hakimiyyət,
icra hakimiyyəti və məhkəmə hakimiyyəti olmalıdır. Bu
hakimiyyət növlərinin bir orqanın və ya şəxsin əlində hər hansı
bir şəkildə birləşdirilməsi mütləq mənafeyin unudulmasına,
sui-istifadə təzahürlərinə aparıb çıxarır və şəxsiyyətin siyasi
azadlığı ilə bir araya sığmır. Qanunverici və icra
hakimiyyətinin bir əldə birləşməsi qanunun aliliyini pozur.”
1
Dövlətin siyasət mərkəzlərinin mahiyyəti əsasən idarəetmə
zamanı üzə çıxır ki, bu idarəetmə də elə məhz sistemli
tənzimləmədir və mərkəzin sistemli fəaliyyətidir. Qeyd edildiyi
kimi, dövlət məkanlar və obyektlər üzrə öz siyasətini siyasəti
yaradan və siyasəti icra edən mərkəzlərin köməyi ilə həyata
keçirir. Bu mərkəzlər (mərkəzi və yerli icra hakimiyyəti və yerli
idarəetmə orqanları, məhkəmə orqanları və qanunverici
orqanlar) başlıca olaraq öz aralarında əlaqələr yaratmaqla və
yeni əlaqələr məzmununu ortaya çıxarmaqla dövləti təmsil
edərək, dövlətin yerli və ixtisaslaşmış siyasətini təmin edirlər.
Siyasətin müəyyən edilməsi (normativ aktlardan ibarət olan
sənədlərin hazırlanması, qəbulu və təsdiqi) və icrası elə
dövlətin əsas iki baza funksiyasıdır. Bu funksiyaların özləri də
şəbəkə xarakterinə malik olur və iki baza funksiyası arasında
həm də keçiciliyi yaradır və asılılıq formalaşır. Məsələn, dövlət
bir tərəfdən ayrı-ayrı sahələr üzrə (məsələn, idxal-ixrac
ə
məliyyatlarından tutulan dövlət rüsumları-gömrük vergisi-
ilə əlaqədar olaraq qəbul edilən qanunlar; xidməti və
diplomatik pasportlar haqqında qanunvericilik aktları), digər
tərəfdən də ümumi məsələlər üzrə (məsələn, əhalidən yığılan
ümumi gəlir vergisi haqqında qanunlar; ümumvətandaş
pasportlarının verilməsi haqqında qanunvericilik aktları, hər
kəsə müəyyən yaş dövründən etibarən şəxsiyyət vəsiqəsinin
1
Əliyev Ş. Prezidentlik institutu. Dərs vəsaiti. Bakı.-Bakı Universiteti
nəşriyyatı, 1994., səh. 3.