156
birləşdirmək
məqsədilə
sənədlər
imzalaya
bilərlər.
Beynəlxalq təşkilatları-birlikləri, qrupları, komissiyaları
yarada bilərlər. Beynəlxalq konfransları-forumları təşkil
edə bilərlər.
Məsələn, iki dövlət arasında hərbi-
təhlükəsizlik sahəsində birgə müdafiə olunmaq üçün
strateji sənəd imzalana bilər. Eləcə də beynəlxalq səviyyədə
humanitar forumlar təşkil edilə bilər. Ümumiyyətlə,
beynəlxalq
münasibətlərdə
tərəfləri
qane
edən
və
ümumilikdə heç bir tərəfin (dövlət və ya da ittifaq)
mənafeyinə zidd olmayan hərəkətlərin, sənədlərin sayı nə
qədər çox olarsa, münasibətlər sferası bir o qədər zəngin
olar və inkişaf üçün müvafiq elementlərin sayı da çox olar.
Müasir beynəlxalq münasibətlər baza ədalət normaları
üzərində qurulan və daima genişlənən bir sferadır.
Beynəlxalq hüquq fəaliyyəti bir tərəfdən mövcud olan
sənədlərin icra edilməsi ilə zəngindir. Digər tərəfdən də
daima yeni sənədlərin qəbulu hesabına genişlənir. Mövcud
olan və icrasına əməl olunan sənədlər beynəlxalq hüququn
genişlənməsi üçün model, formula rolunu oynayır. Bundan
da digər sənədlər ortaya çıxır. Beynəlxalq hüququn
genişlənməsi prosesləri hal-hazırda daxili məzmun etibarilə
davam etməkdədir. Əvvəlcə qəbul edilmiş və əməl olunma
vərdişlərini yaradan sənədlər yeni qəbul edilən sənədlər
üçün nümunələr, baza prototiplər rolunu oynayır.
Beynəlxalq hüquq baza prinsiplərə müvafiq olaraq şəbəkəli
ə
saslarla böyümək xassələrinə malik olur.
Dövlət ümumi iştirakını həm də ayrı-ayrı sahələrdə həyata
keçirdiyi siyasətlə əlaqələndirir. Bu da dövlətin konkret
maraqlarını formalaşdırır. Məsələn, dövlətin konvensiyalara
qoşulması
(bununla
dövlət
beynəlxalq
münasibətlərdə
çoxtərəfli-çoxlu sayda dövlətlərlə birlikdə iştirak edir) və
ikitərəfli qaydada hər hansısa bir sahədə sənədlər qəbul etməsi
ümumi və konkret maraqların təmin edilməsi istəyindən irəli
gəlir.
157
Geosiyasət düşüncələrdə, təsəvvürlərdə eninə (ətarflara
yayılma), dünya düzəni (burada həm də beynəlxalq
münasibətlər düzəni) isə vahid bir forma daxilində aşağıdan
yuxarıya, eləcə də əks istiqamətə doğru hərəkətlərdə başa
düşülə bilən bir anlayışdır. Geosiyasət iki və ya çoxlu sayda
dövlət arasında daxili məzmun etibarilə, həmçinin forma
baxımından idarəçiliyi meydana gətirir. İdarəçilik də
geosiyasəti yaradır. İdarəçilik sahəsində dövlətin canlı qurum
kimi bütün orqanları hərəkətdə olur. (Burada idarəçilik
dedikdə, tərəflər arasında qarşılıqlı təsir və təzyiqlərdən ortaya
çıxan üst və alt vəziyyətlər, həmçinin bir çox məsələlərdə böyük
dövlətlərdən asılı qalmaq halları kimi də başa düşülməlidir.
Digər
tərəfdən
də
dövlətlər
beynəlxalq
əlaqələri
formalaşdırmaq və razılıqları həyata keçirmək üçün qaydalar
yaradırlar və qaydalara əməl etməklə özləri-özlərini idarə
edirlər). İdarəçilik sistemli qaydada tənzimləyici proses olaraq
özü ilə geosiyasi maraqları formalaşdıran elementləri daşıyır.
Məsələn, xarici sərmayələr təsir vasitələri baxımından tərəflər
arasında elə bir dövlətin digər dövlət üzərində müəyyən qədər
idarəçiliyini yaradır. Bununla yanaşı, nəzrə almaq lazımdır ki,
iqtisadi, siyasi maraqları qorumaq üçün bir dövlətin digər
dövlətdəki hərbi bazaları da idarəçilik və geosiyasət
elementləridir. Burada həm geosiyasət, həm də idarəetmə
daxili bütövlük, vahidlik yaradaraq dünya düzənini meydana
gətirir. Dünya düzəni dünyanın ayrı-ayrı regionları üzrə
(burada məkan, geosiyasət) vahid kompleksi təşkil edən bir
bütövə və onun tərkibi olan yarımbütövə çevrilir. Bütöv və
yarımbütövlər də sistemlər olaraq idarəçiliklə formalaşır.
Dünya düzəni və geosiyasət formalaşır: maraq təminatı
üçün xarici siyasət fəaliyyətindən-beynəlxalq münasibətlərdən-
coğrafi regionlar üzrə beynəlxalq münasibətlər yaratmaq üçün
müəyyən hərəkətlərdən. Xarici siyasət həm dövləti digər
dövlətdən qorumaq üçün həyata keçirilir, həm də dövlətin
daxili ehtiyaclarını ödəmək məqsədilə reallaşdırılır. Bu iki