161
“geosiyasət” anlayışı yalnız son əsrlərdə siyasətdən doğan
bir anlayışdır ki, bu da dövlətə canlı bir orqanizm kimi
ə
həmiyyət verir və dövləti onun bütün elementləri ilə
birlikdə canlı bir orqanizm kimi öyrənir. Geosiyasət
anlayışı həm də ona görə əhəmiyyət kəsb edir ki, müasir və
mövcud qlobal inkişafa uyğun olaraq artan vasitələr
üzərində ayrı-ayrı regionlarda siyasətin həyata keçirilməsi
çox vacib amilə və istiqamətə çevrilib. Regionlar öz coğrafi-
siyasi strukturları baxımından və sərvətlərinə görə,
həmçinin vəziyyətlərinə görə, dərəcələnmələr etibarilə bir-
birindən fərqlənirlər. Bir də bütün regionlar eyni siyasi
çəkiyə malik deyil və ümumdünya siyasət sistemində
bərabər təsirlər göstərə bilmirlər. Bu baxımdan da
siyasətin qloballaşmasının özü və region fərqləri geosiyasət
anlayışınn qabardılmasını önə çəkir. Siyasi proseslərə
coğrafi regionlar rakursundan baxılır). Geosiyasət məhz
həmin vasitələr üzərində təsir edilməklə formalaşır və şəbəkəli
xüsusiyyətlərə və formaya malik olur. Coğrafi siyasətin
şəbəkələrinə, qollarına ayrı-ayrı forma və məzmunlu sahələr
(elementlər,
elementlər
birləşmələri)
aid
edilməlidir.
Geosiyasətin obyekti dövlət (ölkə) və dövlət (ölkə) daxilində
mövcud olan və ölkəni formalaşdıran bütün elementlər hesab
edilməlidir. Bu elementlər də öz gücünə və əhəmiyyətinə görə
təsnif oluna bilər. Geosiyasət dövlətin gücünü də formalaşdırır
və dövlətin məkanlar üzrə böyüməsini təmin edir. Almaniyalı
Hans Morqentau (Hans J. Morgentau-1904-1980) və Amerikalı
Kennes Tomson (Kenneth W. Thompson- 1921-ci ildə anadan
olub) özlərinin “Politics Among Nations. The Struggle for
Power and Peace” adlanan əsərlərində dövlət gücünün
elementlərinə aid edirlər- coğrafiyanı (coğrafi ərazini -ən əsas
sabitlik amili kimi), təbii ehtiyatları (ərzaq və xammal
materilallarını, neft gücünü); sənaye gücünü (sənaye
potensialını); hərbi hazırlığı ( texnologiyanı, liderliyi –
rəhbərliyi, silahlı qüvvələrin say və keyfiyyətini), əhalini
162
(bölgünü,
tendensiyanı);
milli
xüsusiyyətləri
(onun
mövcudluğunu, milli xarakter və milli dövləti);
milli
özünüdərki (onun qeyri-daimiliyini, cəmiyyətin və hökumətin
qərarverici
amillər
kimi
keyfiyyətini);
diplomatiyanın
keyfiyyətini; hakimiyyətin keyfiyyətini (həyata keçirilən
siyasətlə resurslar arasındakı tarazlıq problemini; resurslar
arasında tarazlıq problemini, əhalinin müdafiəsi problemini,
daxili hakimiyyəti və xarici siyasəti).
1
Hər bir dövlətin digər dövlətlə regionda və regiondan
kənarda, eləcə də qlobal miqyasda xarici siyasət ilə yaradılan
münasibəti onun beynəlxalq münasibəti adlanır. (Münasibətə
həmçinin dövlətin mövqeyi də aid edilməlidir. Dövlət öz
mövqeyini müxtəlif vasitələrlə, məsələn, konfranslarda,
sammitlərdə, brifinqlərdə, forumlarda və digər iclaslarda,
yığıncaqlarda səlahiyyətli şəxslərin çıxışları ilə, həmçinin
aparılan danışıqlarla, eləcə də qəbul edilən sənədlərlə,
qoşulduğu rəsmi sənədlərlə bildirə bilər. Dövlətin beynəlxalq
münasibətlərin tərkibi və əsas məzmunu olan mövqeyi həm
birbaşa, həm də dolayı yollarla bildirilə bilir. Həmçinin
mövqe açıq və gizli ola bilir. Bu baxımdan da burada dövlətin
xarici siyasətində ikili vəziyyət ortaya çıxır: bir tərəfdən
ə
dalət, digər tərəfdən də milli eqoizmdən və real maraqlardan
irəli gələrək, idealizmə və liberalizmə zidd olan ədalətsizlik
Dövlətin açıq münasibəti onun açıq siyasətindən irəli gəlir,
gizli mövqeyi isə açıq münasibətləri kölgədə qoyur və gizli
niyyətlərdən formalaşır. Dövlət digər dövlətə və xalqa qarşı
terrora, müharibələrə əl atırsa, elmi və digər potensial
vasitələrinə qarşı sui-qəsdlər törədirsə və bunu gizli şəkildə
həyata keçirirsə və etdikləri mənfur hərəkətləri öz üzərinə
götürmürsə, deməli, onun mövqeyi bu və ya da digər
1
Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the
struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons
Company. ISBN 0-07-043306-2, səh. 124-165.