Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə43/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   39   40   41   42   43   44   45   46   ...   189

 

122


Məsələn,  dövlətin  və  onun  bütün  strukturları  cəmiyyətin  əhatə 

olunduğu  bütün  sahələrdə  hüquqi  nizamlama  həyata  keçirirlər. 

Burada 

istər-istəməz, 



təbii 

olaraq 


dövlətin 

və 


onun 

strukturlarının  təsiri  məsələsi  ortaya  çıxır.  Nəticədə  istər  dövlət 

daxilində, 

istərsə 


də 

dövlətlər 

xaricində 

(beynəlxalq 

münasibətlərdə)  düzən  anlayışı  meydana  gəlir.  Düzən  özündə 

məsuliyyət  və  öhdəliklərin  bölgüsü,  vəzifə  bölgüsü  məsələsini 

və tabeçilik münasibətlərini ortaya çıxarır.  

 

 

Siyasət qurumları arasındakı əlaqələr və nizam (düzən) 

 

Cəmiyyətdə üzvlər, subyektlər-tərəflər fərdi və ya kollektiv 



şəkildə  müxtəlif  maraqlara  sahib  olurlar.  Burada  kollektiv 

maraqların  ödənilməsi  uğrunda  həyata  keçirilən  fəaliyyət 

əslində  fərdi  maraqların  (fərdin  ayrıca  maraqlarının)  təmin 

edilməsinə  əsaslanır.  Belə  ki,  hər  bir  fərd  öz  marağını  təmin 

etmək  üçün  başqaları  ilə  birləşmək  məcburiyyətində  qalır. 

Buradan  da  fərd  sosiallaşır  və  ümumi  cəmiyyət  sistemində 

aparıcı 

elementə, 

tərkib 

komponentə 



çevrilir. 

Fərdin 


cəmiyyətdə iştirakı onun şəxsiyyət kimi formalaşmasına gətirib 

çıxarır ki, bunun da nəticəsi fərdin sosiallaşmasına səbəb olur.  



(Qeyd:  şəxsiyyətin  (şəxsin)  öz  tərkib  kriteriyaları  mövcud 

olur.  Fərdin  şəxsiyyətə  (şəxsə)  çevrilməsi  üçün  müəyyən 

tələblərin  olması  əsas  götürülür.  Məsələn,  fərdin  şəxsiyyətə 

çevrilməsi üçün ilk növbədə əqli və fiziki qabiliyyətinin olması 

və  bunun  üçün  müəyyən  yaş  dövrünə  gəlib  çıxması  zəruri 

tələbdir. Bu yaş dövründə də fərd əmək qabiliyyətli hesab edilir 

və sosiallaşma proseslərində geniş iştiraka cəlb edilir. Müəyyən 

yaş  dövründə  cəmiyyətdə  şəxslərdən  əxlaq  dəyərlərini 

qazanması tələb edilir. Bu yaş dövrlərindən başlayaraq fərdlər 

cəmiyyətin formalaşmasına cəlb  edilirlər. Cəlb edilmə həm də 

yaş  dövrünün  ehtiyacından  və  tələblərindən  irəli  gəlir.  Şəxsin 

hərəkətləri  cəmiyyətin  formalaşmasında  sosial-siyasi  məna 


 

123


kəsb  etməyə  başlayır.  Şəxs  vətəndaş  olur  və  siyasi-hüquqi 

imkanlar  əldə  edir.  İnsanlar  (sakinlər)  öz  dövlətlərində  və 

cəmiyyətlərində  fərd  olaraq  həm  sosial,  həm  hüquqi,  həm  də 

siyasi  subyekt  kimi  rol  oynamağa  başlayırlar.  Fərd  şəxsiyyətə 

çevrildikdə  cəmiyyətdə  siyasi  və  hüquqi  status  qazanır  və 

mühüm  funksiya  kəsb  edən  tərəfə-ünsürə  çevrilir.  Fərd  şəxs 

(şəxsiyyət) 

statusu 

qazandıqda 

cəmiyyətdə 

müəyyən 

proseslərin formalaşmasında iştirak edir, çünki söz sahibi olur 

və  öz  hərəkətləri  ilə  proseslərə  təsir  göstərə  bilir).  Cəmiyyət 

fərdin  məsuliyyət  və  öhdəlik  məsələsini  ortaya  qoyur.  Fərd 

cəmiyyətin üzvünə çevrildikdə bir tərəfdən tənzimləmə obyektinə 

çevrilir, digər tərəfdən də tənzimləmə subyekti kimi rol oynamağa 

başlayır. Obyekt rolunu oynaması o deməkdir ki, hüquq normaları 

və  qaydaları  onun  həyatının  və  fəaliyyətinin  tənzimlənməsinə 

yönəlir,  subyekt  kimi  rol  oynadıqda  isə  müəyyən  qurumlarda 

fəaliyyət  göstərməklə  müvafiq  tənzimləmə  aktı  həyata  keçirir. 

Cəmiyyət  özü  ictimai  və  siyasi  maraqlar  (sosial-siyasi  maraqlar)

ailə-məişət  maraqları,  bioloji  maraqlar  (bioloji  maraqlar  dedikdə, 



insanların  bir  sosial  canlı  varlıqlar  kimi  mövcudluqlarını 

şərtləndirən  tələbatlar-  maraqlar  başa  düşülməlidir.  İnsanlar  öz 

həyatlarını  bio  aləmlə,  yəni  canlılar  aləmi  ilə,  müəyyən  ərazini 

əhatə  edən  fauna  və  flora  mühiti  ilə  bağlamaq  məcburiyyətində 

qalırlar.  Ev  təsərrüfatı-həyətyanı  təsərrüfat  və  çöl  təsərrüfatı 

insanların tələbatlarını ödəyən əsas mənbələr rolunda çıxış edirlər. 

Bu  kriteriyalar  insanların  təmiz  havaya,  ərzağa,  ümumilikdə  isə 

ekoloji mühitə bağlılığı ilə əlaqəlidir) ilə zəngin olan və şərti olaraq 

bölgüyə malik olan və rəngarəngliyi əks etdirən sahələr cəmindən 

ibarətdir.  Ailə-məişət maraqları  insanların  gündəlik həyat tərzinin, 

fəaliyyətinin  və  ümumilikdə  yaşam  tərzinin  çox  hissəsini  özündə 

cəmləşdirir.  Bu  sosial  maraqlar  baza  maraqlarıdır  və  ictimai  və 

siyasi  maraqlar  da,  əslində  qlobal  əhəmiyyət  kəsb  etmələrinə 

baxmayaraq, bu maraqların təmin edilməsinə xidmət edir. Sosial-

siyasi  maraqlar  proseslərlə  birlikdə  böyüyür  və  özü  ilə  birlikdə 

maddi  və  digər  maraqları  da  genişləndirir.  Məsələn,  dövlətin 



 

124


iqtisadi və siyasi inkişafı cəmiyyətin inkişafını şərtləndirir, cəmiyyət 

və  dövlət  inkişaf  etdikcə  maddi  tələbat  və  təminat  da  böyüyür. 

Bunlarla  yanaşı,  insanların  təbii  hüquqlarının  diapazonu  da 

böyüyür.  İnsanların  təbii  hüquqlarının  sferası  və  məzmun  tərkibi 

ictimai-siyasi  proseslərlə  birbaşa  bağlıdır.  Sosial,  ailə-məişət  və 

bioloji maraqlar hər bir şəxsi (fərdi) düşündürür və insanlar mənəvi 



(həyatın mənəvi  hissəsi)  maraqları üçün  də bioloji və sosial-siyasi 

maraqlar  nümayiş  etdirirlər.  Maraqlar  iyerarxiyasında,  maraqlar 

birliyi  quruluşunda  ailə-məişət  və  bioloji  maraqlardan  “bir  qədər 

yuxarıda”  ictimai-sosial  maraqlar  dayanır  və  bu  maraqları 

nümayiş etdirərkən,  əsas etibarilə insanların bir qrupu ortaya çıxır 

və proseslərin nəticəsi olaraq fəal tərəf formalaşır. Bu qrup ümumi 

olaraq öz marağını  genişləndirir,  ailə-məişət münasibətlərindən də 

kənara  çıxarır.  Həmin  insanları  (insan  qrupunu)  cəmiyyətdə  baş 

verən proseslər düşündürür. İctimai maraqların “ondan yuxarıya” 

doğru genişlənən sferası isə siyasi maraqları üzə çıxarır. İctimai-

siyasi şəxslərə çevrilmək üçün insanlardan təsiredici keyfiyyətlərin, 

istiqamətverici xüsusiyyətlərin olması tələb olunur. Siyasi maraqlar 

dərketmədə  və  reallıqda artıq  dövlət  anlayışını, dövlətin  fəaliyyəti 

prinsipini  ortaya  gətirir  və  dövlət  sərhədlərini  də  aşır.  Bu  sahələr 

arasında hüquqi münasibətləri tənzimləmək üçün dövlət tərəfindən 



(onun  rəhbəri  və  hakimiyyəti  tərəfindən)  pilləli  əhəmiyyət  kəsb 

edən  iyerarxik  siyasət  həyata  keçirilir.  Yuxarı  mərhələdə,  yuxarı 

etapda  (piramidanın  baş  hissəsində)  siyasət  məzmun  və  nəticə 

etibarilə qlobal mənaya malik olur və bu mərhələnin siyasəti qlobal 

və  mərkəzi  siyasəti  müəyyən  edir.  Qlobal  siyasət  şaxələnir  və 

getdikcə  strukturların  sayını  çoxaldır  və  daha  çox  strukturları 

əhatə  edir.  Baş  mərhələ  (piramidanın  yuxarı  hissəsi,  yuxarı 

koordinatı)  o  zaman  daha  çox  güclü  olur  ki,  ətraf  subyektlər  və 

onlar  arasındakı  əlaqələr  də  təkmil  formada  olsun  və  onların 

fəaliyyəti  reallığın  tələblərinə  yüksək  səviyyədə  cavab  versin. 

Məlumdur ki, siyasət ətraflara doğru genişlənə-genişlənə əhatələnir. 

Bu  zaman  aşağı  strukturlarda  siyasətin  qloballığı  (burada 

mürəkkəblik  və  tərkib  zənginliyi  baxımından)  azalır,  lokal  və 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə