Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə27/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   23   24   25   26   27   28   29   30   ...   189

 

77

imzalamaqla  müdafiə  siyasətini  yerinə  yetirir)  və  inkişaf 



(dövlət 

beynəlxalq 

maliyyə 

və 

investisiya 

siyasətinə 

qoşulmaqla,  iqtisadi  inteqrasiya  yolu  ilə  beynəlxalq  səviyyədə 

təsirlərini gücləndirir. Transmilli korporasiyalar dövlətin digər 

dövlətdə  olan  maraqlarını  gücləndirən  əsas  subyektlər  hesab 

edilməlidir) siyasətini də dövlət rəhbəri və hakimiyyətin qolları 

icra edirlər. Dövlət rəhbəri beynəlxalq danışıqlar həyata keçirir, 

dövlət  adından  sənədləri  imzalayır  və  xarici  siyasətin 

istiqamətlərini  müəyyən  edir.  İkitərəfli  və  çoxtərəfli  sənədlər 

qanunvericilik  qurumunda  müzakirə  olunaraq  təsdiq  edilir 

(ratifikasiya  olunur).  Bununla  da  cəmiyyətin  də  (birbaşa  və 



vasitəli  yollarla-seçdikləri  nümayəndələr  vasitəsilə)  xarici 

siyasətdə  iştirakı  yerinə  yetirilir.  Dövlət  öz  xarici  siyasətini 

cəmiyyəti  və  vətəndaşları  ilə  birlikdə-onların  xeyrinə  olaraq, 

həyata  keçirir.  Dövlət  öz  xarici  siyasətində,  xüsusilə  strateji 

məsələlərdə  parlamentin  müzakirəsini  həyata  keçirir.  Bununla 

yanaşı, ictimai rəylər də nəzərə alınır və cəmiyyətin münasibəti 

öyrənilir.  Məsələn,  dövlət  öz  ərazisi  ilə  bağlı  məsələlərdə 

referendumun 

təşkili 

məsələsini 

həm 

qanunvericilik 



qurumunda 

(cəmiyyətin 

nümayəndələrinin 

toplusunda-

cəmiyyətin  dolayı  yolla  rəyinin  öyrənilməsi),  həm  də  geniş 

şəkildə-birbaşa  cəmiyyətdə,  müzakirələrə  çıxarır.  Dövlət 

ictimaiyyətin  (cəmiyyətin  aparıcı  şəxslərinin  və  ümumilikdə 

vətəndaşlarının)  rəyini  öyrənir.  Bu,  təklif  xarakteri  kəsb  edir. 

Dövlət  öz  xarici  siyasətini  və  bundan  irəli  gələrək  beynəlxalq 

münasibətlərini 

dövlət-cəmiyyət 

koordinasiyasında 

(vahidliyində)  həyata  keçirir.  Xarici  siyasətin  icrası  xarici 

siyasət  qurumları  vasitəsilə  reallaşdırılır.  Xarici  siyasət 

qurumu,-nazirlik,  idarə,  dövlət  katibliyi  və  s.,-  xarici  siyasətin 

icrasını  dövlətin  daxili  qurumları  vasitəsilə  əlaqəli  şəkildə 

təmin  edir.  Xarici  siyasət  qurumu  dövlətin  ayrı-ayrı 

təşkilatlarının  xarici  siyasətlərini  koordinasiya  edir  və  xarici 

siyasətin  həyata  keçirilməsində  bütövlük  yaradır.  Dövlətin 

beynəlxalq  münasibətlərdə  iştirakı  zamanı  təhlükəsizlik 




 

78

siyasətini  həm  müvafiq  xarici  işlər  qurumu  (məsələn, 



nazirliklər,  komitələr,  idarələr),  həm  də  təhlkəsizlik  siyasətini 

birbaşa icra edən qurumlar (müdafiə və daxili işlər nazirlikləri, 



komitələri,  idarələri  və  xüsusi  xidmət  qurumları-nazirlikləri, 

komitələri,  idarələri  və  s.)  həyata  keçirirlər.  Bu  istiqamətdə 

müvafiq  təşkilatlar  arasında  koordinasiya  siyasəti  həyata 

keçirilir.  Dövlətlərin  müvafiq  qurumları  arasında  əməkdaşlıq 

yaranır,  sənədlər  imzalanır.  Bu,  həm  də  dövlətin xarici siyasət 

aktı  olduğundan  xarici  siyasəti  həyata  keçirən,  birbaşa 

əlaqələndirən qurumun (xarici işlər nazirlik və ya da idarəsinin) 

fəaliyyətinin  tərkib  hissəsi  olmalıdır.  Dövlət  özünün  xarici 

siyasətini  nizamlamaqla  özünü  beynəlxalq  münasibətlərin 

aktiv  üzvünə  çevirir.  Beynəlxalq  münasibətlərin  iştirakçısı 

olmaq isə dövlətin daxili siyasətini onun xarici fəaliyyəti ilə 

bağlayır  və  dövlət  vətəndaşını  həm  də  ümumdünya 

sakininə  çevirir.  Məsələn,  dövlətin  öz  vətəndaşlarına, 

xalqına  qarşı  total  zorakılıq  fəaliyyəti  beynəlxalq  ictimai 

problemə  çevrilir.  Dövlət  beynəlxalq  münasibətlərin  üzvü 

olmaqla  öz  vətəndaşlarının  dünya  maraqlarını  da  təmin 

etməyə  borclu  olur.  Dövlət  beynəlxalq  münasibətlərə 

qoşulduqda  beynəlxalq  sistemin  komponentinə  çevrilir  və 

beynəlxalq  dəyərlərdən  istifadə  haqqı  qazanır.  Dövlət,  bu 

baxımdan,  həm  fərdi  məzmuna  malik  olur,  həm  də 

beynəlxalq 

öhdəlikləri 

və 

funksiyanı, 

beynəlxalq 

komponentləri  özündə  daşıyan  universal  subyektə  çevrilir. 

Dövlət  beynəlxalq  sistem  çərçivəsində  sistemi  daxildən 

böyüdən (şaquli və üfüqi istiqamətdə) komponentə çevrilir. 

Beynəlxalq  münasibətlər  sisteminin  həm  məkanı  böyüyür, 

geosiyasi  məkanın  əhatə  dairəsi  genişlənir,  həm  də 

beynəlxalq  münasibətlərdə  obyektlərin  və  subyektlərin 

sayının artması hesabına sahələrin da sayı çoxalır. Bununla 

da  nəzarət  sferası  genişlənir,  məsuliyyət  böyüyür  və  s. 

Ümumilikdə  hərəkətdə  olan  bütün  vasitələrin  həcmi 

genişlənir.  Məsələn,  keçmiş  SSRİ-nin  dağılması  ilə  dünya 



 

79

miqyasında 



müstəqil 

dövlətlərin 

sayının 

çoxalması 

beynəılxalq 

münasibətlərin 

həm 

genişlənməsinə 

və 

rəngarəngləşməsinə  gətirib  çıxartdı,  həm  də  beynəlxalq 

nəzarəti və öhdəliyi (məsələn, ABŞ-ın zəif iqtisadiyyata malik 

olan 

ölkələrə 

olan 

diqqətini 

artırdı) 

genişləndirdi. 

Beynəlxalq  üzvlərin  sayının  çoxluğu  bütün  beynəlxalq 

hərəkətlər  və  məsuliyyətlərin  sayının  artmasına  gətirib 

çıxartdı.  

Dövlət  öz  mövcudluğunu  təmin  etmək  üçün  inkişaf 

siyasətini  də  reallaşdırır.  İnkişaf  zaman  ardıcıllığında  ortaya 

çıxan  elementlərin  və  hadisələrin  qarşılıqlı  asılılığından 

meydana  gələn  təzahürlə  müəyyən  edilir.  Dövlətin  və 

cəmiyyətin  inkişafı  olmadan  dövlətin  müdafiə  siyasətini  təşkil 

etmək mümkün deyil. Dövlət bütün sahələrdə müdafiəni həyata 

keçirir  və  müdafiənin  miqyası  inkişaf  tempinə  müvafiq  olaraq 

artır.  Müdafiə  ilə  inkişaf  xəttinin  paralelliyi  və  şərtləndirici 

asılılığı əslində hər iki məzmuna xidmət edir. Hər iki istiqamət 

də  dövlətin  nizamlama  funksiyasına  aid  olur. Müdafiə siyasəti 

olmasa da inkişafa, sabit və təhlükəsiz cəmiyyətlərə nail olmaq 

qeyri-mümkündür.  Dövlətin  inkişaf  siyasəti  (strategiyası)  da 

dövlət  rəhbəri  və  hakimiyyəti  tərəfindən  həyata  keçirilir. 

Dövlət burada cəmiyyətə də geniş yer verir və azad sahibkarlıq, 

liberal  iqtisadiyyat  inkişafın  əsaslarını  yaradır.  Dövlət  azad 

hərəkətlər  üçün  şərait  yaradır,  çünki  azad  hərəkətlərdə  geniş 

enerji  mübadilələri  həyata  keçirilir.  Dövlət  azad  sahibkarlıq 

fəaliyyətinə və bazar münasibətlərinə şərait yaradır və ümumi 

və  xüsusi  tənzimləmə  funksiyasını  yerinə  yetirir.  Dövlətin 

daxili inkişafı onun beynəlxalq münasibətlərdəki hərəkətlərinin 

məzmununa  da  sıx  bağlı  olur.  Xarici  siyasəti  ilə  müəyyən 

edilən 

inkişaf, 



eləcə 

də 


bu 

istiqamətdə 

beynəlxalq 

münasibətlərdə  iştirakının  yüksələn  xətt  üzrə  inkişaf  tempi  və 

elementlərin  yüksək  cədvəl  göstəriciləri  dövlətin  ümumi 

inkişafına  kömək  edir.  Dövlətdaxili  siyasət  xarici  siyasətlə 

əlaqələndirilir  və  bununla  da  inkişafa  nail  olunur.  Dövlət  öz 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə