Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə25/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   21   22   23   24   25   26   27   28   ...   189

 

71

hərəkətlərindən  formalaşıb.  Dünya  düzəni  XVIII,  XIX,  XX 



əsrlərdə mövcud olub və hal-hazırda da mövcuddur. Bir dünya 

düzənindən  digərinə  keçid  baş  verib  və  bu  zaman  başlıca 

olaraq forma və məzmun dəyişib. Lakin gerçəklik ondan ibarət 

olub  ki,  dünya  düzənini  formalaşdıran  dövlətlər  (imperiyalar) 

güclərinə  görə,  ərazilərinə  görə  dəyişə  bilib.  Düzən  məsələsi 

isə qalıb. Məsələn, XX əsrin ikinci yarısında ABŞ-İngiltərə və 

SSSRİ (bu dövlətlər Almaniyaya və Yaponiyaya qarşı koalisiya 

yaratmışdılar)  dünya  düzəninin  aparıcı  qüvvələri  olublar. 

Sonradan SSRİ ilə ABŞ-İngiltərə arasında Avropa məsələsinə, 

kommunizm 

ideologiyasına 

və 

ümumiyyətlə 



dünyanın 

bölünməsinə  görə  münasibətlər  soyuq  olub.  Məsələn,  “soyuq 

müharibə”  dövründə  ancaq  Amerika  “Azad  Avropa”  radiosu 

vasitəsilə bəyan etmişdi ki, Moskvadan nəzarət olunan Mərkəzi 

Avropa  tabeçiliyini  qəti  olaraq  qəbul  etmir.  Məhz  Amerika 

prezident  Karterin  dövründə  insan  hüquqlarının  müdafiəsinə 

qalxmış  və  beləliklə,  Sovet  İttifaqını  ideoloji  olaraq  müdafiə 

olunmaq vəziyyətində saxlamışdı.

1

  

ABŞ-la  SSRİ  arasında  diplomatik  münasibətlər  XX  əsrin 

20-30-cu illərində soyuq olub. Diplomatik münasibətlər kəsilib. 

(Rusiya ilə ABŞ arasında ilk diplomatik münasibətlər isə 1809-

cu  ilin  noyabrında  qurulub).  İkinci  Dünya  müharibəsindən 

sonra  və  çoxları  üçün  gözlənilməz  olan  “soyuq  müharibə” 

dövrünün qədəm qoyması ilə amerikalıların çoxları bu dövlətin 

atom bombası sahəsindəki monopoliyasına arxayın idi. ABŞ-ın 

strateji  aviasiya  komandanlığı  (son  həddə  1950-ci  illərin 

ortalarına qədər) Sovet hökumətinə birtərəfli qaydada həlledici 

zərbə vurmaq iqtidarında idi. Bu komandanlıq ölkənin müdafiə 

pərdəsi  funksiyasını  öz  üzərinə  götürmüşdü.  ABŞ  Almaniya  və 

Yaponiyanın  da  müdafiəsini  təmin  edirdi.  1950-ci  illərin 

sonlarından  etibarən,  1962-ci  ilin  Kuba  raket  böhranından 

                                                 

1 Збигнев Бжезинский. Выбор. Глобальное господство или гдобальное 

лидерство(Zbigniew Brzezinski. The Choice: Global Domination or Global 

Leadership) /Пер.с англ. –М.: Междунар. Отношения, 2004.-288 с., səh. 279. 



 

72

sonra  ABŞ-da  “raket  sənayesindən  geri  qalma”  kimi 



narahatlıqlar  dalğası  yayıldı.  Raket  hücumlarından  müdafiə 

məqəsdilə kosmik layihələrin icrasına başlanıldı. Həmin andan 

etibarən  SSRİ  ilə  nüvə  sahəsində  danışıqlar  həyata  keçirildi, 

1970-80-ci illərdə müdafiə və strateji hücum sahəsində bir çox 

razılaşmalar  (rus.  dil.  “PRO”,  “OSV”,  “SNV”  razılaşmaları) 

əldə  olundu.  Bu  müqavilələr  onu  göstərdi  ki,  Amerikanın 

təhlükəsizliyi  artıq  amerikanlıların  əlində  deyil,  həddən  artıq 

təhlükəli  olan  düşmənlə  (SSRİ  ilə-qeyd  bizimkidir)  bağlanmış 

müqavilələrdədir.  1980-ci  illərdə  Reyqan  administrasiyasının 

ABŞ  ərazisinin  SSRİ-nin  ballistik  raketlərindən  müdafiəsini 

nəzərdə tutan kosmik layihə olan “strateji müdafiə təşəbbüsü” 

layihəsi əhalinin çox hissəsinin dəstəyini qazanmamışdı.

1

 1946-

1991-ci  illəri  əhatə  edən  “soyuq  müharibə”  dövründə  daimi 

geosiyasi dualizm özünün maksimal tənasübünə çatmışdı. ABŞ-

la talassokratiya (dəniz hakimiyyəti), SSRİ ilə isə tellurokratiya 

(quru hakimiyyəti) meydana gəlmişdi.

2

 

 

 

Qeyd:

 

geosiyasətin  əsas  qanunları  fundamental  dualizmi 



təsdiq  etməkdən  ibarətdir.  Hansı  ki,  bu  dualizm  planetlərin 

coğrafi  əsaslarla  quruluşunun  təzahüründə  və  sivilizasiyanın 

tarixi 

tipologiyasında 

təzahür 

edir. 

Bu 

dualizm 

“tellurokratiya”  (quru  hakimiyyəti-quru  yolları  üzərində 

hakimiyyət  )  və  “talassokratiya”nın  (dəniz  hakimiyyəti-dəniz 

yolları üzərində hakimiyyət) qarşı-qarşıya qoyulmasından irəli 

gəlir.  Belə  qarşı-qarşıya  qoyulmanın  xüsusiyyətləri  Karfagen 

və  Afina  kimi  ticarət  sivilizasiyaları  ilə  Roma  və  Sparta  kimi 

hərbi-avtoritar  sivilizasiyanın  qarşı-qarşıya  qoyulmasından 

(“demokratiya”  və  “ideokratiya”  terminlərinin  qarşı-qarşıya 

                                                 

1 Збигнев Бжезинский. Выбор. Глобальное господство или гдобальное 

лидерство(Zbigniew Brzezinski. The Choice: Global Domination or Global 

Leadership) /Пер.с англ. –М.: Междунар. Отношения, 2004.-288 с., səh. 21-22.  

2

 Александр Дугин Д80 Основы геополитики. Геополитическое 



будущее России. Мыслить Пространством-Изд.4-е, Москва, 

«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh. 18. 




 

73

qoyulmasından)  meydana  gəlib.  Sivilizasiya  anlamında 



tellurokratiyaya  oturaq  həyat,  konservatizm,  böyük  əhali 

birlikləri olan tayfalar, xalqlar, dövlətlər və imperiyaların tabe 

olduqları  ciddi  hüquqi  normativlər  xarakterikdir.  Dənizin 

möhkəmliyi  isə  ondan  ibarətdir  ki,  bu  sivilizasiyada  etika, 

sosial ənənələrin davamlılığı, möhkəmliyi əsas yer tutur. Quru 

hakimiyyətində  oturaq  xalqlara  həm  də  individualizm  və 

sahibkarlıq  ruhu  yaddır.  Belə  sivilizasiyaya  kollektivçilik  və 

iyerarxiya xasdır.

1

 

 



Məşhur  ABŞ  politoloqu  olan  və  keçmişdə  nüfuzlu  dövlət 

xadimi  olmuş  Henri  Kissincerin  fikrincə,

 

hal-hazırda  ABŞ 

beynəlxalq  maliyyə  sistemində  dominant  mövqeyə  malikdir, 

sərmayə  kapitalının  nəhəng  mənbəyidir,  sərmayədarlar  üçün 

daha  çox  cəlbedici  pənahgahdır,  həmçinin  xarici  ixracatçılar 

üçün  ən  nəhəng  bazardır.  Bütün  dünyada  amerika  pop-

mədəniyyəti xoşagələn standartlar təqdim edir, baxmayaraq ki, 

bu  pop-mədəniyyət  vaxtaşırı  bu  və  ya  da  digər  ölkələrdə 

yararsızlıq kimi qəbul edilir.

2

 

 

Dövlətlər  son  əsrlərdə  (1648-ci  ildən  bəri-  “suverenitetlik” 

prinsipi tətbiq ediləndən bu yana) heç zaman tam müstəqil ola 

bilməyiblər, daxilə müdaxilələrdən azad ola bilməyiblər və bir 

geosiyasi  düzən  forması  digərini  əvəz  edib.  Geosiyasi  düzən 

müəyyən  səviyyədə  dövlətlərin  daxili işlərinə qarışmanı zəruri 

edibdir. Bu da ondan irəli gəlib ki, dövlət maraqlarına aid olan 

sahələr,  vasitələr,  obyektlər  uyğunlaşdırılıb,  eyniləşdirilib, 

paralelləşdirilib. 

Eləcə 

də 


qarşılaşmadan 

toqquşmalar, 

kəsişmələr və ziddiyətlər, həmçinin tarazlıqlar formalaşıb.  

Henri Kissincer yazır: “1648-ci ildə imzalanan Vestfal sülh 

müqaviləsi  dini  zəmində  baş  verən  Otuzillik  müharibəyə  son 

                                                 

1

 Александр Дугин Д80 Основы геополитики. Геополитическое 



будущее России. Мыслить Пространством-Изд.4-е, Москва, 

«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh. 15-16. 

2

 Киссинджер Генри. Нужна ли Америке внешняя политика.?/ Пер. С 



англ. Под.ред. В.Л.Иноземцева.-М.:Ладомир, 2002.-352 с., səh. 2. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə