Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə26/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   22   23   24   25   26   27   28   29   ...   189

 

74

qoydu.  Müqəddəs  Roma  İmperiyasının  hakimiyyəti  zəiflədi. 



İmperator mərkəzi Vyana olan Müqəddəs Roma İmperiyasının 

(Habsburq  imperiyasının  imperatoru)  Mərkəzi  Avropada 

katolik kilsəsinin hakimiyyətini bərqərar etmək üçün müharibə 

aparırdı.  Fransanı  idarə  edən  Burbonlar,  baxmayaraq  ki, 

katolik  kilsəsinə  mənsub  idilər,  Avstriyanın  üstün  olmaq 

cəhdlərinə  qarşı  Şimali  Avropanın  protestant  knyazları  ilə 

birləşdilər.  Müharibə  dini  zəmində  baş  verdi  və  sərhədlər 

məsələsi  arxa  plana  keçdi.  Ordu  qalib  gəldikcə,  məcburən 

bütün  ölkənin  əhalisi  dini  etiqadını  dəyişirdi.  Otuzillik 

müharibə gedişində Mərkəzi Avropanın təqribən 30 faiz əhalisi 

qırğına məruz qaldı. Vestfal sülh müqaviləsi qanlı qırğına son 

qoydu.  Bütün  tərəflər  belə  bir  prinsiplə  razılaşdılar  ki,  dini 

təbəəni-  dövləti  idarə  edən  müəyyən  edir-cujus  regio,  ejus 

religio. Heç bir tərəf bu prosesə müdaxilə edə bilməz. Bununla 

da  dövlətlərin  daxili  işlərinə  qarışmamaq  prinsipi  meydana 

gəlmiş oldu”.

1

 

 



Dövlətlərin  ümumdünya  marağı  daima  onları  birləşdirə 

bilibdir.  Bu  birləşmədən  də  nəzarət  meydana  gəlibidr. 

Ümumdünya  marağı  həm  də  böyük  dövlətlərin  gücünü  ortaya 

qoyubdur.  Dövlətlər  nəzarətdən  kənarda  qalmayıblar.  Yeni 

qaydalar  (yumşaq  və  bərk)  müəyyən  olunsa  da,  məzmun 

etibarilə  nəticə-hədəf,  məqsəd eyni şəkildə qalıbdır. Dövlətləri 

vahid  mərkəzlərdə  birləşdirmək  üçün  daima  ideyalar  irəli 

sürülüb,  təkliflər  verilib.  Həmin  ideyalar  və  təkliflər 

münasibətlər və əlaqələr üçün normativ əhəmiyyət kəsb edib və 

qaydaları  yaradıb.  Məsələn,  Alman  idealist  filosofu  İmmanuel 

Kant  beynəlxalq  münasibətlərin  sülh  yolu  ilə  tənzimlənməsi 

üçün norma və qaydalar kəsb edən ideyalar irəli sürüb. Birinci 

Dünya  müharibəsindən  sonra  sülhü  qoruyub  saxlamaq 

məqsədilə vahid təşkilat olan Millətlər Liqası yaradılıb.  

                                                 

1

 Киссинджер Генри. Нужна ли Америке внешняя политика.?/ Пер. С 



англ. Под.ред. В.Л.Иноземцева.-М.:Ладомир, 2002.-352 с. səh. 263-264.  


 

75

Beynəlxalq  münasibətlərin  düzənlənməsi  və  bu  məsələdə 



böyük  dövlətlərin  təsir  və  iştirak gücünün nümayişi məqsədilə 

müxtəlif  metodlardan  istifadə  edilir.  Böyük  dövlətlər  daima 

arasıkəsilməyən  siyasət  həyata  keçirirlər.  Bunlardan  ən  əsası 

iqtisadi  vasitələrdir,  beynəlxalq  maliyyə  təşkilatlarında  olan 

güclərdir.  Bundan  irəli  gələrək  siyasi  vasitələrdir.  Məsələn, 

ABŞ-ın  Atlantik  regionunda  gücünü  nümayiş  etdirən  əsas 

qurum  NATO-dur.  Böyük  dövlətlər  öz  güclərini  göstərmək, 

nümayiş  etdirmək  üçün  müxtəlif  iqtisadi-siyasi  metodlarla 

yanaşı,  hərbi  metod  olaraq  hərbi  paradlardan  və  hərbi 

təlimlərdən  istifadə  edirlər.  Böyük  dövlətlər  bir  tərəfdən 

müdafiə olunmaq istəyindən, digər tərəfdən də müharibələrə və 

döyüşlərə hər an hazır olmaq mövqeyindən paradlar (paradlar-

hərbi  nizam-intizamı  və  silahların  gücünü  göstərir)  təşkil 

edirlər  və  təlimlər  keçirirlər.  Ən  böyük  paradları  güc 

mərkəzlərindən  Rusiya,  Çin,  İran  kimi  dövlətlər  təşkil  edirlər. 

Paradlar  və  təlimlər  ətraf  cəmiyyətlər  və  dövlətlər  üzərində 



(məsələn,  Rusiyanın  2012-ci  ildə  Qafqazda  keçirilən  hərbi 

təlimi)  ictimai-siyasi  təsir  metodlarından  biridir.  Hərbi 

təlimlərin  keçirilməsində  başlıca  məqsəd  hərbçilərin  döyüş 

hazırlığını 

yoxlamaqdan 

və 

döyüş 


taktikasını 

təkmilləşdirməkdən 

ibarətdir. 

Eyni 


zamanda 

silahların 

paleqonlarda  istifadəsini  yoxlamaq  da  başlıca  məqsəddir. 

Bununla  yanaşı,  gücün  nümayiş  etdirilməsi  də  başlıca 

məqsəddir.  Həm  də  bu  metodlarla  dövlətlər  öz  müdafiə 

qabiliyyətlərini  və  lazımı  anlarda  hücuma  hazır  olmaqlarını 

nümayiş  etdirmiş  olurlar.  Yeni  silahların  istifadəsini  də 

paradlarda nümayiş etdirmək başlıca məqsəd hesab edilməlidir. 

Dövlətlər  öz  mövcudluqlarını  təmin  etmək  məqsədilə 

müdafiə  (təhlükəsizliyin  təmin  edilməsi)  və  inkişaf  siyasəti 

həyata  keçirirlər.  Nizamlamanın,  sistemə  cəlb  etmənin  başlıca 

məqsədi  də  elə  mövcudluğu  təmin  etməkdən,  bununla  bərabər 

inkişaf  etməkdən  ibarətdir.  Həm  müdafiə,  həm  də  inkişaf 

siyasəti  bir-birini  tamamlayır.  Beynəlxalq  münasibətlərə 



 

76

qoşulmaqda  da  başlıca  məqsəd  məhz  müdafiə  və  inkişaf 



amilləri  ilə  bağlı  olur.  Dövlətin  daxildə  müdafiə  və  inkişaf 

siyasətini  məhz  dövlət  rəhbəri  və  dövlətin  hakimiyyəti, 

qanunvercilik, məhkəmə və icra hakimiyyəti müəyyən edir. Bu 

funksiyalar 

konstitusiyalarda 

və 


digər 

qanunvericilik 

aktlarında, o cümlədən konsepsiyalarda, doktrinalarda öz əksini 

tapır.  Dövlət  təhlükəsizlik  siyasətini  müəyyən  edir  və  onun 

icrasını  ayrı-ayrı  səlahiyyətli  qurumlar  (mərkəzi-nazirliklər, 

komitələr,  şirkətlər  və  yerli  icra  hakimiyyəti  qurumları) 

reallaşdırır.  Məsələn,  dövlət  daxilində  müdafiə  siyasətini,–

başqa  ölkələrin  təcavüzündən  və  işğalından  qorunmaq 

siyasətinin icrasını, -müdafiə nazirlikləri və müdafiə qurumları 

təmin 

edir. 


Dövlət 

sərhədlərinin 

müdafiəsi-mühafizəsi 

(terrorçulardan,  cinayətkarlardan,  qaçaqmalçılardan  və  s.) 

məqsədilə  ilə  də  siyasəti  müəyyən  edilir  və  icra  olunur. 

Dövlətlər  daxillərində  ictimai  asayişi  və  siyasi  sabitliyi 

qorumaq  məqsədilə  də  silahlı  qüvvələr,  hərbi  birləşmələr, 

xüsusi  xidmət  və  hüquq  mühafizə  qurumları  yaradırlar. 

Dövlətin  müdafiəsinin  təşkili,  müdafiə  siyasətinin  tərkibi 

olaraq  dövlət  sərhədlərinin  qurumlarının  fəaliyyətinin  təşkili, 

daxili 


sabitliyin 

qorunması, 

terrorçulardan, 

diversiya 

quruplarından  (təxribatçılardan)  qorunma  siyasəti  və  sabitliyi, 

ictimai  asayişi  pozan  digər  mənfi  və  pozucu  ünsürlərdən 

qorumaq  ümumilikdə  dövlətin  təhülkəsizlik  siyasətinə  aid 

edilir.  Dövlət  öz  təhlükəsizlik  siyasətini  iki  mühüm  baza 



istiqamətində  yerinə  yetirir:  birincisi,  daxildən  qorunma 

(daxili 


təzyiqlərdən, 

daxili 


pozucu 

hadisələrdən 

və 

proseslərdən),  ikincisi  isə  xaricdən  qorunma.  Bu  iki  xətti 



birləşdirmək  məqsədilə  koordinasiya  siyasəti  həyata  keçirilir 

və  daxili  siyasət  xarici  siyasətlə  uyğunlaşdırılır.  Bununla  da 

dövlətin  ümumi  fəaliyyətində  bütövlük  yaradılır.  Beynəlxalq 

münasibətlərdə  dövlətin  müdafiə  (dövlət  beynəlxalq  hüquq 



sənədlərinə  qoşulmaqla,  iki  tərəfli  qaydada  və  çoxtərərli 

formatda  strateji  əməkdaşlıq  və  tərəfdaşlıq  müqaviləsi 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə