Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə23/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   19   20   21   22   23   24   25   26   ...   189

 

65

xalqlar  üzərində  üstünlüyə  sahib  olmaq  üçün  rəqabətə  girmək 



də  siyasətin  tarixi  ənənəsidir.  Eyni  zamanda  müharibələrə 

qoşulmamaq,  bitərəf  qalmaq  da  tarixi  siyasətin  baza 

prinsipidir.  Bunlar  və  bu  kimi  digər  vəziyyətlər  və  proseslər 

baza proseslərdir. Baza proseslərin formalaşmasında, kəmiyyət 

göstəricilərinin  dəyişməsində  ortaya  çıxan  gerçəkliklər  də 

mahiyyətcə 

dəyişkən 

ola 

bilər. 


Dünya 

düzəninin 

proqnozlaşdırılmasında  bu  prinsipləri  əsas  götürmək  lazımdır. 

Həmin prinsiplərə müvafiq olaraq hadisələr zəncirliyi meydana 

gəlir.  Proqnozlaşdırma  zamanı  hadisələrə,  ümumi  tərkibə 

“nüvə”  və  ətraf  elementlərin  qarşılıqlı  vəhdətinin  əsasları 

prinsipindən yanaşmaq məqsədəuyğundur. Sadalanan fikirlərin, 

müddəaların  özləri  elə  formulalar  və  əsas  prinsiplərdir  ki,  bu 



formulalar  da  beynəlxalq  arenada  cərəyan  edən  hadisələrin 

proqnozlaşdırılmasını əsaslandırır.  

Proqnozlaşdırma  ümumi-universal  və  konkret-xüsusi 

sahələr  üzrə  aparılır.  Siyasi  hadisələrə,  proseslərə  ümumi  və 



xüsusi 

təhlili 

yanaşmalar 

mövcud 


olur. 

Uğurlu 


proqnozlaşdırma  dolğun  faktlar  toplusundan  asılıdır.  Faktları 

toplamaq  və  hadisələr  arasında  zəncirvari  və  şərtləndirici 

əlaqələri  müəyyən  etmək  bacarığı  elə  proqnozlaşdırmadır. 

Prqonozlaşdırma  zamanı  dövlətlərin  xarici  siyasətlərinin, 

beynəlxalq  münasibətlərinin  xassələri  də  nəzərə  alınmalıdır. 

Onların  xarici  siyasətlərinin  istiqamətləri  müşahidələrlə 

izlənilməlidir.  

Siyasət 


dəyişən 

xüsusiyyətlərə 

malik 

olduğundan, 



proqnozlar  da  əvvəlcə  nəzərdə  tutulan  zamanda  olduğu  kimi 

gözlənilən  nəticələri  verməyə  bilər.  Maraq  uğrunda  siyasət, 

fəaliyyət  istiqaməti  dəyişərsə,  gözlənilən  nəticələr  də  dəyişə 

bilər.  Gözlənilə  bilən  hadisələrin  vaxtında  törədilməməsi  də 

nəticələrin  dəyişməsinə  səbəb  ola  bilər.  Proqnozların  düzgün 

olmamasına 

nəzərdə 

tutulan 


hadisələrin 

vaxtında 

törədilməməsi və hərəkətsizlik də səbəb ola bilər.  



 

66

Proqnozlar  təfəkkürdə  həm  konkret  və  qətiliyə,  həm  də 



ehtimallara  söykənərək  verilə  bilir.  Bir  məsələni  xüsusi  olaraq 

qeyd  etmək  lazımdır  ki,  qətilik  (dəqiq  proqnozlaşdırma)  əsasən 

daha çox baza siyasətin formulalarında müşahidə edilir. Məsələn, 

güclü  dövlətin  maraqları  tapdalanırsa,  həmin  anda  güclü  dövlət 

müdafiə  olunmaq  üçün  özünün  böyük  potensialından  (iqtisadi, 

siyasi-diplomatik, hərbi və s.) istifadə edir. 

Proqnozlaşdırma  müəyyən  xətt  üzrə  aparılan  təhlilin 

nəticələridir 

ki, 

bu 


nəticələr 

də 


müəyyən 

hərəkət 


trayektoriyasında  müvafiq  zamanda  ortaya  çıxan  hadisələrlə 

bağlı  gerçəkliklərin,  forma  və  mahiyyətin  təzahürünü  beyində 

(təfəkkürdə) əks etdirməkdir.  

Hadisələrin  gedişatı  zamanı  müşahidə  aparılarkən  hissi 

etmə,  duyma  (daxili  hissiyyat)  da  tədqiqatçılar  tərəfindən 

proqnozların  verilməsi  üçün  zəmin  ola  bilər.  Proqnozların 

düzgün  verilməsi  təbii  ki, məntiqi  təfəkkürün  gücünə bağlıdır. 

Burada  müxtəlf  və  əlaqəli  sahələr  üzrə  faktlar  toplanılır  və 

hadisələrin  əlaqəli,  ümumi  və  xüsusi  hallarda  ortaya  çıxması 

şərh edilir. Proqnozların düzgün şərh edilməsi, eləcə də düzgün 

qənaətlərə  gəlmək  başlıca  olaraq  müşahidələr  aparmaq 

qabiliyyətindən və hadisələr arasında səbəb və nəticə, başlanğıc 

və  son  olan,  bu  baxımdan  da  bir-birini  şərtləndirən  hadisələr 

ardıcıllığında  düzgün  nəticələri  görmək  məharətindən  və 

istedaddan asılıdır. Siyasi proqnozlaşdırma, əsas etibarilə, tarix 

boyunca  baş  verən  hadisələrdən  düzgün  nəticələr  çıxarmaq 

istedadı  və  məharətindən  də  asılıdır.  Tarixi  hadisələrin 

şərtləndirici  funksiyasının  öz  formulaları  vardır.  Məsələn, 

tarixən  işğal  olunmuş  ərazilərdə  işğalçı  tərəfə  qarşı  etiraz 

hərəkatları, o cümlədən, inqilablar, üsyanlar baş qaldırıb, terror 

hadisələri,  sui-qəsdlər  törədilib.  Digər  bir  misal  olaraq,  hesab 

etmək olar ki, demokratik-liberal əsaslarla əlaqələrin qurulması 

iki dövlət arasında sıx əməkdaşlığı  yaradıb. Bunlar və bu kimi 

digər  faktlar,  nəticələr  proqnozlaşdırmada  modullar  olaraq 

tətbiq  olunur  və  modullar  olaraq  formalaşır.  Tarixi  proseslər 



 

67

zamanı  siyasi  nəticələrin  formulaları  mövcuddur  ki,  bu 



formulalar  da  proqnozlaşdırma  üçün  baza  məntiqi  prinsip 

rolunu  oynayır.  Ümumiyyətlə,  proqnozlaşdırma  qabiliyyəti 

proseslərin  formulalarını  yaxşı  bilmək,  dərindən  dərk  edə 

bilmək məharətidir.  



Mövzunun  birinci  fəsilində  dövlət  daxilində  siyasət 

həyata  keçirilərkən  siyasətin  nizam  və  idarəçiliklə  əlaqəli 

məzmununa  toxunulur.  Düzəni  meydana  gətirən  tərəflərin 

mövcudluğu şərtləri əsas götürülür. 



İ

kinci  fəslində  beynəlxalq  münasibətlər,  o  cümlədən  bu 

münasibətlərdən  meydana  gələn  dünya  düzəni  və  geosiyasətin 

əsasları təhlil edilir. Anlayışların qarşılıqlı məzmunu göstərilir. 

Beynəlxalq  aləmdə  həyata  keçirilən  xarici  siyasət  zamanı 

beynəlxalq düzənin formalaşmasının əsasları şərh olunur.  

Üçüncü  fəsildə  mövcud  dünya  düzənində  böyük  xalqların 

mənsub olduqları dövlətlərin qlobal və regional məkanlar üzrə 

geosiyasi maraqlarının ümumi əsasları qeyd edilir.  

Dördüncü  fəsil  isə  gələcək  dünya  düzəninin  (XXI  və  XXII 

əsrlər üçün dünya düzəni) tərkibinin ümumi xarakteristikasının, 

maraqların  nəzəri  əsaslarının  ümumi  konturlarının  şərhinə  həsr 

olunur  

Predmetdəki-mövzudakı  fikirlər,  yanaşma,  təhlil  daha  çox 

realizmə  (real  gücün  əsaslandırılması  baxışına)  əsaslanır  və 

siyasi  düzən  məsələsində  güclü  tərəfin  maraqları  və  həmin 

tərəfin  hərəkət  qabiliyyətinin  güclü  olması  və  potensialının 

böyük olması amili əsas götürülür.  

Mövzuda  ölkələr  və  dünyalar  arasında  münasibətlərin 

strateji  əsaslarını  şərh  edərkən,  bəzən  daxili  siyasət  və 

beynəlxalq münasibətlərə dair tarixi faktlara da rast gəlinir. Bu 

da təhlil proseslərində təbii olaraq tələb olunan bir haldır, belə 

ki,  siyasət,  strategiya  tarixi  hadisələrlə  bağlıdır.  Siyasət  elə 

hadisələri  törədir  və  hadisələr  ardıcıllığı  da  strategiyanı 

formalaşdırır.  Strategiyanın  tərkibində  olan  taktiki  addımların 

özü də  məhz  siyasət  demək  olur.  Tarixi  hadisələr zəncirindən, 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə