Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə20/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   16   17   18   19   20   21   22   23   ...   189

 

56

bağlanır  və  onunla  birləşir  və  məkandan  get-gedə  daha  çox 



enerji alır. Beləliklə, dövlət məkan varlığı kimi ortaya çıxır, bu 

məkanla  canlanır  və  idarə  olunur.  Bu  baxımdan  da  məkanı 

təsvir  etmək,  müqayisə  etmək  və  ölçmək  coğrafiyaya  aid 

olmalıdır.

1

 

Yəni,  dünya  düzəninin  nəticəsindən,  ümumi 

görünüşdən,  hiss  olunan  mühitdən  elə  geosiyasi  mənzərə, 

ümumdünya  siyasi  mühiti  formalaşır.  Dünya  düzəni  təbii  ki, 

dünya siyasətində iştirak edən və siyasəti formalaşdıran, siyasi 

mənzərəni yaradan güclər (dövlətlər) tərəfindən formalaşdırılır. 

Dünya 

düzəni 


dövlətlərin 

qarşılıqlı 

əlaqələr 

və 


münasibətlərinin  məzmununu  əks  etdirməklə,  onlar  arasında 

rəvan şəkildə formalaşan bağlılığın da məzmununu üzə çıxarır. 

Bundan  da  dünya  birliyi-  xalqlar  və  dövlətlər  birliyi 

meydana  gəlir.  Dünyanın  hər  bir  subyekti  (burada  əsasən 

dövlətlər) ümumdünya siyasət müsətvisinin tərkib elementidir, 

kompleksidir.  

Dünya siyasətində idarəçilik və düzən həm də dövlətlər və 

xalqlar  arasında  ziddiyyətli 



və 

təzadlı 

münasibətləri 

formalaşdırır.  Məsələn,  böyük  dövlətlərin  təsirləri  və 

hərəkətləri  çox  zaman  kiçik  dövlətlər  üçün  qıcıqverici  olur. 

Böyük  dövlətlər  kiçik  dövlətlərin  mənafelərinə  toxunan 

hərəkətlər  edirlər.  Onları  münaqişələrə  sürükləyirlər,  özlərinin 

rəqabət  mübarizələrində  həmin  kiçik  dövlətlərdən  vasitələr-

istifadə  alətləri  kimi  istifadə  edirlər.  Güc  reallığından  və 

maraq  sferasının  böyüklüyü  və  tərkib  zənginliyindən  irəli 

gələrək,  böyük  dövlətlərin  kiçik  dövlətlərə  qarşı  qeyri-

humanist  siyasəti  formalaşır.  Məsələn,  SSRİ-nin  vaxtilə 

sosialist  blokunda  olmuş  dövlətlərə  qarşı  hərbi  siyasəti  (XX 

ə

srin  50-60-cı  illərində  Çexoslovakiyada,  Macarıstanda, 

ADR-də,  Polşada,  Rumıniyada  həyata  keçirdiyi  anti-

demokratiya  siyasəti)  buna  əyani  sübutdur.  Bu  məsələ  böyük 

                                                 

1

 Александр Дугин Д80 Основы геополитики. Геополитическое 



будущее России. Мыслить Пространством-Изд.4-е, Москва, 

«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh.34. 




 

57

dövlət  üçün  maraqların  böyük  olması  baxımından  bəlkə  də 



təbii idi,  real  idi,  qəbuledilən  idi.  Yəni SSRİ-nin işğal siyasəti 

və  əraziləri  öz  ətrafında  saxlaması  bir  böyük  dövlət  kimi, 

reallıq baxımından (hansı ki, bu reallığı da tarixi hadisələr üzə 

çıxarmışdır) ona haqq qazandırırdı. (Təbii ki, beynəlxalq hüquq 

istənilən  formada  işğalın  əleyhinədir.  Onun  hərəkətlərində 

siyasi realizm prinsipləri əsas götürülürdü). Kiçik dövlət üçün 

isə,  real  olsa  da,  qəbuledilən  deyil,  qıcıqvericidir.  Məsələn, 

Çexoslovakiyada,  Macarıstanda  hərbi  rejimə  qarşı  baş  vermiş 

etiraz  hərəkatları  buna  nümunədir.  Eləcə  də  ABŞ-ın  2003-cü 

ildən  başlayaraq  İraqa  hərbi  müdaxiləsi  də  eyni  prinsipləri 

ortaya  çıxarır.  Bu  baxımdan  reallıq  həm  də  mənfidir-xüsusilə 

əks  tərəfdə  olan  kiçik  tərəflər  üçün.  Reallıq  burada  xalqın 

özünə dəyər verməsini, ümumilikdə isə insanlığı heçə endirir.  

Kiçik dövlətlər öz mövcudluqları və inkişafları üçün nəzəri 

prinsipləri  əllərində  daha  çox  rəhbər  tuturlar.  Tarazlığı  təmin 

edən  ideologiya  kiçik  dövlətlərin  böyük  dövlətlərlə  olan 

münasibətlərində  baza  xəttidir.  Bu  baxımdan  münaqişədən, 

ərazi işğalından əziyyət çəkən dövlətlər (məsələn, Azərbaycan, 

Gürcüstan)  beynəlxalq  hüququn  hamı  tərəfindən  qəbul 

olunmuş  qaydalarını,  ədalət  prinsipini  əldə  rəhbər  tuturlar. 

Azərbaycan  idealizmin  və  liberal-realizmin  (yumşaq  siyasət, 



humanist  siyasət)  dəstəklənməsi  və  təbliği  yolu  ilə  işğala  son 

qoymağı qarşısına məqsəd qoyubdur. Bu anda idealizm əslində 

kiçik  dövlətlərin  mənafeyinin  müdafiəsinə  əsaslanan  qaydaları 

özündə  əks  etdirir.  Beynəlxalq  münasibətlər  sferasında 

mübarizə  daima  reallıqlarla  ideallıqlar  arasındakı  vəhdəti 

meydana 


gətirir 

və 


vahidlik 

üzə 


çıxır. 

Beynəlxalq 

münasibətlərin  tənzimlənməsi  də  elə  bundan  ibarətdir. 

Tənzimləmə  sayəsində  dövlətlər  həm  öz  iştiraklarını  təmin 

edirlər, həm də  yaratdıqları münasibətlər və əlaqələr sferasının 

üzvü tərkibinə çevrilirlər.  

Ümumiyyətlə  isə  beynəlxalq  aləmdə  maraq  və  güc 

müxtəlifliyindən  irəli  gələrək  ziddiyyət  və  təzaddan  həm 




 

58

rənagarənglik formalaşır, həm də xalqlar və dövlətlər arasında 

böhranlı,  münaqişəli,  müharibəli  vəziyyətlər  meydana  gəlir. 

Belə  gərgin  vəziyyətlər  ümumi  siyasət  sistemində  sabit 

hərəkətin  qeyri-sabit  və  tez-tez  dəyişən  anlarında  üzə  çıxır. 

Tənzimləmə  və  nəzarət  zəif  olduqda  gərginlik  də  yaranır. 

Gərginlik  adətən  ədalətin  pozulmasından  və  bir  maraq 

sahəsinin  digəri  ilə  ziddiyyət  təşkil  etməsindən  ortaya  çıxır. 

Güc  tərəfi  öz  maraq  xəttində  problem  olduqda,  həmin  xəttin 

funksiyasını  bərpa  etməyə  çalışır.  Hər  bir  subyektin 

qəbuledilən  qaydada  maraq  sərhədləri  formalaşır.  Bütün 

subyektlərin  maraq  sərhədləri  mövcud  olur.  Bu  sərhəd 

pozmaları  meydana  gəldikdə  münaqişələr,  böhranlar  ortaya 

çıxır.  Mübarizənin  kəskin  formaları  meydana  gəlir.  Hər  bir 

tərəf  özünümüdafiə  instinktinə  malik  olur  və  gərginlik  də 

özünümüdafiə  instinktindən  (burada  instinkt  siyasi  iradənin 



tərkib komponentidir) ortaya çıxır.  

Dünya düzəninin tərkibinə həm dövlətlər daxilində, həm də 

dövlətlər  arasında  baş  verən  idarəçilik  və  nizam  məsələlərini 

aid  etmək  olar.  Dünya  düzəni  düzənləmədən  (nizamlamadan) 

meydana  gələn  üst  vəziyyətidir  və  təzahürdür.  Dünya 

düzəninin  mərkəzi  və  ətraf  gücləri  olur.  Daxili  siyasətdə 

olduğu  kimi,  beynəlxalq  siyasətdə  də  güclər,  güc  mərkəzləri 

təsnif  edilir.  Bu  güc  mərkəzləri  həm  qlobal,  həm  də  regional 

məkanlarda  təsnif  edilirlər.  Böyük  güc  mərkəzləri  regional  və 

regiondan  kənar  siyasətin  formalaşmasında  aparıcı  mövqeyə 

malik  olurlar.  Bu  güc  mərkəzləri  (dövlətlər  və  ittifaqlar)  öz 

potensiallarından  istifadə  edərək,  məkanlar  üzrə  siyasətin 



ağırlıq 

mərkəzləri 

rolunu 


oynayırlar. 

Böyük 


güc 

mərkəzlərinin  fəaliyyəti  onlar  tərəfindən  dünyanın  siyasi 

mənzərəsinin  formalaşdırılmasına  səbəb  olur.  Dünyanın  əsas 

siyasi  cərəyanlarını  formalaşdıran  elementlərin  çox  böyük 

hissəsi  (iqtisadi  potensial-sənaye,  sərmayə  və  maliyyə 

vasitələri;  hərbi  və  strateji  mövqelər;  əhali  və  ərazi  amili; 

qurudakı və dənizdəki-okeanlardakı məkanlar; elmi institutlar, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə