Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə18/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   14   15   16   17   18   19   20   21   ...   189

 

51

edilənin  təkmil  forması,  elementlərlə  və  proseslərlə  bol 



(zəngin) vəziyyəti elə təzahürlərdə görünən inkişafdır. İnkişaf 

zamanı  çoxlu  sayda  elementlər  və  subyektlər  qarşılıqlı  asılılıq 

vəziyyətində  olurlar.  Proseslərin  yüksək  rasional  səviyyəsi 

inkişaf  proseslərinin  özüdür.  İnkişaf  zamanı  proseslər  daima 

artan  cədvəl  göstəriciləri  üzrə  davam  edir.  Dövlət  siyasəti 

cəmiyyətin  ədalətlə  idarə  olunmasını,  münasibətlərin  ədalətli 

məzmununun  qorunub  saxlanılmasını  təmin  etmək  üçündür, 

insanların  özləri  tərəfindən  həyata  keçirilir.  Ədalət  düzgün 

(taraz  bölgü)  bölgü  və  paylaşmadır  ki,  bunları  da  insanlar 

dövlət  qurumları  yaratmaqla  əldə  etməyə  çalışırlar.  Dövlət 

ədalətli vəziyyətlər üçün şərait yaradan tərəfdir, baş subyektdir, 

vasitədir.  Qədim  yunan  fəlsəfəsinin  idealist  nümayəndələri 

olan  Sokrat-Platon-Aristotel  üçlüyü  də  dövlət  siyasətini, 

dövlətlə  vətəndaşlar  arasında  olan  münasibətləri  ədalətlə, 

əxlaqla  (etika  ilə)  ilə  əlqələndirirlər.  Sokrat  etikanı,  Platon  və 

Aristotel isə dövləti tədqiqat obyekti kimi götürür. Platon ideal 



dövlət nəzəriyyəsini, Aristotel isə praktik dövlət nəzəriyyəsini 

yaradır. Müasir dövlət nəzəriyyələri öz başlanğıclarını məhz bu 

filosofların  təlimlərindən  götürür.  Maarifçilik  dövründə 

hakimiyyətin  üç  qolunun  labüdlüyü  prinsiplərinin  meydana 

gəlməsi də əslində öz nəzəri başlanğıcını Aristoteldən götürür.  

Demək  olmaz  ki,  ədalət  tam  məzmunu  baxımdan  elə 

müsbətliklərdir.  Mənfiliklərin  üzərində  qəti  olaraq  qələbə 

çalmış vəziyyətlərdə olan müsbətliklərdir. Belə qənaətə gəlmək 

olar ki, məhz mübarizə anında mənfiliklər müsbətlikləri ortaya 

çıxarır və “yaxşılıq” (“qəbuledilənlik”, “münasiblik”) meydana 

gəlir.  Bu  anda  qəbuledilən  məzmun  ədalət  olur.  Yaxşı  olan 

odur ki, insanlar ondan mənəvi və maddi qidalar alır. İnsanların 

maddi  vəziyyətləri  və  ruhları  doyur,  zənginləşir.  Ədalət  həm 

gücdür,  həm  də  mübarizədə  gücsüzlərin  müdafiəsi  üçün  əsas 

ideya  xəttidir.  Güclü  tərəf  ədalətlidir.  Imkanın  böyüklüyü 

ədalətin  özünü  meydana  gətirir.  Gücsüzlərin  də  müdafiəsi  və 

onların 

hüquqlarının 

qorunması, 

toxunulmazlıqları 

bir 



 

52

ədalətdir. Ədalət imkana, potensiala bağlıdır. Bu prinsipə görə 



hesab etmək olar ki, ədalət hər bir tərəfin öz daxilindədir. Hər 

bir  şəxs  üçün  ədalət  mövcuddur  və  özünəməxsusdur.  Bu 



baxımdan da universallıqla yanaşı, həm də xüsusidir. Hamı 

öz  hərəkətlərinin  ədalətli  olmasını  əsaslandırır.  Hamı  öz 

ədalətli  mövqeyini  şəraitin  ortaya  çıxardığı  zərurətlə, 

tələblərlə  əlaqələndirir.  Qeyd  edildiyi  kimi,  ədalət  unversal 

xassəyə və xüsusi xassələrə malikdir. Bütün zamanlarda vardır 

və  konkret  məqamlar  üçündür.  Dövlət  də  bütün  hallarda 

ədalətli  hərəkətləri  təmin  etmək  və  nəticə  etibarilə  ədalətli 

vəziyyətlərin ortaya çıxmasını təmin etmək üçündür.  

İnsanların, regional və qlobal miqyasda xalqların, qarşılıqlı 

sülh şəraitində xoşbəşxt yaşamaları və dünya resurslarından, o 

cümlədən  təbii  sərvətlərindən,  həyatın  maddi  və  mənəvi 

nemətlərindən 

səmərəli 

şəkildə 

istifadə 

etmələri, 

faydalanmaları düzən  qaydalarının  yaranması və tətbiqindən, 

yəni  idarəçiliyin  məzmunundan  asılı  olmuşdur.  Bu  qarşılıqlı 

zərurət  doğuran  proseslər  tarixin  qədim  dövrlərində,  orta 

əsrlərdə  mövcud  olmuşdur  və  yenə  də  davam  etməkdədir. 

İndiki  zamanda  nizamlama  prosesində  səmərəliliyin  əldə 

edilməsi  üçün  reallıq  önündə  məhdudlaşdırıcı  amil  olaraq 

ideallıq dayanmalıdır.  

Tədqiqata cəlb edilən mövzunun predmeti həm gələcəkdə 

böyük  dövlətlərin  orbitində,  həm  də  ümumdünya  məkanında 

formalaşa  biləcək  regional  və  qlobal  miqyaslı  dünya 

düzənidir  (yeni  dünya  düzənidir).  Yeni  qayda-  geosiyasi 

baxımdan 

yenidən 

təşkilatlanmaların 

geniş 

miqyaslı 



layihəsidir.  Rus  müəlliflərinin  fikrincə,  yeni  dünya  düzəni

mondializm  və  dünya  hakimiyyətinin  yaradılması  layihəsidir.

1

 

Lakin belə hesab etmək olar ki, yeni dünya düzənində- gələcək 



dünya  düzənində  qlobal  mənada  anti-mondializm  dövrü 

                                                 

1

 Александр Дугин Д80 Основы геополитики. Геополитическое 



будущее России. Мыслить Пространством-Изд.4-е, Москва, 

«АРКТОГЕЯ-центр», 2000-928 стр., səh.906. 




 

53

olacaqdır.  Vahid  dünya  hakimiyyətinin  yaradılması  ideyası 



(mondializm)  postmodernizmdə  və  gələcək  dünya  düzənində 

reallıqdan  kənardır.  Bu  gün  dünya  hakimiyyətində bir tərəf və 

ya  da  bir  qrup  yox,  ümumilikdə  bütün  dövlətlər, xüsusilə sivil 

dövlətlər  iştirak  edirlər.  Multikulturalizm,  multiiştirakçılıq, 



multifunksionalizm, 

multistrukturalizm 

mondializmin 

(vahid dünya hakimiyyətinin) yaranmasına imkan verə bilməz. 

Belə  güman  etmək  olar  ki,  gələcək  dünya  düzənində 



poststatizm  (postseytimz)  daha  güclü  bir  istiqamət  kimi 

ortaya  çıxa  biləcəkdir.  Poststeytizm-bu  yanaşmaya  görə 



dövlətlərin funksiyası bir qədər azalır və beynəlxalq əlaqələrdə 

və  münasibətlərdə  cəmiyyətlər,  xalqlar,  insanların  özləri  daha 

çox iştirak edirlər. Dövlət cəmiyyəti önə çəkir, insanların fərdi 

qaydada  əlaqələrinə  üstünlük  verir  və  şərait  yaradır.  Dövlət 

beynəlxalq  münasibətlərdə  öz  tənzimedici  funksiyasını 

saxlayır,  lakin  əlaqələrdə  daha  çox  bir  vasitə  rolunu  oynayır. 

XXI əsrdə mondializm ideyasına şərh verən Z. Bjezinski yazır 

ki,  bütün  dünya  ictimaiyyətinin  ümumi  maraqlarını  dünya 

hakimiyyəti  ilə  qarışdırmaq  olmaz.  İndiki  tarixi  mərhələdə 

dünya  hakimiyyəti  ideyası  praktiki  olaraq  öz  məzmununu, 

mənasını  itirmişdir.  Dünya  hakimiyyəti  sadəcə  olaraq  ürəkdən 

arzu  edilə  bilən  kimi  qala  bilər,  ya  da  qorxunc  amilə  çevrilə 

bilər. Hələ  bir  neçə  nəsil  boyu  bu, ciddi bir layihə ola bilməz. 

Digər  tərəfdən  isə  dünya  ictimaiyyətinin  maraqlarının 

ümumiliyi məsələsi təkcə arzu edilən deyil, bu, artıq özünə yol 

açıbdır.


1

 Rusiya  tədqiqatçıları  və  siyasətçiləri  vahid  dünya 

hakimiyyətinin qəti əleyhinə çıxış edirlər və belə hesab edirlər 

ki,  bu,  bir  qayda  olaraq  dünya  üzərində  Qərbin  üstünlüyünün 

təbliğidir və burada ədalətsizlik var. Rusiya ədəbiyyatında belə 

bir  fikir  var  ki,  beynəlxalq  nizam  qüvvələr  tarazlığına  yox, 

                                                 

1

 Збигнев Бжезинский. Выбор. Глобальное господство или гдобальное 



лидерство(Zbigniew Brzezinski. The Choice: Global Domination or Global 

Leadership) /Пер.с англ. –М.: Междунар. Отношения, 2004.-288 с., səh. 

272- 273. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə