Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə15/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   11   12   13   14   15   16   17   18   ...   189

 

42

meydana  gətirir.  Zənginlik  idarəçiliyin,  bu  baxımdan  da 



tənzimlənmənin mürəkkəbliyini və rəngarəngliyini zəruri edir. 

Siyasət  insanların  çox  olduğu,  məkanların  bolluq  təşkil 

etdiyi  və  inkişafın  sürətli  olduğu  ölkələrdə,  resursların 

bolluq  təşkil  etdiyi  məkanlarda  və  resursların  qarşılıqlı 

vəhdətində  tərkib  baxımından  daha  da  zəngin  olur. 

Resurslardan  kifayət  qədər  faydalanan  cəmiyyətlər  “doymuş 



və  dolğun”  olurlar,  həm  də  saflığa  meyil  göstərirlər.  Saflığın 

olması  isə  cəmiyyətin  özünün  inkişafına  hər  an  lazım  olur. 

İctimai  münasibətlərdə  saflıq  və  düzgünlük  siyasətin  yüksək 

səviyyədə və müsbət istiqamətdə icrasından meydana gəlir.  



ABŞ-ın 

daxili 

gücündən, 

daxili 

resurslarının 

zənginliyindən 

və 

təkmil 

sistemlərdən-ölkənin 

daxili 

siyasətinin gücündən irəli gələn təkmil və şəbəkələşmiş xarici 

siyasəti  bütün  dünyanı  əhatə  edir.  Bu,  onun  baza 

potensialından  asılıdır.  ABŞ  dünyada  şəbəkələşmiş  geosiyasi 

maraqlara  malikdir.  ABŞ-ın  daxili  gücü  onun  xarici  siyasət 

gücü  ilə  harmoniklik  təşkil  edir  və  bu  vahidlikdən  güclü 

dövlət meydana gəlir.  

Resurslar  bolluğunda  siyasətin  mürəkkəbliyi  (sadəliklər 

çoxluğunu  özündə  əks  etdirən)  artır,  çünki  maraq  nümayiş 

etdirən  insanların  sayı  çoxalır, obyektlərin daxili zənginliyi və 

çeşidləri  artır.  Siyasətin  yönəldiyi  obyektin  özü  də  siyasətin 

hədəfidir, məqsədidir. Siyasətin hədəfində mövcud olmayan və 

istənilən,  arzu  olunan  obyektlər  və  vasitələr  də  ola  bilər. 

Siyasətdə  məqsədə  çatmaq  əsas  hədəfdir.  Bu  da  hərəkətlərlə 

müşahidə  edilir  ki,  hərəkətlər  və  taktika  və  strategiya  ilə 

müəyyən  edlir.  Siyasətdə  nizam,  eləcə  də  nizamın  nəticəsi 

olaraq  meydana  gələn  siyasət  maraq  və  məqsədlər  üçün 

strategiyaları və taktikaların formalaşmasını zəruri edir.  



Siyasət, əslində insanların özləri tərəfindən yerinə yetirilən 

əlaqəli  aktlar  və  hadisələr  olaraq  onların  özlərinə  olan 

xidmətdir.  Dövlətdə  və  cəmiyyətdə,  dövlətlər  arasında  olan 

əlaqələr  sferasında  müəyyən  şəxslər  və  qruplar  tərəfindən  bu 




 

43

xidmətlər  göstərilir.  Siyasəti  həyata  keçirən  şəxslər  təkmil 



hərəkətlər sayəsində,  resurslardan düzgün istifadə edərək, həm 

özlərinin,  həm  də  hamının  mənafeyni  nəzərə  alır.  Belə  halda 

demokratik prinsiplər bərqərar olur və möhkəmlənir. Cəmiyyət 

saflaşır  və  inkişafa  doğru  böyük  maneələr  olmadan  qədəm 

qoyur.  Siyasət  insanlar  tərəfindən  həyata  keçirilir  və  onlar  bu 

məqsədlə  mərkəzlər  (strukturlar)  yaradırlar.  Siyasət  elə  bir 

prosesdir  ki,  burada  vasitələr,  məsələn,  hüquq  normaları 

istifadə  edilir  və  mərkəzi  və  əhatəli  (ətraf)  proseslər  güc 

subyektləri 

tərəfindən 

reallaşdırılır, 

istiqamətləndirilir, 

müəyyən  edilir.  Hüquq  normaları  siyasətin  məzmununu 

müəyyən  edir.  Hüquq  normaları  vasitəsilə  dövlətin  və 

hakimiyyətin  əxlaqı  müəyyən  edilə  bilir.  Hüquq  normalarının 

özündə,  tərkibində  məzmun  əks  olunur.  Hamının  mənafeyinə 

zamanında  cavab  verən  hüquq  normalarının  qəbulu  və  icrası 

dövləti  və  cəmiyyəti  saflaşdırır.  Müəyyən  fikirlərə  əsasən, 

qanunlar  cəmiyyəti  tərbiyə  etdiyi  kimi,  həm  də  onu  səfərbər 

edir  və  ümumi  milli  enerjini  vahid  bir  məcraya  yönəldir.  Bu, 

dövlətçilik  üçün  çox  mühüm  əhəmiyyət  kəsb  edən  hüquqi-

mənəvi zəmindir

.

1

 



 

Siyasət daima müəyyən məkanlarda (yaşayış sahələrində və 



yaşayışla  əlaqəli  olan,  yaşayışı  təmin  edən  sahələrdə, 

məkanlarda-məsələn,  yaşayış  olmayan  boş  bir  məkanda 

sərhədlərin  qorunması  özü  də  dövlət  siyasətinə  aiddir)  güclər 

tərəfindən  istiqamətləndirilən  və  ətraflara  doğru  yayılan, 

genişlənən  bir  prosesə  çevrilir.  Siyasət  bəlli  olan  məkanlarda 

və 


məkanlardan 

kənarlarda 

mərkəz-ətraf; 

ətraf-mərkəz 

trayektoriyaları  üzrə  elementlərin  tənzimedici  əsaslarla 

düzülşünü və şərtləndirici əlamətlərini əks etdirən bir prosesdir.  

Siyasət quruluşlu sahələr üzrə olan hərəkətdir. Hərəkətlərin 

özləri  də  siyasət  mexanizmlərini  yaradan  hallardır  və 

proseslərdir.  Siyasət  və  idarəçilik,  idarəçiliyin  tərkibi  olaraq 

                                                 

1

 Qalib Əhmədov. Dövlət və rəhbər. “Sumqayıt” nəşriyyatı, Bakı -1998, 



səh.24. 


 

44

qərarların  qəbulu  və  icrası,  proseslərin  müəyyən  olunaraq 



istiqamətləndirilməsi;  həmçinin,  siyasətdə  iştirak  edən  tərəflər 

üzrə  vəzifə,  məsuliyyət,  səlahiyyət  və  öhdəlik  məsələləri 



nizamlama  prinsipləri  ilə  müəyyən  edilir.  Nizamlama 

maraqların  təmin  edilməsi  üçün  müvafiq  elementlərin  rasional 

əsaslarla,  məntiqi  tələblərlə  və  ardıcıllıqla  bir  məkana 

toplanması  və  eyni  qayda  ilə  bir  məkandan  (məkanlardan) 

müxtəlif  məkanlara  şaxələndirilməsidir.  Nizamlama  həm 

prosesdir  və  bundan  irəli  gələrək  proses  vəziyyətidir. 

Nizamlama  (burada  liberal  əsaslarla,  mülayim  əsaslarla, 

maraqların  nisbi  bərabər  şərtlərlə  təmin  edilməsi  prinsipi  ilə) 

məhz  demokratik  əsaslı  dövlət  və  cəmiyyət  quruluşlarının 

mahiyyətini təşkil edir.  

Nizamlama  sərt  də  olur  ki,  bunun  da  ifrat  forması 

elementlər  arasında  bərk  xassəli  əlaqələri,  sərt  bağlılığı 

yaradır  ki,  nəticədə  dövlətdə,  cəmiyyətdə  avtoritar  rejimlər 

formalaşır.  Bərk  nizamlama  sərt  tələbləri  üzə  çıxarır.  Sərt 

tələblər  ola  bilər  ki,  sürətli  inkişafı  yaratsın,  potensialın 

istifadəsində tezliyi üzə çıxarsın, ola da bilər ki, sistemi daxilən 

parçalasın,  elementlər  arasında  olan  ardıcıl  və  yumşaq 

hərəkətlərin davamediciliyini korlasın.  

Nizam  olmadan  hüquqlar da  təmin  edilə bilməz və xaosun 

hökm sürdüyü bir mühitdə dövlətin və cəmiyyətin mövcudluğu 

ola  bilməz.  Nizam  olmadan  maraqlar  və  münasibətlər 

sferasında  payların  bölgüsü  də  ola  bilməz.  Məhz  insanların 

sosial  təminatı  dövlətin  nizamlama  funksiyası  ilə  müəyyən 

edilir. 

Dövlətin  iqtisadi  sistemləri  təşkil  etməklə  və  iqtisadi 

proseslərə  müdaxilə  etməklə  sosial  tənzimləmə  funksiyası  ilə 

əlaqədar  olaraq  elmi  ədəbiyyatlarda  qeyd  edilir  ki,  bazarın 

təbiətində  insanların  sosial  müdafiəsi  sadəcə  olaraq  yoxdur. 

Həmin müdafiə dövlətin qayğısı nəticəsində təmin olunmalıdır. 

Cəmiyyətin  sabitliyinin  saxlanılması  vasitəsi  kimi  dövlətin 

fəaliyyətinin  ən  mühüm  istiqaməti  məhz  bundan  ibarətdir. 

Dövlətin  iqtisadiyyata  müdaxiləsi  ona  görə  labüddür  ki,  o, 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə