Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə17/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   13   14   15   16   17   18   19   20   ...   189

 

48

olması  vacibdir.  Rəhbərlik  fəaliyyəti  həm  də  sistemdə 



hadisələrin  ötürücülüyünü  də  təmin  etmək  üçün  çox  vacibdir. 

Ümumiyyətlə,  siyasi  sistem  və  onun  səmərəli  fəaliyyəti 

nizamlamanı  təmin  edən  rəhbərlikdən  asılıdır  və  rəhbərliyin 

cəmləşdiyi  əlaqəli,  bu  baxımdan  iyerarxik  mərkəzlər  olmadan 

qeyri-mümkündür.  

İstər  dövlətin  daxilində,  istərsə  də  beynəlxalq  arenada 

siyasət həyata keçirilərkən düzən (idarəçilik) prinsipləri ortaya 

çıxır.  Düzən-pərakəndə,  qeyri-mütəşəkkil  formada  olan 

elementlərin  bir  və  ya  da  bir  neçə  mərkəzdə  birləşməsidir  və 

bundan  irəli  gələn  sistemli  vəziyyətdir.  Düzən  də  güc  amilini 

zəruri  edir.  Güclü  tərəfin  nizamlı  etdiyi  elementlərin  sayı  da 

çox olur və yığcamlıq böyüyür. Həm dövlət daxilində, həm də 

beynəlxalq əlaqələrdə sülh və sabitlik, eləcə də inkişaf o zaman 

əldə  edilir  ki,  nizamasalma  məsələsində  güclü  tərəfin  ədalətli 



mövqeyi  və  qarşı  tərəfə  olan  hərəkətləri  əsas  prinsip  kimi 

götürülür. Təbii ki, ədalət fəzilətdir və ideallıqdır. Ədalət alidir 

və bu baxımdan da yüksəkdir. Aristotel qeyd edir: “Əlbəttə biz 

görürük  ki,  hamı  qəlbin  o  xüsusiyyətini  ədalət  adlandırmağa 

meyillidir  ki,  bununla  insanlar  ədalətli  hərəkətlərə  həvəs 

göstərir,  ədalətli  işlər  görür  və  ədaləti  arzulayırlar....Qanunlar 

bütövlükdə hər şeydən bəhs edir, həm də nəzərə almaq lazımdır 

ki,  qanunlar  ya  hamını,  ya  ən  yaxşıları,  ya  hakimiyyətdə 

olanları (məziyyətlərinə görə), ya da bu kimi adamları nəzərdə 

tutur,  belə  ki,  bir,  (yəni  böyük)  mənada  o  şeyi  ədalətli 

adlandırırıq  ki,  dövlətdə  qarşılıqlı  münasibət  üçün  xoşbəxtliyi 

və  bunu  təşkil  edən  bütün  şeyləri  qurub,  saxlayır.  Deməli, 

qanun  bir  göstərişdir,...əgər  düzgün  tərtib  olunubsa,  yaxşıdır, 

diqqətsiz  tərtib  olunubsa,  pisdir.  Ədalət  bütün  məziyyətlərin 

özüdür”

1

 



 

Maraqların  təmin  edilməsi  prosesləri  və  onun  təzahürü, 

ortaya  çıxan  vəziyyətlərin  gerçəkliyi  isə  reallıqdır.  Məsələn, 

                                                 

1

 Aristotel. “Nikomax etikası” (Tərcümə edəni F. Təbibi), Bakı, Qanun, 



2007, 340 səh., səh. 127-130. 


 

49

dövlətlər  daxilində  və  beynəlxalq  sahələrdə  hüquq  normaları 



məzmun baxımından bu və digər səviyyədə ədaləti əks etdirir. 

BMT Nizamnaməsi və beynəlxalq hüququn on mühüm prinsipi 

baza  beynəlxalq  hüquq  prinsiplərini  əks  etdirən  sənəd  və 

prinsiplər,  müddəalar  olaraq  tərəflər  arasında  ədalətli 

münasibətlərin  əsaslarını  müəyyən  edir.  Bu,  özlüyündə 

ideallıqdır,  çünki  nəzəri  fikirdir-  ortaya  qoyulan  ümumi 

(universal)  humanist  dəyərlər  toplusunu  nəzəri  baxımdan  əks 

etdirəndir.  Bu  qayadadır  və  hərəkət  istiqamətlərini  müəyyən 

edəndir.  Qaydalar  da  nisbi,  şərti  və  təqribi  ədalətdir.  Bəzi 

hallarda  və  ümumilikdə  fəzilətdir.  Məsələn,  bir  hərəkət  bir 

tərəfə  yüksək  səviyyədə  xeyir  gətirir.  Digər  tərəfə  isə  bundan 

bir 


qədər 

az. 


Qaydalar, 

riyazi 


dillə 

ifadə 


etsək, 

yuvarlaqlaşdırılmış  ədalətin  mövcudluğu,  qorunması  üçündür. 

Ədalətə  çatmaq,  ədaləti  əldə  etmək  və  bundan  faydalanmaq 

deməkdir.  Ədalət  həm  də  nisbidir  və  fəzilət  olaraq  müxtəlif 

anlarda  və  şəraitlərdə  özünü  təsdiq  etmiş  olur.  Ədalət  həm  də 

hamının  qəbul  etdiyidir,  universallıqdır,  universal  dəyərlərdən 

ibarətdir.  Bu  baxımdan  ölkələrin  konstitusiyaları  da  nəzəri 

əsaslarla 

ədalətli 

vəziyyətləri 

və 

halları, 



məqamları 

şərtləndirən, əks etdirən normalar, ümumilikdə nəzəri qaydalar 

toplusudur.  İdeallıq  təcrübədə  o  zaman  yaranır  ki,  maraq 

uğrunda  hərəkət  zamanı  mənəvi  aləmdə,  daxili  mənəviyyatda 

zəngin  ədalətlilik  mövcud  olur,  yanaşmalarda  yumşaqlıq 

meydana  gəlir.  Tələbatları  ödəyən  qanunların  yüksək 



səviyyədə  icrasının  mövcud  olduğu  cəmiyyətlər  nisbətən 

ə

dalətli  cəmiyyətlər  hesab  edilə  bilər.  Ədalət  universal 

dəyərdir,  universal  kriteriyadır,  bu  baxımdan  da  hamının 

istinad  etdiyi  yüksəkdir.  Lakin  ədalət  reallıqda  (real  zamanda 

və  real  hərəkətlərdə-xüsusilə  resursların  çatışmadığı  və 

düşüncələrin zəif olduğu məsələlərdə) çox yüksək ola bilməz. 

Bu  zaman  reallığı  kölgədə  qoya  bilər.  Ümumi  məna  itə  bilər. 

Ədalət  ideya  olaraq  ucada,  hərəkətlər  isə  ondan  aşağıda  olur. 

Lakin  ədalət  hərəkətləri  daha  çox  özünə  cəlb  edə  bilən  bir 




 

50

mənəviyyat  komponentidir.  Saf  insanlar  (dini  əxlaqa  və 



əqidəyə görə halal insanlar) daha  çox öz hərəkətlərini ədalətə 

bağlamağa  meyil  göstərirlər.  Ədalətin  kasadlığı  (insanlar 



ədaləti həmişə çatışmayan amillər kimi görürlər) cəmiyyətlərin 

daima  hərəkət  vəziyyətində  olmağını  zəruri  edir.  Çünki 

insanlar  ədaləti  rəhbər  tutaraq,  ədalətə  nail  olmaq  məqsədilə 

daima onun axtarışında olurlar. İdarəetmədə-rəhbərlikdə və ona 

tabe  olmada  ədalət  bir  orta barışdırıcı,  taraz  yaradıcı xətt kimi 

əsas  götürülür.  Tabe  edən  və  tabe  olan  tərəf-hər  ikisi  ədalətə 

istinad edir. Bu zaman ədalətli nizamlama meydana gəlir.  

Münasibətlərin  tarazlığı  həm  ideallıqdan,  həm  də 

reallıqdan  ortaya  çıxan  bir  vəziyyətdir.  İdellıq  çox  yüksək 

səviyyədə  olarsa,  bu  anda  mənfiliklər  də  çox  olmaya  bilər  ki, 

bu  zaman  inkişaf  dayana  bilər.  Tarazlıq  tam  müsbət  tərəfə 

yönələr ki, bunun da nəticəsi elə durğunluğa gətirib çıxarar və 

nəticə  tamamilə  mənfi  olar.  Fəlsəfi  baxışlara  əsasən,  inkişaf 

ə

ksliklərin 

və 

ziddiyyətlərin 

mövcud 

olduqları 

(mübarizədən)  və  vəhdət  (sintezdən)  təşkil  etdikləri 

şə

raitlərdə  ortaya  çıxır.  Ziddiyətlərdən  vahidin  özü  də 

parçalana  bilir.  Məsələn,  dövlət  vahid  bir  qurum  kimi 

komponentlərarası  ziddiyyətlərdən  dağıla  bilir.  Burada  da 

mübarizə  baş  verir.  Burada  qəbul  edilən  münasib 

nizamlılıq  kəskin  mübarizədən  xaosa  çevrilir.  Çünki  hər 

bir  komponent  özünün  əvvəlki  formalaşmış  “oxundan” 

kənara çıxır. Ziddiyətlər həm əksliklərin vəhdətini yaradır, 

həm  də  vəhdətin  özünü  əksliklərə  parçalayır.  İnkişaf 

ədalətlə  ədalətsizliyin  mübarizəsindən  meydana  gəlir  və  bu 

mübarizədə  tarazlıq  əldə  etmək  üçün  mübarizə  ədalət  tərəfə 

meyil  edir.  İnkişaf  daima  mübarizəni  tələb  edir  ki,  bu  da  elə 

daimi  hərəkətlər,  bir-birini  şərtləndirən  və  biri  digəri  üçün 

başlanğıc və səbəb olan hadisələr toplusudur. Nizamlamada da 

başlıca  məqsəd  ədalətin  reallıq  və  ideallıq  vəhdətini  yaratmaq 

və  bu  sintezdən  də  yeni  mövcudluğu  ortaya  çıxarmaqdan 

ibarətdir. Yeni  mövcudluğun,  real  gerçəkliyin,  qavrayışla  dərk 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə