Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə19/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   15   16   17   18   19   20   21   22   ...   189

 

54

əhəmiyyətsiz  dərəcədə  azlığın  maraqlarının  hökmranlığına 



əsaslanıb və təbiət etibarilə özündə ədalətsizliyi, qeyri-sabitliyi 

və  təhlükəni  əks  etdirir.  Dünya  nizamı  qaçılmaz  qaydada 

gücdən qəddarcasına istifadəyə və beynəlxalq zorakılığa gətirib 

çıxarır.  Əsas  məsələlərdə  Qərb  nəinki  ayrı-ayrı  ölkələrin, 

həmçinin  bütün  beynəlxalq  ictimaiyyətin  maraqları  ilə 

hesablaşmayır.

1

  

Dünya  düzəni  də  geosiyasi  mənzərəni  formalaşdırır. 

Dünyanın  siyasi  mühtinin  öyrənilməsində  geosiyasət  elminə 

müraciət edilir.  



Qeyd:  “Geosiyasət”  terminini  ilk  dəfə  İsveç  alimi  Rudolf 

Çellen  (1864-1922)  elmə  gətirmişdir.  O,  belə  bir  “doktrina” 

irəli  sürürdü  ki,  dövlət  coğrafi  orqanizm  və  yaxud  da  məkan 

fenomeni  kimi  fəaliyyət  göstərir.  Geosiyasət  dövləti  əsasən 

ətrafa  olan  münasibətlərdə,  hər  şeydən  əvvəl  məkana  olan 

münasibətlərdə  öyrənir  və  məkanla  olan  münasibətlərindən 

(əlaqələrindən)  meydana  gələn  problemin  həllini  məqsəd  kimi 

qarşıya  qoyur.  Geosiyasət  dövləti  statikada,  necə  daimi 

dəyişməz  quruluş  (forma)  kimi yox, dinamikada-necə  bir canlı 

orqanizm kimi öyrənir. F.Ratçelin fikrincə, siyasi coğrafiyadan 

fərqli olaraq, geosiyasəti dövlətin vəziyyəti, forması, ölçüləri və 

yaxud  da  sərhədləri,  iqtisadiyyatı,  ticarəti,  mədəniyyəti 

maraqlandırmır.  Bütün  bunlar  daha  çox  siyasi  coğrafiyanın 

sahəsinə  aiddir,  hansı  ki,  daha  çox  dövlətin  statik  təsviri  ilə 

məhdudlaşır.  Geosiyasət  siyasi  hadisələri  onların  məkan 

baxımdan  qarşılıqlı  əlaqələrində,  torpağa  (əraziyə)  və  mədəni 

amillərə təsirlərdə öyrənir. Rusiyalı tədqiqatçı N. A. Nartov bu 

fikirlərdən irəli gələrək anlayışı belə formula edir: geosiyasət

elmdir,  məkan  üzərində  nəzarət  haqqında  biliklər  sistemidir. 

Geosiyasət  məkana  dövlətin  nöqteyi-nəzərindən  yanaşır. 

Geosiyasət  üç  elmi  yanaşma  bazasında  meydana  gəlmişdir: 

                                                 

1

 Афанасьев В.В., Соколов Ю.В. А94. Политическая структура мира. 



Сборник научных статей./ В.В Афанасьев., Ю.В. Соколов.-М.; 

«Канон+»РООН «Реабилитация», 2010.-320 с., səh. 11. 




 

55

sivilizasion, 



hərbi-strateji 

və 

coğrafi 

determinizm 

nəzəriyyələri. Tarixi proseslərə sivilizasion yanaşmaya əsasən, 

dövlətlər  yox,  ayrı  –ayrı  xalqlar,  böyük  mədəni-dini  icmalar-

“mədəni-tarixi  tiplər”  tarixi  formalaşmada  iştirak  edirlər. 

Məsələn,  rus  müəllifi  Nikolay  Danilevskiyə  (1822-1885)  görə, 

avropalılar  ruslara  və  slavyanlara  nəinki  yad,  hətta  düşmən 

elementləri  kimi  baxırlar.  Sivilizasion  nəzəriyyə  tərəfdarları 

O.Şpenqler,  P.N.Saviçki,  L.Qumilyev,  Arnold  Toynbi  və 

başqalarıdır.  Onların  məşhur  nümayəndələrindən  biri  də 

Harvard  Universitetinin professoru  Samuel Hantinqtondur. O, 

“svilizasiyaların toqquşması” əsərində qeyd edir ki, XXI əsrdə 

münaqişələrin  mənbəyi  kimi  iqtisadiyyat  və  ideologiya  yox, 

məhz  sivilizasiya  fərqləri  çıxış  edəcək.  Sivilizasiyaların 

toqquşması  dünya  siyasətinin  üstünlük  təşkil  edən  (hakim 

mövqe  tutan)  amili  olacaqdır.  Sivilizasiyalararası  bölünmə 

(parçalanma)  xətləri  məhz  gələcək  cəbhələrin  xətləri 

olacaqdır.  Hərbi-strateji  nəzəriyyə  (məsələn,  amerikan 

tarixçisi  və  nəzəriyyəçisi  Alfred  Mehen  -1840-1914)  əsasən, 

potensial 

düşmənə 

qarşı 

mübarizəni 

(müdafiə 

və 

kommunikasiya  məsələləri)  əks  etdirir.  “Quru  (torpaq  ərazisi) 

imperiyası” 

ilə 

“Dəniz 

imperiyası” 

arasında 

olan 

toqquşmaların,  münaqişələrin  əsaslarını  göstərir.  Coğrafi-

determinizm  nəzəriyyəsi  isə  coğrafi  vasitələrin  (iqlim,  torpaq, 

yer, çay, dəniz və s.) tarixə və insanlara təsirlərini öyrənir. Bu 

istiqamətdə  Herodot,  Hippokrat,  Fukidid,  Aristotel,  Polibiy; 

Şarl Monteskyö, Aleksandr fon Humboldt və s. kimi müəlliflərin 

əsərləri  mövcuddur.

1

 

Fridrix  Ratçell  yazır:  “Dövlətə  öz 



inkişafının  bütün  mərhələlərində  bir  orqanizm  kimi  yanaşılır, 

hansı  ki,  bu  qurum  zəruri  əsaslarla  öz  ərazisi  (torpağı)  ilə 

əlaqələri  saxlayır.  Etnoqrafiya  və  tarix  göstərir  ki,  dövlət 

məkan bazası üzərində inkişaf edir, daha çox, get-gedə məkana 

                                                 

1

 Н.А.Нартов. Геополитика: Учебник для вузов/Под. ред. 



проф.В.И.Староверова.-2-е изд., перераб. И.доп.-М.:ЮНИТИ-ДАНА, 

Единство, 2002.-439с. səh. 11-15. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə