Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə21/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   17   18   19   20   21   22   23   24   ...   189

 

59

təcrübə və tədqiqat laboratoriyaları; tranzit vasitələri-limanlar 



və  yollar;  əsas  informasiya  və  təbliğat  vasitələri-media 

vasitələri  və  s.)  onların  əllərində  olduğundan,  bir  tərəfdən 

təkanverici,  digər  tərəfdən  də  istiqamətverci  subyektlərə 

çevrilirlər. 



Gələcək dünya düzəni əslində gələcəyə doğru davam edən 

siyasət  trayektoriyalarının  daxili  məzmununun  və  siyasət 

cərəyanlarının  məzmununun  –davamediciliyinin  və  hər 

məqamda ortaya çıxan vəziyyətlər zəncirinin özü deməkdir.  



Yeni  dünya  düzəni  (ing.  New  World  Order,  lat.  Novus 

ordo 

mundi)-hal-hazırda 

müxtəlif 

hadisələri 

siyasətdə 

müəyyən  etmək  üçün  tətbiq  edilir.  Ümumqəbuledilmiş  mənası 

yoxdur.  “Yeni  dünya  düzəni”  ifadəsi  müxtəlif  tarixi  dövrlərdə 

gələcək dünya quruluşu haqqındakı diskussiyalarda işlədilir: I 

Dünya müharibəsindən sonra, II Dünya müharibəsindən sonra 

və  xüsusilə  yenidənqurma  dövründə  və  sosialist  blokunun 

dağılmasında.  Bu  ifadə  publisistikada  və  konspiroloji  (burada 

gizli  siyasət,  sui-qəsdçiliyə  əsaslanan  siyasət)  ədəbiyyatlarda 

istifadə  olunur.  Neokolonial  şərhlərə  (müzakirələrə)  uyğun 

olaraq  (bu  yanaşma  rus  mənbələrinin  yanaşmasıdır)  “Yeni 

dünya  düzəni”  Qərbin  və  onun  tərəfdarları  olan  dövlətlərin 

neokolonializm  siyasətində  əksini  tapan  dünya  quruluşu 

konsepsiyasıdır. Yeni dünya düzəninin belə konsepsiyası tez-tez 

hallarda  mondializm  (vahid  dünya  hakimiyyəti)  ideyası  ilə 

əlaqələndirilir.   

Hal-hazırda  davam  edən  dünya  siyasəti  (XXI  əsrin  ikinci 

onilliyinin  siyasəti)  dəyişkən  əsaslarla  (çox  güman  ki, 

informasiya  resursları  burada  böyük  rola  malik  olacaqdır) 

gələcək dünya düzənini  formalaşdıracaqdır. Qlobal hadisələrin 

gedişatı (xüsusilə, Avrasiyada, “heartland”da baş verən qlobal 

siyasi  proseslər  axınlarının  dəyişən  istiqaməti,  yeni  güc 

mərkəzinin  ortaya  çıxması)  onu  göstərir  ki,  gələcək  dünya 

düzəni (XXI əsrin ikinci yarısından sonra) fərqli formaya malik 

olacaqdır.  Geosiyasi  güc  mərkəzləri  arasında  qüvvələr 



 

60

tarazlığı yeni əsaslarla, vacib bir xətt olaraq inkişaf edəcəkdir. 



Qüvvələr  tarazlığı  geosiyasətin  əsas  kateqoriyalarından  biri 

hesab  olunur  və  planetar  məkanda  sinfi  və  yaxud  da  digər 

zəmində  (milli,  dini,  iqtisadi,  sosial,  sivilizasiya  fərqi, 

missionerlik  və  s.)  qarşı-qarşıya  duran,  dünya  siyasətində 

həlledici  amilə  çevrilmiş  güclərin  (ayrı-ayrı  dövlətlərin  və 

dövlət  birliklərinin)  mövcudluğunu  ehtiva  edir.

1

 Qüvvələr 



tarazlığının  yeni  məzmunu  ondan  ibarət  olacaqdır  ki,  böyük 

dövlətlər  məcburən  öz  aralarında  və  onlarla  kiçik  dövlətlər 

arasındakı siyasi münasibətlərdə insanlıq və insanlığa yüksək 

xidmət  amilini  əsas  götürəcəklər.  Dövlətin  nəhəng  gücü 

insanlığa  xidmətə  yönələcəkdir.  Dünya  siyasətində  etnik  və 

milli  mərkəzliliyi  insan  mərkəzliliyi  əvəz  edə  biləcəkdir. 

Dünyanın  ayrı-ayrı  məkanları  güc  mərkəzləri  arasında 



inteqrasiya əsaslı,  bu baxımdan da mülki məzmun kəsb edən, 

vətəndaş  cəmiyyətləri  şəbəkələrini  əhatə  edən  təsir  dairələrinə 

ayrılacaqdır. 

Geosiyasi 

mərkəzlərin, 

böyük 


güclərin 

humanitar  siyasət  dairələri-məkanları  meydana  gələcəkdir. 

Yaxşı  addımlar,  sülh  siyasətinə  dəstək  verilməsi  və  sülh 

siyasətinin  həyata  keçirilməsi  uğrunda  rəqabət  böyük 

dövlətlərin  güclərini  müəyyən  edən  kriteriyalara  çevriləcəkdir. 



Yeni  qüvvələr  tarazlığında

 

böyük  dövlətlər



 

daha  çox 

inteqrasiya  məkanları  əldə  etməyə  çalışacaqlar.  Bütün 

problemlərin  həllində  “göyərçin  diplomatiyası”  tətbiq  edilə 

biləcəkdir.  Dövlətlər  arasında  barışıdırıcı  xətlər,  vasitələr, 

obyektlər  və  subyektlər  onların  tarazlı  münasibətlərini 

meydana  gətirəcəkdir.  Geosiyasətin  tarixi  nəzəriyyələrinin 

icrasında 

yeni 


ruh 

formalaşacaqdır. 

Geosiyasət 

nəzəriyyəçilərindən  olan  Halford  Makinderin  “  Kim  Şərqi 

Avropanı  idarə  edirsə,  “Heartland”a  rəhbərlik  edir;  kim 

“Heartland”ı  idarə  edirsə,  “Dünya-Ada”ya  rəhbərlik  edir;  kim 

“Dünya-Ada”nı  idarə  edirsə,  dünyaya  rəhbərlik  edir”  məşhur 

                                                 

1

 Ə.M.Həsənov. Geosiyasət. Dərslik. Bakı, “Aypara-3” nəşriyyatı, 2010, 



604 səh., s. 292. 


 

61

geosiyasət  nəzəriyyəsi  prinsipinin  icrasında  bir  yumşaqlıq 



meydana gələcəkdir.  

Qeyd:  Halford  Makinder  (Halford  Mackinder  “The 

Geographical Pivot of History”) göstərirdi ki, Dünyanın ürəyi- 

“Heartland”  Volqa  çayından  Yantsızıya  qədər,  Himalaydan 

Arktikaya  (Arctic  Ocean)  qədər  (Şimali  Buzlu  Okeana  qədər) 

olan geniş bir ərazini əhatə edir. “Ərazinin dönmə mərkəzinin 

(mərkəzi  nöqtəsinin)  (pivot  area)  bayır  tərəfində,  böyük  daxili 

(iç)  ayparada  (inner  crescent)  Almaniya,  Avstriya,  Türkiyə, 

Hindistan və Çin yerləşir. Xarici ayparada (outer crescent) isə 

Britaniya,  Cənubi  Afrika,  ABŞ,  Kanada  və  Yaponiya  yer 

almışdır.  “Dünya  –Ada”  (“World  –Island”)  isə  Avropa 

kontinentini,  Asiya  və  Afrikanı  əhatə  edir.  Bu  coğrafi 

strukturdan  dünya  geosiyasətinin  belə  bir  anlayışı  meydana 

gəlir:  “  Kim  Şərqi  Avropanı  idarə  edirsə,  “Heartland”a 

rəhbərlik  edir;  kim  “Heartland”ı  idarə  edirsə,  “Dünya-

Ada”ya  rəhbərlik  edir;  kim  “Dünya-Ada”nı  idarə  edirsə, 

dünyaya  rəhbərlik  edir.”  (“Who  rules  east  Europe  commands 

the Heartland; who rules the Heartland commands the World –

Island, who rules the World-Island commands the World”).

1

 

 Məsuliyyətli  tərəflər  və  bu  baxımdan  güc  mərkəzləri 

başlıca  olaraq  yeni  inteqrasiya  siyasəti  həyata  keçirəcəklər. 

Güc  mərkəzləri  “güc  tətbiq  edən  aparat”  yox,  əsas  birləşdirici 

və paylayıcı, barışıdırıcı mərkəz rolunu oynaya biləcəkdir.  



B.Britaniya  geosiyasətçisi  Halford  Makinder  (1861-1947) 

özünün  “Tarixin  coğrafi  oxu”  əsərində  qeyd  edir  ki,  planetar 

nöqteyi-nəzərdən  dünyanın  mərkəzində  Avrasiya  kontinenti 

dayanır. 

Onun 

mərkəzində 

də 

“dünyanın 

ürəyi” 

(“Heartland”)  durur.  “Heartland”  Avrasiyanın  kontinental 

kütləsinin  cəmləşmiş  hissəsidir.  Bu,  bütün  dünyaya  nəzarət 

etmək  üçün  daha  çox  əlverişli  coğrafi  platsdarmdır. 

Avrasiyanın  “heartland”ı  qərbdən-şərqə  coğrafi  qurşaq  üzrə 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2? səh. 174-175. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə