Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə24/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   20   21   22   23   24   25   26   27   ...   189

 

68

ardıcıllığından  çıxarılan  nəticələr  hesabına  gələcəkdə  strateji 



hədəflərin  bu  və  ya  digər  səviyyədə  istiqamətlərini  müəyyən 

etmək, duymaq olur. Proqnozlaşdırmaq siyasi hadisələrin tarixi 

nəticələrindən  də  sıx şəkildə  asılı  olur.  Tarixi hadisələrin baza 

nəticələrinin  ardıcıllığı  növbəti  siyasəti  və  onun  baza 

istiqamətlərini  müəyyən  etməyə  əsas  verir.  Məsələn,  tarixən 

böyük  dövlətlərin  imperiya  siyasəti  və  imperiyanın  siyasətinin 

formalaşmasının əsasları bir riyazi düstura, formulaya çevrilib. 

Bu  həqiqətdir  ki,  böyük  dövlətlər  tarixən  işğalçılıq  siyasəti 

həyata  keçiriblər  və  öz  aralarında  rəqabət  siyasətini  müəyyən 

ediblər.  Bu  gün  də  bu  siyasət  davam  etməkdədir  və  sadəcə 

olaraq  əksər  hallarda  iqtisadi  ekspansiyalar  və  bu  cür  siyasət 

metodunun  tərkibi  olaraq  iqtisadi  təsirlər  və  təzyiqlər 

mövcuddur.  Əksər  hallarda  idealizmdən-liberalizmdən  istifadə 

edilir  və  bu  ideyalara  söykənərək  real  siyasət  həyata  keçirilir. 

Siyasət  özü  müxtəlif  məkanlarda  zaman  ardıcıllığı  boyunca 

tarixi yaradır, tarixin nəticələri də növbəti-gələcək trayektoriya 

üzrə  törədiləcək  siyasi  aktların  əsaslarını  və  nəzəri 

mülahizələrini  formalaşdırır.  Bu  baxımdan  da  gələcək 

strategiyanın  müəyyən  edilməsi,  hadisələr  gedişatının  gələcək 

zamanlar  üçün  proqnozlaşdırılması  tarixin  və  siyasətin 

formulalarının  qarşılıqlı  əsaslarla  şərtləndirici  asılılığından 

meydana  gəlir.  Bu  formulalar  vəhdətinə  daima,  iqtisadi  və 

sosial-mənəvi  inkişafa,  mədəni,  elmi  və  humanitar  baxışlara 

müvafiq olaraq, yeni-yeni baxışlar əlavə edilir. Yeni humanizm 

baxışları-idealizm,  nəticədə  özündə  ədaləti  əks  etdirən  yeni 

realizmi  formalaşdırır.  Yeni  realizm  və  idealizm  də  gələcək 

siyasətdə  yeni  məzmunlu  (həm  bərk,  həm  də  yumşaq) 

strategiyanın formalaşmasına təsir göstərir. 

Gələcək  strategiya  müəyyən  edilərkən  həmçinin  gələcək 

zamanda  maraqların  möhkəmlənməsinə  xidmət  edən  siyasi 



nüfuz  amilindən,  prinsiplərindən  də  istifadə  edilir.  Məsələn, 

tarixən  ingilis  və  rus  xalqlarının,  ispanların,  türklərin, 

fransızların,  almanların  dünya  nizamında  avtoritar  nüfuzları 



 

69

olubdur.  Bu  nüfuzlar  hələ  də  qalmaqdadır.  Zaman  keçsə  də 



həmin  xalqların  dünyanın  idarəolunmasında  bu  və  ya  digər 

səviyyədə  siyasi  nüfuzları  mövcuddur.  Bu  xalqlar  öz 

nüfuzlarından  siyasi  maraqlarının  təmin  edilməsində  ideoloji 

amillər olaraq istifadə edirlər.  

Dünya  dövlətləri  daha  çox  orta  əsrlərdən,  intibah 

dövründən  etibarən  vahid  mərkəzlərdən  (buraya  imperiya 



mərkəzlərini,  ittifaq  mərkəzlərini  aid  etmək  olar)  idarəçiliyə 

məruz 


qalıblar. 

İmperiyalar 

dünyanın 

idarəerdilməsi 

mərkəzlərinə çevriliblər. Məsələn, Britaniya imperiyası, Fransa 

kolonial  imperiyası,  eləcə  də  Napoleon  Bonapart  dövründə 

yaradılan  Fransa  imperiyası-Avropada,  Osmanlı  imperiyası, 

Rus  imperiyası  (Avro-Asiya  məkanlarında),  Avstriya  –

Macarıstan  imperiyası  bu  siyasətdə  fəal  rol  oynayıblar.  XX 

əsrin birinci və ikinci yarısında da imperiyalar dünyanın vahid 



mərkəzlərdən  idarəolunması  strategiyasını müəyyən ediblər 

və  bu  siyasət  onların  mənafeyinə  xidmət  edibdir.  Məsələn, 

alman  faşistlərinin  imperiyası,  yaponların  imperiyası  və  s.  bu 

dövlətlərin  və  xalqların  maraqlarının  genişlənməsini  təmin 

edibdir.  İmperiya  siyasətini  həyata  keçirmək  xalqların  və 

onların 


dövlətlərinin 

doktrinalarına 

çevrilibdir. 

Böyük 


dövlətlərin tarixi imperiya siyasətləri elmi və kütləvi şüurlarda 

imperializm anlayışını formalaşdırıbdır. Almaniyalı nəzəriyyəçi 



Hans  Morqentau  imperializmin  formalaşmasının  bu  kimi 

tiplərini  və  metodlarını  göstərir:  tplər  olaraq-  dünya 

imperiyası  (World  Empire)  –tarixən  formalaşmış  imperiyalar 

olan  Böyük  İsgəndərin  imperiyası,  VII-VIII  əsrlərdə  ərəblərin 

imperiyası,  I  Napolenun  və  Hitelrin  imperiyaları;  continental 

imperiya  (Continental  Empire)  -bu,  coğrafi  amillə  müəyyən 

olunan  imperiya  tipidir.  Avropa  kontinentində  dominant 

mövqelər  əldə  etmək  üçün  Luis  (Louis)  XIV,  III  Napoleon,  II 

Vilyam kontinental imperiyaların yaradılması siyasətini həyata 

keçiriblər.  İtaliya  yarımadasında  və  Balkanlarda  aparılan 

müharibələrdə  də  kontinental  imperiyaların  yaradılması 


 

70

siyasəti  həyata  keçirilirdi.  Mussolininin  Aralıq  dənizində  və 



Adriatik  dənizində  həyata  keçirdiyi  siyasət  məhz  kontinental 

imperiyanın  formalaşmasına  xidmət  edirdi.  Müəllif  qeyd  edir 

ki,  ABŞ-ın  Şimali  Amerika  kontinentində  geniş  idarəçiliyinə 

söykənən  və  Kanada  və  Meksikaya  qarşı  həyata  keçirdiyi 

siyasət  imperializm  xarakteri  kəsb  etmirdi);  lokal  üstünlüyə 

(yerli  hakimliyə)  əsaslanan  imperiya  (Local  Preponderance)-

XVIII-XIX  əsrlərdə  belə  imperiyaların  prototipləri  kimi 

monarxiya 

siyasəti 

əsasında 

formalaşan 

imperiyaları 

gösrtərmək  olar.  XVIII  əsrdə  Böyük  Frederik,  Louis  XV, 

Mariya Tereza, Böyük Pyotr, II Katerina bu tipli xarici siyasət 

həyata  keçirirdilər.  XIX  əsrdə  Bismark  da  oxşar  siyasəti 

reallaşdırırdı).  Metodlar  olaraq-  hərbi  imperializm  (məsələn, 

Napolen  Bonapartın  Fransanı  Avropa  və  dünya  hegemonuna 

çevrimək  siyasəti);  iqtisadi  imperializm  (gücün,  təsirin, 

nüfuzun qazanılması üçün rasional metoddur, məsələn, “dollar 

diplomatiyası”nı  da  buna  nümunə  göstərmək  olar.  Alman, 

italiyan  və  yapon  imperializmi  də  iqtisadi  səbəblərdən 

meydana gəlmişdi. Eyni zamanda iqtisadi amillər Britaniya və 

Fransız  imperiyalarının  da  tarixində  mühüm  rol  oynayıbdır. 

XVIII  əsrin  başlanğıcından  etibarən  Britaniya  imperiyasının 

Portuqaliyada təsirlərinin formalaşmasında da iqtisadi amillər 

önəmli  yer  tuturdu.  Bu  imperializmin  kökündə  kapitalizm  və 

ticarət  ekspansiyası  dayanırdı.  Britaniya  imperiyasının  Ərəb 

dünyasında  “neft  diplomatiyası”  da  məhz  buna  aiddir); 

mədəni  imperializm  (Sovet  İttifaqı  ilə  Çin  arasında  dünyada 

kommunizm  hərəkatının  yayılması  uğrunda  həyata  keçən 

yarışma  və  dominantlıq  siyasəti  mədəni  imperializmə 

nümunədir).

1

  

Ümumiyyətlə,  dünya  düzəni  tarix  boyunca  maraqlar 

üzərində  dövlətlərin  fərdi  və  ya  da  kollektiv  qaydada 

                                                 

1

 Hans J. Morgenthau, Kenneth W. Thompson. Politics among nations: the 



struggle for power and peace. Brief Edition. 1993.R.R. Donneley&Sons 

Company. ISBN 0-07-043306-2, səh., 67-73.  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə