Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə28/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   24   25   26   27   28   29   30   31   ...   189

 

80

müdafiə  qurumları  (təhlükəsizliyi  təmin  edən  qurumlar) 



vasitəsilə  özünün  inkişafını  qoruyur,  mühafizə  edir  və 

tənzimedici, bu baxımdan istiqamətverici və koordinasiyaedici 

funksiyasını  yerinə  yetirir.  Dövlət  müdafiə  və  inkişaf 

strategiyasının  qarşılılqlı  asılılıq  şərtlərindən-vəhdətindən 

özünün mövcudluğunu təmin etmiş olur. 

Dövlətlər  beynəlxalq  münasibətlərdə  tənzimləmə  tərəfi 



olmaq  məqsədilə və bundan irəli gələrək müdafiə olunmaq 

və  inkişaf  etmək  naminə  təşkilatlar  da  yaradırlar  (güclü 

dövlətlər)  və  mövcud  təşkilatlara  qoşulurlar  (güclü  və  zəif 

dövlətlər).  Burada  böyük  dövlətin  (təşkilatı  yaradan)  əsas 

məqsədi  odur  ki,  özünü  mərkəz  etsin  və  ətraf  kiçik  dövlətləri 

öz dairəsində saxlasın və ətraf dövlətlərin daxili siyasətinə təsir 

göstərə  bilsin.  Məlumdur  ki,  dövlətlərin  daxili  siyasət 

qurumları  xarici  siyasət  fəaliyyəti  nəticəsində  əlaqələrə  malik 

olurlar və öz fəaliyyətlərini tənzim edirlər. Burada xüsusi (fərdi 

halda) xidmət yaranır, eləcə də universal xidmətin tərkibi təşkil 

edilir.  Fikirin  aydın  izahı  odur  ki,  istənilən  dövlət  nazirliyi 

xarici  siyasət  fəaliyyəti  həyata  keçirir,  digər  dövlətlərin 

müvafiq  qurumları  ilə  əməkdaşlıq  edir.  Buradan  bağlar  əmələ 

gəlir.  Qurum  digər  qurumla  əlaqələrlə  bağlanır,  eləcə  də 

qurumun  fəaliyyəti  dövlətin  ümumi  funksiyasının  tərkibi  olur. 

Təşkilat  yarandıqda  müvafiq  qurum  öz  telini  təşkilatın  digər 

üzvləri-  mərkəzi  gücün  müvafiq  qurumları  ilə  bağlayır. 

Buradan  da  mərkəzlə  asılılıq  meydana  gəlir.  Böyük  dövlət 

çalışır 


ki, 

təşkilatlar 

(ittifaqlar, 

birliklər) 

yaratmaqla 

münasibətlər  istiqamətini  tənzimləsin  və  münasibət  tellərini 

mərkəzi  elementlə-mərkəzi  güclə  bağlasın.  Buradan  da  ətraf 

dövlətlər  üzərində  təsir  imkanları  qazansın.  Dünya  düzəninin 

yaranmasında  məhz  təşkilatların  rolu  əvəzsizdir  və  belə 

qurumlar  böyük  dövlətlərə  güc  mərkəzi  kimi  formalaşmaq 

üçün statuslar verir, imic yaradır, avtoritetlik qazandırır. 

Kiçik 

dövlətlər 

təşkilatlara 

(ittifaqlara, 

birliklərə, 

forumlara,  qruplara)  ona  görə  daxil  olurlar  ki,  öz 



 

81

mövcudluqlarını  təmin  etsinlər  və  təşkilatlarda  xarici  siyasət 



istiqamətlərini 

ixtisaslaşdırsınlar, 

sahələr 

üzrə 


inkişaf 

etdirsinlər  və  digər  dövlətlərlə  bağlansınlar.  Zəif  dövlətlər 

beynəlxalq  yardımların  qəbulunda  və  kreditlərin  alınmasında 

çox  maraqlı  olular.  Eyni  zamanda  inkişaf  etmiş  dövlətlərin  və 

inkişafa  yolunda  olan  ölkələrin  sərmayələrini  cəlb  etməkdə 

maraq 


nümayiş 

etdirirlər. 

Eləcə 

də 


iqtisadiyyatın 

diversifikasiyası  məqsədilə  də  xarici  ölkələrin  sərmayələrini 

ölkələrinə  gətirməkdə  maraqlı  olurlar.  Zəif  və  kiçik  dövlətlər 

çalışırlar  ki,  beynəlxalq  münasibətlərdə  ixtisaslaşma,  ayrı-ayrı 

sahələr  üzrə  istiqamətlər  yaratmaqla  iştirak  bütövlüklərini 

təmin  etsinlər.  Eyni  zamanda,  böyük  dövlətlərin-təşkilatlarda 

mərkəzi qüvvə olan subyektlərin, imkanlarından istifadə edərək 

güclənsinlər  və  müdafiə  olunsunlar.  Ayrı-ayrı  istiqamətlərin 

inkişafı elə bütövlükdə beynəlxalq iştirakın güclənməsi demək 

olur.  Təşkilatlar  maraqları  vahid  mərkəzlərə  cəmləşdirir  və 

hərəkətləri və gücləri də bu istiqamətdə səfərbər edə bilir.  

Dünya düzənin formalaşmasında və “siyasi heliosentrizm”in 

yaranmasında  təşkilatlanma  prosesləri  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  güman  əsasında  belə 

qənaətə  gəlmək  olar  ki,  gələcək  dünya  düzənində  bütün 

təşkilatların  fəaliyyətləri  əsasən  inkişaf  konsepsiyalarına, 

proqramlarına  uyğun  olaraq  fəaliyyət  göstərməkdən  ibarət  ola 

biləcəkdir.  Təşkilatlar  regional  və  universal  əsaslarla  inkişaf 

dalğalarının yaranmasına və inteqrasiyanın güclənməsinə xidmət 

edəcəklər.  XXII  əsrin  təşkilatlarının  fəaliyyət  istiqamətləri 

başlıca  olaraq  elementlərin,  əsasən  iqtisadi  resursların  güclü 

məkanlardan  zəif  məkanlara  doğru  hərəkətini  təmin  edə 

biləcəkdir.  İqtisadi  resurslara  aid  edilir:  bütün  təbii  resurslar, 

insanlar  və  insanlar  tərəfindən  istehsal  olunan  resurslar,-

hansılar  ki,  məhsul  istehsalında  və  xidmətdə  istifadə  olunur. 

Bütün  bunlar  böyük  obyektləri  əhatə  edir:  sənayı  (fabrik)  və 

kənd  təsərrüfatı  istehsalı  sahələri,  sənaye  və  kənd  təsərrüfatı 

məhsularının  istehsalında  istifadə  olunan  çoxlu  sayda 



 

82

avadanlıqlar,  alətlər  (instrumentlər),  maşınlar;  müxtəlif 



nəqliyyat  və  rabitə  vasitələri;  əməyin  saysız  növü,  nəhayət,  ən 

vacibi olanı-torpaq və faydalı qazıntılar. Buradan da resurların 

təsnifatı  meydana  gəlir:  material  resurslar-torpaq,  xammal 

materialı  və  kapital;  2)  insan  resurları-əmək  və  sahibkarlıq 

qabiliyyəti.

1

  

Ancaq  indiki  zamanda  dövlətlər  təşkilatlanmadan  həm  də 

əziyyət  çəkirlər  və  böyük  dövlətlərin  rəqabətində  güc  düşən 

tərəfə,  sipərə,  “hasar”a  çevrilirlər.  Təşkilatlar  böyük  güc 

mərkəzlərinin  sərhəd  təhlükəsizliyi  rolunu  da  yerinə  yetirirlər. 

Bu baxımdan da təşkilatların funksiyaları çox sahələrdə böyük 

məsuliyyəti meydana gətirir.  

Dövlət həm müdafiə, həm də inkişaf strategiyalarını həyata 

keçirərkən,  proseslərdə  nizamlama    tənzimləmə  meydana 

gəlir.  Elementlər,  subyektlər,  ünsürlər  arasında  sistemli 

münasibətlər formalaşır, əlaqələr qurulur.  

 XXI əsrin ikinci yarısı XXII və sonrakı əsrlərdə qlobal 

müharibələrin-dünya  müharibələrinin  qəti  olaraq  baş 

verməsini  gözləmək  düzgün  deyil.  Dünyanın  təbii  qüvvələr 

hesabına  məhv  olması  yanaşmasını  da bir qədər düzgün hesab 

etmək  olmaz.  (Qeyd:  alimlər  hesab  edirlər  ki,  Günəş  sistemi 

özünün fəaliyyətinin orta dövründədir. “Bizim Qalaktika”da-

“Süd  Yolu  Qalaktikası”nda  mövcud  olan  Günəş  sisteminin 

yaranması tarixi təqribən beş milyard il hesab edilir. Günəşin 

sönməsi  üçün  də  ehtimal  olunur  ki,  hələ  beş  milyard  və 

ondan da çox il tələb olunur. Digər tərəfdən də, Yer kürəsinin 

təhlükəsizliyi 

böyük 

dövlətlərin 

kosmik-raket 

texnologiyalarının  diqqət  mərkəzindədir.  Yer  Kürəsi  üçün 

müəyyən kiçik ölçülü səma cisimlərinin təhlükəsinin qarşısını 

almaq dövlətlərin kosmik layihələrində öz əksini tapır. Bunun 

üçün  informasiya  və  yeni  texnologiya  amilindən  istifadə 

                                                 

1

 Макконелл К.Р., Брю С.А. Экономика: Принципы, проблема и 



политика. В 2 т.: Пер.с англ. Т I-Баку, издательство « Азербайджан», 

1992-399 с.: табл., граф. Səh. 37.  

 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə