Microsoft Word gelecek dunya duzeni I kitab doc


elektroenergetika  məhsullarının  isethsalına,  neft  və  qazın



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə35/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   31   32   33   34   35   36   37   38   ...   189

 

100


elektroenergetika  məhsullarının  isethsalına,  neft  və  qazın 

istehsalnaı,  dəmir  və  çuqun  istehsalına,  kimyəvi  məhsullar 

istehsalı hesabına və s. görə dünyada ikinci yeri tutmuşdur

1

.

  

Stalin  SSRİ-ni  aqrar  statuslu  ölkədən  böyük  sənaye 

ölkəsinə  çevirdi.

 

Kasıb  cəmiyyətlər  üzərində  siyasi  təzyiqlərlə 

elmi-texniki  potensialın  və  bol  sərvətlərin  vəhdəti,  kompleks 

ə

laqələr  inkişafı  meydana  gətirə  bilir.  Burada  demokratik 

inkişafdan  fərqli  əsaslar  ondan  ibarət  olur  ki,  insanlıq 

dəyərləri  nəzərə  alınmır.  İslahatçılıq  əvəzinə  sərt  tədbirlər 

həyata  keçirilir.  Bu  dəyərlər  də  kompleks  xarakter  kəsb  edir 

və  insanların  xoşbəxt  həyatının  əsaslarını  təşkil  edir.  Nəzərə 

almaq  lazımdır  ki,  SSRİ  sənayesində  həbsdə  olanların, 

ə

sgərlərin  və  tələbələrin  ucuz  işçi  qüvvələrindən  istifadə 

edilirdi və onlar istismar olunurdular.  

Ümumiyyətlə  isə  totalitarizm  və  diktatura  daha  çox 

dağıdıcı  effekt  verir.  Məsələn,  faşist  diktaturasının  məhvini 

bunas  misal  çəkmək  olar.  Eləcə  də  Qədim  Afinanın  Perikl 

ə

srinə-“Elladanın  çiçəklənməsi”  dövrünə  b.e.ə.  431-ci  ildə 

Afina ilə Sparta arasında məhvedici əyalət müharibəsi ilə son 

qoymuş  “Otuzların”  müstəbidliyini  buna  nümunə  göstərmək 

olar.  Eləcə  də  qeyd  etmək  olar  ki,  SSRİ  dağıldıqdan  sonra, 

avtoritar  rejimdən  yaxa  qurtaran  bütün  respublikalar  öz-

özünə inkişaf yollarını tapdılar, 15-20 il ərzində çətin inkişaf 

yolu-iqtisadiyyatda  və  cəmiyyətdə  sosializm  və  kommunizm 

ideologiyası  üzərində  qurulan  inzibati  planlaşdırmadan-

sərmayə  əsaslı  istehsalat  və  sərbəst  bazar  münasibətlərinə 

keçid  yolu,  keçdilər  və  yeni-yeni  iqtisadi,  siyasi,  mədəni  və 

ictimai nailiyyətlər əldə etməyə başladılar.  

Liberal  siyasət  də  iqtisadi  inkişafa  bağlı  olur.  Belə  ki, 

liberallıq  həyata  ideal  baxışların  və  reallığın  əsaslarını 

müəyyən  etdiyindən,  qeyd  etmək  olar  ki,  tərəflər  arasında 

liberal  vəziyyətlər  də  əsasən  iqtisadi  maraqların  yüksək 

                                                 

1

 Народное хозяйство СССР в 1960 году.-Госстатиздат ЦСУ СССР, 



1961.  


 

101


səviyyəsi  ilə  əlaqəli  olur.  Yalnız  maraqları  yüksək  səviyyədə 

təmin  edilmiş  cəmiyyətlər  müqayisədə  nisbətən  ideal 

cəmiyyətlər  hesab  edilə  bilir.  Liberal  cəmiyyətlərdə  idarəetmə 

rejimləri  də  yumşaq  olur və  hakimiyyətlə vətəndaşlar arasında 

qarşılıqlı 

qəbuledilənlik 

və 

kompromislik 

(razılıq) 

vəziyyətləri yaranır. İdarəetmə yumşaq olanda dövlət daxilində 

düzən (nizam, qayda) məsələləri də təkmil olur. Onu da qeyd 

etmək  olar  ki,  liberal  cəmiyyətlər  daxilən  özünümüdafiə 

qabiliyyətinə  malik  olur.  Çünki  dəyərlər  yüksək  olduğundan 

insanlar  həmin  dəyərlərin  qorunub  saxlanmasına  çalışırlar  və 

bunun  uğrunda  vahid  mübarizə  təşkil  edirlər. Məsələn, inkişaf 

etmiş cəmiyyətlərdə hüquqlar pozulduqda, dəyərlərin itirilməsi 

təhlükəsi  ilə  üzləşən  insanlar  kütləvi  etiraz  asksiyaları  həyata 

keçirirlər və hakim tərəfə (hakimiyyətə) qarşı çıxırlar, müxtəlif 

üsullarla (mitinqlər, tətillər, etiraz yürüşləri, aclıq aksiyaları və 

s.  təşkil  etməklə)  təzyiq  göstərirlər.  Dəyərlər  üçün  müvafiq 

olan, 


tələb 

edilən 


komplekslərin 

tərkibi 


müəyyən 

komponentlərdən  formalaşır.  İnsanlar  daima  yüksəkliyə, aliyə, 

müsbət  dəyərlərin  çoxluq  təşkil  etdiyi  məkanlara  doğru  can 

atırlar.  Onlar  həyatlarında  nələrisə  itirmək  təhlükəsi  ilə 

üzləşirlər.  Bu  baxımda  da  dövlət  və  cəmiyyət  insanlar  üçün 

dəyər  mənbələri  və  vasitələri  hesab  edilməlidir.  Liberallıq 

demokratiyanın  tərkibini  formalaşdıran  rejim  və  vəziyyət 

olduğundan ideallığa söykənir. Çünki demokratiya anlayışının 

özü  də  ideal  məzmunludur  və  tərkibi  ideal  fikirlər  cəmindən 

dolğunlaşır.  Demokratik  cəmiyyətlərdə  düzən,  idarəetmə 

qaydaları da maraqlara xidmət edir.  

Qeyd:  demokratiyanın  –burada  insanların  hüquqları  ilə 

bağlı  olan  məsələlərin-  mütləq  əsaslı  son  və  yüksək  həddi 

yoxdur.  Bu,  inkişafa,  bu  baxımdan  da  sosial-rifahın  təmin 

edilməsi  səviyyəsinə  bağlıdır.  Eyni  zamanda  məkanlar  və 

cəmiyyətlər  arasındakı  elementlərin  vəziyyətinin  müqayisəsi 

ilə  əlaqəlidir.  İnkişaf  olduqca,  yeni  elementlər  əlaqələrini  və 

birliyini  əks  etdirən  vəziyyətlər  ortaya  çıxdıqca,  zaman  da 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə