Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə34/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   30   31   32   33   34   35   36   37   ...   189

 

97

görə,  hökmdarlar  sinifdir,  onlar  filosoflardır,  funksiyası 



hakimiyyətdir,  fəzilət  müdriklikdir.  Dövlət  özü  bir  dəyər 

olduğundan,  bu  dəyərin  qorunub  saxlanılması  üçün  insani 

keyfiyyətlərə  malik  olan  şəxslərin  rəhbərlik  etməsi  vacib  amilə 

çevrilir.  Məhz  müdrik  şəxslər  sistemin  dəyərlər  üzərində 

fəaliyyətini  təmin  edə  bilir.  Müdrik  rəhbərlik  və  effektiv 

idarəetmə  (resurslardan  səmərəli  istifadə  etməklə  potensialın 



artırılması)  cəmiyyətin  yüksəklərə  qalxmasına  şərait  yaradır. 

Müdrik  şəxslər  cəmiyyətlə  dövlət  arasında  balanslı  mühiti 

yarada  bilirlər.  Çünki  balanslılıq-ədalət  məhz  onların  təbiətində 

olur.  Balanslılıq  yüksək  qayğı  və  diqqət  sayəsində  meydana 

gəlir.  Dövlət  cəmiyyət  üçün  mühüm  bir  dəyərdir.  Dövlətlə 

fərd arasında  münasibətlərə  gəldikdə,  hesab etmək olar ki, istər 

fərd  özünü  dövlətdə  tapmış  olsun,  istərsə  də  dövlət  fərdin 

fəaliyyətində  özünü  əks  etdirsin,  -hər  iki  halda  dövlət  nəticə 

etibarilə  fərdə  (şəxsə)  xidmət  etməlidir.  Dövlət  fərdin 

maraqlarını  təmin  edən  ictimai-siyasi  qurum  kimi  bir  vasitədir. 

İnsanlar  özlərinin  həyatlarını  dövlətlərinə  və  cəmiyyətlərinə 

bağladıqda  (dərketmədə  və  praktik  əməldə)  firavan  yaşaya 

bilərlər.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  hamıya  bəllidir  ki, 

indiki  dövrdə  hər  kəsin  həyatı  dövlətə,  cəmiyyətə  bağlıdır.- 

Afrika,  Asiya,  Amerika  cəngəlliklərində  ibtidai  icma  halında 

yaşayan  tayfalardan  başqa.  Bu  tayfalar  öz  həyatlarını  təbiətə 

bağlılıq  şəraitində  keçirirlər.  Onlar  üçün  tayfa  başçılarının 

qərarları  vacib  olur  və  ənənəvi  həyat  yaşayırlar.  Müasir 

dövlətlərdə 

insanların 

dünyaya 

gəlmələrindən 



(doğum 

şəhadətnamələrinin  alınmasından)  həyatlarının  sonlarına  qədər 

(ölüm  şəhadətnamələrinin  verilməsi)  onların  həyatları  hüquqi 

tənzimlənməyə  məruz  qalır.  Onların  təbii  hüquqları  özləri  ilə 

birlikdə  gəlir  və  sona  qədər  onlardan  ayrılmaz  olur.  Dövlət  hər 

yaş  dövründə  tənzimləmə  həyata  keçirir.  İnsanların  həyatı  elə 

birbaşa  dövlətlərilə  (dövlətçilikləri  ilə)  bağlı  olur.  Belə  ki, 

müasir  dövlətlərdə  dünyaya  gələn  şəxslər  elə  sistemli 

cəmiyyətlərə  düşürlər  və  normaların  əhatəsinə  daxil  olurlar. 




 

98

Onlar özlərindən asılı olmayaraq idarəedilən tərəflərə çevrilirlər. 



Sonra  isə,  müəyyən  yaş  dövrlərində  tələblərə  müvafiq  olaraq 

idarəedən  tərəflərə  çevrilə  bilirlər.  Dövlətçilik  insanın  həyatına 



nə  qədər  çox  nüfuz  edirsə,  insanın  dövlətlə  münasibətləri  bir  o 

qədər  mənəvi  xüsusiyyətlər  kəsb  etməyə  qadir  olur.  Bu,  hər  bir 

fərdin  mənəvi  simasında,  dünyagörüşündə  əks  olunur. 

Dövlətçiliklə  bağlılıq  ilk  növbədə  insanın  dövlətçiliyi  öz 

həyatının  ayrılmaz  hissəsi  bilməsi,  dövlətlə  əlaqəsinin  təbii 

olduğunu  qəbul  etməsi,  bu  əlaqəni  öz  fikirlərində,  meyillərində 

və  fəaliyyətində  nəzərə  alması  deməkdir.  Dövlətçiliklə  bağlılıq 

bilik,  dünyaduyumu  kimi  çıxış  edə,  tam  dərk  edilməyə  və  real 

dövlətçiliyə uyğun olmaya bilər. Lakin inkişaf  keyfiyyətindən və 

səviyyəsindən  asılı  olmayaraq  o,  həmişə  mövcuddur

1

.  Dövlət 

hakimiyyəti  müvafiq  sahələr  üzrə  siyasətin  icra  istiqamətlərini 

müəyyənləşdirir.  Siyasətin  icra  istiqamətləri  də  öz  növbəsində 

cəmiyyətin  ayrı-ayrı  üzvlərinin  və  təbəqələrinin  maraqlarının 

təmin  edilməsinin  əsasları  ilə  müəyyən  edilir.  İcra  prosesləri 

cəmiyyət  üzvlərinin  (fiziki  və  hüquqi  şəxslərin)  tələblərinin 

ödənilməsinə  istiqamətlənir.  Dövlət  hakimiyyəti  başlıca  olaraq 

cəmiyyətin  sifarişlərinə  müvafiq  qaydada  (qeyd:  cəmiyyətin 



sifarişləri  də  indiki  və  gələcək  zamanda  reallığı,  yəni  siyasi 

baxımdan  icra  mümkünlüyünü  özündə  əks  etdirməlidir)  və 

ortaya  çıxan  zərurətlə  bağlı  şəkildə  öz  siyasətini  müəyyən  edir 

və icrasını təmin edir. İcra zamanı, fəaliyyət əsasında həm baza 

istiqamətlər üzrə siyasət həyata keçirilir, həm də inkişaf hesabına 

yeni-yeni  istiqamətlərin  meydana  gəlməsi  təmin  edilir.  Siyasət 

bu baxımdan maraqlı tərəflərin sifarişləri və ona cavablar üzrə 

aktlardan ibarətdir.  

Dövlət  daxilində  sürətli  inkişaf,  qruplar  arasında  sülh  və 



sabitlik  baza  olaraq  dövlətlə  vətəndaşlar  arasındakı  loyal 

münasibətlərdən  və  dövlətin  liberal  məzmunlu  siyasətindən 

                                                 

1

 Rəbiyyət Aslanova. Müasir dövlət və dövlətşünaslıq elmi (Azərbaycan 



Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü 

işığında). Bakı, Azərnəşər 2011, 440 səh., s. 39. 




 

99

asılı  olur.  Cəmiyyət  daxilində  azadlıq  və  sərbəstlik  olanda 



subyektlərin  imkanlarının  da  istifadəsi  və  səfərbərliyi  üçün 

yaxşı  və  əlverişli  şərait  yaranır.  Bəzən  elə  olur  ki,  təzyiqlər 

hesabına  da  inkişafa  nail  olunur,  ortaya  çıxan  yeni  elementlər 

inkişafı üzə çıxarır. Təzyiqləri rəhbər şəxs və bürokratik aparat 

həyata  keçirir.  İnsanlar  təzyiqlər  hesabına  məcburən  və  qorxu 

altında  istismar  olunmaqla,  bütün  imkanlarını  səfərbər  edirlər 

ki,  bu  da  nəticədə  bərk  məzmunlu  iqtisadi  və  siyasi  sistemləri 

formalaşdırırlar.  Böyük  ingilis  mütəfəkkiri  Tomas  Hobbsun 

(1588-1679)  qənaətinə  görə,  dövlət  hakimiyyəti  mülki 

qanunları  qəbul  etməklə,  fərdləri  məcbur  edir  ki,  həmin  təbii 

qanunlara  və  sülhə  əməl  etsinlər.  Bu  mənada  təbii  qanunlar 

zəkaya,  mülki  qanunlar  isə  gücə  arxalanır.  Görkəmli  italyan 

siyasi  xadimi,  yazıçısı,  tarixçisi,  hərb  nəzəriyyəçisi  Nikkolo 

Makiavelli  hökmdarın  əməlləri  və  şəxsiyyəti  haqqında  yazırdı 

və  eyni  zamanda  göstərirdi  ki,  hökmdarı  sevmək  lazımdır, 

yoxsa  ondan  qorxmaq;  amma  məhəbbətin  qorxu  ilə  bir  yerdə 

olması  müşgül  məsələdir,  bir  halda  ki,  seçmək  lazımdır, 

üstünlüyü  qorxuya  vermək  lazımdır.

1

 Maddi  resurslardan, 

maddi  vasitələrdən  təzyiqlər  metodu  ilə  istifadə  inkişafı 

şərtləndirir.  Avtoritar-totalitar  rejimlərin  hökm  sürdüyü 

cəmiyyətlərdə  inkişaf  tempini  buna  misal  çəkmək  olar.  XX 



ə

srin  30-40-cı  illərində  və  II  Dünya  müharibəsindən  sonra 

SSRİ-nin  inkişafını  buna  nümunə  göstərmək  olar.  Nəzərə 

almaq  lazımdır  ki,  Stalinin  təbiətin  yenidən  qurulması 

planının  nəticəsi  olaraq  müharibədən  sonra,  1950-ci  illərdə 

SSRİ sənayesi və iqtisadiyyatı ABŞ-dan sonra dünyada ikinci 

yerə  çıxmışdı.  Artıq  1960-cı  illərdə  kömür,  dəmir  filizi,  koks 

və  sement  istehsalına,  teplovoz  istehsalına,  pilomateriallar 

istehsalına,  parça  istehsalı,  qənd,  qənd  tozu,  heyvan  yağları 

və  s.  istehsalına  görə  dünyada  birinci  yerdə  olmuşdur. 

Ümumilikdə  bütün  sənaye  məhsulları  istehsalına  görə, 

                                                 

1

 N.Makiavelli. Hökmdar. Tərcümə edəni Fikrət Təbibi (Xəlilov). XXI Yeni 



Nəşrlər Evi, Bakı.2007, 132 səh., s. 82.  


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə