Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə42/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

 

119


“şam  ağacı”  trayektoriyasına  dair,  həmçinin  baxmaq  olar

1

) 

asılı  olan  tərəflərin  mövcudluğunu  və  fəaliyyətini  üzə  çıxarır. 

İdarəçilik dövlət daxilində sahələri meydana gətirir və iştirakın 

hüquqi 


əsaslarını 

formalaşdırır. 

Dövlət 

idarəçiliyində 



səlahiyyətli  qurumlar  və  şəxslər  olur  ki,  bu  subyektlər  də 

idarəçilik  üçün  idarə  edən  və  tabe  olan  tərəfləri  üzə  çıxarır. 

Tabeçilik  məsələləri  daha  çox  funksiyanın  böyük  və 

kiçikliyindən  yaranır  ki,  funksiya  da  vəzifə  və  öhdəliklərin 

miqyasını meydana gətirir.  

İdarəçilik 

nəticə 

və 


fayda 

baxımından 

keyfiyyət 

göstəricilərinə  görə  dərəcələnir.  Ən  yaxşı  idarəçilik  (ədaləti 



özündə əks etdirən idarəçilik) aidiyyatı sahələr üzrə maraqların 

yüksək  səviyyədə  təmin  edilməsini  yerinə  yetirən  rəhbərlik 

fəaliyyətidir. Burada az və ya da çox resurs amili bir o qədər də 

önəm  kəsb  etmir.  Əsas  məsələ  pay  bölgüsündə  düzgün 

prinsiplərin  tətbiqidir.  İdarəçiliyin  keyfiyyət  baxımından 

yüksək  səviyyəsi  maraqların  yüksək  səviyyədə  təmin 

edilməsindən  asılı  olur  ki,  bu  da  özlüyündə  balanslı 

vəziyyətlərin meydana gəlməsini şərtləndirir. Tərəflər arasında 

sabitlik  və  sülh  yaranır.  İdarəçilik  zamanı  vahid  sistemin 

yaradılması,  məsələn,  dövlət daxilində  maraqların qruplaşması 

prosesləri  də  yaşanır.  Təbii  ki,  idarəetmə  zamanı  qruplaşan 

tərəflər arasında yaranan bağlılıq düzəni (nizamı) əmələ gətirir.  

Dövlətlər  daxilində  nizam  (qayda)  məsələsinə  dair 

aşağıdakı ümumiləşdirilmiş fikirləri bildirmək olar: 

-nizam  (nizamlama)  əlaqəli  proseslər  zamanı  güc 

tərəflərinin müəyyən edilməsi vasitəsidir və vəziyyətidir; 

-nizam  (nizamlama)  idarəetmənin  özüdür  və  idarəetmə 

zamanı istiqamətləri və sahələri qruplaşdırma vasitəsidir; 

-nizam (nizamlama) səlahiyyət və vəzifə kəmiyyətlərini və 

sahələrini müəyyən edən vasitə və prosesdir; 

                                                 

1

 Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-



“Elm və Təhsil”-2010. 116 s. 


 

120


-nizam  (nizamlama)  dövlət  daxilində  və  cəmiyyətdə  siyasi 

və inzibati, eləcə də ictimai idarəetmə zamanı maraqların təmin 

edilməsini müəyyən edən proses və vəziyyətdir; 

-nizam  (nizamlama)  tərəflərin  gücünü  və  idarəetmə 

sistemində 

və 


yarımstrukturunda 

səlahiyyət 

dairəsini 

müəyyənetmə vasitəsidir və prosesidir; 

-nizam  (nizamlama)  sistemin  bütövlüyünü  şərtləndirən 

proseslərin daxili təkmil vəziyyəti və prosesidir; 

-nizam (nizamlama) idarəetmənin daxilində olan və sahələr 

üzrə idarəçilik xüsusiyyətlərinə bağlı olan anlayışdır; 

-nizam  (nizamlama)  aidiyyatı  strukturlar  arasında  əlaqələri 

yaratma və bütövlüyü ortaya çıxarmaq vəziyyətidir və s.  

Dövlətin  nizamlama  fəaliyyəti  zamanı  hakimiyyətin 

statusu  və  nüfuzu  formalaşır.  Hakimiyyət  nizamlama 

funksiyası ilə özünü sübut etdirmiş və təsdiq etmiş olur. Özünü 

səlahiyyətli  tərəfə  çevirir  və  güc  subyektinə,  mərkəzinə 

döndərir.  Məhz  siyasi  nizamlama  prosesləri  zamanı  dövlət 

daxilində  bir-birilə  əlaqəli  olan  və  biri-digərini şərtləndirən və 

siyasi  əhəmiyyət  kəsb  edən  proseslər  yaşanır.  (Qeyd:  siyasi 



proseslər dedikdə, daha çox dövlətçiliklə və hüquqi cəmiyyətlə 

bağlı  olan  proseslər  nəzərdə  tutula  bilər.  Proseslərin  siyasi 

məzmunu  onun  inzibati  məzmunundan  daha  çox  ciddi  və 

qlobal  xarakterə  malik  olur.  Siyasi  proseslərə  birbaşa  dövlət 

rəhbəri  və  hakimiyyət  rəhbərləri  tərəfindən  həyata  keçirilən 

proseslər-dövlət  əhəmiyyətli  qərarların  qəbulu,  sənədlərin 

qəbulu 

prosesləri, 

eləcə 

də 

konstitusiya 

aktları, 

referendumlar,  qanunlar,  fərmanlar,  beynəlxalq  sənədlərə 

qoşulmalar və s.-kimi aktlar, proseslər aid edilməlidir. Lakin 

bunu  inzibati  proseslərdən  tamamilə  fərqləndirmək  düzgün 

deyil.  Belə  ki,  inzibati  proseslər  məhz  siyasət  qurumlarının 

daxilində  baş  verən  proseslərdir  və  iyerarxik  forma  və 

məzmunu əks etdirir. Eyni zamanda dövlət qurumu olmayan 

hüquqi şəxslərin –məsələn, orta və kiçik biznes qurumlarının, 

fəaliyyəti  də  müəyyən  qədər  inzibati  idarəçilik  prinsipi  ilə 


 

121


təmin edilir. Yerli idarəetmə qurumlarının-icra qurumlarının, 

bələdiyyələrin, 

nazirliklərin, 

komitələrin 

və 

dövlət 

ş

irkətlərinin  (yerli  və  mərkəzi)  fəaliyyəti  də  inzibati  fəaliyyət 

hesab  edilməlidir.  İdarəetmə  aparatları  daxilində  olan 

idarəçilik  də  inzibati  idarəetməyə  aid  edilir.  Siyasi  idarəetmə 

qlobal əhəmiyyət kəsb edir, inzibati idarəetmədə isə daha çox 

iyerarxik mərhələlər mövcuddur ki, bunun da son (ən yuxarı) 

qərarı  və  qərarın  icrası  isə  siyasi  idarəetmədir.  Siyasi 

idarəetmə  proseslərin  ardıcıl  olaraq  yerinə  yertirilməsinin 

tərkibi  baxımından  inzibati  idarəetmələrə  bölünür).  Dövlət 

rəhbəri  və  dövlət  hakimiyyəti  əsasən  baş  nizamedici  tərəflər 

hesab edilir. Piramidal strukturun başında dövlət rəhbəri, ondan 

aşağıda  isə  hakimiyyətin  qollarına  rəhbərlik  edən  şəxslər 

dayanırlar  və  proseslər  ətrafdan  yuxarıya  və  əksinə  olaraq,- 

yuxarıdan  ətraflara  doğru,  baş  verir.  Bütün  trayektorik  və 

şərtləndirici proseslər özündə nizamlamanı əks etdirir. 

Nizamlama  proseslərinə  çevirmələr-forma  və  məzmun 

dəyişmələri;  yerdəyişmələr-məkan  dəyişmələri  kimi  proseslər 

də daxil edilir.  

İstər  dövlət  daxilində,  istərsə  də  beynəlxalq  siyasətdə 

nizamlama  prinsipləri  zamanı  mütləq  şəkildə  mərkəzi  məkanda 



güclülük və bundan irəli gələn böyüklülük (daxilən zəngin olan 

kəmiyyət  böyüklüyü,  nüfuzlu  tərəf)  prinsipi  əsas  götürülməlidir. 

Böyüklülüklə  yanaşı,  sistemin  möhkəmliyi  və  bütövlüyü 

məsələsi  də  xüsusi  əhəmiyyət  kəsb  etməlidir.  Böyüklüyün 

müəyyən  edilməsi  idrakın  müqayisə  metodlarına  əsaslanır  və 

təcrübədəki seçmələr, müşahidələr nəticəsində müəyyən olunur. 

Buradan  da  belə  qənaətə  gəlmək  olur  ki,  böyüklüyü  (nüvəni, 

mərkəzi)  müəyyən  etmək  üçün  ondan  kəmiyyət  və  miqyasda 

mövcud  olan  vəziyyət  və  vasitələr  qismində  kiçiklik  (kiçik 



subyektlər və kkiçik vasitələr) də lazımdır. Düzən məsələsi və 

idarəçilik  bu  iki  fərqin  vəhdətindən  meydana  gəlir.  Düzən 

məsələsində daha çox böyük tərəfin kçik tərəf üzərində təsirləri 

məsələsi  əsas  götürülür  və  buradan  da  tərəflər  təsnif  edilir. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə