Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə50/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   46   47   48   49   50   51   52   53   ...   189

 

143


-cəmiyyətin  ayrı-ayrı  sahələrini  hərəkətə  gətirən  gücün 

formalaşdırılması  və  bu  güclər  arasında  nizamlama 

proseslərini  yaratmaq  zərurəti.  Güc  mərkəzlərinin  bir-

birindən  asılılığı  həm  qarşılıqlı  məsuliyyəti  meydana  gətirir, 

həm də qarşılıqlı öhdəliyi üzə çıxarır; 

-cəmiyyətin  daxilində  rəngarəngliyi  təmin  etmək  və 

ziddiyyətlərdən,  müxtəlifliklərdən  cəmiyyəti  və  dövləti 

inkişaf  etdirmək  zərurəti.  Dövlət  tərəflərin  qarşılıqlı 

fəaliyyəti,  mübarizələri  sayəsində  bütöv  varlıq  kimi  qalır  və 

güclənir. 

Dövlət 


hüquqi 

tənzimləmə 

sahələrini 

genişləndirməklə özünü inkişaf etdirmiş olur



-insanların  maraqlarının  əks  olunduğu  sahələr-ailə-

məişət  sahələri,  ictimai-sosial  sahələr,  əmək  fəaliyyəti  və 

təhsil-tədris  sahələri,  siyasət  sahələri  arasında  nizamlı 

prosesləri tənzimləmək zərurəti; 

-cəmiyyətdə  müəyyən  təsirlərə  malik  ola  biləcək  fiziki 

və  hüquqi  şəxsləri  formalaşdırmaq  zərurəti.  Dövlət  insan 

potensialını  formalaşdırmalı  və  ondan  səmərəli  qaydada 

istifadə etməlidir; 

-cəmiyyətdə  baş  verən  prosesləri  sahələrə  ayırmaq  və 

imkanları  fərqli  qaydada  formalaşdırmaq  və  fərqli 

imkanlardan və potensialdan (resurslardan) seçmə üsulu ilə 

dəyərlənmək zərurəti və s.  

 

Siyasət  mərkəzlərinin  formalaşması  və  siyasətin  güc 

mərkəzləri (siyasi nizamı təmin edən qurumlar) 

 

Əvvəlki  başlıqlarda  bu  məsələlərə  toxunuldu  və  bir  qədər 



də geniş şəkildə izah etmək məqsədəuyğun olar.  

Siyasət  mərkəzlərinin  formalaşması  və  güc  mərkəzlərinin 

yaradılması  maraqların  vəhdəti  (bütövlüyü,  universallığı  və 

hətta  burada  fərdiliyini  birgə  qaydada  təmin  etmək) 

zərurətindən  və  bunun  üçün  maraq  nümayiş  etdirən  tərəflərin 

iştirak və fəaliyyət, ümumiyyətlə, əmək münasibətləri və digər 



 

144


sosial  əlaqələr  vəhdətindən  ortaya  çıxır.  Siyasət  mərkəzlərinin 

formalaşması  bir  tərəfdən  dövlətin  və  cəmiyyətin  əlaqəli 

şəkildə 

inkişafına, 

digər 


tərəfdən 

isə 


dövlətin 

özünümüdafiəsinə əsaslanır. Özünümüdafiə elə inkişafı zəruri 

edir  və  sistemli  nizamlamanı  ortaya  çıxarır.  Özünümüdafiə 

zərurəti  həm  də  obyektlərə,  vasitələrə  real  əsaslarla,  rasional 

qaydada  təsir  imkanlarını  meydana  gətirir.  Özünümüdafiə 

siyasəti  maraqların  təmin  edilməsinə  istiqamətlənir.  Məsələn, 

dövlətlər  proteksionizm  siyasəti  həyata  keçirməklə  yerli 

istehsalın  inkişafını  qarşılarına  məqsəd  kimi  qoyurlar. 

Özünümüdafiə siyasəti eləcə də gələcək nəzəri strategiyaların 

müəyyən  edilməsi  üçün  təşkil  edilir.  Ayrı-ayrı  sahələr  üzrə 

siyasət  mərkəzlərinin  formalaşması  prosesləri  bir  tərəfdən 

həmin  sahələrin  tənzimlənməsi  məqsədilə  həyata  keçirilirsə, 

digər  tərəfdən  də  ümumi  siyasət  sisteminin  əlaqəli  struktur 

vahidini  yaradır  və  ümumsiyasət  müstəvisinin  tərkibi  olur. 

Siyasət  müstəvisinin  tərkib  müstəviləri  cəmi  də  ümumsiyasət 

sisteminin  rəngarəng  fəaliyyət  tərkibini  təşkil  edir.  Piramidal 

strukturun  tərkib  hissələrini  və  strukturlarını  buna  nümunə 

göstərmək olar.  

Hesab  etmək  olar  ki,  istənilən  sistemin,  xüsusilə  insanlar 

arasında  əlaqələr  və  münasibətləri  əks  etdirən  ictimai-siyasi 

sistemlərin  mərkəzi  aparıcı  qüvvələri  (mərkəzi  subyektləri-



baş  subyektləri)  mövcud  olur.  Məhz  bu  qüvvələr  ətraf 

elementləri  öz  tərəflərinə  çəkirlər  və  sistemlilik  və  bütövlük 

yaradırlar.  Mərkəzi  qüvvələr  öz  ətraflarında  şaxəli  qaydada 

mərkəzlər  şəbəkəsini  formalaşdırırlar.  Nizamlama  prinsipləri 

üçün  mütləq  şəkildə  mərkəzi  qüvvələrin  olması  (burada 

ətraflara paylayıcı və mərkəzə cəlbedici qüvvələr) zəruri amilə 

çevrilir.  Mərkəzi  qüvvə  subyekti  məhz  ətraf  elementləri  öz 

tərəflərinə  çəkməklə  həm  onlardan  ibarət  güclü  sistem  təşkil 

edirlər,  onlardan  faydalanırlar,  öz  güclərini  onların  güc 

birliyində  də  görürülər,  həm  də  həmin  elementlərə  dəstək 

olmaqla,  onları  gücləndirirlər. 

Bu  baxımdan  mərkəzi 



 

145


hakimiyyətin  yerli  hakimiyyət  qüvvələri  ilə  qarşılıqlı  asılılılıq 

fəaliyyətlərini  (tabe  edən-tabe  olan  tərəf,  istiqamət  verən-



istiqamətlənən tərəf və s. formasında) buna nümunə göstərmək 

olar. Mərkəzi hakimiyyət yerli hakimiyyətə səlahiyyət verir ki, 

müvafiq  imkanlardan  istifadə  edə  bilsin  və  öz  səalhiyyət 

dairələrində  elementlərə-ünsürlərə,  subyektlərə  təsir  göstərə 

bilsin.  Yerli  hakimiyyətin  fəaliyyətinin  mövcudluğu  mərkəzin 

yerlərdə  zəncirvari  və  şəbəkəli  hakimiyyətini,  nüfuzunu  və 

təsirlərini  yaradır.  Sistem  bütövlüyü  və  vahidliyi  də  öz 

növbəsində  vahid  enerji  mənbəyi  rolunu  oynayır.  Mərkəzi 

subyektlər  baza  fəaliyyət  subyektləri  hesab  edilirlər  və  ətraf 

subyektləri  öz  tərəflərinə  çəkirlər.  Bununla  da  istər  məkan 

baxımından,  istərsə  də  daxili  məzmun  etibarilə  mərkəz  və 

periferiya subyektləri, alt və üst subyektlər (pilləkənin aşağı və 



yuxarı  pillələri)  formalaşır.  Formalaşma  prosesləri  şaxəli 

trayektoriyalar  üzrə  baş  verir  və  trayektoriyalar  arasında 

uyğunluq və uyğunsuzluq prinsiplərinə müvafiq olaraq keçidlər 

meydana  gəlir.  Formalaşma  zamanı  həm  nizamlama 



(nizamasalmanı təqribi bərabərlik əsasında münasibətlərin və 

hərəkətlərin  müəyyən  məqamlarda  və  şəraitlərdə  riyazi 

ölçmələrə  tabe  olması,  tabe  etdirilməsi  prosesləri  kimi  də 

anlamaq  olar)  həyata  keçirilir,  həm  də  strukturların  özləri  də 

nizamlama 

(nizamasalma) 

funksiyasına 

malik 


olurlar. 

Beləliklə, hesab etmək olar ki, siyasət sistemləri həm daxilən 



tənzimlənmə  nəticəsində  formalaşdırılan,  həm  də  müəyyən 

sahələri  tənzim  edən  subyektlərdən  təşkil  edilmiş  bir 

kompleksdir ki, burada da daima müəyyən trayektoriyalar 

üzrə hərəkətlər formalaşır.  

Mərkəzlərin  yaradılması  zərurəti  əsas  etibarilə  zəncirvari 

qaydada  təsir  mərkəzlərini  və  şəbəkələrini  formalaşdırmaq 

ehtiyaclarından  meydana  gəlir.  Təsir  şəbəkələri  mərkəzləri  də 

öz növbəsində məkanları əhatə etməklə zəncirvari prinsiplərlə, 

iyerarxik əsaslarla təsir  mühiti və zonasını yaradırlar. Bununla 

da  geniş  bir  məkanda  piramidal  trayektoriya  üzrə  baza  və 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə