Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə58/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   54   55   56   57   58   59   60   61   ...   189

 

166


daxildə və xaricdə səmərəli şəkildə istifadə etmək imkanlarına 

malik ola bilsin.  

Dövlətin 

xarici 


siyasət 

marağı 


onun 

beynəlxalq 

münasibətlərdə  olan  marağını  formalaşdırır.  Bununla  yanaşı, 

beynəlxalq münasibətlərdə iştirak edərkən dövlətin təbii olaraq 

maraqları  da  formalaşır  və  dövlət  öz  marağını  təmin  etmək 

üçün  hüquq  (burada  səlahiyyət,  ixtiyar)  əldə  edir.  Digər 

tərəfdən  də  məhdudlaşdırma  (səlahiyyətlərin  bir  qədər 

məhdudlaşdırılması) prosesləri həyata keçirilir. Məsələn, Dəniz 

hüququ  üzrə  BMT-nin  III  Konfransında  qəbul  edilən 

Konvensiyaya 

müvafiq 

olaraq 


Arxipelaq 

dövlətlərinin 

(İndoneziya, Filippin, Fici, Baham adaları, Yaşıl Burun adaları 

və s.) suverenlikləri arxipelaq sularına, habelə onların dibinə və 

təkinə,  eləcə  də  onların  təbii  ehtiyatlarına  şamil  edilir.  Böyük 

dövlətlərin  gəmiləri  arxipelaq  sularından  maneəsiz  keçmək 

hüququna malikdir. Hesab etmək olar ki, bu məsələdə hüquqlar 

məhdudlaşır.  Eləcə  də  BMT  Təhlükəsizlik  Şurası  özünün  13 

oktyabr 1956-cı il qətnaməsi ilə Misirin Süveyş kanalı üzərində 

suverenliyini təsdiq etdi və “bütün bayraqlı gəmilərin kanaldan 

keçməsi  əsasında”  Misirin  kanalı  istismar  etmək  hüququnu 

tanıdı.  Kanal  milliləşdirildikdən  sonra  Misir  hökuməti  təsdiq 

etdi ki, o, Süveyş kanalı haqqında 1888-ci il tarixli Beynəlxalq 

Konvensiyanın  qətnamələrinə  hörmətlə  yanaşacaq  və  riayət 

edəcəkdir.  Misir  hökuməti  25  aprel  1957-ci  il  tarixli 

bəyannaməsində özünün Süveyş kanalında “bütün ölkələr üçün 

azad  və  fasiləsiz  gəmiçiliyi  təmin  etmək”  öhdəliyini  təsdiq 

edərək,  “1888-ci  il  Konstantinopol  sazişinin  şərtlərinə  və 

ruhuna  əməl  edərək”  qətiyyətli  olduğunu  bəyan  etdi.

1

 Burada 



hesab  etmək  olar  ki,  Misirin  beynəlxalq  münasibətlərdə  fərdi 

maraqları  ümumi  beynəlxalq  mənafeyə  görə  məhdudlaşmalı 

oldu.  Dövlət  beynəlxalq  münasibətlərə  qoşulduqda  həmin 

dövlət 


beynəlxalq 

münasibətlərdə 

dövlətlərin 

ümumi 


                                                 

1

 “Beynəlxalq hüquq” Azərb. dilində, R. F. Məmmədovun redaktorluğu və 



tərcüməçiliyi ilə. Bakı, “Qanun” nəşriyyatı, 2002, 752 s., səh.583. 


 

167


mənafeyinə  cavab  vermək  naminə,  öz  fərdi  marağını 

məhdudlaşdırmalı  olur.  Məsələn,  xarici  limanlarda  olarkən 

bütün  gəmilər  sahil  dövlətin  hakimiyyətinin  qanunlarına  və 

qaydalarına,  habelə  sərhəd,  gömrük,  sanitar  rejimləri 

məsələlərinə  dair  sərəncamlarına  riayət  etməyə  borcludur. 

Digər  bir  tələbə  görə,  əcnəbi  gəmilərdəki  dənizçiliyə  və  digər 

şəxslərə  dair  cinayət  işlərinin,  habelə  bu  gəmilərin  özləri, 

onların  heyəti  və  sərnişinləri  ilə  əlaqədar  mülki  işlərin  həlli 

sahil dövlətin məhkəmə orqanlarının səlahiyyətinə aiddir.

1

 

 

Dövlətlər beynəlxalq birliyə inteqrasiya olunmaq məqsədilə 



öz  daxili  qanunvericilik  aktlarını  beynəlxalq  sənədlərə 

uyğunlaşdırırlar.  Burada  da  uyğunlaşdırma,  uzlaşdırma  və 

harmonizasiya  prosesləri  həyata  keçirilir.  Başlıca  məqsəd 

daxili 


və 

xarici 


siyasətin-beynəlxalq 

münasibətlərin 

vahidləşməsi və bir-biri üçün əlaqələndirilməsidir.  

Ümumi  mənafe  (dövlətlərin  ümumi  mənafeyi)  fərdi 

mənafedən  üstün  olur.  Lakin  fərdi  mənafe  ümumi  mənafe 

tərkibində  zənginləşir  və  daha  vacib  əhəmiyyət  kəsb  edir. 

Dövlət  həm  öz  məkanında  (öz  sərhədləri  daxilində),  həm  də 

ümumi  beynəlxalq  arenada  fərdi  (özünə  aid  olan)  mənafeyini 

güdür.  Burada  vacib  olan  məsələ kimi  fərdi mənafe çıxış edir. 

Beynəlxalq münasibətlərin iştirakçısı kimi dövlətin beynəlxalq 

arenada  ümumi  marağı  olur.  Məsələn,  dövlətin  beynəlxalq 

ümumi  (universal)  sahələrdə  iştirakı  onun  ümumi  marağıdır. 

Dövlət  həm  də  xüsusi  marağa  sahib  olur.  Məsələn,  nüvə 

silahlarına sahib olan və kosmik dövlət statusları olan dövlətlər 

həm  ümumi,  həm  də  xüsusi  maraq  nümayiş  etdirirlər.  Ümumi 

və  xüsusi  maraq  məsələsi  həm  də  dövlətin  daxili  imkanlarına 

xidmət etmək baxımından da önəm kəsb edir. Xüsusi maraqlar 

dövlətin ümumi (bütöv) maraqlarının tərkibinə aid olur. Dövlət 

ümumi məsələlər üzrə xarici siyasət reallaşdırır, həm də xüsusi 

marağın  təmin  edilməsini  əsas  götürür.  Hər  iki  maraq  sahəsi, 

                                                 

1

 “Beynəlxalq hüquq” Azərb. dilində, R. F. Məmmədovun redaktorluğu və 



tərcüməçiliyi ilə. Bakı, “Qanun” nəşriyyatı, 2002, 752 s., səh.550. 


 

168


strukturu  və  yarımstrukturu  isə  bir-birilə  birbaşa  və  dolayı 

yollarla  əlaqəlidir.  Ümumiyyətlə,  dövlətlərin  hərəkətləri  ilə 

onların  gücləri  arasında  olan  əlaqələr,  bağlılıq,  uyğunluq 

dövlətlərin maraqlarının kəmiyyətini, bu baxımdan da ərazisini 

müəyyən edir. Bu da dövlətlərin daxili güclərini müəyyən edən 

kriteriyalardan  asılı  olur.  Fikrimizi  konkret  olaraq  ifadə  etsək, 

belə  qənaətə  gələ  bilərik  ki,  dövlətin  gücü  onun  beynəlxalq 

münasibətlərdə çəkisini yaradır ki, bu da “hər bir dövlətin öz 



payı”  prinsipini  müəyyən  edir.  Bunun  da  qəbul  olunması 

(razılaşma)  sayəsində  dövlətlər  arasında  beynəlxalq  tarazlıq 

yaranır. Bu baxımdan regional və qlobal səviyyədə beynəlxalq 

tarazlıq  bərabər  çəkidən  yox  (bu  mümkün  ola  bilməz),  hər  bir 

dövlətin  öz  çəkisinə  görə  qarşılıqlı  münasibətlərindən  və 

münasibətlərinin  nisbi  və  şərti  bərabərliyindən  meydana  gəlir. 

Tarazlığın nisbi bərabərliyi elə gücü müəyyən edir və dövlətlər 

arasında  güc  baxımından  təsnifat  məsələsini  zəruri  edir. 

Beynəlxalq  münasibətlərdə  tarazlıq  bəzi  hallarda  mütləq,  bir 

çox hallarda isə nisbi və şərti əsaslara malik olur. Dövlət xarici 

siyasəti  ilə  beynəlxalq  münasibətlərdə  iştirak  edir  və  iştirakın 

özündən də beynəlxalq münasibətlər meydana gəlir.  



Beynəlxalq münasibətlər bir sfera kimi bir dövlətin başqa 

dövlətlərin daxilindəki siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə 

və digər sahələrdə iştirak etmək istəyindən formalaşır. Bununla 

həm  dövlətlər  arasında  sıx  əlaqələr  yaranır,  xalqlar  arasında 

hərtərəfli  münasibətlər  formalaşır,  həm  də  bir  dövlətin  başqa 

dövlət  üzərində  təsirlərindən  qarşılıqlı  asılılıq,  bağlılıq  və 



bütövlük  meydana  gəlir.  Beynəlxalq  münasibətlərdə  iştirak  və 

fəaliyyət  üçün  qaydalar  yaratmaq  prinsipləri  beynəlxalq 



münasibətlərin 

idarə 

olunmasını-münasibət 

daşıyan 

subyektlərin  idarə  olunmasını  şərtləndirir.  Beynəlxalq 

münasibətlərin  idarəolunması  və  hər  bir  dövlətin  qərarların 

hazırlanması  və  qəbul  edilməsində  iştirak  hüququ  beynəlxalq 

demokratik prinsipləri zəruri edir. (Qeyd: demokratiya əslində 

təbii  hüquqların  ədalətli  təmin  edilməsinə  və  qorunmasına 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə