Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə55/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   51   52   53   54   55   56   57   58   ...   189

 

158


səbəb və istiqamət də əslində bir-birindən doğur və biri digərini 

şərtləndirir.  Bu  iki  istiqamətdən  də  beynəlxalq  münasibətlər 

yaranır.  Dövlətlər  beynəlxalq  münasibətlərin  aktorlarına 

çevrilmək  üçün  əvvəlcə  özlərini  digər  dövlətlər  tərəfindən 

rəsmi  olaraq  tanıtmağa  çalışırlar.  (Qeyd:  müəyyən  sərhədlər 

çərçivəsində 

təşəkkül 

tapmış 

dövlətlər 

beynəlxalq 

münasibətlərdə  iştirak  etmək  üçün  özlərini  digər  dövlətlər 

tərəfindən  müstəqil  subyekt  olaraq  rəsmi  qaydada  tanıtmaqda 

maraqlı  olurlar.  Tanıtmaqla  həm  təsir  tərəfinə,  həm  də  təsir 

olunan  tərəfə  çevrilirlər.  Tanıtmaqla  bu  və  ya  digər  səviyyədə 

həm  idarəedən,  həm  də  idarəolunan  tərəfə  çevrilirlər. 

İdarəedənlər üçün obyekt və subyekt rolunu oynayırlar. Dövlət 

beynəlxalq  münasibətlərə  qoşulanda,  beynəlxalq  qaydalara 

əməl  etməklə  özünü  idarəolunan  tərəfə  çevririr,  beləliklə,  öz 

üzərində  əlavə  qüvvəni  hiss  edir.  Dövlətlər  tanınma  yolu  ilə 

beynəlxalq  münasibətlərdə  iştirak  etmək  hüququ qazanırlar və 

maraq  nümayiş  etdirən  tərəf  kimi  hüquq  əldə  edirlər.  Hər  bir 

dövlət  dinc  şəraitdə  beynəlxalq  aləmdə  öz  marağını  təmin 

etmək  hüququ  əldə  edir.  Tanınma  dövlətin  öz  sərhədlərindən 

kənarda  olan  marağını  təmin  etmək  üçün  olur.  Tanınma 

nəticəsində  dövlət  beynəlxalq  hüququn  subyekti  olaraq  hüquq 

normalarından istifadə etmək haqqı qazanır. Bu da dövlətə bir 

tərəfdən  fayda  gətirir,  digər  tərəfdən  də  məhdudlaşdırıcılıq 

yaradır. Beynəlxalq münasibətlərdə iştirak dövləti ümumdünya 

vahid  idarəetmə  mühitinə  salır).  Beynəlxalq  münasibətlərdə 

iştirak  dövlətin  mənafeyi  və  məqsədinə  bağlı  olur.  Yuxarıda 

qeyd  edilənləri  nəzərə  alaraq  hesab  etmək  olar  ki,  həm 

geosiyasətin  (dövlətin  öz  sərhədlərindən  kənarda  olan 



siyasətinin,  yerləşdiyi  regionda  və  gücünə  müvafiq  olaraq 

regiondan kənarda həyata keçirdiyi siyasətinin), həm də dünya 

düzəninin  yaranmasının  ilkin  başlanğıcı  maraq  uğrunda 

reallşadırılan  xarici  siyasətdən  meydana  gəlir.  Tanınma  özü 

də ilkin mərhələ üçün xarici siyasət fəaliyyətinin tərkibi hesab 

edilməlidir.  Xarici  siyasət  dövlətin  öz  sərhədlərindən  kənarda 



 

159


yerləşən 

dövlətlərlə 

olan 

əlaqələri 



və 

münasibətləri, 

ümumiyyətlə  isə  fəaliyyəti  deməkdir.  Xarici  siyasətin  coğrafi 

məkanlar  üzrə  yayılması  və  resursların  hərəkət  vəziyyətlərini 

əks  etdirən  mənzərə  isə  geosiyasətdir.  Geosiyasət  xarici 

siyasətdən  və  beynəlxalq  münasibətlərdən  ortaya  çıxan  və 

strateji  maraqların  əks  olunduğu  fəaliyyətdir.  Xarici  siyasətin 

əks olunduğu sahələr (burada ərazilər), obyektlər və vasitələr 

-  coğrafi  məkanlar,  məkanın  digər  məkan  üçün  strateji 

mövqeyi,  məkanlarda  yaşayan  xalqlar,  onların  milli-etnik  və 

mədəni  xüsusiyyətləri,  regionun  (ölkənin)  iqtisadi  inkişaf 

amilləri,  elmi  potensial,  cəmiyyət  və  onun  xüsusiyyətləri, 

siyasi, 

iqtisadi, 

mədəni 

və 


sosial 

institutlaşmanın 

xüsusiyyətləri,  cəmiyyətin  sosial-sivil  vəziyyəti,  tranzit  yollar 

və s. elementlər cəmi geosiyasətin obyektinə aid edilməlidir.  



Geosiyasətin klassikləri hesab edilən alman Fridrix Ratçell 

(1844-1904) və “geosiyasət” termininin müəllifi, isveçli Rudolf 

Çellen  hesab  edirdilər  ki,  dövlət  müəyyən  məkanda  təcəssüm 

edən coğrafi orqanizmdir. Rudolf Çellen “geosiyasət” elminin 

predmetini də bu cürə izahla bağlayır. Rudolf Çellenə görə, bir 

sistem  kimi  dövlət  bu  kimi  həyatı  vacib  sferalardan  təşkil 

olunubdur:  dövlət  coğrafi  məkan  kimidir;  dövlət  xalq  kimidir; 

dövlət  təsərrüfat  kimidir;  dövlət,  necə  bir  idarəetmədir. 

Çellenin  fikrincə,  dövlət,  fiziki-coğrafi  əlamətlərdən  başqa,  öz 

yolunu  digər  dörd  formada  reallaşdırır:  təsərrüfat  yolu  ilə 

(özünün  məxsusi  fəaliyyəti  ilə)-ekopolitika;  özünün  etnik  və 

milli  xüsusiyyətləri  olan  xalq  kimi-demopolitika;  müxtəlif 

siniflər  və  peşələrə  üzrə  sosial  birlik  kimi-sosiopolitika;  öz 

konstitusiyası  və  administrativ  quruluşu  ilə-kratopolitika

Fridrix  Ratçelə  görə,  dövlətin  məkanı  onun  mədəniyyəti  ilə 

birlikdə  böyüyür;  dövlətin  böyüməsi  kiçik  dövlətlərin 

birləşdirilməsi  yolu  ilə  həyata  keçirilir;  sərhəd-dövlətin 

periferik  orqanıdır,  dövlətin  böyümə  əlamətləri  ilə  meydana 

gəlir,  onun  orqanizmində  dəyişiklik,  güclülük  və  ya  zəiflik  baş 

verdikdə  əlamətlər  üzə  çıxır;  dövlət  fiziki  əhatənin  daha 


 

160


əhəmiyyətli  elementlərini-sahil  xətlərini,  çay  yataqlarını, 

zəngin  resursları  olan  rayonları  özündə  cəmləşdirməyə  səy 

göstərir;  inkişaf  etməmiş  dövlət  üçün  ərazinin  böyüməsinə  ilk 

təkan  daha  çox  inkişaf  etmiş  sivilizasiyadan  gəlir;  birləşmək 

üçün  (qovuşmaq  üçün)  tendensiya-daima  güc  toplayaraq, 

birindən digərinə keçən dövlətlərin xarakterik xüsusiyyətidir.

1

 

 



Həmin regonal (beynəlxalq) obyektlər üzrə həyata keçirilən 

siyasət geosiyasətdir. (Qeyd: geosiyasət əslində yeni yox,-bu 



elm  politologiyadan  və  sosiologiyadan  XIX  əsrin  sonu-XX 

ə

srin  əvvəllərində  ayrılıb-  qədim  tarixi  bir  anlayış  kimi 

qəbul  edilməlidir.  Belə  ki,  bu  anlayış  özündə  dövlətin 

coğrafi  məkanlar  üzrə  müəyyən  tarixdə  həyata  keçirdiyi 

siyasəti-müharibələrin  (geostrategiya),  işğalların  həyata 

keçirilməsini,  ittifaqların  yaradılmasını  və  s.  əks  etdirir. 

Anlayışa  dövlət  və  onun  siyasəti,  coğrafiya  və  tarix  kimi 

elmi predmetlər aid edilir. Müharibə və sülh siyasətində də 

elə məhz bu amillərdən daima istifadə edilib. Dövlət tarixən 

elə  coğrafi  məkanlar  və  onların  üzərindəki  resurslar  üzrə 

müharibə  aparıbdır.  Burada  resurslara  material  və  maddi 

resursları  aid  etmək  lazımdır.  Məkanlar  üzərində  olan 

xalqlar-tayfalar, 

onların 

dini 

baxışları, 

xalqların 

mədəniyyətləri  və  sivilizasiyaları,  cəmiyyətləri,  adət-

ə

nənələri,  yaşayış  tərzləri,  xalqların  etnik  mənsubiyyətləri, 

ə

razinin  landşaftı,  strateji  əhəmiyyəti  və  bu  kimi  digər 

kriteriyalar  elə  əslində  müharibə  strategiyasının  və 

taktikasının  obyekt  və  predmeti  olmuşdur.  Müharibə 

strategiyası  bu  kimi  elementlərin  öyrənilməsi  ilə  qəbul 

edilmişdir. Müharibələr məhz xəritələrlə, coğrafi cəhətlərlə 

həyata  keçirilmişdir.  Geosiyasətdə  işlədilən  strategiya  sözü 

yunan  sözü  olub-qurulan  hərbi  planlar  kimi  müharibələr 

tarixində  istifadə  olunub.  Əvvəlcə  qeyd  olunduğu  kimi, 

                                                 

1

 Н.А.Нартов. Геополитика: Учебник для вузов/Под. ред. проф. 



В.И.Староверова.-2-е изд., перераб. И.доп.-М.:ЮНИТИ-ДАНА, 

Единство, 2002.-439с., səh. 53-55.  




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə