Microsoft Word gelecek dunya duzeni I kitab doc


müharibələr  meydana  gəlir.  Digər  tərəfdən  də  qeyd  etmək



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə54/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   50   51   52   53   54   55   56   57   ...   189

 

155


müharibələr  meydana  gəlir.  Digər  tərəfdən  də  qeyd  etmək 

olar ki, dövlətlər yalnız beynəlxalq hüququn əsas norma və 

prinsiplərinin  imkan  verdiyi  məsələlər  üzrə  (yəni  ədalətli 

şə

kildə-  nəticə  etibarilə  sülhün  mövcudluğunu  təmin  edən 

istiqamətlər üzrə) beynəlxalq münasibətlərə qoşula bilərlər. 

Məsələn,  dövlətlər  beynəlxalq  səviyyədə  terrorla  və  digər 

transmilli-kütləvi  və  mütəşəkkil  cinayətkarlıqla  birgə 

mübarizənın 

həyata 

keçirilməsində, 

kütləvi 

qırğın 

silahlarının  istehsalının  məhdudlaşdırılması  və  qadağan 

edilməsi, tətbiq edilməsinin qadağan edilməsi və s. bu kimi 

bəşəri əhəmiyyət kəsb edən qlobal məsələlərdə əməkdaşlığa 

dair  sənədlər  imzalaya  və  icrasını  həyata  keçirə  bilərlər. 

Dövlətlər  beynəlxalq  hüququn  hamılıqla  qəbul  olunmuş 

ə

sas  prinsipləri  ilə  qadağan  edilən  və  bu  qadağaları 

öhdəliklə  öz  üzərlərinə  götürdükləri  sahələr  üzrə  də 

beynəlxalq  münasibətlərə  girə  bilməzlər,  sənədləri  qəbul 

edə  bilməzlər  və  icrasını  həyata  keçirə  bilməzlər.  Məsələn, 

nüvə silahlarının və hissələrinin istehsalı və ticarəti ilə bağlı 

qarşılıqlı  yardım  və  əməkdaşlıq  haqqında  sənəd  imzalaya 

bilməzlər;  əgər,  bu  dövlətlər  beynəlxalq  şərtləri  qəbul 

ediblərsə,-yəni  əvvəlcə  qəbul  edilən  beynəlxalq  sənədə 

qoşulublarsa.  Başqa  tərəfdən  də,  dövlətlər  öz  daxillərində 

vətəndaşlarının  mənafelərinin  ziddinə  olaraq,  onların 

hüquqlarını  pozan  sənədlər  imzalaya  və  icrasını  yerinə 

yetirə  bilməzlər.  İki  və  ya  da  çoxlu  sayda  dövlət  insanlığa, 

bəşəriyyətə  qarşı  təhlükə  ola  bilən  istənilən  sənədi 

hazırlaya,  qəbul  edə  və  icarsını  təmin  edə  bilməz.  Belə 

halda  dövlətlərin,  eləcə  də  vəzifəli-səlahiyyətli  və  aidiyytaı 

şə

xslərin  beynəlxalq  səviyyədə,  beynəlxalq  ictimaiyyət 

qarşısında  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  ortaya  çıxa 

bilər.  Sadalanan  müvafiq  hallar  beynəlxalq  hüquqa  ziddir 

və  dövlətlərin  məsuliyyətini  əmələ  gətirir.  Bunun  əksinə 

olaraq  isə,  dövlətlər  öz  aralarında  üçüncü  tərəfin 

işğalından,  təcavüzündən  birgə  qorunmaq  və  gücləri 


 

156


birləşdirmək 

məqsədilə 

sənədlər 

imzalaya 

bilərlər. 

Beynəlxalq  təşkilatları-birlikləri,  qrupları,  komissiyaları 

yarada  bilərlər.  Beynəlxalq  konfransları-forumları  təşkil 

edə  bilərlər. 

Məsələn,  iki  dövlət  arasında  hərbi-

təhlükəsizlik  sahəsində  birgə  müdafiə  olunmaq  üçün 

strateji sənəd imzalana bilər. Eləcə də beynəlxalq səviyyədə 

humanitar  forumlar  təşkil  edilə  bilər.  Ümumiyyətlə, 

beynəlxalq 

münasibətlərdə 

tərəfləri 

qane 

edən 

və 

ümumilikdə  heç  bir  tərəfin  (dövlət  və  ya  da  ittifaq) 

mənafeyinə  zidd  olmayan  hərəkətlərin,  sənədlərin  sayı  nə 

qədər  çox  olarsa,  münasibətlər  sferası  bir  o  qədər  zəngin 

olar və inkişaf üçün müvafiq elementlərin sayı da çox olar. 

Müasir  beynəlxalq  münasibətlər  baza  ədalət  normaları 

üzərində  qurulan  və  daima  genişlənən  bir  sferadır. 

Beynəlxalq  hüquq  fəaliyyəti  bir  tərəfdən  mövcud  olan 

sənədlərin  icra  edilməsi  ilə  zəngindir.  Digər  tərəfdən  də 

daima  yeni  sənədlərin  qəbulu hesabına genişlənir. Mövcud 

olan və  icrasına əməl  olunan sənədlər  beynəlxalq hüququn 

genişlənməsi üçün model, formula rolunu oynayır. Bundan 

da  digər  sənədlər  ortaya  çıxır.  Beynəlxalq  hüququn 

genişlənməsi prosesləri hal-hazırda daxili məzmun etibarilə 

davam  etməkdədir.  Əvvəlcə  qəbul  edilmiş  və  əməl  olunma 

vərdişlərini  yaradan  sənədlər  yeni  qəbul  edilən  sənədlər 

üçün  nümunələr,  baza  prototiplər  rolunu  oynayır. 

Beynəlxalq hüquq baza prinsiplərə müvafiq olaraq şəbəkəli 

ə

saslarla böyümək xassələrinə malik olur.  

Dövlət ümumi iştirakını həm də ayrı-ayrı sahələrdə həyata 

keçirdiyi  siyasətlə  əlaqələndirir.  Bu  da  dövlətin  konkret 

maraqlarını  formalaşdırır.  Məsələn,  dövlətin  konvensiyalara 

qoşulması 

(bununla 

dövlət 

beynəlxalq 

münasibətlərdə 

çoxtərəfli-çoxlu  sayda  dövlətlərlə  birlikdə  iştirak  edir)  və 

ikitərəfli qaydada hər hansısa bir sahədə sənədlər qəbul etməsi 

ümumi  və  konkret  maraqların  təmin  edilməsi  istəyindən  irəli 

gəlir.  



 

157


Geosiyasət  düşüncələrdə,  təsəvvürlərdə  eninə  (ətarflara 

yayılma),  dünya  düzəni  (burada  həm  də  beynəlxalq 

münasibətlər  düzəni)  isə  vahid  bir  forma  daxilində  aşağıdan 

yuxarıya,  eləcə  də  əks  istiqamətə  doğru  hərəkətlərdə  başa 

düşülə  bilən  bir  anlayışdır.  Geosiyasət  iki  və  ya  çoxlu  sayda 

dövlət  arasında  daxili  məzmun  etibarilə,  həmçinin  forma 

baxımından  idarəçiliyi  meydana  gətirir.  İdarəçilik  də 

geosiyasəti  yaradır.  İdarəçilik  sahəsində  dövlətin  canlı  qurum 

kimi  bütün  orqanları  hərəkətdə  olur.  (Burada  idarəçilik 

dedikdə, tərəflər arasında qarşılıqlı təsir və təzyiqlərdən ortaya 

çıxan üst və alt vəziyyətlər, həmçinin bir çox məsələlərdə böyük 

dövlətlərdən  asılı  qalmaq  halları  kimi  də  başa  düşülməlidir. 

Digər 

tərəfdən 

də 

dövlətlər 

beynəlxalq 

əlaqələri 

formalaşdırmaq  və  razılıqları  həyata  keçirmək  üçün  qaydalar 

yaradırlar  və  qaydalara  əməl  etməklə  özləri-özlərini  idarə 

edirlər). İdarəçilik sistemli qaydada tənzimləyici proses olaraq 

özü  ilə  geosiyasi  maraqları  formalaşdıran  elementləri  daşıyır. 

Məsələn,  xarici  sərmayələr  təsir  vasitələri  baxımından  tərəflər 

arasında  elə bir  dövlətin  digər dövlət  üzərində  müəyyən qədər 

idarəçiliyini  yaradır.  Bununla  yanaşı,  nəzrə  almaq  lazımdır  ki, 

iqtisadi,  siyasi  maraqları  qorumaq  üçün  bir  dövlətin  digər 

dövlətdəki  hərbi  bazaları  da  idarəçilik  və  geosiyasət 

elementləridir.  Burada  həm  geosiyasət,  həm  də  idarəetmə 

daxili  bütövlük,  vahidlik  yaradaraq  dünya  düzənini  meydana 

gətirir.  Dünya  düzəni  dünyanın  ayrı-ayrı  regionları  üzrə 

(burada  məkan,  geosiyasət)  vahid  kompleksi  təşkil  edən  bir 

bütövə  və  onun  tərkibi  olan  yarımbütövə  çevrilir.  Bütöv  və 

yarımbütövlər də sistemlər olaraq idarəçiliklə formalaşır.  

Dünya  düzəni  və  geosiyasət  formalaşır:  maraq  təminatı 

üçün xarici siyasət fəaliyyətindən-beynəlxalq münasibətlərdən- 

coğrafi  regionlar  üzrə  beynəlxalq  münasibətlər  yaratmaq  üçün 

müəyyən  hərəkətlərdən.  Xarici  siyasət  həm  dövləti  digər 

dövlətdən  qorumaq  üçün  həyata  keçirilir,  həm  də  dövlətin 

daxili  ehtiyaclarını  ödəmək  məqsədilə  reallaşdırılır.  Bu  iki 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə