Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə51/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   47   48   49   50   51   52   53   54   ...   189

 

146


köməkçi  mərkəzlər  meydana  gəlir.  Baza  mərkəzlər  öz 

piramida  xəttində  siyasət  müəyyənedici  funksiya  yerinə 

yetirirlər,  köməkçi  mərkəzlər  isə  həmin  siyasətin  icrası  ilə 

məşğul olurlar. Proseslər də buna uyğun olaraq həyata keçirilir. 

Baza  və  köməkçi  proseslər  mövcud  olur.  Baza  proseslər 

şaxələndikcə  öz  böyük  tərkibini  azaldır,  kəmiyyətini  isə  ayrı-

ayrı  trayektoriyalar  hesabına  çoxaldır.  Parçalanmalardan 

formalaşan  cəm  isə  böyüyür.  Bu,  əsasən  strukturlar  arasında 

funksiya bölgüsü mənasını verir.  

Piramidal struktur siyasətin müəyyən edilməsi və icrası ilə 

xarakterizə  edilən  hərəkətlər  cəmindən  ibarətdir.  Burada 

hərəkətlər  şərtləndirici əhəmiyyət  kəsb  edir.  Bir  hərəkət digəri 

üçün həm şərtləndirici rolu oynayır, həm də başlanğıca çevrilir. 

Bir  addım  atıldıqda  digəri  də  atılmalı  olur  və  yeni  məzmun 

ortaya  çıxır.  Buradan  da  nizam  qaydalarının  tətbiqi  prosesləri 

təbii olaraq formalaşır. Buradan da belə bir prinsip üzə çıxır ki, 



siyasətin  sistem  mahiyyət  kəsb  edən  bütün  tərəfləri 

nizamlama  ilə  həyata  keçirilir.  Nizamsız  siyasət  xaotik 

vəziyyətdir  ki,  bu  da  destruksiya  nəticələrini  verir.  Dinamik 

inkişaf,  sülh,  sabitlik  əsas  etibarilə  nizamlama  ilə  bağlıdır  ki, 

nizamlama 

proseslərində 

də 


elementlər 

müəyyən 


qanunuyğunluqlarla hərəkət vəziyyətinə gətirilirlər. Nəticəsi isə 

səmərəli və faydaverci olur.

1

 

 



Mərkəzlərarası  əlaqələr  və  bağlılıq  dövlət  siyasətinin 

şəbəkəli sahələrini meydana gətirir. Mərkəzlərarası əlaqələr və 

bağlılıq  dövlət  siyasətinin  vahidliyini  və  bütöv  məzmununu 

formalaşdırır.  Dövlət  məhz  öz  əraziləri  çərçivəsində  və 

ərazilərindən  kənardan  struktur  əhəmiyyət  kəsb  edən  siyasətlə 

özünü  bütöv  halda  təsdiq  etmiş  olur.  Dövlət  siyasətinin  (həm 



daxildə,  həm  də  xaricdə)  başdan  yanlara  doğru  paylanması 

                                                 

1

 Siyasət mərkəzlərinin formalaşması və piramidal strukturların 



yaradılmasının nəzəri əsaslarına dair həmçinin baxmaq olar.- Nəsibov E.M. 

“Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-

2010. 116 s. 



 

147


nəticəsində  dövlətin  həm  ümumi,  həm  də  xüsusi  tənzimləmə 

funksiyası  formalaşır.  Burada  həm  universallıq,  həm  də 

partikulyarlıq  meydana  gəlir.  Dövlətin  ümumi  tənzimləmə 

funksiyasına  normaların  yaradılması  və  icrası  ilə  meydana 

gələn tələb və icradan, ümumi və xüsusi nəzarətdən, ümumi və 

xüsusi  müşahidədən  və  s.  kimi  ibarət  olan  aktları  aid  etmək 

olar.  Dövlətin  konstitusiyası  əsas  universal  tənzimləmə 

vasitəsidir.  Qanunlar  da  (məsələn,  seçki  məcəlləsi,  cinayət 



məcəlləsi,  torpaq  məcəlləsi  və  s.)  aidiyyatı  sahələr  üzrə 

universal  əhəmiyyət  kəsb edir.  Lakin burada həm də xüsusilik 

var.  Bu  qanunlar  xüsusi  hallara  tətbiq  edilir  və  özündə 

konkretliliyi  əks  etdirir.  Dövlət  hakimiyyəti  ümumi  və  xüsusi 

hallarda  həm  konkret  müşahidə  (konkret  hallar  üzrə),  həm  də 

ümumi  müşahidə  həyata  keçirir,  qanunvericilik  aktlarının 

icrasının 

vəziyyətini 

yoxlayır. 

Bu, 


dövlətin 

nəzarət 

funksiyasıdır. Dövlət bu tənzimləmə funksiyasını özünün ayrı-

ayrı  sahələr  və  mərkəzlər  üzrə  təşkil  etdiyi  idarəetmə 



aparatları  vasitəsilə  yerinə  yetirir.  Hesab  etmək  olar  ki, 

dövlətin  ayrı-ayrı  idarəetmə  aparatları  şəbəkəsi  ümumi 

aspektdə  universaldır,  ayrı-ayrı  tənzimləmə  məsələlərində  isə 

xüsusidir,  konkretdir,  fərdidir.  Bu  da  onların  üzərlərinə  düşən 

funksiyalarla  bağlıdır.  Dövlətin  idarəetmə  aparatlarının  ayrı-

ayrı 


istiqamətlər 

üzrə 


təşkil 

edilməsi 

hakmiyyətin 

bölüşdürülməsi prinsipindən ortaya çıxır.  



Tədqiqatçı 

Şahin 

Əliyev 

yazır: 

“Hakimiyyətin 

bölüşdürülməsi  konsepsiyası  dövlət  hakimiyyəti  quruluşunun 

əsası  kimi  çox  mühüm  yer  tutur  və  dünya  ölkələrinin 

əksəriyyətində  dövlət  hakimiyyətinin  təşkilinin  prinsiplərini 

müəyyən  edir.  Hələ  keçmiş  dövrlərin  mütəfəkkirləri  (Aristotel, 

Paduyalı  Mərsili,  C.  Lokk  və  b.)  deyirdilər  ki,  dövlətin 

fəaliyyəti  yekcins  deyildir  və  bir  neçə  fəaliyyət  növünü-

qanunvericilik 

fəaliyyətini, 

qanunların 

icrasını, 

ədalət 

mühakiməsini  özündə  birləşdirir.  Dövlətin  müxtəlif  orqanları 

onun  fəaliyyətinin  bu  və  ya  digər  növünün  yerinə  yetirilməsi 

üzrə ixtisaslaşır.  Bu  ideyalara əsaslanaraq XVIII  əsrin fransız 

filosofu 

və 

tarixçisi 

Ş.Monteskye 

“hakimiyyətin 


 

148


bölüşdürülməsi”  nəzəriyyəsini  yaratmış  və  bu  da  klassik 

nəzəriyyə  kimi  qəbul  edilmişdir.  Onun  fikrincə,  düzgün 

qurulmuş  dövlətdə  vahid  hakimiyyət  ola  bilməz,  əksinə  bir-

birindən  asılı  olmayan  üç  hakimiyyət-qanunverici  hakimiyyət, 

icra  hakimiyyəti  və  məhkəmə  hakimiyyəti  olmalıdır.  Bu 

hakimiyyət növlərinin bir orqanın və ya şəxsin əlində hər hansı 

bir  şəkildə  birləşdirilməsi  mütləq  mənafeyin  unudulmasına, 

sui-istifadə  təzahürlərinə  aparıb  çıxarır  və  şəxsiyyətin  siyasi 

azadlığı  ilə  bir  araya  sığmır.  Qanunverici  və  icra 

hakimiyyətinin bir əldə birləşməsi qanunun aliliyini pozur.”

1

 

 

Dövlətin  siyasət  mərkəzlərinin  mahiyyəti əsasən  idarəetmə 

zamanı  üzə  çıxır  ki,  bu  idarəetmə  də  elə  məhz  sistemli 

tənzimləmədir və mərkəzin sistemli fəaliyyətidir. Qeyd edildiyi 

kimi,  dövlət  məkanlar  və  obyektlər  üzrə  öz  siyasətini  siyasəti 

yaradan  və  siyasəti  icra  edən  mərkəzlərin  köməyi  ilə  həyata 

keçirir. Bu mərkəzlər (mərkəzi və yerli icra hakimiyyəti və yerli 

idarəetmə  orqanları,  məhkəmə  orqanları  və  qanunverici 

orqanlar)  başlıca  olaraq  öz  aralarında  əlaqələr  yaratmaqla  və 

yeni  əlaqələr  məzmununu  ortaya  çıxarmaqla  dövləti  təmsil 

edərək,  dövlətin  yerli  və  ixtisaslaşmış  siyasətini  təmin  edirlər. 

Siyasətin  müəyyən  edilməsi  (normativ  aktlardan  ibarət  olan 



sənədlərin  hazırlanması,  qəbulu  və  təsdiqi)  və  icrası  elə 

dövlətin əsas iki baza funksiyasıdır. Bu funksiyaların özləri də 

şəbəkə  xarakterinə  malik  olur  və  iki  baza  funksiyası  arasında 

həm də keçiciliyi yaradır və asılılıq formalaşır. Məsələn, dövlət 

bir  tərəfdən  ayrı-ayrı  sahələr  üzrə  (məsələn,  idxal-ixrac 

ə

məliyyatlarından  tutulan  dövlət  rüsumları-gömrük  vergisi- 

ilə  əlaqədar  olaraq  qəbul  edilən  qanunlar;  xidməti  və 

diplomatik pasportlar haqqında qanunvericilik aktları), digər 

tərəfdən  də  ümumi  məsələlər  üzrə  (məsələn,  əhalidən  yığılan 



ümumi  gəlir  vergisi  haqqında  qanunlar;  ümumvətandaş 

pasportlarının verilməsi haqqında qanunvericilik aktları, hər 

kəsə  müəyyən  yaş  dövründən  etibarən  şəxsiyyət  vəsiqəsinin 

                                                 

1

 Əliyev Ş. Prezidentlik institutu. Dərs vəsaiti. Bakı.-Bakı Universiteti 



nəşriyyatı, 1994., səh. 3. 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə