Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

 

134


Münasibətlərin  əhatəli  tənzimlənməsi  və  proseslərin  müəyyən 

anlarda 


və 

şəraitlərdə 

radikal 

və 


liberal 

əsaslarla 

istiqamətləndirilməsi  vəhdəti  mövcud  siyasi  nizamın  bazasını 

təşkil edir. Tənzimləmə proseslərində qarşılıqlı güzəştlər ortaya 

çıxdıqda  və  əsaslı  mübarizə  şəraitində  proseslər  həyata 

keçirildikdə yüksək nizamlama meydana gələ bilər.  

Hal-hazırda  liberalizm  və  yeni  liberalizm  baxışları, 

idealizm  və  realizm  cərəyanları  da  insanların  maraqlarının 

humanist  və  realist  tərəflərini  qeyd  edirlər.  Bu  maraqların 

tənzimlənməsi  prosesləri  yenə  də  davam  etməkdədir. 

Maraqlardan  irəli  gələrək  münasibətlər  tənzimlənməyə  məruz 

qalır.  Münasibətlər  tənzimləndikcə  də  subyektlər  və  onların 

fəaliyyəti  sistemə  cəlb  edilir.  Nəzərə  almaq  lazımdır  ki, 

sistemlilik hətta ailə-məişət münasibətlərində və digər gündəlik 

münasibətlərdə  də  mövcud  olur.  Münasibətlərin  ritmik  və 

dövrü xassəsi elə münasibətlərin sistemliliyini meydana gətirir. 

Münasibətlərin  qaydaları  elə  mexanizmləri  formalaşdırır. 

Təkrarlanan  qaydalar,  əməl  yolları,  gündəlik  vərdişlər  elə 

mexanizmləri  yaradır.  Bütün  münasibətlər  sferalarında  məhz 

tənzimləyici tərəflər mövcud olur.

1

 

 



 

Münasibətlərin 

tənzimlənməsi 

zərurətlərini 

nəzəri 

baxımdan aşağıdakı əsaslarla ümumiləşdirmək olar: 

 

-maraqların  çoxluğundan  irəli  gələrək  münasibətlərin 



sahələrinin çoxluğu amili;  

-münasibət  daşıyıcı  elementlərin,  subyektlərin  çoxluğu  və 

daima artan prosesinin olması; 

-münasibət  sahələrinin  çoxluğu  və  çoxluq  arasında 

əlaqələrin yaradılması; 

                                                 

1

 Münasibətlərin sistemli əsaslarla tənzimlənməsinə dair bir qədər əhatəli 



oxumaq üçün, bax- E.M.Nəsibov. Münasibətlərin balanslaşdırılması 

(dövlətdaxili siyasətdə və beynəlxalq aləmdə). Dinamik inkişaf; sabitlik; 

sülh (dünya sülhü). I CİLD. Bakı: “Elm və Təhsil”, 2012, 550 səh.) 



 

135


-münasibət  sahələrində  “pay  bölgüsü”  prinsiplərinə 

müvafiq olaraq hər bir münasibət daşıyıcısının marağının təmin 

edilməsi zərurəti; 

-münasibət  daşıyıcıları  arasında  nisbi  tarazlıq  vəziyyətinin 

yaradılması zərurəti; 

-münasibət 

daşıyıcıları 

arasında 

maraqların 

kəskin 


toqquşmlarına yol verməmək baxımından; 

-münasibətlərin  tənzimlənməsi  yolu  ilə  resurslardan 

səmərəli istifadə edilməsi zərurəti; 

-münasibət 

sahələri 

arasında 

əlaqəli 

vəziyyətlərin 

yaradılması  və  razı  qalmaq  prinsipinin  tətbiqi  yolu  ilə 

hərəkətlərin  (davranışın)  yumşaldılması  və  sabitlik  və  sülhün 

əldə edilməsi zərurəti; 

-münasibətlərin  tənzimlənməsi  yolu  ilə  münasibət  daşıyıcı 

elementlərin  yüksək  səviyyədə  xidmətinin  təşkil  edilməsi 

zərurəti; 

-münasibətlərin tənzimlənməsi yolu ilə əlaqələrin iyerarxik 

qaydada asılılığının müəyyən edilməsi zərurəti

-münasibətlərin 

tənzimlənməsi 

yolu 

ilə 


hərəkətlər 

trayektoriyasında  (münasibətlər  trayektoriyasında)  asılılığın, 

bağlılığın yaradılması zərurəti; 

-münasibətlərin  tənzimlənməsi  yolu  ilə  dövlət  adlanan 

coğrafi-siyasi 

məkanda 


və 

həmin 


məkandan 

kənarda 


bütövlüyün  (vahid  münasibətlər  sahələrinin)  yaradılması 

zərurəti; 

-münasibət 

sahələri 

arasında 

elementlərin 

rəvan 

keçiciliyinin təmin edilməsi zərurəti və s. Ümumiyyətlə, saysız 



qaydada əsas göstərmək olar.  

Nizamlı  münasibətlər  məhz  inkişafın  əsaslarını  yaradır  və 

inkişafa  təkan  verir  və  istiqamətləndirir.  Burada  vahidlik 

prinsipi  ümumi  enerjinin  formalaşmasını  ortaya  çıxarır. 

Nizamlı 

münasibətlər 

cəmi 

və 


münasibətlərin 

mühit 


çərçivəsində  yuxarıya  və  ətraflara  doğru  genişlənməsi  məhz 

cəmiyyətin  inkişafını  zəruri  edir  və  şərtləndirir.  İnkişaf  yalnız 




 

136


münasibətlər bağlılığından yarana bilir ki, bu bağlılıq sayəsində 

də  enerji  yaranır.  Enerji  sahələri  kompleksi  təbii  şəkildə 

vasitələrə (obyektlərə) təsir imkanlarını genişləndirir. Nəticədə 

inkişaf üzə çıxır.

1

 

Elə  proseslərin  özlərinin  və  prosesi  yaradan  subyektlərin 



cəmləşməsi,  toplaşması  və  cəmləşən  elementlər  arasında 

müvafiq  qaydaların  yaradılması  məhz  nizamlama  demək  olur 

ki,  bu  da  demokratik  cəmiyyətlərə  xas  olan  əsas  xüsusiyyətə 

çevrilir.  



 

 

Siyasət qurumlarının təsnifatının əsasları və nizamlama 

zərurəti 

 

Təsnifat tərkib etibarilə forma və məzmun (zahiri və daxili 



mahiyyəti)  baxımından  seçimi  özündə  əks  etdirən  prosesdir. 

Təsnifat  (seçim)  həyatın  bütün  sahələrində  baş  verir  və  hətta 

proseslərin  özləri  də  kəmiyyət  etibarilə  və  sahələr  üzrə  fərq 

baxımından təsnif olunurlar. Proseslərin dərəcələnmələri, eləcə 

də  sahələr  üzrə  ayrılmalarının  özləri  də  təsnif  olunma 

deməkdir.  Təsnifat  ona  görə  həyata  keçirilir  ki,  ayrı-ayrı 

sahələr  üzrə  vəzifə  və  səlahiyyətlərə  malik  olan  subyektlər, 

mənbə  və  obyektlər  müəyyən  edilə  bilsin.  Təsnifat  həm  də 

müəyyən trayektoriyalar  üzrə pay bölgüsü prinsiplərinə əsasən 

maraqların  paylaşdırılmasını  təmin  etmək  məqsədilə  həyata 

keçirlir.  Təsnifatda  elementlər  və  proseslər  qruplaşdırılır. 

Təsnifat  nəticəsində  strukturlaşma  prosesləri  həyata  keçirlir. 

Sahələr  ixtisaslaşdırılır.  Proseslər  sayəsində  elementlərin 

təsnifatı  prosesləri  reallaşdırılır.  Bundan  da  proseslərin  özləri 

seçimə  məruz  qalır.  Seçim  nəticəsində  sahələr  meydana  gəlir. 

                                                 

1

 Dövlətin və cəmiyyətin siyasi inkişafı ilə bağlı olaraq əlavə fikirlər üçün, 



bax,- Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, 

ideyalar, təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II 

CİLD, Bakı, “Elm və təhsil”, 2010, 600 s. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə