Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə44/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   40   41   42   43   44   45   46   47   ...   189

 

125


xüsusi  və  hətta  tək  xarakter  daşıyır.  Məsələn,  siyasi  idarəetmə 

aşağılarda inzibati idarəçiliyə keçir və dairəsini, obyektlərin sayını 

azaldır.  Məsələn,  bələdiyyələrin  fəaliyyətini  və  səlahiyyət 

dairələrini  buna  əyani  nümunə  göstərmək  olar.  Bu  baxımdan  da 

piramidal  struktur  ona  görə  təşkil  edilir  ki,  siyasət  qloballıqdan 

lokallığa (böyüklükdən kiçikliyə) və yaxud da əksinə istiqamətdə 

şaxələnə  və  ya  da  darala  bilsin.  Bu  proseslərə  əslində, 

trayektoriyalarda  nizamlama  demək  olur  ki,  bu  da  əlavə 

elementlərin  meydana  gəlməsini  ortaya  çıxarır.  Şaxələndikcə,- 

fəaliyyətin  miqyası  və  kəmiyyəti  baxımından,-  qloballıq  azalır, 

bölgü  prinsipi  ümumi  məsuliyyəti  paylaşdırır,  daraldıqca  isə 

fəaliyyətin miqyası  böyüyür.  Bu fikri  bir  qədər aydın şəkildə izah 

etsək,  hesab  edərik  ki,  yuxarı  vəzifəli  şəxsin  məsuliyyəti  böyük 

olur,  yuxarıdan  işlər  aşağıya  doğru  paylanır.  Paylanma  prosesi 

zamanı  bir  nəfərin  gördüyü  işin  kəmiyyəti  azalır.  Ona  görə  ki, 

məsuliyyət  və  öhdəlik,  ümumilikdə  isə  funksiya  paylanır.  Bir 

məsələni isə qeyd etmək olar ki, siyasətin qlobal əhəmiyyəti əslində 

siyasətin  lokal  məzmununa  (obyekt  və  məkan  kimi  götürsək-fərdi, 

yerli) xidmət edir və piramidal struktur da fərdi maraqların yüksək 

səviyyədə təmin edilməsi üçün təşkil edilir. Bu da alternativ fikiri, 

yəni “dövlət və onun siyasəti hamı üçündür, hamının mənafeyi 

bir  nəfərin,  bir  nəfərin  mənafeyi  isə  hamı  üçündür”-  əlaqəli 

düşüncə  prinsipini  üzə  çıxarır.  İnsanlar  ona  görə  dövlətlərini  və 

cəmiyyətlərini  əlaqəli  şəkildə  təşkil  edirlər  ki,  özlərinin  əlaqəli 

fəaliyyətlərini  və  əlaqəli  maraqlarını  təmin  etsinlər.  Enerji 

mübadilələri və enerji birləşmələri ortaya çıxsın. Əlaqələr ona görə 

təşkil  edilir  ki,  insanlar  sosial  varlıqlar  olduğundan  müxtəlif 

sahələrdə ünsiyyət və əlaqə yaradan olurlar. Dövlət və ümumilikdə 

cəmiyyətin 

əlaqəli 

quruluşunda 

aşağıda 

ailə 



məişət 

münasibətləri  sahələri,  ondan  yuxarıda  ictimai  maraqla  bağlı 

olan  münasibətlər  sahələri,  ondan  da  yuxarıda  siyasi  maraq 

(dövlətin  özünün  mövcudluğuna  dair  maraqları)  münasibətləri 

sahələri dayanır.  Bu quruluşların  qarşılıqlı vəhdəti  mövcuddur ki, 

bunun  da  mahiyyətində  insanlara  yüksək  səviyyəli  xidmət  amili 




 

126


dayanır.  İnsanlar  dövlətlərini  ona  görə  təşkil  edirlər  ki,  dövlətin 

bütün  quruluşları  onların  rəngarəng  həyatlarının  formalaşmasını 

təmin edə bilsin. Onu da nəzərə almaq lazımdır ki, baş (yuxarı) və 

orta  maraq  sahələrinin  əsas  mənbəyi  aşağı  sahələrdir.  Həmçinin 

aşağılar  da  yuxarılar  olmadan  öz  işlərini  həyata  keçirə  bilməzlər. 

Bütün  münasibətlərdə  qarşılıqlı  öhdəlik  və  vəzifə  funksiyası 

məsələləri  ortaya  çıxır.  “Dövlətin  və  hakimiyyətin  mənbəyi 

xalqdır”  prinsipi  də  buradan  formalaşır.  “Dövlət  və  cəmiyyət 

insanlar üçündür” prinsipi dövlət siyasətinin baza mahiyyətini və 

əsas  məğzini  təşkil  edir.  Buraya  hakimiyyətin  birbaşa  icra 



fəaliyyəti  və  hakimiyyətin  şərait  yaratdığı  və  müşahidələr  və 

nəzarətedici  normaların  tətbiqi  yolu  ilə  tənzimlədiyi  ictimai 

fəaliyyəti aid edilməlidir. Dövlət hakimiyyəti öz fəaliyyətini birbaşa 

təmin edir, həmçinin dolayı yollarla da fəaliyyət təmin edilir. Bura 

ictimai qurumlar üzərində nəzarət funksiyasını aid etmək olar.  

Müxtəlif  kəmiyyətli,  müxtəlif  tərkibli  maraqlar  təbii  olaraq 

ayrı-ayrı  sahələri  meydana  gətirir.  Sahələrin  yaradılması 

prosesləri  də  həm  daxildən,  həm  də  forma  və  say  baxımından, 

kəmiyyət  etibarilə  böyüyür,  sayları  və  çeşidləri  məkanlar  üzrə 

genişlənir. Maraq uğrunda sistemli mübarizədə ortaya çıxan yeni 

elementlər  yeni  istiqamətlərin  formalaşmasını  zəruri  edir.  Fərdi 

maraqlar  həm  ayrı-ayrı  sahələrdə  meydana  gəlir,  həm  də 

sahələrin  birləşməsini  üzə  çıxarır.  Bir  sahədə  həm  fərdi,  həm 

kollektiv  maraqlar  meydana  gəlir.  Ayrı-ayrı  sahələrdə  də 

kollektiv  maraqlar  formalaşır.  Fərdi  maraqların  cəmi  kollektiv 

maraqları  üzə  çıxarır.  İstər  fərdi,  istərsə  də  kollektiv  (ümumi) 

maraqlar  təbii  olaraq  sahələrdə  fərdi  maraqların  təmin 

edilməsinə  yönəlir.  Fərdlər  ona  görə  birləşirlər  ki,  özlərinin 



fərdi  maraqlarını  yüksək  səviyyədə  təmin  edə  bilsinlər. 

Kollektiv şəkildə əldə etdikləri böyük paylara malik olsunlar və 



böyük mövcudluq, böyük vahid pay bölgüsü əsasında əşyaları 

hissələrə  parçalaya  bilsinlər.  Fərdlərin  kollektiv  qrup  yaratması 

və  əmək  münasibətlərində  və  əlaqələrində  kollektivçilik 

proseslərinin  özü  elə  tənzimləmə  demək  olur.  Burada  proseslər 




 

127


qaydalarla  tənzimlənir.  Kollektiv  maraqlar  bir  tərəfdən  fərdin 

maraqlarını  təmin  etmək  funksiyasını  yerinə  yetirir,  digər 

tərəfdən  də  cəmiyyətin  inkişafı  üçün  kollektiv  və  bütöv 

potensialı,  güc  və  qüvvəni  yaradır.  Bu  baxımdan  da  insanlar 

sosial  varlıq  olaraq,  daima  münasibətlərdə,  ünsiyyət  və 

əlaqələrdə  olurlar.  Münasibətlər  zamanı  qarşılıqlı  enerji 

mübadilələri  həyata  keçirilir.  Bu  enerji  mübadilələri  əmək 

bölgüsü  zamanı  da  baş  verir.  Həmçinin  ünsiyyət  zamanı- 

mühazirələrin  dinlənilməsi,  tibbi  məsləhətlər  zamanı,  istintaq-

təhqiqat  gedişində,  qərarların  müzakirəsində,  hesabatların 

verilməsində  və  s.  enerji  mübadilələri  (müsbət  və  mənfi  enerji 

paylaşmaları) həyata keçirilir. Münasibətlərin rəsmi tərəfləri isə 

hüquq normaları vasitəsilə təmin edilir. İnsanlar ona görə hüquq 

normaları  yaradırlar  ki,  özləri  arasında  olan  münasibətləri  və 

əlaqələri  tənzimləsinlər,  qaydaya  salsınlar.  Bununla  yanaşı, 

insanlar arasında hüquq normaları münasibətlərin və hərəkətlərin 

hədlərini  və  sferasını,  perimetrini  də  müəyyən  edir.  İnsanlar 

özlərinin  xoşbəxt  həyatlarını  təmin  etmək  üçün  dövlətlər  və 

cəmiyyətlər təşkil edirlər və bunlar daxilində ayrı-ayrı strukturlar 

yaradırlar.  Strukturlar  arasında  əlaqələr  həyata  keçirilir. 

Cəmiyyət öz məzmununu həm də dövlətin strukturlarında tapır. 

Məsələn,  şəxslər  məhkəmə  və  qanunverici  qurumlarda,  ictimai 

təşkilatlarda-məsələn,  həmkarlar  təşkilatlarında,  bələdiyyə 

məclislərində,  şuralarda,  ali  və  orta  məktəblərdə,  ittifaqlarda  və 

s.  birliklərdə  iştirak  etməklə  cəmiyyətlərin  qurulmasını  təşkil 

etmiş  olurlar.  İnsanlar  strukturlarda  fəaliyyət  göstərməklə  həm 

təcrübə  əsasında  istedad  və  qabiliyyətlərini  üzə  çıxarırlar,  həm 

də  tənzimedici  tərəfə  çevrilirlər.  Buradan  da  şəxslərin  ictimai-

siyasi  statusları  meydana  gəlmiş  olur.  Çünki  şəxslər  təsir 

predmetinə və tərəfinə çevrilirlər.  

İnsanların 

maraqlarının 

müxtəlif 

sahələr 

üzrə 


tənzimlənməsini  təmin  etmək  məqsədilə  cəmiyyətin  və 

dövlətin  ayrı-ayrı  strukturları  öz  aralarında  əlaqəli  fəaliyyət 

həyata keçirirlər. Burada piramidal trayektoriya əsasında vəzifə 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə