Microsoft Word gelecek dunya duzeni I kitab doc


verilməsi  ilə  bağlı  qəbul  olunan  qanunvericlik  aktları  və  s.)



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə52/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   48   49   50   51   52   53   54   55   ...   189

 

149


verilməsi  ilə  bağlı  qəbul  olunan  qanunvericlik  aktları  və  s.) 

qanunlar  (qanunvericilik  aktları)  qəbul  edir.  Bu  qanunlar 

(qanunvericilik  aktları)  arasında  uyğunluq  təmin  edilir  və 

keçicilik,  bağlılıq  və  şərtləndiricilik  formalaşdırılır.  Burada 

dövlət  baş  siyasət  mərkəzi  olmaqla  həm  ayrı-ayrı  sahələr  üzrə 

tənzimləmə funksiyasını yerinə yetirir, həm də ayrı-ayrı sahələr 

arasında  uyğunluq  üçün  tənzimedici  funksiyanı  icra  edir. 

Burada  dövlətin  ümumi  və  koordinasiyaedici  funksiyasından 



ümumi  dövlət  siyasəti  formalaşır.  Ümumiyyətlə,  universallıq 

və  fərdilik,  konkretlik  və  xüsusilik  məsələsinə  daha  çox 

qloballıq  və  lokallıq  nöqteyi-nəzərdən  yanaşmaq  lazımdır  və 

ayırd etmək məqsədəmüvafiqdir.  



Mərkəzlərin  mövcudluğu  səlahiyyət  bölgüsünü  və 

səlahiyyətli  şəxslər  arasında  əlaqəlilik  prinsipini  ortaya 

çıxarır.  Səlahiyyətlərin  bölgüsü  prinsipi  də  maraq  nümayiş 

etdirən  tərəflər  arasında  tənzimləyici,  tənzimləmənin  tərkibi 

olaraq  lazımi  anlarda  məhdudlaşdırıcı  və  bu  baxımdan  da  öz 

yerinə qoyucu funksiyanı yerinə yetirir.  

Siyasətin  nizamlanması  prosesləri  və  pozitivlik  daima 

cəmiyyətdə  inkişafı  yaradır.  Hər  bir  mərkəzin  səlahiyyəti  və 

vəzifə  məzmunu  və  vəzifə  öhdəliyi  həmin  mərkəzdə  maraq 

nümayiş  etdirən şəxslərdən formalaşır. Maraq nümayiş etdirən 

şəxslər arasında baş verən rəqabət mübarizəsi də öz növbəsində 

mərkəz  tərəfindən  inkişafa  doğru  istiqamətlənmiş  siyasətin 

mövcudluğunu  zəruri  edir.  Siyasət  mərkəzləri  şəxslərdən 

formalaşdığından  burada  idarəedən  və  geniş  vəzifəyə  və 

səlahiyyətlərə malik olan şəxslər də meydana çıxır. Bu şəxslər 



(məsələn,  dövlət  və  hakimiyyət  rəhbərləri,  mühüm  post 

tutanlar)  siyasətin  müəyyən  edilməsində  və  qərarların  qəbul 

edilməsində aparıcı funksiya daşıyırlar.  



 

Mövzunun 

birinci 

fəslində 

gələnimiş 

qənaətləri 

aşağıdakı bəzi müddəalarla əsaslandırmaq olar:  

 

-siyasət  özü  tənzimləmədir  (tənzimedən  və  tənzimlənən 

aktlar cəmidir) ki, bu da elə idarəetmədir


 

150


-siyasətdə  iştirak  edən  tərəflər  arasında  nizam  prinsipi 

cəmiyyətin inkişafına xidmət edir

-siyasət  mərkəzlərinin  təsnifatı  maraq  müxtəlifliyindən 

və nizamlama zərurətindən ortaya çıxır; 

-siyasət -siyasəti istiqamətləndirən və müəyyən edən, bu 

baxımdan  da  formalaşdıran  mərkəzlər  tərəfindən  yerinə 

yetirilən aktdır; 

-rasional və sistemli idarəetmə elə düzənləmə deməkdir 

ki,  bunun  da  nəticəsində  elementlər  və  hadisələr  müəyyən 

trayektoriya üzrə qaydalarla düzülürlər

-siyasət  mərkəzləri  arasında  əlaqələrin  yaradılması 

inkişafın  və  bütövlüyün,  maraqların  tarazlı  qaydada 

ödənilməsinin əsaslarıdır; 

-siyasət tənzimlənmə prosesi olaraq gücə tabedir, gücün 

fəaliyyətidir  və  güc  elementi  tərəfindən  fəaliyyətin 

istiqamətləndirilməsi  və  güclər  arasında  fəaliyyət  bölgüsü 

elə idarəetmədir və nizamlamadır; 

-proseslər  nizamlı  olur  və  tənzimləmə  tərəfləri  də  öz 

fəaliyyətlərini nizam əsasında qururlar və s.  

 

Qeyd  edildiyi  kimi,  dövlətin  fəaliyyəti  həm  öz  sərhədləri 



daxilində  əks  olunur,  həm  də  sərhədlərindən  kənarda  mövcud 

olur.  Sərhədlərindən  kənardakı  fəaliyyəti  həm  beynəlxalq 



münasibətlər  düzənini,  həm  də  dünya  düzənini  meydana 

gətirir.  Dövlətlər  öz  sərhədlərindən  kənarda  xarici  siyasət 

fəaliyyətlərini  uzlaşdırdıqda,  əlaqələndirdikdə,  koordinasiya 

etdikdə  beynəlxalq  düzən,  dövlətlər  öz  daxili  məzmunları 

baxımından, bütövlükdə (daxili siyasətləri ilə birlikdə) əlaqələr 

və  münasibətlər  sahələrinə  daxil  olduqda  isə  dünya  düzəni 

formalaşır. Dünya düzəni və beynəlxalq düzən dövlətlərin güc 

tərəfi  olaraq  iştiraklarından  meydana  gəlir.  Dünya  düzəni  və 

beynəlxalq  düzən  güclər  vasitəsilə  nizamlama  əsasında 

formalaşır,  formalaşma  proseslərindən  də  nizam  qaydaları 

meydana gəlir.  

 

 



 

151


II FƏSİL: 

 

Dünya düzəni və geosiyasət-dünyanın  

idarəolunması qaydaları 

 

 

Xarici siyasət, beynəlxalq münasibətlər, geosiyasət və 

dünya düzəni anlayışları və anlayışların 

məzmunlarının qarşılıqlı vəhdəti 

 

Dünya  düzəni  və  geosiyasət  anlayışları  dövlətlərin  öz 

mövcudluqlarını  təmin  etmək  və  inkişaf  etdirmək  məqsədilə 

reallaşdırdıqları  daxili  və  xarici  siyasət  fəaliyyətindən,  o 

cümlədən  xarici  siyasət  nəticəsində  yaranan  (xarici  siyasətin 

özündən  ortaya  çıxan)  beynəlxalq  münasibətlərindən  meydana 

gələn  anlayışlardır.  Dünya  düzəni  və  geosiyasət  beynəlxalq 

münasibətlərdə  iştirak  edən  dövlətlərin  öz  maraqları  uğrunda 

hərəkət fəaliyyətlərinin məkanını əks etdirən məzmundur. Həm də 

formadır.  Dünya  düzəni  və  geosiyasət  dövlətlər  arasındakı 

əlaqələrdə və münasibətlərdə daha çox güclülərin zəiflər üzərində 

idarəçilik  (zəif,  bu  baxımdan  kiçik  və  orta  gücə  malik  olan, 

dövlətlərin  güclü  dövlətlər  tərəfindən  bu  və  ya  digər  formada 

idarəedilməsi  qaydaları)  prinsiplərinə  əsaslanır.  Geosiyasət 

coğrafi  məkanlarda  resursların  qarşılıqlı  təsirləri  ilə  yerinə 

yetirilən  siyasətdirsə,  dünya  düzəni  həmin  geosiyasət  daxilində 

idarəetmə  prinsipidir.  Eləcə  də  geosiyasəti  özündə  əks  etdirən 

bütöv  və  əhatəli  anlayışdır.  Hər  iki  anlayış  beynəlxalq 

münasibətlərdə  müdafiə  ehtiyacını  və  tələbatları  ödəmək 

istiqamətində  mövcud  olan  dövlət  maraqları  ilə  bağlıdır.  Daxili 

siyasətdə olduğu kimi xarici siyasətdə də dövlət öz maraqları üzrə 

hərəkət  edir.  Dövlətin  maraqlarından  onun  məqsəd  və  mənafeyi 

formalaşır.  Eləcə  də  dövlətin  məqsədi  və  mənafeyi  onda  maraq 

əmələ  gətirir.  Bu  istiqamətlər  arasında  mövcud  olan  qarşılıqlı 

şərtləndirici  əlaqələr  xarici  siyasətin  ümumi  və  konkret 


Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə