Microsoft Word gelecek dunya duzeni I kitab doc


geosiyasət  adlanır.  (Qeyd:  dövlət  özü  də  sərhədləri



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə60/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   56   57   58   59   60   61   62   63   ...   189

 

172


geosiyasət  adlanır.  (Qeyd:  dövlət  özü  də  sərhədləri 

çərçivəsində  müəyyən  bir  coğrafi  ərazini  təşkil  edir.  Dövləti 

təşkil  edən  tərkib  elementlər  coğrafi  ərazi üzrə mövcud  olur. 

Dövlətin,  ilk  olaraq,  ərazisi  elə  coğrafi  anlayışa  aid  edilir. 

Sonra isə həmin coğrafi məkanda yaşayan insanlar, xalqların 

etnik 

xüsusiyyətləri, 

bu 

baxımdan 

milli-mədəni 

xüsusiyyətləri, həmin coğrafi ərazi üzrə sərvətlərin zənginliyi, 

iqtisadi  sistemin  və  siyasi sistemin təkmil formaları, əhalinin 

elmi  potensialı,  həmin  coğrafi  ərazinin  tranzit  yol  kimi 

ə

həmiyyət  kəsb  etməsi,  digər  regionlarla  əlaqələrinin 

səviyyəsi,  regionları  bağlayan  element  və  məkan  kimi 

ə

həmiyyəti,  məkan  üzərində  elementlərin  və  resursların 

idarəedilməsi  prinsipləri  onun  coğrafi-siyasi  elementləri 

hesab  edilir).  Dövlət  elə  bir  quruma  çevrilir  ki,  həm  öz 

sərhədləri  çərçivəsində,  həm  də  sərhədlərindən  kənarda 

təsirlərə  malik  olur.  Məsələn,  dünya  iqtisadiyyatında  qarşılıqlı 

sərmayələr  prinsipi  elə  bir  dövlətin  digər  dövlətdə  təsirini 

yaradır.  Eləcə  də  bir  dövlətin  vətəndaşlarının  başqa  dövlət 

ərazilərində  miqrasiya  yolu  ilə  əməklə  məşğul  olmaları  da 

qarşılıqlı  asılılıq  yaradır  və  böyük  imkanlara  malik  olan 

dövlətin  kiçik  imkanlara  malik  olan  dövlət  üzərində  təsirlərini 

meydana  gətirir.  Bununla  yanaşı,  geosiyasi  tranzit  amili  də 

təsirləri  formalaşdırır.  Eyni  zamanda  bir  dövlətdə  yaşayan  və 

dövlətin  əsasını  təşkil  edən  xalqın  digər  dövlət  ərazilərində 

yaşamaları 

da 

dövlətlər 



arasında 

qarşılıqlı 

asılılığı 

formalaşdırır.  Bir  dövlətin ərazisindən,  ərazi sularından, daxili 

sularından,  hava  məkanından  digər  dövlətin  istifadə  zərurəti 

dövlətlərarası  təsirləri  ortaya  çıxarır.  Bu  kimi  vəziyyətlər  həm 

dövlətləri  beynəlxalq  əlaqələrə  girməyə  vadar  edir,  həm  də 

digər  tərəfdən  onları  bir-birinə  bağlayaraq  beynəlxalq  ictimai 

bütövlüyü  yaradır.  Bu  kimi  məsələlərin  həlli  məqsədilə  və 

normal  şəraitdə,  dinc  qaydada  münasibətləri  formalaşdırmaq 

baxımından  dövlətlər  nizamlama  proseslərinə  qoşulurlar  və 

qarşılıqlı qaydada qaneedici normaları yaradırlar.  




 

173


Dövlətin  daxili  gücü  və  onun  beynəlxalq  münasibətlər 

sferasında  iştirak  səviyyəsi  onun  gücünü  müəyyən  edən 

kriteriyaları  şərtləndirir.  Təsirləri  artdıqca  məkan  da  böyüyür 

və  daxili  geosiyasət  elementləri  (elementlərin  yayıldığı 

ərazilər)  və  artan  məkanlar  üzrə  yayılır.  Bu  anda  dövlətin 

geosiyasi  gücü  artır.  Burada  artıq  sərhədlərdən  kənarda 



geosiyasət,  yəni  beynəlxalq  münasibətlərindən  yaranan 

geosiyasəti  meydana  gəlir.  Deməli,  belə  hesab  etmək  olar  ki, 

geosiyasət  həm  daxili,  həm  də  xarici  sahələrə  aid  edilə  bilir. 

Məsələn,  Rusiya  müəyyən  sərhədlər  çərçivəsində  bir  dövlət 

kimi  Avrasiyanın  əsas  hissəsinə,  mərkəzinə,  çox  böyük  bir 

coğrafi  əraziyə  malikdir.  Rusiyanın  tutduğu  ərazinin  özü  bir 

geosiyasi  regiondur.  Ölkənin  təsir  dairələrinin  mövcud  olduğu 

əlavə  regionlar  isə  (məsələn,  Şərqi  Avropa,  Cənubi  Qafqaz, 

Xəzər-Qara  dəniz  regionları)  xarici  geosiyasət  regionudur. 

Bu məsələni ABŞ-a da aid etmək olar. ABŞ bir tərəfdən Şimali 

Amerika  materikinin  mərkəzidir.  Bu,  daxili  geosiyasi 

elementdir,  həm  də  dünyanın  əksə  regionlarında,  həm  quruda 

(buna 

geosiyasətdə 

“tellurokratiya”-quruda 

hakimiyyət 

deyilir),  həm  də  dənizlərdə,  okeanlarda  (buna  geosiyasət 

elmində  “talassokratiya”-okeanlarda  hakimiyyət,  adı  verilib) 

böyük 


təsir 

imkanlarına 

malikdir. 

Eləcə 


də 

cənub 


yarımkürəsində  və  Antarktidada  (ABŞ  və  Böyük  Britaniyaya 

məxsus  şelf  buzlaqları)  ingilis  dünyasının  təsirləri  vardır. 



(Qeyd:  Antarktidanın  və  60  dərəcə  cənub  enindən  cənubda 

yerləşən digər ərazilərin beynəlxalq hüquqi rejimi Antarktida 

haqqındakı  01  dekabr  1959-cu  il  tarixli  qərarla tənzimlənir). 

Almaniya  da  mərkəzi  Avropanın  (coğrafi  və  siyasi  mənada) 

əsas  subyekti  olaraq  qitənin  mərkəzi  coğrafi  subyektidir. 

Almaniya həm də Avropada ən böyük təsirə malik olan region 

subyektidir, 

kontinental 

mərkəzdir. 

Avropanın 

əksər 

bölgələrində-dövlətlərində  (məsələn,  Yunanıstanda)  Almaniya 



sərmayələri  böyük  həcmdədir.  Bu  təsirlərə  xarici  geosiyasət 

təsirləri adını vermək olar. Daxili geosiyasət elementləri birliyi 




 

174


məhz  xarici  geosiyasət  üçün  nüvə  rolunu  oynayır  və  bu 

baxımdan da ümumilikdə geosiyasətin əsas aparıcısı, yaradıcısı 

hesab  olunmalıdır.  Xarici  və  daxili  geosiyasət  anlayışlarını 

daha  çox  ərazisi  böyük  olan  və  fərqli  mədəniyyətlərə  malik 

olan  xalqları  birləşdirən,  iki  siyasi-mədəni  qitəni  əhatə  edən 

böyük  dövlətə-Rusiyaya  aid  etmək  olar.  Qeyd  edildiyi  kimi, 

Rusiya  başlıca  olaraq  nəhəng  Avro-Asiya  ölkəsidir.  Rusiyada 

coğrafi,  mədəni,  milli  və  etnik  xüsusiyyətlər,  dini  baxışlar, 

siyasi  və  ictimai  sistemlər  bu  dövləti  həm  Avropa,  həm  də 

Asiya  tipli  edibdir.  Bu  baxımdan  da  Rusiya  nə  tam  Avropa 

ölkəsi,  nə  də  tam  Asiya  ölkəsidir.  Rusiya  Avro-Asiya 

ölkəsidir.

1

 

 



Rusiyanın  yerləşdiyi  məkanda  həm  daxili  geosiyasət,  həm 

də xarici geosiyasət mühüm əhəmiyyət kəsb edir.  

Geosiyasət coğrafi anlayış, məsələn, “ölkə” üzərində həyata 

keçirilən  siyasətdir,  “dövlət”  anlayışının  “ölkə”  anlayışı  ilə 

vəhdətindən  irəli  gəlir.  Dövlət  ölkə  üzərini,  coğrafi  regionu 

əhatə edir, bir qədər başqa cürə ifadə etsək, üzərini örtür, yəni 

dövlətin  siyasəti  ərazi  üzrə-coğrafi  elementlər  üzrə  dalğalanır, 

elementlərin  hərəkəti  sayəsində  nəticədə  geosiyasət  meydana 

gəlir.  ABŞ-İngiltərə  dövlətləri  birliyinin  də  dünya  okeanında 

təsirləri  mövcuddur.  Buraya  Britaniya  Birliyinə  aid  olan 

arxipelaq dövlətləri və digər ada dövlətləri aid etmək olar. ABŞ 

hərbi  bazaları  onun  xarici  geosiyasəti  üçün  çox  mühüm  baza 

rolunu oynayır.  

Qeyd  edildiyi  kimi,  dövlətin  beynəlxalq  aləmdə  gücünü 

təsnif  edən,  şərtləndirən  amillər,  istiqamətlər,  elementlər  elə 

məhz  dövlətin  geosiyasətdə  iştirak  gücünü  müəyyən  edir. 

Dövlət daxilən nə qədər güclü olarsa, beynəlxalq aləmdə də bir 

o  qədər  güclü  olar  və  onun  geosiyasi  çəkisi  artar.  Geosiyasi 

çəkinin  artması  məkan  daxilində  və  məkan  xaricində 

                                                 

1

 Афанасьев В.В., Соколов Ю.В. А94. Политическая структура мира. 



Сборник научных статей./ В.В Афанасьев., Ю.В. Соколов.-М.; 

«Канон+»РООН «Реабилитация», 2010.-320 с., səh. 215. 




Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə