Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə61/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   57   58   59   60   61   62   63   64   ...   189

 

175


dövlətlərin  təsir  dairələrini  genişləndirər.  Dövlətin  daxili 

gücünü  şərtləndirən  elementlər  həmçinin  dövlətin  beynəlxalq 

münasibətlərdə  iştirak  etdiyi  zaman  da  güclənir.  Yəni  dövlət 

özünü 


daxildən 

gücləndirmək 

üçün 

digər 


dövlətlərlə 

elementlərin  mübadiləsi  proseslərinin baş verdiyi vəziyyətində 

olur  və  dövlət  öz  daxili  ehtiyacını,  çatışmazlığı  ödəmək  üçün 

müvafiq resursları beynəlxalq aləmdən götürür. Məsələn, ABŞ, 



sənayesinin  güclü  olmasından  yaranan  ehtiyaclara  görə, 

dünyada ən çox neft idxal edən ölkədir. Sonrakı yerdə isə Çin 

dayanır.  Bu  dövlətlər  beynəlxalq  neft  bazarından  enerji 

almaq  üçün  enerjiyə  sahib  olan  və  beynəlxalq  bazarlara 

çıxaran  dövlətlərlə  (OPEC  ölkələri  ilə,  Rusiya  və  Xəzər 

regionu  ölkələri  ilə)  əməkdaşlıq  etmək  məcburiyyətində 

qalırlar.  Səudiyyə  Ərəbistanı  və  Rusiya  neft  ixracına  görə 

dünyada  birinci  və  ikinci  yerləri  bölüşürlər.  Dövlətin 

beynəlxalq  aləmdə  iştirak  gücü  onun  daxli  gücünü  artırır  və 

daxili  enerji  də  öz  növbəsində  xarici  siyasət  fəaliyyətinə  güc 

verir və  fəaliyyəti  coğrafi  məkan  üzrə  şaxələndirir. Ehtiyac və 

zərurət  amilləri  dövlətin  xarici  siyasət  fəaliyyətini  həmin 

istiqamətə  daha  çox  yükləyir  və  siyasət  istiqaməti  prioritet 

istiqamətə  çevrilir.  Buradan  da-bu  şaxələnmədən  də  dövlətin 

geosiyasəti meydana gəlir. Dövlətin daxili siyasət istiqamətləri 

ilə  onun  xarici  siyasət  istiqamətləri  arasında  bir  bağlılıq 

yaranır. Dövlətin geosiyasətdə iştirakı həm regionlar üzrə olur, 

həm  də  qlobal  əhəmiyyət  kəsb  edir.  Bu  da  dövlətin  gücü  ilə 

bağlı  olur.  Məsələn,  ABŞ  qlobal  geosiyasi  gücə  malik  olan 

dövlətdir, Türkiyə isə regional gücdür. Türkiyə son zamanlarda 

özünün  xarici  geosiyasi  gücünü  ətrafda  mövcud  olan  qarışıq 

(rəngarəng)  mədəni-siyasi  ərazilərdə  artırmaq  siyasətini 

reallaşdırır.  Burada  qarışıq  ərazi  dedikdə,  əsasən  xristian, 

müsəlman və yahudi dinlərinə etiqad edən əhalinin yaşadığı və 

Şərq-Qərb  mədəniyyətlərinin  qovuşduğu  məkanlar  başa 

düşülməlidir.  Türkiyə  müxtəlif  mədəniyyət  arealları  arasında 

“yumşaldıcı”  və  “barışıdırıcı”,  “birləşdirici”  funksiyanı 




 

176


(məsələn,  Cənubi  Qafqazla  Avropanın,  Ərəb  dünyasının 

Avropa  ilə  inteqrasiyasında  iştirak  etmək)  yerinə  yetirməyə 

çalışır  və  bununla  da  regionun  dünya  düzənində  və 

geosiyasətində  aparıcı  güc  mərkəzinə  çevrilmək  istəyir. 

Türkiyənin  qlobal  siyasətdə  isə  (regiondan  bir  qədər  kənar 



məkanlar  üzrə-məsələn,  Qərbi  və  Mərkəzi  Avropa  regionu 

üzrə)  iştirakının  yüksək  səviyyəsi  üçün  müvafiq  resursları  və 

elementləri,  məsələn,  ərazisi,  əhalisi,  elmi  potensialı, 

iqtisadiyyatı  və  digər  gücü  çatmır.  Türkiyə  həmin  regionların 

əhalisini  və  resurslarını  özünə  yüksək  səviyyədə  cəlb  etmək 

üçün kifayət qədər resurslara (coğrafi mövqe-geotranzit mövqe 

istisna  olunmaqla)  malik  deyil.  Türkiyə  bu  ölkələrə  ərzaq  və 

xammal  məhsulları  ixrac  edə  bilər.  Bu  ölkələrin  əhalisini  cəlb 

etmək  üçün  tarixi  mədəniyyət  abidələri  və  istirahət  yerləri 

vardır.  Lakin baza etibarilə müvafiq resurslar-məsələn, yüksək 

texnoloji  vasitələr  olmadığına  görə,  Türkiyə bu dövlətlər üçün 

cəlbedici ola bilməz. Türkiyə beynəlxalq aləmdə mövcud olan 

nəhəng güclərlə müqayisədə zəif və kiçik olduğundan öz daxili 

elementlərini  qlobal  məkanlar  üzrə  transfer  etməkdə  çətinlik 

çəkir.  Məsələn,  Türkiyə  Xəzər  regionunun  Türkdilli  xalqları 

üçün  böyük  dövlət-böyük  güc  mərkəzi  rolunu  oynamaq 

baxımından tələb olunan mədəni, iqtisadi, siyasi və hərbi, elmi-

texniki  potensiala  malik  deyil.  Bunun  üçün  Türkiyəyə  kosmik 

sahələrə  çıxmaq  qədər  (süni  peyklər  istisna  olmaqla. 

Türkiyənin  süni  peykləri  vardır)  güc  tələb  olunur.  Digər 

tərəfdən də ölkəyə kütləvi bilik və savad verilməsi lazımdır ki, 

əhalinin 

elmi 


potensialı 

güclənsin 

və 

ölkə 


Qərb 

texnologiyasından,  elmi-texniki  laboratoriyalarından  asılılığını 

azaltsın.  Ölkə  Rusiya  və  Çinlə  rəqabətdə  çox  zəifdir.  Bu 

baxımdan  da  Türkiyə  qlobal  yox,  regional  geosiyasət  gücü 



(regiondakı  kiçik  gücə  malik  olan  dövlətlərə  təsir 

imkanlarına  malikdir)  hesab  edilir.  Ümumdünya  güc 

mərkəzləri  içərisində  isə,  müqayisədə  orta  güc  mərkəzi  kimi 

qəbul edilir. ABŞ (Sea Power) isə dünyanın əksər regionlarında 



 

177


güc  nümayiş  etdirmək  və  bundan  faydalanmaq  imkanlarına 

malikdir.  Elə  Türkiyənin  özündə  də  bu  dövlətin hərbi  bazaları 

vardır.  ABŞ  şəbəkələri  və  şəbəkələri  yaradan  elementlər, 

ünsürlər  (bunlara  nümunə  kimi  dünyada  mövcud  olan  ABŞ 



hərbi bazalarını, iqtisadi, siyasi və digər mərkəzlərini göstəmək 

olar)  dünyanın  əksər  regionlarında  dövlət  marağını  “dartan 

tellər”  rolunu  oynayır.  ABŞ  post  müharibə  dövründə  İraq  və 

Əfqanıstanda  bu  ölkələrin  siyasi  hakimiyyətlərinə  təsir 

imkanları  əldə  edib.  Dövlətlərin  idarəolunmasında  ABŞ 

strategiyası  əsasa  çevrilib.  Bu  baxımdan  ABŞ  qlobal 

geosiyasət obyekti və subyektidir. Qlobal olduğundan regional 

çəkisi  də  (məsələn,  Atlantik  regionunda,  xüsusilə,  Şimali 

Atlantikada)  çox  güclüdür.  (Qeyd:  Atlantik  siyasi  regionunu 

(Qərb  yarımkürəsi  adlanan  coğrafi-  siyasi  regionunu)  iki 

hissəyə  bölmək  olar:  anqlo-amerikan  təsirinin  böyük  olduğu 

region  və  Latın  Amerikasının  təsirinin  güclü  olduğu  region. 

Atlantik  regionunun  Afrikanın  Qərbinə  düşən  hissəsində 

Afrikanın  özü  zəifdir  və  bu  baxımdan  da  gələcəkdə  hesab 

etmək  olar  ki,  bu  region  gələcəkdə  daha  çox  İspaniyanın 

rəhbərlik  edə  biləcəyi  Latın  Amerikası  regionunun  (Cənub 

Atlantik  regionu)  təsir  dairəsində  olacaqdır.  Vaxtilə 

fransızların  koloniyaları  olmuş  Afrikanın  qərb  hissələrində 

XXII əsrdə Latın Amerikasının siyasi çəkisi artacaqdır. Həm 

Ş

imal Atlantik, həm də Cənub Atlantik regionunda həmçinin 

ABŞ-Böyük  Britaniya  (Anglikan)  təsirləri mövcud  olacaqdır. 

ABŞ-İngilis  mərkəzli  Şimali  Atlantik  regionuna  bu  dünya 

üçün  daxili  geosiyasi  region  kimi  baxmaq  olar,  Cənub 

Atlantik  regionuna  isə  Şimal  Atlantik  regionunun  xarici 

geosiyasi  regionu  kimi  baxmaq  məqsədəuyğundur.  Bu 

baxımdan  hesab  etmək  olar  ki,  Şimal  Atlantik  regionu 

tamamilə ABŞ-İngiltərə birliyinə məxsusdur, Cənub Atlantik 

regionu  isə  Şimal  Atlantik  regionun  xarici  təsir  dairəsidir. 

Gələcəkdə  İspan-Prtuqal  mərkəzli  bu  istiqamətin  daha  da 

güclənəcəyi  gözlənilir.  ABŞ-İngilis  birliyinin  Atlantik 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə