Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə64/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   60   61   62   63   64   65   66   67   ...   189

 

184


nizamı  anlayışı  meydana  gəlir,  həm  də  geosiyasət  anlayışı 

ortaya çıxır. Geosiyasət,- ona görə ki, dövlət bu anda məkan və 

məkan üzərində resurslar əldə edir; dünya düzəni- ona görə ki, 

dövlət əldə etdiyi məkanlardan və obyektlərdən istifadə edərək 

təsir  imkanları  qazanır.  Beynəlxalq  hərbi-siyasi  təşkilatlarda 

adətən  kiçik  gücə  malik  olan  dövlətlər  müstəqil  hərbi-siyasi 

fəaliyyət  həyata  keçirə  bilmirlər.  Qeyd  edilən məsələlərdən də 

idarəçilik meydana gəlir ki, idarəçilik də dünya düzəninin əsas 

mahiyyətində durur. 

 

Beynəlxalq münasibətlər aşağıdakı hallarda yaranır:  

 

-dövlətlərin 

xarici 

siyasət 

fəaliyyətlərindən 

və 

dövlətlərin  təşkil  etdikləri  təşkilatların  fəaliyyətlərindən. 

Burada  dövlətlər  əsas  aktorlardır  (tərəflərdir),  təşkilatlar  isə 

onların 

ayrı-ayrı 

sahələri 

tənzimləmək 

(ixtisaslaşmış 

təşkilatlar)  və  ümumi  münasibətləri  nizama  salmaq  (universal 

və 

regional-regionda 



dövlətlər 

arasında 

olan 

ümumi 


münasibətləri  tənzimləyən  təşkilatlar)  üçün  yaratdıqları  siyasi 

qurumlardır; 



-xarici  siyasət  meydana  gəlir-  ehtiyac  və  tələbatların 

ödənilməsi  naminə  məqsədlərə  çatmaq  üçün  müəyyən 

edilən  maraqlardan  və  maraqların  ödənilməsi  üçün 

qarşılıqlı fəaliyyətdən; 

-maraqları  təmin  etmək  üçün  dövlət  adlanan  siyasət 

qurumu,  idarəetmə  qurumu  təşkil  edilir;  idarəetmə 

qurumu  strukturlar  yaradır  və  normalar  əsasında 

münasibətləri  tənzimləyir.  Maraqlar  müvafiq  mexanizmlərlə 

sistemlər  vasitəsilə  rəsmi olaraq  təmin  edilir. Sistem də şərait, 

tələbat və ehtiyacdan, eyni zamanda zərurətdən formalaşdırılır. 

Sistem  təşkil  ediləndə  subyektlərin  enerjiləri  də  cəmləşdirilir, 

güclər  birləşdirilir.  Maraq  dövlətdaxili  strukturları  və  hərəkət 

çərçivələrini, istiqamətlərini meydana gətirir; 




 

185


-beynəlxalq 

münasibətlərdə 

maraq 

dövlətlərin 



hərəkətlərindən  meydana  gəlir  və  dövlətlər  öz  aralarında 

münasibətləri 

tənzimləmək 

məqsədilə 

müxtəlif 

maraq 


subyektləri və sahələri yaradırlar. Maraqları tənzim etmək üçün 

sistemlər və strukturlar, müvafiq mexanizmlər təşkil edilir



-beynəlxalq  münasibətlər  təşkil  edilir-dövlətin  fərdi 

marağından  və  ümumi  dünya  sistemində  iştirak  etmək 

marağından.  Fərdi  və  ümumi  maraqlar  həm  dövlətin  daxili 

ehtiyaclarının  ödənilməsinə  istiqamətlənir,  həm  də  dövləti 

beynəlxalq münasibətlərdə qoruyur. Dövlət beynəlxalq aləmdə 

tək  yaşaya  bilməz  və  resurs  çatışmazlığından  və  inkişaf 

tempinin  tələblərindən  daxili  ehtiyaclarını  ödəyə  bilməz. 

Dövlət  öz  daxili  resurslarının  həm  daxildə,  həm  də  xaricdə 

istifadəsi  zamanı,  eləcə  də  xarici  resursları  cəlb  edən  zamanı 

özünü qorumaq siyasətini reallaşdırır. 

Rusiyalı  tədqiqatçı  K.  Hacıyev  qeyd  edir:  “Milli  marağın 

əsas  tərkibi  dövlətin  özünümüdafiə  imperatividir...Xarici 

siyasət  fəaliyyətinin  əsas  müəyyənedici  gücü  milli  və  dövlət 

marağından  irəli  gəlir.  Dövlət  marağı  konsepsiyası  dəyərli 

normalardan  və  ideoloji  konsepsiyadan  ibarətdir.....  Hər  bir 

dövlət  özünəməxsus  qaydada  ona  aid  olan  maraqları 

dəyərləndirir.  Dövlətin  ona  aid  olan  maraqlarını  icra  etmək 

üçün  çoxlu  sayda  amillər  vardır:  geosiyasi  vəziyyət,  tarix, 

mədəniyyət, siyasi sistem, rəhbərlik, digər dövlətlərlə qarşılıqlı 

əlaqələrinin xüsusiyyətləri və s. .. Dövlət öz maraqlarını təmin 

etmək  üçün  əlində  olan  bütün  vasitələrdən-siyasi,  ideoloji, 

iqtisadi,  diplomatik,  hərbi  və  s.  istifadə  edir.  ...  Qeyd 

edilməlidir  ki,  dövlət  öz  məqsədlərinin  realizəsini  tam  şəkildə 

həyata  keçirə  bilməz.  Çox  hallarda  bu,  digər  dövlətlərə  olan 

çətin danışıqlardan və ticarətdən asılıdır.”

1

  

Beynəlxalq  münasibətlərdə  dövlət  marağını  milli  mənafe 

formalaşdırır.  Tədqiqatçı  Abbas  Piriyevin  fikrincə,  milli 

                                                 

1

 Гаджиев К.С. Г13 Введение в геополитику. Изд.2-е, доп. и перераб.: 



Учебник для вузов.-М.: Логос, 2002.-432 с., 363-365.  


 

186


mənafe  dövlət  siyasətinin  başlıca  məqsədidir,  onun  siyasi 

strategiyasıdır. Xarici siyasət milli mənafe əsasında beynəlxalq 

münasibətlərdə  əlaqələndirici  rol  oynayır.  Xarici  siyasət 

strategiyası  milli  mənafe  üzərində  qurulur  və  ölkənin 

təhlükəsizliyi  təmin  edilir.  Milli  mənafe  daxili  və  xarici 

təhlükəsizliyi 

əhatə 

edir. 


Milli 

mənafe 


vətəndaşların 

məqsədlərini  və  fəaliyyətini  birləşdirir,  insanların  fəaliyyətini, 

ərazinin  bütövlüyünü,  siyasi,  mənəvi  sərvətlərini  qoruyur, 

tarixi idrak yaddaşını qaytarır, dövlətçilik inamı yaradır.



1

 

 

Qədim 


tarixdən, 

dünyada 


dövlət 

adlanan 


siyasət 

qurumlarının 



(dövlətlərə 

etnosiyasət 

təşkilatları, 

etnik 

birlikləri,  xalqları  təmsil  edən  siyasi  vahidliklər  kimi  də 

baxmaq  olar)  yaranmasından  etibarən,  müstəqil  dövlətlərin  və 

müstəqil  dövlətlərdən  ibarət  olan  ittifaqların  və  böyük 

məkanları  və  bir  çox  xalqları  əhatə  edən  dövlətlərin,  yəni 

imperiyaların yaranmasından hal-hazıra qədər, dünya dövlətləri 

arasında, eləcə də tayfalar, tayfa birləşmələri, etniklər arasında, 

təkmil  formada,  geniş  aspektdə  xalqlar  arasında,  münasibətlər 

yaranıb,  əlaqələr  qurulub.  Eyni  və  yaxın  coğrafi  ərazilərdə 

yaşayan,  eyni  və  ya  yaxın  (qohum)  dildə,  eləcə  də  eyni  və  ya 

fərqli mədəniyyətə, həyat tərzinə malik olan tayfa birləşmələri 

xalqları meydana gətirirblər. Xalqlar coğrafi ərazilərdə özlərini 

idarə  etmək  üçün  dövlətlərini  təşkil  ediblər.  Dövlətlər  də 

təkmilləşən  siyasətləri  ilə  xalqlarını  formalaşdırıblar,  xalqlar 

coğrafi,  tarixi-mədəni  varlıqlara,  toplumlara  çevriliblər. 

Formalaşmış 

xalqlar 

millətlərə 

(burjuaziyanın 

formalaşmasında)  çevriliblər  və  təşkilatlanıblar.  Məsələn, 

Azərbaycan 

dövlətini 

yaradan 

Azərbaycan 

millətinin 

formalaşmasında  neft  burjuaziyası  mühüm  rol  oynayıb.  Neft 

kapitalı  siyasi  elitanın  yaranmasında  böyük  kömək  göstərib. 

Siyasət  xadimləri  Rusiyada,  Fransada,  Türkiyədə  yetişdirilib. 

                                                 

1

 Abbas Piriyev. Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı, 



BDU-2002, 534 səh., s. 413-418.  

 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə