Microsoft Word gelecek dunya duzeni I kitab doc



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə67/189
tarix26.09.2017
ölçüsü4,51 Mb.
#1925
1   ...   63   64   65   66   67   68   69   70   ...   189

 

193


dünyasında  ictimai-sosial  və  siyasi  cərəyanlar  bir-birini 

əvəzləyib.  Qərb  daima  stereotiplərdən  uzaq  olmaq  üçün 

islahatlar  variantına  əl  atıb.  İslahatlarla  mənfiliklərdən  yaxa 

qurtarmağa  çalışıb  və  daxilini  təmizləməklə  sərbəstləşdirib  və 

müsbət  elementlər  hesabına  möhkəmləndirib.  Qərb  üçün 

demokratikləşmə  məkanlarının  genişlənməsi  əhəmiyyət  kəsb 

edib.  

Tarixin 


ilkin 

dövrlərindən 

başlayaraq 

beynəlxalq 

münasibətlər başlıca olaraq maraq təminatı uğrunda dövlətlərin 

birgə  iştirakı  zərurətindən  də  yaranıb.  Hər  bir  maraq  nümayiş 

etdirən  dövlət  münasibətlər  və  əlaqələr  tərəfinə,  iştirakçısına 

çevrilib.  Qədim  dövrlərdə  başlıca  olaraq  ticarət  yolları 



(məsələn, “İpək Yolu”, Aralıq dənizinin Şərq sahillərində olan 

ticarət  yolları,  Yunanıstanda  olan  gəmi  yolları,  Frakiyadan 

(indiki  Bolqarıstan  ərazisi)  Aralıq  dənizinə  (Kipr  adasına 

qədər)  uzanan  yollar  və  s.)  və  ticarət  əşyaları  (predmetləri, 

vasitələri) ilkin beynəlxalq iqtisadi münasibətlərin yaranmasına 

səbəb  olub.  Ticarətlə  ardıcıl  olaraq  məşğul  olmaq  özü  elə 

qaydaları 

meydana 

gətirib. 

Sonrakı 

illərdə 


elm 

və 


texnologiyanın  inkişafının  dünya  üzrə  qeyri-balanslı  qaydada 

inkişafı,  sərvətlərin  və  xammalın  qeyri-düzgün  ölçüdə  və 

kəmiyyətdə mövcudluğu və digər bu kimi amillər münasibətlər 

və  əlaqələr  sisteminin  yaranmasına  gətirib  çıxarıb.  Əlaqələr 

sistemindən  də  əlaqələr  qaydaları  meydana  gəlib,  idarəçiliyin 

əsasları  və  istiqamətləri  formalaşıb.  Güclü  tərəfin  həm  quru, 

həm  də  su  məkanlarında  “idarə  edən  tərəf  kimi”  statusu 

ortaya  çıxıb.  Güclü  tərəf  daima  idarəçiliyə  meyil  edib  və  öz 

gücünü  saxlamaq  üçün  geniş  məkan,  əhali  çoxluğu,  bolluca 

sərvətlərə  sahib  olmaq  prinsipindən  yararlanıb.  Münasibətlər 

sistemi, fərqli gücə malik olan dövlətlərin birgə iştirakı başlıca 

olaraq  dünya  düzənini,  yəni  dünyanın  idarəedilməsi 

qaydalarını,  ümumdünya  idarəetməsi  mexanizminin  əsaslarını 

və  sistemin  mahiyyətini  meydana  gətirib.  (Qeyd:  dünyanın 



idarəolunmasında  həm  açıq  qaydalar-hamı  üçün  universal 


 

194


olan və hamıya bəlli olan beynəlxalq hüquq normaları, həm də 

gizli  qaydalar-gizli  sövdələşmələr,  gizli  strategiyalar-planlar 

mövcuddur.  Bu  qaydalar  dövlətlərin  daxili  siyasətlərinə  də 

təsir  göstərir  və  dünyanın  idarəolunması  qaydalarına  çevrilir. 

Buradan  da  belə  bir  prinsip  ortaya  çıxır  ki,  dövlət  həm 

daxildən,  həm  də  kənardan  açıq  və  gizli  şəkildə 

tənzimlənməyə  məruz  qalan  proseslərin  cəmini  əks  etdirən 

birlikdir. Açıq qaydalar daha çox idealizmdir və nəzəriyyədir, 

gizli qaydalar isə reallıqdır, real hərəkətləri istiqamətləndirir. 

Gizli  qaydalar  açıq  ifadə  oluna  bilməyən  real  maraqların 

təmin  edilməsi  üçündür.  Gizli  qaydalar  əksər  hallarda 

cəmiyyətlərdən  gizli  saxlanılır). Dünya düzəni dövlətlərin bir-

birilərindən  asılılığı  sistemini  və  qaydalarını  yaradıb  və 

gücsüzlər  üzərində  güclülərin  hakimiyyəti  (tarixin  əvvəlki 

dövrlərində  kiçik  dövlətlərin  hakimiyyəti  böyük  dövlətlərin 

hakimiyyətlərinə  bac-xərac  verirdilər  ki,  hakimiyyətlərini 

saxlasın)  prinsiplərini  üzərə  çıxarıb.  Sistemdə  güclü  olan  da 

qaydaları  meydana  gətirib.  Əgər  əvvəlki  dövrlərdə  bir  böyük 

dövlətin digər dövlət üzərində açıq təsiri var idisə, artıq indiki 

dövrdə  bu  təsirlər  bir  qədər  qapalı  əsaslara,  geniş  şəkildə  hiss 

olunmayan,  rekonstruksiya  olunmuş  əsaslara  malikdir.  Bu  da 

ona  görədir  ki,  müasir  beynəlxalq  münasibətlər  daha  çox 

liberalizm-idealizm  (insan  hüquqlarının,  dövlətlərin  bərabər 

hüquqlarının  əsas  nəzəri  prinsipləri)  və  bunlardan  irəli  gələn 

realizm  prinsipləri  ilə  formalaşır.  İdealizm  və  liberalizm, 

neoliberalizm  münasibətlərdə  daha  çox  tərəflərə  hörmət, 

suveren  bərabərlik  və  yeni  yumşaq  əsaslarla,  qaydalarla 

yaşamaq  prinsiplərini  əsas  götürür.  İdealizm  və  liberalizm 

prinsiplərindən irəli  gələrək, müasir dövrdə və postmodernizm 

dövründə  güclü  dövlətlərin  zəif  gücə  malik  olan  dövlətlər 

üzərində  gizli  formada  (bəzən  açıq  şəkildə  bu  hiss  olunur, 

görünür)  hakimiyyətləri  davam  edir.  Böyük  dövlətlər  öz 

nəzarət sistemlərini gücləndirmək və ətraflarda genişləndirmək, 

bununla da öz daxili imkanlarını böyütmək məqsədilə, eləcə də 



 

195


özlərini  kənarlardan  qorumaq  üçün  “sipərlər  çəkmək”

“istehkamlar  yaratmaq”  üçün  ilk  növbədə  ətraflarında  olan 

dövlətlərdən istifadə edirlər. Bu reallıqdır və böyük dövlətlərin 

təbii xarakterlərinə uyğundur. Reallıq nöqteyi-nəzərdən həm də 

hesab  etmək  olar  ki,  ətraflarında  olan  ölkələrin  sərvətləri  də 

böyük  dövlətlər  maraqlandırır  və  güclü  dövlətlər  çalışırlar  ki, 

bu  və  ya  digər  formada  həmin  sərvətlər  üzərində  təzyiq 

rıçaqlarına sahib olsunlar. Burada geosiyasi maraqlar önə çıxır. 

Bunun  üçün  hərbi  vasitələrdən  (məsələn,  hərbi  bazaların 

yerləşdirilməsi,  hərbi  ittifaqlara  qoşulmağa  məcbur  edilmə), 

təhdidlərdən,  hədələrdən  və  s.  kimi  üsullardan  istifadə  edirlər. 

Liberal  üsullar  da,  məsələn,  iqtisadi  və  humanitar  məsələlər, 

mədəniyyət  məsələləri  və  s.  də  mühüm  olaraq  nəzarətə  sahib 

olmaq  vasitələridir.  Yeni  reallıqlar  isə  ondan  ibarətdir  ki, 

sərvətlərin  birgə  olaraq  istifadə  edilməsi  və  hər  tərəf  üçün 

sərfəli  olması  prinsipi  əsas  götürülür.  Bu  prinsipin  tətbiqi 

zamanı  da  böyük  tərəfin  kiçik  tərəf  üzərində  təbii  üstünlüyü 

meydana  gəlir.  Ümumiyyətlə,  münasibətlərdə  istər  ideal,  istər 

liberal  yanaşmalar  mütləq  şəkildə  reallıqla  əlaqəli  olur  və 

burada  maraqlar  uğrunda  müxtəlif  vasitələrdən  istifadə  edilir. 

Maraqların  təmin  edilməsi  uğrunda  siyasət  təbii  şəkildə 

çarpazlaşmanı  meydana  gətirir.  Bu  anda  ideal  və  liberal 

prinsiplər  tətbiq  olunur  və  razılaşmalar  sayəsində  ziddiyyətlər 

aradan  qalxa  bilir.  Bu  baxımdan  hesab  etmək  olar  ki, 

münasibətlərin  əsası  (dövlətlər  daxilində  və  dövlətlər 

aralarında) məhz daha çox realizm prinsipləri ilə formalaşır. Bu 

da  ona  görədir  ki,  münasibətlərin  bazasında  maraq  amili 

dayanır.  Maraq  zərurət,  şərait,  zaman  və  imkanlara  bağlı  olur 

və  bu  kateqoriyalar  vəhdəti  və  reallığı  əks  etdirir,  reallığın 

tələbləri ilə biri digərini şərtləndirir.  

Dünya  düzəni  özü  elə  dünyanın  piramidal  qaydada 

idarəolunması  prinsiplərini  formalaşdırır  və  qaydalar  kimi  bu 

idarə  etmədən  irəli  gəlir.  Piramidal  asılılıq  özü  elə  yuxarıdan 

aşağılara  doğru  təsir  və  təzyiq  üsullarını  və  asılılığı  yaradır. 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə